Biznes dünyasında “vizyon”/”üfüq” deyə bir anlayış var – şirkətlərin dünya görüşü. Adətən bu dünya görüşü Azərbaycanda çox aktual olan və nə hikmətsə hamıda mövcud olub, qarşındankında isə dar olan bir şeydir. “Dünya görüşü” hər nədirsə üstündə belə qırğın getdiyinə görə yaxşı şeydir və maa elə gəlir sözün birbaşa mənasında yanaşıb dünyanı çox görməklə əlaqələndirmək yanlış olar. Nə daha geniş coğrafi əhatə, nə daha uzun ömüryolu... Qısası insan üçün dünya görüşü həqiqətən dəyərli bir mövhumdur. Məsələlərə geniş yanaşma, yaradıcı həll yolları, görününən arxasındakı gerçəkliyə nəzər salma, insani münasibətlər vs.vi. Hamısına təsiri var.
Şirkətlər üçün də elə bu “üfüq” anlayışı insanın həyatda uğurlu olmasındakı qədər böyük ehtiyacdır. Uzunömürlü şirkət olmağın başlıca tələblərindən biridir bu.
Şirkətlərin dünya görüşünü nə formalaşdırır sualına heç girməyək çox. Bu mövzunu bir bloq posta sığdırmaq çətin olar. Amma PG-nin bir nümunəsi əsasında şirkətlərin nə qədər dərin strateji dünya görüşə sahib olmaları gərəkdiyi sübut edir. Dünyanın ən böyük FMCG – Gündəlik tələbat malları istehsalçısı olan Proctor&Gamble-ın o vaxtkı CEO-su Howard J. Morgens 1971-ci ildə hələ irqi ayrıseçkiliyin tüğyan etdiyi ölkəsində belə bir çıxış edir: “Zəncilərə və digər azlıqlara fürsətlər təqdim etməliyik və verməyə davam edəciyik... Onları işə götürüb bərabər imkanlar mənasına gələn postlara qədər yüksəltməliyik. Bu bizim prioritetimiz olmalıdır, çünkü bu doğru olan addımdır. Əks halda, bu ölkə və onun kimi biz də (ayrıseçkiliyin səbəb olduğu) problemləri yaşamağa məhkum olarıq”.
Proctor&Gamble o vaxtlar bazarda indikindən daha güclü və möhkəmdir. Üstəlik, hələ güc də pərakəndəçi yox istehsalçının əlindədir. Amma inkişafdan bir an geri qalmayan şirkət təkcə “başını aşağı salıb işini görmür”. ABŞ sərhədləri daxilindəki hər bir problemin onlara da əvvəl axır toxunacağını anlayır. Şirkətin dünya görüşünün formalaşmasına ən önəmli faktor kimi hər zaman ən yuxarı səviyə idarəçilərin dünya görüşü qeyd olunur. Bu da sübutu! P&G bu tarixlərdə 3 fabrikində irqi bərabərliyin yerləşməsinə çalışmalarına başlayır. Prosesin ilk 10 ili etirazlar, problemlər və səs küylə müşaiyət olunsa da, “İnsan inandığı şeylər uğrunda hər şeyə razı olmalıdır” deyirlər. Beləcə Proctor&Gamble çox böyük əziyətlər bahasına bu problemi arxada qoymağa başlayır. Zamanla isə tendensiya ölkənin ümumuna yayılır. Obamanın prezident seçilməsinə Morgens-in qərarlılığının da təsirli olduğunu iddia etmək mümkündür. Amma bu kimi iddilar daha çox “Freakonomics”in müəllifi Stiven Levittin üslubuna uyğundur.
Dönüb Azərbaycana baxaq? Baxmayaq yaxşısı budur!
P.S. Rəcəb müəllimin Amerika təhsilli məsləhətçiləri açılım çalışmalarına ilham olması üçün bu örnəyi ona göstərmiş olarlar da yəqin?
