Yaşasın Marketinq!!!

Verilən söz namusdu (vau)…

Buradan bu şərhlərə binaən - …ne qeder ki, bu tip insanlar var, marketinq de yashayacaq… …birilerini alt paltarinin Armaniden oldugu zovq verirse, marketoloqlarin borcu da bunu temin etmekdir…

Martın axırına yaxın yıxdığımız marketinqin evini geri qaytarıb tikməyə söz vermişdik… Marketinqi bəyənməyənlər cəhətdən onsuz da qıtlıq yaşamazkən bir də özünə marketinqçi deyən birinin durub marketinqi tənqid etməyi çoxuna qəribə gəldi… və haqlı da gəldi… Amma marketinqin 0,5x0,5m parçaya Nike deyə bir məna yükləməsi, bir Swoosh’la hər şeyin dəyişməsi bir çox nöqteyi nəzərdən etik görünmür…

Amma gəlin bu məsələyə etik görünən nöqteyi nəzərlərdən baxaq. Hələ marketinqin seviləcək başqa məqamlarından da yazının gözünə qataq…

Marketinqin partlayışı baby boomers nəsli ilə başladı. 1960’lardan etibarən II Dünya müharibəsinin şokunu və itkilərini üzərindən atan ABŞda gənc nəsil istehlak çılğınlığının əsasını qoydu. Bu isə özlüyündə marketinqin yüksəlişini başlatdı. Zamanla bu tendensiya dünyanın digər ölkələrinə də yayıldı təbii ki. Çox uzatmayım bu məsələni… Nəticədə insanlar aclıqdan bolluğa keçdi və istehlakın verdiyi həzzi yaşadı.

Bu həzz isə bazarda fırlanan pulları, o pula gözü düşən şirkət və şəxsləri artırdı… İlkin ehtiyacları çoxdan ödənən qərbli Maslou’nun ehtiyacar ierarxiyasında yuxarı doğru adımlamağa başladı (Aygün sən deyən kimidi, o ierarxiyada biraz sapmalar olsa da, qətiyən yer deyişmə ola bilməz). Məhsulların keyfiyəti yüksəldi, bu məqam rəqabət aləti olmaqdan çıxdı. İnsanların fiziki ehtiyacı doydu. Bu da təbii şəkildə məqsəd olmaqdan çıxdı. Nəticədə ənənəvi iş prinsipləri pozuldu. Bunun ən böyük nəticəsi nədi bilirsiz?

Hamı bir ağızdan “marketinqin inkişafı” demək istiyir axı elə bil… Yekun odu, bəli. Amma ondan bir addım öncə başqa məqam var…

Rəqabət çətinlişdi. Və ən əsası artıq iş görmək daha ağır oldu. Bu isə şirkətləri işə elmi yanaşmaya yönəltdi. Bu elm də nə olsa yaxşıdı? – MARKETİNQ…

Artıq marketinqsiz və ona elmi yanaşmasız nəsə etmək istəyirsə birisi, o ya da dəlidi, ya ilhama gəlib, ya “yuxarıdan” mesaj alıb, ya da pulu artıq düşüb… Marketinq hazırda biznesin pərakəndə aparılmaması üçün yeganə yoldu. İstirsiz tətbiq etməyin. Özünüz bilərsiz… Amma yenə də bu şəkildə çox hərəkət etməmək tövsiyə edilir…

İndiki dövrə baxdıqda. Artıq insanlar aldığı məhsulla bərabər bir sürü əlavə dəyər tələb edir. Kompyuter aldıqda onun istirahətinə, iletişiminə (heyf ki, öz dilimizdə tapa bilmədim bir söz:( ), işlərində rahatlığı təmin etməsini gözləyir. Bəlkə də başqa gözləntilər də var. Bax onu müəyyən edib təklif vermək marketinqin işidi. Bunu mühəndis yuxuda görməyəcək ki. Ya da finansçı… Pulların üstündə bu bilgilər yazılmır. Bu bilgilər insanların şüuraltında olur. Ora enməyə isə yaxşı bir kəndir lazımdı. “Marketinq kəndiri”.

