Rebrendinq yox, “rebeyininq” lazımdır!!!

Demişdik axı bizdə hər şey dəblədi. Geyim də, aksesuar da, təhsil də, karyera da... hər şey... axır vaxtlar marketinq yaman dəb olub. Yerindən duran marketinqdən bir kəlmə kəsməmiş oturmur daha yerinə. Şirkətlərimiz də marketinqə qarşı daha mərhəmətlə və şəfqətli olmağa başlayıb. Olmayanlar marketinq departamenti formalaşdırır. Olanlar da yavaş yavaş marketinqi “adam yerinə qoymağa başlayır”. Onu satışdan ayırır, maliyənin asılılığından xilas etməyə cəhd edir.
Nəysə sözüm onda şirkətlərimiz marketinqin alətlərinə meyl etməyə başlayıb. Marketinqin reklamdan başqa da işlərinin olduğu, bu işdə araşdırma və markalaşma kimi mövhumların olduğu da qəbul edilməyə başlayıb. İndi də başlayıblar xırda-xırda tətbiq etməyə. Amma bu DƏB bəlası burada da bizdən əl çəkmir. Bu aralar Azərbaycan şirkətlərinin marketinq fəaliyətlərini incələyən olsa marketinqin RTEBRENDİNQdən ibarət olduğunu düşünə bilər. Banklar “rebrendinq sırası”na yazılıblar. AGBank müəllim qrammatik cəhətdən yanlış sloqan və etik cəhətdən qəbuledilməz reklamı ilə bizə “rebrendinq dərsi keçdi”. Amma dərd orasıdır ki, Blogspotun şablonlarından birinə bənzəyən (Sənanın bloguna baxın) yeni ön dizayn və yeniliksiz digər yeniliklər elə sözdə-sloqanda da qaldı. Forumlardakı tənqidləri məharətlə və qılınc-qalxanla qarşılayan şirkət təmsilçiləri sloqan dəyişərək şirkət mədəniyətinə əl gəzdirməyin mümkünsüz olduğunu sübut etdilər.
Çox uzatmayacam. Azərdəmiryolbank və APA da rebrendinq işlərinə girişdi. İndi də Mikromaliyələşdirmə Bankından bənzər bir addım gözlənilir.
İndi dərd burasındadır ki, bu və rebrendiqi xilas sayan şirkətlər marketinq ədəbiyatında REBREDİNQi “ağ atlı şahzadə” olaraq görüb amma həmin bölmədə arxa səhifələri oxamayıblar. Oxusaydılar görərdilər ki, rebrendinq sadəcə logo, ad, sloqan, rəng dəyişməklə olmur. Bunlar atributdur və sadəcə simvolik məna ifadə edir. Rebrendinq özünü şirkətin fəaliyətində, keyfiyət anlayışında, müştərilərlə münasibətlərində, bir sözlə bütünlükdə korporativ mədəniyətdə əks olunmadığı müddətcə faydasız xərc və səndələmədən ibarətdir. Çünkü rebrendinq şirkət haqda formalaşmış qavrayışları (perception) dəyişdiyi üçün işlərbir müddət qaydasında getməyə bilər.
Bəli renrindinq əla vasitədir. Şirkətə ikinci nəfəs qazandırır. Amma bu özünü rəng və atributlarda yox, mövqeləndirmə və korporativ mədəniyətdə göstərməlidir. Korpoativ mədəniyət isə personalın bilik, bacarıq və davranışı ilə formalaşır.
Yəni rebrendinq yetərli deyil cənablar, beyinlərdə dəyişiklik edin... ya da REBEYİNİNQ edin!

Azərbaycanda fikir lideri olmaq

Marketoblog açılandan belə uzun fasilə görməmişdi. Əslində ehtiyatda 2 yazım olsa da, həm internet imkanlarının “genişliyi”, həm də o yazıları çox da sizə təqdim etmə həvəsində olmamağım dolayısıyla bloga 1 ay ara verdik. Rüstəm demiş “bloq da qoy biraz nəfəs alsın” deyə düşündüm.