Etiketler: Markalar, Nəzəriyə/Tətbiq
Keçən il nə zamandır super paketləməsi ilə diqqətimi çəkən “Dor Leo”nu Tansaşda incələməyə qərar verdim. Parlaq və keyfiyətli qablaşdırma, zövqlü dizayn, adama “gəl gəl” deyən ad, “ye məni” deyən fındıq, badam şəkilləri... Bütün komponentlərə görə əcnəbi markalardan geri qalmayan iş. Hələ bunlar azmış kimi, məhsul haqda məlumatların verildiyi dillər arasında Azərbaycan dili də var imiş...
Ötən ilin son aylarından birində yaşadığım bu hadisədən xeyli öncədən “Peyman” markasını tanıyırdım. Məndə “Tadım” qədər yüksək marka imicinə sahib olmasa da, bir çox yerli markadan və private label-lərdən üstün olduğu dəqiq idi. Amma “Dor Leo” (“Peyman”ın lüks markasıdır) “Peyman”ın merchandising yanaşması cəhətdən “Tadım”dan heç də geri qalmadığının sübutu oldu. Son müşahidələrim və bu yazı üçün elədiyim kiçik araşdırmadansa “Peyman”ın “Tadım”a hər cəhətdən yaxınlaşdığını gördüm.
Əslində Azərbaycanda “Tadım” qədər məşhur olmayan “Peyman” haqda oxumaq sizə nə qədər maraqlı olar bilmirəm. Amma bundan sonra müşahidələrimin üzərinə biraz da araşdırma əlavə edib, sıx sıx qısa case-ləri bloqda yayımlamağa qərar verdim. Məlum səbəbdən:)
“Peyman” markası cəmi 14 il öncə Eskişehirdə 3 ticarətçi ailə tərəfindən qurulub. Çərəz istehsalçısı kimi bazara daxil olan “Peyman” 2000-ci ilədək özünü bazarda yerləşdirməyə çalışıb və məhsul cərgəsini artırmaqla məşğul olub. Təbii ki, bununçün əməliyatların yaxşılaşdırılmadı, keyfiyətin artırılması və satış şəbəkəsinin genişləndirilməsi əsas vəzifələr olub.
3-4 il öncəyədək loka bir çərəzçi sayılan “Peyman” sektorun böyüməsindən istifadə edib, bu sektorda ən önəmli məqamın merchandising olduğunun fərqinə varmış kimi, paketləmə və rəf menecmentinə diqqət yönəldib. Keyfiyətin artırılması, innovasiyalar etmək vs. Beləcə “Peyman” rəflərə daha tez tez çıxmağa başlayıb, istehlakçılarsa rəfdə gördüyü zəngin görünümlü və zövqlə işlənmiş paketlərdəki məhsulu o rəflərdən yığmağa başlayıb. Aparıb evə və istehlak edib.
Türkiyə dünyada çərəzin ən çox istehlak edildiyi ölkədir. Sektorun həcminin 4 milyard lirəyə yaxın olduğu söylənir. Təbii ki, hamısı paketli çərəzçilərin hesabında deyil. Ənənəvi “kuruyemişçi” anlayışı aktivliyini davam etdirir. Üstəlik çərəzçi pərakəndə zincirləri də böyük pay alırlar – “Malatya Pazarı” Azərbaycanda “Ramstore”da yer alır və əhaliyə lüks çərəz təqdim edir. Şirkət Türkiyədə də pərakəndədə liderdir. “Tuğba Kuruyemiş” isə Egey bölgəsindəki üstünlüyü ilə ölkə ikincisidir. Təxminən 500-600 milyon lirə arası bazar isə paketli çərəzçilərin əlindədir. Sektorda trend hər sektorda olduğu kimi paketli məhsullara doğru axır. Bu trend içərisində son illərin ən çox inkişaf edən və 85 milyon lire dövriyəyə sahib (2008), 170 milyon lire hədəfləyən markası “Peyman” lider “Tadım”ın kabusuna çevrilib. Hədəf bu ili lider tamamlamaqdır. Son 1-2 iləcən çox rahat olan “Tadım” təkcə gənc və dinamik “Peyman” ilə deyil, həm də paketli istehsala güc verən və distribyusiyan işini Pepsi Co.ya həvalə edən “Malatya pazarı” və 150 milyon dollarlıq yatırım ilə bazara ötən il daxil olan “Paşa” (Euronut) ilə rəqabət aparmalıdır.