İnsanlar qara təkrəng köynəyinin üstündə ona status təmin edən bir şikil istiyir. Məsələn 3 dənə Yonca yarpaği, ya da qıvrılmış xətt.. Birini Adidas, birini Nike’dan istəyin. Amma buna görə eyni keyfiyətli logosuz maldan 10 dəfə artıq pul ödəməlisiz. Özünüz baxın da. Sizi zorla Nike’ın dükənına aparan yoxdu ki…

Şeytan deyir ki “mən insanlara heç nəyi məcbur etdirmirəm, sadəcə yönləndirirəm”. Ona görə əsl məsuliyəti özümüz daşıyırıq günahlarımızda. Allah qarşısında krediti bol olmayanlar şeytana qulaq asmasa məsləhətdi… Cibində pulu olanlar üçünsə Nike dükkanına yönləndirməyə cavab vermək əsla problem deyil…

Yaşasın marketinq qardaşlar və bacılar… İnsanlar nə istəyirsə marketinq onu görür və təqdim edir. Buna görə marketinqi günahlandırmamaq lazım… Hətta bir döş nişanı ilə təltif etmək lazımdı. Bu marketinqdi də şirkətlər qırır bir-birini bizim üçün – istehlakçı üçün… Cibimidəki pula görə də olsa dəyər verirlər… Halaldı onlara cibimizdəki pul…

P.S. Marketinq həzzi… Buna da toxunmaq istədim. Yadıma Shared’in daşı düşdü… Yazını çox da uzatmayım dedim:)

P.P.S. Marketinq haqda xoş sözlərdən hayıl-mayıl olanlara… :)

Hyundai – Chaebollar ölkəsinin yeni lideri

Kasıbın olanından - 1

Zaranı hazırladıqdan sonra bu rubrikanın ilk yazısını yazdığımı düşünürdüm. Sonradan aydın oldu ki, Zara `bizdə yoxdu`. Nəhayət Azərbaycanda mövcudluğundan əmin olduğum bir markadan danışım. Hyundai… Niyə Hyundai? Maşın dünyasının əcaibliklərini izləyənlər biləcək. Son zamanlarda ən çox yüksələn markalar Toyota, Audi, BMW, Mazda,,, bir də Hyundai. Digərlərinin bu yüksəlişi normaldı. Ənənə sözünü deyir. Amma Hyundai… Drive eliyək də öz yolumuzu, yəni yazımızı…

Əvvəlcə qısa bir tarixi ekskursiya. Bu Koreya “ot”unun hansı “kök”lər üstündə bitdiyini görməkdə fayda var. Yoxsa ki, dəvri qədimdən mənim tarix dərsiynən də heç aram olmuyub. Di gəl ki şirkətlərin tarixi maraqlı məqamlarla zəngin olur…

Hyundainin qurucusu Ju-Yung Chung adında bir şəxsi möhtəmrəmdi. Tanımıram. Adını da birinci dəfə yazı üçün araşdırma edəndə eşitdim. Deyirlər 2001’də vəfat edib. Koreyada böyük hörmətlə yad edilir. Şirkəti 1946’da qursa da Hyundai Motor 1967’də dünyaya gözünü açıb. Ford’un Koreyanın Uslan şəhərində istehsalını gerçəkləşdirmək üçün. Yavaş yavaş maşın istehsalı təcrübəsinə bürünən şirkət 1975də ilk modeli Hyundai Pony’ni satışa çıxarıb. Beləliklə ilk Hyundai’nin istehsalından cəmi 33 il keçir. Bu bir maşın markası üçün çox-çox qısa bir müddətdi. Bu müddətdə Hyundai’nin gəldiyi nöqtə isə özünə qarşı hörmət tələb edir.