Əslində Bakıya gələndən qələmə almaq istədiyim o qədər mövzu olub ki... Eləcə “Azərbaycanda marketinqin vəziyəti”ndən başlasam silsilə yazılar çıxar ortaya. Nəysə elə əslində indi yazacağım mövzu da “Azərbaycanda marketinqin vəziyəti”ndən bir hissədir.

Şəkiyə guya ki, konfrans üçün məqalə yazmağa getmişdim. Bakının səs-küyündə alınmadı düşündüm gedim Şəkinin təmiz havasında oxuyum və yazım. Heyf ki, bir aylıq “oxuma antraktı” dincəlməyimə kömək eləsə də, əməlli yadırğamışam. Fikirlərimi toparlayıram yaxşı ki, yavaş yavaş. İndi sizə nədən deyim, nədən danışım...

Şəkinin Layısqı kəndindən deyəcəm. Lap olacaq “Layısqı kəndinin əhvəlatları”...

Azərbaycan istehlakçısının iki üzü var: özündən razı/heç kimi bəyənməyən və sürü psixologiyasıyla hərəkət edən. Birincini qoyaq bir kənara hələlik. Qıyməti 8 min təzə manatı keçən orta statistik azərbaycanlı elə bilir ki, 5-6 alçaq təpənin təsisçisidir. Bu heç...

Amma özündən bu qədər razı olan Azərbaycan istehlakçısı sürüyə qoşulmağa elə həvəslidir ki... Azərbaycanda ən güclü və efektiv marketinq alətinin, hətta silahının wom olduğunu daha öncə də demişdim. İnsanlar arasında hər hansı bir şeyi dəb sala bilən insan “Azərbaycanda ən yaxşı marketinqçi”dir. Bax biraz da konkretləşərək sizə belə bir “özündən bi xəbər marketer”dən (artıq xəbərdar eləmişik) danışacam. Və onun timsalında Azərbaycanda fikir liderliyindən.

Yoxsa biraz iddialı oldu. Fikir liderliyi haqda ətraflı bəlkə daha sonra. Amma adından bəlli olduğu kimi cəmiyətdə fikirləri izlənən və dedikləri önəmli qəbul edilən insanlardır. Fikir liderləri bir yaşayış məntəqəsindən tutmuş qlobala qədər ola bilər. Qlobal fikir liderlərinin ən böyük “müştəri”si UNICEFdir. Layısqı kəndində fikir lideri isə 20 yaşı yenicə tamam olmuş bir qızcığazdır. El arasında söz var “gedib özümü dağdan atsam arxamca gələcəklər”... Bax bu sözü belə eşitdim ondan. Görün nə haldır ki, başqalarıyla eyni şeyi geyinmək istəməyən bu xanım aldığı paltarları müxtəlif daşlarla bəzəyib dəyişdirməli olur. Məsələn, 1 il öncəyə qədər kənddə heç kim fenin nə olduğunu bilmədiyi halda, onun parikmaxerlik kursuna getməsi xəbərini aldıqdan sonra... Artıq hər evdə bir fen və parikmaxerlik kursuna gedən ən azı 1 nəfər var. Onun sayəsində artıq Bakıya gələnlər lahmacun yeməmiş geri qayıtmır.

Ən maraqlı gələni isə başqa bir hadisə olmuşdu. Təfərrüatını verməyim. Sadəcə bunu deyə bilərəm ki, Bakıdan filan formada qayıdacam deyib kəndi tərk etdikdən sonra geri qayıdıb bütün əhalini elə o formadaca tapmışdı. Bu dəfə kiçik bir fərqlə - “balaca lider” o formada deyildi....

Azərbaycanda fikir lideri olmaq üçün nə lazımdı sualına cavab axtarıram. O bacı sirrini açıqlamadı. Araşdırmalar davam edir...