“Tadım”ın Azərbaycanda da çox istehlak olunun ağ günəbaxan çəkirdəyi sahəsindəki üstünlüyünü aradan qaldırmaq üçün “Çitliyo” markasını təqdim edən “Peyman”, “Çok güzel hareketler bunlar” verilişinin ulduzu Ersin Korkutu reklama çəkdi. Gülməli tipaja sahib Ersinin hədəf kütləyə təsir etmək üçün yaxşı seçildiyini demək olar.
Marketinq cəhətdən də yeniliklər edən “Peyman”, məsələn “Maç çekirdeği” adı altında məshul buraxdı. Futbol oyunlarına baxan kütləyə birbaşa xitab edən məhsul əslində normal çəkirdəkdən çox da fərqli deyil.
Hər bir sektorun rəqabət vasitələri dəyişir. Əlavə olaraq ölkələrə görə də dəyişiklik mövcuddur. Çərəz sektoru üçün diqqət edilməli ilk məqam ondan ibarətdir ki, Türkiyədə çərəz istehlakı artır, açıq satıcılardan, paketli məhsullara meyl var, üstəlik çərəz sektoru üçün çarpaz satışların önəmi artmaqdadır. Bu isə əslində əvəzedici məhsullarla rəqabəti artırmaqdadır. Məsələn duzlu fıstıq real olaraq çips ilə rəqabət aparır.
Türkiyədə çərəz markaları baxımından rəqabət müəyyən ediciləri: dadın qanedici olması, rəflərdə olmaq və düzgün yerdə durmaq, paketləmənin ilk anda diqqəti çəkməsidir.
Kasıbın olanından - 1
Zaranı hazırladıqdan so
nra bu rubrikanın ilk yazısını yazdığımı düşünürdüm. Sonradan aydın oldu ki, Zara `bizdə yoxdu`. Nəhayət Azərbaycanda mövcudluğundan əmin olduğum bir markadan danışım. Hyundai… Niyə Hyundai? Maşın dünyasının əcaibliklərini izləyənlər biləcək. Son zamanlarda ən çox yüksələn markalar Toyota, Audi, BMW, Mazda,,, bir də Hyundai. Digərlərinin bu yüksəlişi normaldı. Ənənə sözünü deyir. Amma Hyundai… Drive eliyək də öz yolumuzu, yəni yazımızı…
Əvvəlcə qısa bir tarixi ekskursiya. Bu Koreya “ot”unun hansı “kök”lər üstündə bitdiyini görməkdə fayda var. Yoxsa ki, dəvri qədimdən mənim tarix dərsiynən də heç aram olmuyub. Di gəl ki şirkətlərin tarixi maraqlı məqamlarla zəngin olur…
Hyundainin qurucusu Ju-Yung Chung adında bir şəxsi möhtəmrəmdi. Tanımıram. Adını da birinci dəfə yazı üçün araşdırma edəndə eşitdim. Deyirlər 2001’də vəfat edib. Koreyada böyük hörmətlə yad edilir. Şirkəti 1946’da qursa da Hyundai Motor 1967’də dünyaya gözünü açıb. Ford’un Koreyanın Uslan şəhərində istehsalını gerçəkləşdirmək üçün. Yavaş yavaş maşın istehsalı təcrübəsinə bürünən şirkət 1975də ilk modeli Hyundai Pony’ni satışa çıxarıb. Beləliklə ilk Hyundai’nin istehsalından cəmi 33 il keçir. Bu bir maşın markası üçün çox-çox qısa bir müddətdi. Bu müddətdə Hyundai’nin gəldiyi nöqtə isə özünə qarşı hörmət tələb edir.
