Bir neçə vaxtdı özəl sektorda olan bir marketinq işçisi üçün sıfır əhəmiyət və marağa sahib mövzularla məşğulam - marketinqin fəlsəfəsi, tarixi, nəzəriyəsi, elmi vs. Əvvəlcə tarixlə bağlı uzun bir çalışma, ardında nəzəriyə, elm, konspet qarışıq bir məqalə.
Hə ki, bu sahələrdə necə işlər görüldüyündən xəbər tutduq. Bu öz yerində. Hələ bir bunu sizinlə bölüşəcək qədər maraqlı da gəldi. Bartelsi tanıdım, Bazzelli, Hantı, Baqozzini kəşf etdim. Çoxuna bu mövzular yəqin ki, soyuq və mənasız görünür. Amma marketinqin bir əsrdə necə dəyişildiyini, niyə elm olmadığını, necə elm ola biləcəyini, şirkətlərin marketinq departamentindən artığı olduğunu, görmək üçün tarix oxumaq lazım imiş.
Bugün güc bəla çatdırdıq çalışmanı. 9 saat sonra da imtahan var. Bu arada dualarınızı istəyim. Ondan sonra 22 yanvara özəl mövzunu yazdıqdan sonra, sıra gələcək məqaləmizdən sizə təqdim edəcəyim xülasəyə.
Rüstəm kimi məndə də birdən əhvalımdan yazmaq həvəsi peyda oldu. Üstəlik dedim biraz gələcək yazılardan bəhs edim. Bir də yeri gəlmişkən internetdə gəzinərkən bunu gördüm:)
Hörmətlə,
Marketinqlə maraqlanan gündən nəzəriyə ilə praktikanın qarşı qarşıya qoyulduğunu görürəm. Elə hey “həyat nəzəriyədə yazılan kimi deyil, praktika vəziyət başqadır” ifadəsini eşidirəm. Kimi haqlıdır, kimi sadəcə “risovkalıq” eliyir və əslində praktikadan dəm vursa da, kitabdan cümlələrlə danışır, kimi ondan-bundan eşitdiyi şablonu dilə gətirir vs.
Həmişə tərəfində olduğum mövqe isə nəzəriyə ilə praktikanın bu qədər zidd cəbhələr kimi qələmə verilməməsi gərəkdiyi olub. Nəticə etibarilə nəzəriyə praktikadan süzülmüş olur. Ən azı bu menecmentlik üçün belədir.
Mənə həmişə maraqlı gələnsə “madam ki, nəzəriyə belə mənasızdır, onda niyə yazılır” sualının cavabı olub. Çünkü eşitdiyim mövqelər az qala “nəzəriyə oxuyub başınızı xarab eləməyin” şəklində olub. Amerikanlar demiş - “bull-shit”!!!
Bəli nəzəriyəyə aludə olmaq və reallıqlardan uzaqlaşmaq olmaz. Çünkü kitablarda verilən istiqamət həmişə “ceteris paribus” vəya normal şərtlər üçündür. Praktikanın ən vacib qatqısı mənfi təcrübələrdən öyrənilən şeylərdir ki, kitabların bunu verməsi maaləsəf mümkün olmur. Di gəl ki, nəzəriyə praktikanın dar sahəsindən çox daha genişdir. Bu üstünlüyü isə iş prosesinin hərhansı bir mərhələsində imdadımıza yetməyə qadirdir.
Məncə nəzəriyə yiyələnmək, yəni təhsil şərtdir. Bu təcrübəyə keçmədən öncə tamamlanılması gərəkli olan bir mərhələdir. Nəzəri cəhətdən buraxılan boşluqları müəyyən müddətdən sonra doldurmaq olmaz. Halbuki düzgün bilgi öyrənilmiş olsa, formalaşmış iş aparma tərzindəki səhvliklər daha az olardı. Nə demək istədiyimi iki müqayisə ilə çatdırmağa çalışım.
Nəzəriyə ilə təcrübə arasındakı əlaqəni iki fərqli örnəyə bənzətdim nədənsə.
1. Bir dili bilmək iki cəhətdən olur: qrammatik və danışıq. Türkiyədə olduğum müddətdə gördüm ki, qrammatikanı doktorant olan türklərin belə çoxundan yaxşı öyrədiblər bizə. Eynən də bir çox dostum əla qrammatik bilgiyə sahibdir. Amma di gəl ki, öz fikrini ifadə etməkdə Türiyə türkcəsindən buranın yerliləri qədər məharətlə istifadə etdiyimi deyə bilmərəm. Çinlilər TOEFL-da 640-650 xal yığıb ən super universitetlərə yol tapdılar. Sonra məlum oldu ki, onlar sadəcə “dilin nəzəriyəsi”ni öyrəniblər. Və danışıqda çox zəifdirlər. Yəni kitablardan minlərlə söz öyrəniblər. Amma Floridada bazarda duran qara ingiliscə axıcı danışır. Sadəcə 500-600 söz ona bəs edir. Bax burada nəzəriyəyə yiyələnən əcnəbi ilk başda danışıqda problem yaşayır. Vaxt ötdükcə o bazardakında inkişaf olmasa da, əcnəbi təcrübənini içinə daxil olduqca (ingilisdilli cəmiyətdə yaşadıqca) danışığını da mükəmməlləşdirir, hətta elmi yazılar yaza bilir.
2. Müharibə zonalarından həmişə xəbərlər alırıq. Bəlkə yüzlərləsini oxuyuruq. Amma bircə dəfə orada olmağın “toxunuş”u hamısından dəyərli olur. Di gəl ki, hər şey bitdikdən sonra zonaya gedənin bilgisi gördükləri ilə sərhədlənmiş olur. Kənardan bütün mənbələri izləyən isə anbaan analizləri oxuduğu üçün bütünə baxa bilir, fərqli mövqeləri qarşılaşdıra bilir. Sadəcə bir anlıq orada olması isə bütün deyilənləri süzgəcindən keçirməyə yetərli olacaqdır. Di gəl ki, isti zonaya getmiş olsun. Yoxsa bilikləri elə “nəzəriyə”dən ibarət olacaq.
Demək istədiyim odur ki, nəzəriyə insana fərqli mülahizələri süzgəcindən keçirib öz fikrini və tərzini formalaşdırmağa, daha çox bilgi əldə etməyə, daha geniş yanaşma qazanmağa vs. kömək edir. Amma mütləq təcrübədən keçməsi lazımdır. Bax o zaman nəzəriyədən uzaq qalanlardan üstün mövqeyə keçə bilir. İstedad da varsa mütləq bilikləri iş prosesində qarşısına çıxır və qərar vermə zamanı daha efektiv ola bilir. 3-4 il artıq oxumaqdan ziyan gəlməz. Yetər ki, təhsil təhsil olsun.
Etiketler: Nəzəriyə/Tətbiq