Chaebol’ların tarixinə baxanda 1984’də ilk 5likdə olmayan Hyundai’nin 1996’da Koreyanın ən böyük şirkətinə çevrilməsinin səbəbi maraqlı gəlmişdi mənə. Maraqlandım və 3 məqamla qarşılaşdım… Adəti üzrə:

  1. - Yeni model – Excel’in bazara buraxılması
  2. - ABŞ’a giriş
  3. - Reklamlara start
  • Haşiyə: Chaebol - Koreyanın transmilli holdinqlərinə deyilir. Chaebol’lar bir neçə sektorda fəaliyyət göstərən milyard dollarlıq korporasiyalardı. Hazırda Koreyada 30 chaebol’un olduğu deyilirdi bir mənbədə…

1989’da Sonata və ardınca bir-birindən uğurlu digər modellər… 2001’də SUV’a Santa Fe ilə daxil olan Hyundai son 10 ilin ən parlaq avto markalarındandı. Dinamik, dəyişikliyə hazır, istehlakçının ehtiyacını görən və ödəyən.

İndi sıra gəldi Rüstəmin olduğu yerdə danışmaq üçn ürək istəyən qismə… Ürəkli olduğumu deyə bilməsəm də, bugün cəsarət gəlib. Yazacam…

Hyundai son 10 ildə imicini “ən serfəli maşın”dan (most affordable car) xeyli dəyişib. Bunun üçün görülən işlər isə marketinq cəhətdən çox dəyərlidi. Özlüyündə modellərdə görülən dəyişiklik və inkişaf hər şeyin başlanğıcıdı. Elantra, Accent, Santa Fe, Sonata… hər bir model çox inkişaf etdi. Ucuz maşın imicindən qurtulmaq üçün mühəndislərə böyük iş düşürdü ki… Onlar bunun öhdəsindən layiqincə gəldi. Hyundai Dünya Çempionatının baş sponsorluğunu alaraq bəlkə də tarixinin ən önəmli maketinq adımlarından birini atmış oldu. Bu yarışın imici Hyundai’nin keçmək istədiyi orta seqmentə xeyli uyurdu…

Vertical extension’a yönələn Hyundai yavaş yavaş orta çizgini keçən modellər buraxdı bazara. Sonata Azera/Grandeur’un kölgəsində qaldı. Genesis isə Hyundai’nin ucuz imicinin sonu oldu. Son Super Bowl’da iki reklam yeri alan Hyundai 5 milyon dolarla iki Genesis reklamı yayımladı. Veracruz ilə bu dəyişim tamamlandı. Hyundai’nin bu modelini Lexus RX330 ilə müqayisə etməyi və hər yerdə də bu müqayisəyə nail olmağı böyük bir uğurlu adımdı. Lexus ilə müqayisə edilib çox kritik tərəfindən üstün elan edilmək Hyundai’nin qələbəsidi.

Ucuz seqmentdən lüksə doğru səbrlə və inalda keçən, bu müddətdə dinamikliyini və marketinq strategiyasını qoruyan Hyundai artıq arzusuna çatmaq üzrədi… Arzusu nədir? Orta seqmentdə yer almaq. Modern maşın bazarı orta seqmentin əlinə keçib. Onlar ucuzdan da lüksdən də “oğurlayır”. Üstəlik Çinin öz “həşərat”larıyla ortalığa çıxmasını gözləmədən orta seqmentə yönəlmək Hyundainin ən yerində adımlarındandı.

Son olaraq bu bir-birindən uzaqlaşan Atos-Getz-Accent Veracruz-Grandeur-Genesis qütblərini birləşdirib şəxsiyətin və imicin formalaşmasını tamamlamaq lazımıydı. Bunun üçün isə Hyundaiİİİ… İ…

İ seriyasına keçid başladı. I30’la başlayan dalğa… Getz’in I20’yə, Atos’un I10’a, Sonata’nın I40’a dönüşməsi ilə Hyundai uğura doğru daha bir addım atır.

P.S. Bir sözlə “Öz yolunu seçən” Hyundai’yə eşq olsun!!!