Chaebol’ların tarixinə baxanda 1984’də ilk 5likdə olmayan Hyundai’nin 1996’da Koreyanın ən böyük şirkətinə çevrilməsinin səbəbi maraqlı gəlmişdi mənə. Maraqlandım və 3 məqamla qarşılaşdım… Adəti üzrə:
- - Yeni model – Excel’in bazara buraxılması
- - ABŞ’a giriş
- - Reklamlara start
- Haşiyə: Chaebol - Koreyanın transmilli holdinqlərinə deyilir. Chaebol’lar bir neçə sektorda fəaliyyət göstərən milyard dollarlıq korporasiyalardı. Hazırda Koreyada 30 chaebol’un olduğu deyilirdi bir mənbədə…
1989’da Sonata və ardınca bir-birindən uğurlu digər modellər… 2001’də SUV’a Santa Fe ilə daxil olan Hyundai son 10 ilin ən parlaq avto markalarındandı. Dinamik, dəyişikliyə hazır, istehlakçının ehtiyacını görən və ödəyən.
İndi sıra gəldi Rüstəmin olduğu yerdə danışmaq üçn ürək istəyən qismə… Ürəkli olduğumu deyə bilməsəm də, bugün cəsarət gəlib. Yazacam…
Hyundai son 10 ildə imicini “ən serfəli maşın”dan (most affordable car) xeyli dəyişib. Bunun üçün görülən işlər isə marketinq cəhətdən çox dəyərlidi. Özlüyündə modellərdə görülən dəyişiklik və inkişaf hər şeyin başlanğıcıdı. Elantra, Accent, Santa Fe, Sonata… hər bir model çox inkişaf etdi. Ucuz maşın imicindən qurtulmaq üçün mühəndislərə böyük iş düşürdü ki… Onlar bunun öhdəsindən layiqincə gəldi. Hyundai Dünya Çempionatının baş sponsorluğunu alaraq bəlkə də tarixinin ən önəmli maketinq adımlarından birini atmış oldu. Bu yarışın imici Hyundai’nin keçmək istədiyi orta seqmentə xeyli uyurdu…
Vertical extension’a yönələn Hyundai yavaş yavaş orta çizgini keçən modellər buraxdı bazara. Sonata Azera/Grandeur’un kölgəsində qaldı. Genesis isə Hyundai’nin ucuz imicinin sonu oldu. Son Super Bowl’da iki reklam yeri alan Hyundai 5 milyon dolarla iki Genesis reklamı yayımladı. Veracruz ilə bu dəyişim tamamlandı. Hyundai’nin bu modelini Lexus RX330 ilə müqayisə etməyi və hər yerdə də bu müqayisəyə nail olmağı böyük bir uğurlu adımdı. Lexus ilə müqayisə edilib çox kritik tərəfindən üstün elan edilmək Hyundai’nin qələbəsidi.
Ucuz seqmentdən lüksə doğru səbrlə və inalda keçən, bu müddətdə dinamikliyini və marketinq strategiyasını qoruyan Hyundai artıq arzusuna çatmaq üzrədi… Arzusu nədir? Orta seqmentdə yer almaq. Modern maşın bazarı orta seqmentin əlinə keçib. Onlar ucuzdan da lüksdən də “oğurlayır”. Üstəlik Çinin öz “həşərat”larıyla ortalığa çıxmasını gözləmədən orta seqmentə yönəlmək Hyundainin ən yerində adımlarındandı.
Son olaraq bu bir-birindən uzaqlaşan Atos-Getz-Accent Veracruz-Grandeur-Genesis qütblərini birləşdirib şəxsiyətin və imicin formalaşmasını tamamlamaq lazımıydı. Bunun üçün isə Hyundaiİİİ… İ…
İ seriyasına keçid başladı. I30’la başlayan dalğa… Getz’in I20’yə, Atos’un I10’a, Sonata’nın I40’a dönüşməsi ilə Hyundai uğura doğru daha bir addım atır.
