Boğazından kəsib xalqa vermək

Deyirəm, hazır bu il heç bir şey yazmamış ikən, bloqumun ikinci ilinin tamam olmasından 2 gün ötmüş ikən və mən də İstanbulu tərk edib Bakıya qayıtmağa hazırlaşır ikən nəhayət bir yazını da İstanbula həsr edim...

İstanbul –Türkiyədə böyük əksəriyətin yaşamağa, Azərbaycanda və qonşu ölkələrdə də (əslində bütün dünyada da demək olar) böyük əksəriyətin gəzməyə can atdığı “Dünyanın ən böyük kəndi”. İstanbul haqqında indiyə kimi o qədər şey yazılıb, bundan da sonra çox şey yazılacaq – mənfi və müsbət. Neytal isə çətin ki yazılsın. Bu şəhərə biganə qalmaq çətindir. Həqiqətən də bəzən “burada necə yaşamaq olar” düşüncəsi keçir adamın beynində, amma elə ki Bosfor/İstanbul boğazının göründüyü bir yerə çıxırsan bütün sualların cavabı aydın olur: Niyə bütün dünyanın gözü bu şəhərə dikilib və niyə bütün mənfiliklərinə rəğmən sən hələ də burdasan?..

İstanbulu dəyərli edən təkcə Bosfor boğazının qatdığı dəyər deyil, amma bu İstanbulun ən vacib atributudur. Bax elə mən də bu haqda yazım istədim. Amma sosial və marketinq cəhətdən yanaşaraq...

İstanbul böyük və zəngin şəhərdi və kifyət qədər zəngin insanlar yaşayır. Üstəlik tarix boyunca da, bu şəhər zənginliyini qoruyub saxlayıb. Boğazın sahili isə bütün İstanbul əhalisinin həvəs göstərdiyi və yaşamaq istədiyi məkandır. Sahil xətti uzun olsa da, oranı evlər və iqamətgahlarla doldurmaq heç problem deyil. Xüsusən də şəhərin mərkəzi hissələrinə - Kadıköy, Üsküdar, Çengelköy, Ortaköy, Beşiktaş, Dolmabahçe, Eminönü vs. Beykoz, İstinye, Zeytinburnu kimi yerləri isə bura aid etməmək də olar.

Amma həm İstanbulun tarixi əsilzadələri, həm də müasir milyonerləri kvadrat metri qızıldan dəyərli olan torpaqları avgözcəsinə qomarlamaq əvəzinə, gözəl mənzərəli məkanların bir qismini əhaliyə açıq obyektlərə çevirib. Təbii ki, burada dövlətin siyasəti də mövcuddur. Belə məkanların bir çoxu Böyükşəhər Bələdiyəsinin nəzdindən Sosial Təsis olaraq fəaliyət göstərir. Amma özəl müsəssisələr də yox deyil. Məsələn Çengelköydəki “Tarixi Çinaraltı Çayxanası” varlı insanların imarətləri ilə qonşudur. İstanbulun ən gözəl mənzərəyə sahib yerlərindən Çamlıcada, gözəllər içində ən gözəl mənzərəyə sahib yeri isə Böyükşəhər Bələdiyəsi Sosial Təsisə çevirib. Normalda o mənzərəni izləyib o qiymətə nəsə yemək və içmək möcüzə kimi görünür. Eynən bələdiyənin Zeytinburnu, Balat, Sultanahmet-Cankurtarandakı məkanları və Malta Köşkü kimi.

İstanbul boğaz kimi möhtəşəm bir dəyərə sahibdir. Eyni zamanda, İstanbul bu boğazı öz arasında paylaşacaq qədər (yüzlərlə erməni, yəhudi, yunan, biraz da türk) zəngin ailələrə də sahibdir... Bir dəqiqə! Bizdə olsa şəhər onlara sahib olmaz, onlar şəhərə sahib olardı... Deyil mi? Nə isə... Bu imkanı varkən dövlətin təsiri, insanların bilinci və qismən də vicdanların səsi ilə boğaz mənzərəsi yerli əhaliyə və turistlərə açılır. Boğazda ev almaq imkanı olmayan amma aylıq “yaxşı” gəlirə sahib insanlar bazar günü səhər yeməyini Çınaraltı çayxanasında Çengelköy börəyi, çay və “boğaza sıfır” mənzərə ilə yeyə bilir... Bu zənginlikdir!

Kuzguncuk Çaycısı - Üsküdar

Yıldız Parkı - Malta Köşkü

Yıldız Parkı - Malta Köşkü

Yıldız Parkı - Malta Köşkü

Yıldız Parkı - Malta Köşkü

Dolmabahçe

Dolmabahçe

Dolmabahçe

Zeytinburnu Sosyal Tesisleri

Zeytinburnu Sosyal Tesisleri

Zeytinburnu Sosyal Tesisleri

ÇamlıcaÇamlıca

Çengelköy

P.S. Əslində bu şəkilləri bir araya gətirəndə fərqli bir mövzu üçün material olaraq düşünmüşdüm. Sonra o yazıdan vazkeçdim, amma şəkillərdən vazkeçmədim.


P.P.S. Şəkillərin hamısı şəxsidir. Başqa mənbədən götürülməyib.