P.S. Bir sözlə “Öz yolunu seçən” Hyundai’yə eşq olsun!!!
Bu dəryada yeni yeni maraqlanmağa başladığım sahil – qiymətqoyma… vəya original versiyada – Pricing. Qiymətqoyma istər ədəbiyatda, istər tətbiqdə ən az diqqət yetirilən məqamlardandı. Deyəcəksiz malların seqmentini qiymətlər müəyyən edirsə bunun kənarda qalması mümkün deyil. Xeyr… Qiymət endirmə, artırma, uçurma, oynatma vs. üsullarının effektləri hələ də müəmma olaraq qalır. Məsələn, endirim zamanı istehlakçılar uçuşurlar mağazaya. Niyə? Çünkü qiymət endirimi müvəqqətidi. Burada bir önəmli məntiq var. O ankı qiymətin sonradan yüksələcəyi düşünüldüyündən mağazaya axın olur. Əvvəlki qiymətdən ucuz olduğu üçün deyil. Sözümün canı odu ki, qiymət üzərindəki oyunların nələrə qadir olduğu aşkarlanmamış qalır. Onun şüuuraltına verdiyi mesajlar vs. Sadə bir sual – BMW lüks markadı, Toyota isə deyil. Amma BMW’dən daha bahalı Toyota modelləri var. Məntiq hardadı?
Son vaxtlar marağımı cəlb etməyə başlayan (deyən ola bilər ki, “ay Vüsal sənin də marketinqdə maraqlanmadığın mövzu qalıb?” – cavabı düşünüm iczənizlə) pricing fenomeni haqqında deyəsən hələ çox danışacağıq. Bir kiçik araşdırma elədim. Bu araşdırmada mənə köməkçi olan digər V.A.Q’a da təşəkkür…
Əvvəlcə Bakıda Həzi Aslanov metrosunun yaxınlığında yerləşən “Qrand” mağazasındakı Ülkər məhsullarından 15’nin qiymətlərini götürdüm (qiymətlər yenidi, təxminən 1 həftə öncə göndərdilər), ardından burada evimizi yanıdakı “Emin” mağazasına daxil olub onları tutuşdurdum. Və nəticə… Gözlədiyim kimi çıxdı. Bakıda Ülkər məhsulları əsasən İstanbuldan ucuzdu. Məntiq hardadı?
Bunu tarixin ən önəmli marketinq professoru Tamer Çavuşgilə soruşsam cavabını təxmin edirəm. Məqaləsində də dediyi kimi, vəziyətə görə gedilən ölkə daha kasıbdırsa qiymətlər aşağı ola bilər. Amma yenə də… Mənə çox maraqlı gəldi…
Rondo 30q = 35s = 43k < 52k
Rodeo 27q = 32s = 39k < 41k
CocoStar 20q = 24s = 30k > 27k
Dido 25q = 30s = 37k < 45k
Hobby 15q = 18s = 22k < 25k
Piko 20q = 24s = 30k = 30k
Çokonat 20q = 24s = 30k < 45k
Metro 20q = 24s = 30k < 41k
Albeni 20q = 24s = 30k < 41k
Biskrem çubuq 17q = 20s = 25k < 42k
Haylayf 25q = 30s = 37k < 47k
Petitbör 175qr 45q = 53s = 67k < 95k
Petitbör 450qr 95q = 112s = 137k << 235k
İkram 32q = 38s = 47k < 67k
Biskrem 40q = 47s = 57k < 85k
Burada q – qəpik, s – sent, k – kuruşdu. Önce “Qrand”dakı qiyməti, ardından bunun sentlə ifadəsi, daha sonra isə kuruşla ifadəsi. Sonuncu isə “Emin” mağazasındakı qiymətdi. Bu iki mağaza seqment və tərz olaraq eynidi. Demək olar böyüklük də. Ətraf binaların sakinlərinə hesablanmış, orta və üzəri səqmənt bir supermarket. Assortiment və dizayn da yaxındı…
P.S. Yazı boyunca düşündüm və maraqlanmadığım marketinq sahəsi tapammadım. Heyf…
P.P.S. İlk dəfədi ki, öncədən anons: Gələn yazı Lateral Marketinq olacaq…
P.P.P.S. Rüstəm, Ülkər istəyirdin. Bu da Ülkər! Mən qiymətdən yazdım, sən də dağıtımdan yaz indi:)
Etiketler: Markalar, Milli marketinq
Bizdə niyı yoxdu?– 1
Axırı ki, şirkətlərdən danışmağa başlaya bildim. Blogda tarixi vəya bugününü vəya hərhansı bir şəkildə case olaraq incələyəcəyim şirkətləri iki başlıq altında toplayım dedim: Azərbaycana giriş edənlər və etməyənlər. Təbii ki, qloballaşdığı deyilən dünyada özünə hörmət edən şirkətlər də bütün ölkələrə yayılmaq istəyir. Amma bu ölkə Azərbaycandısa mənə hələ də “Bizdə niyə yoxdu?” başlığı altında yığmağa material qalacaq…
Bizdə olanlardan başlayası oldum. Daha doğrusu ela konkret Zaradan. Bir məsələ daha var. Bəzi tanışlar Zaranın Azərbaycanda olduğunu hətta bu linki versə də, saytın çox uzun müddətdir güncəllənməməsi məni şübhəyə saldı. Nə isə. Deməli ilk markanın Azərbaycanda olmağı ilə olmamağı arasında demək olar fərq yoxdu:).
“Niyə Zara” sualının cavabı isə burada…
Zara İspaniyanın ən böyük şirkət qruplarından olan Inditex’in ən böyük markasıdı. Bu qrupun tərkibində daha 7 şirkət olsa da (Stradivarius, Bershka, Zara Home vs.) dövriyyəsinin 70%ni Zara markası təşkil edir… Belə texniki bilgilər mənlik deyil… Bunları başqa yerlərdən də öyrənə bilərsiz… Keçim Zaranı marketinq üçün və onu qələmə almaq üçün cazib edən məqama…
Zaranın marketinq uğurunu bir cümlə ilə ümumiləşdirəsi olsam belə deyərdim: Logistikanın tekstildəki əhəmiyyətini anlayan şirkət…
Bəli logistika yazı üçün çox maraqsız bir mövzudu. Reklam filmləri və şirkətin PRını edən insanlar daim göz önündə olsa da, usta logistiklərdən elə də tanınanı yoxdu. Çünkü bu texniki bir məsələdi. Çoxuna elə gəlir ki, burada yaradıcılıq yoxdu. Amma Zara bütün bu iddiaları alt-üst etmiş bir şirkətdi…
Başlayaq əvvəldən… Zaranın qurucusu Amancio Orteganın nişanlısı bir mağazanın vitrinində gözəl bir gecəlik görür və bunun eynisini tikməyi ondan xahiş edir. Ortega da eləmə təmbəllik nişanlısının xətrinə bu paltarı tikir… Paltar o qədər bəyənilir ki, Ortega bunun bənzərlərinin istehsal edərək satmağa başlayır. Beləcə ucuz, amma şıq və keyfiyyətli qadın paltarları işinə girişmiş olur… 1975’də ilk mağazasının açır və sevdiyi bir film qəhrəmanı olan Zorba’nın adını mənimsəyir. Sonradan bu adın hüquqlarını satın ala bilmir və hərflərdə dəyişiklik edərək “Zara”da qərar qılır… Burada Zorba adını ala bilməməsinə görə Ortega nə qədər şükr eləsə azdı:)… Həqiqətən də Zara çox daha eqzotik səslənir…
1980’ci illər Zaranın şəbəkələşməsi ilə yadda qalır və nəhayət 1989’da Portuqaliyanın Oporto (vəya Portu) şəhərində açılan ilk mağazayla İspaniya xaricinə qədəm qoyur. Çox böyük sürətlə inkişaf edən Zara Paris, Nyu York, Barselona və beləcə davam edir… 1998’də Londonda baş tutan ilk mağazanın açılışı isə tarixi bir uğurla keçir. Bütün media Zaradan danışır…
Bəs nə edib Zara? Nədi Zaranın fərqi? Ortega kimdi?
Bu suallara isə qısaca belə cavab vermək olar: Zara fason (yəni kopiya) istehsalda dünyanın ən uğurlu şirkətidi. İstənilən bir modeli ən gec 1 həftə içində kopyalayaraq vitrinə qoya bilir. Hətta belə bir zarafat var ki: Milan və Parisin moda divləri səhər vitrində sərgilənəcək modelləri gecədən ora qoymağa qorxur ki, Zara kopyalayıb onlardan qabaq satışa verə bilər… Zara dəlicəsinə işləyən bir logistika şəbəkəsinə sahibdi.
Zara mağazaları mövzusunda da da fərqli siyasət yürüdür. Hər bir Zara mağazası fərqli konseptdə dizayn edilir(!!). Amma istənilən mağazasının da Zara olduğunu anlamaq çətin deyil. Bu həqiqətən inqilabdı. Hər biri fərqli konsept, amma Zara imicini əks etdirən mağazalar… Bu təbii ki, böyük mağazaları üçün keçərlidi…
Zaranın sahibi və ümumiyyətə bulirkət çox sirrli-sehirlidi. Onlar barəsində məlumat almaq mümkün deyil. Həqiqətən də deyil. Orteganın mediada danışdığını görən olmayıb. Amma yaşının 60ı aşmasına rəğmən hələ də qollarını sıvayıb işçilərlə bərabər zəhmət verdiyini, görənlər bizə çatdırır… Zaranın
Zaranın ortanın üzəri uyğun qadın geyimi seqmentindəki iki əsas rəqbib H&M və Mango hazırda `Zara ilə rəqabətdə uduzur` demək olar. Onlar arasında ən ciddi fərq seçilən strategiyadır. Daha doğrusu önəm verilən P… Zara marketinqin `Place` ünsürünü maksimum səviyyədə tətbiq edir. H&M fərqli və sadə dizaynıyla `Product’a güc vermişkən, Mango son vaxtlarda Penelope Cruz’u da reklam siması edrərək `Promotion’la rəqbət üstünlüyü təmin etmək istəyir… Amma ən uğurlusu hərhalda elə Zaradı…
P.S. Rüstəmin blogndan Elçinin sözləri: Vüsal ezizim Zaranın bütün fason üretiminin %60 bizim şirketdedi.Yeni bu başarının arxasında bizim de payımız var.:))
P.P.S. Zara barədə məlumat almaq çətin olsa da, deyiləsi və yazılası şey çoxdu… Burada onların hamısını vermək isə mümkün deyil heyf ki…
P.P.P.S. Və ən əsası… Linkə görə Aygün ve Afət xanımlara təşəkkür…

Tata haradan çıxdı?..
Azərbaycan’ın dəyərli bloggerlərindən Kisshot təxminən 1 ay əvvəl
hadisələri qabaqlayaraq blogunda “Jaguar” və “Land Rover”in satıldığı xəbərini vermişdi… O vaxt hələ şaiyə zəminində davam edən söhbətlər axırı ki, yanvarın son günlərində yekunlaşdı…
Artıq Tata’nın Jaguar ve Land Rover’i almağından xəbəri olmayan qalmıyıb. Avtomobil sənayesinin iki divi, tarixi ve simvolik dəyəri çox yüksək qiymətləndirilən, İngiltərə’nin iki gözbəbəyi Hindistanın (!) Tata (!!) şirkətinə satıldı. Kimin tərəfindən? Avtomobil sənayesində inqilabın başlanğıcını qoyan, ən böyük şəbəkəyə sahib, ən çox yerdə satış edən və ən dəyərli marka portfelinə sahib Ford Motors (!!!) tərəfindən…
Bir firma belə dəyərli “parça”nı satmağa qərar verirsə, deməli vəziyət yaxşı deyil!!!! Ya şirkətim ümumilikdə problemləri var, ya da o iki “parça” üzdə göründüyü kimi dəyərli deyil… Jaguar ve Land Rover üçün ikincini deməyə biraz “axmaq cəsarət” lazımdı (?). Avtomobil tarixi səhifələnsə ora düşən 10 marka arasında Jaguar’ın mütləq yeri olacaq. Land Rover isə hər bir avtomobil yarmarkasında diqqət mərkəzində olur… Bu belə markanın necə bilindiyi və sevildiyini göstərməyə bəsdi…
Noolub axı onda Forda? (hələ bizdə buna canına nə azar dolub? da deyirlər)
2007’ni 12 milyard dollara yaxın zərərlə qapayıb, daha nə olmalıdı? Henry Ford bu insanlara bunu mu miras buraxıb getmişdi? İlk 5, 10 ve 15 milyon satış rəqəmlərinə çatan T Modelinin “nəvə-nəticəsi” bu qədər aciz qalıb? Bazara istehlakçıya maşının rəngini diqtə edəcək qədər hökmran olan bir şirkət yeni minilliyin başlamasıyla niyə burulğanda çırpınan adamı xatırladır? Bax elə ona görə… Artıq qabağında diqtə edə biləcəyi istehlakçı qalmadığı üçün, özü isə bu xülyadan qurtula bilmədiyi üçün… 2000’lərdə oyandı ki, o da bəs olmadı… Yeni Mondeo (həqiqətən əla maşındı) belə xilas eliyə bilmədi Ford’u. Ekonomik maşın istehsalçısı gücü sayəsində dəyərli markaları bir-bir yığdı… Amma… İdarə eləməyə gələndə olmadı, bacarmadılar. Mazda marka şəxsiyətini qoruduğu üçün təcilini mühafizə edib, Zoom-Zoom’la yola davam etdi… Volvo da İsveç praqmatikliyiylə öz tempində… Amma Jaguar çoxu tərəfindən tarxin ən faciəvi X-Type modeli və inkişaf etməməsiylə, Land Rover imkanlarının sərhədinə yaxınlaşmasıyla (şəxsi fikir) Ford üçün fayda gətirən işlər deyil artıq. Bunlar sadəcə şirkətin diqqətinin dağılmasına səbəb olan markalardır… Və getdilər… Hindistana…
Tata Azərbaycanda çox az tanınan bir şirkətdi. Minik maşınları bizim millətə yaraşan (!?) tərzdə deyil. Özü də “core competence”i yük və ticari maşınlardı. Avtobusları da yaxşıdır. Şərhlər yersizdi. Deyilənə görə 2 milyard “cash”i var bu iki “parça”nı almağa. Aldı da!
Qəribədi. İngiltərənin mənim bildiyim 5 maşın markası var. Onlardan 3’ü ingilisləri sevməyən almanlarda (Rolls-Royce ve Mini BMW’də, Bentley Volkswagendə), 2’i isə sevmədikləri amerikalılarda idi. Artıq amerikalılarda deyil. Jaguar ve Land Rover adlı 2 “ingilis bayrağı” artıq (yenə) onları sevməyən (nisbi anlayışdı) Hindistanın tabesindədi. Maraqlıdı. Sömürücü millət ingilislərin tarix boyu ən yaxın olduğu ölkələrdən biri – Anerikadan, digəri – Hindistana köçdü markaların sahibliyi…
Tata “core competence”ində çox uzaq olan lüks markaların idarəçiliyini aparmaq üçün Ford’dan marketer transfer edəcəyini ifadə elədi. Məncə orada efekt almayan burada da almaya bilər. Təhlükəli qərardı… Amma ən azından böyüyən Hindistan və böyüyən Hind şirkətləri özünü sübut etmək üçün əla bir şansı (2 milyard dollara da olsa) ələ keçirib.
