4 P’nın P’sı çıxdı

Marketinq öyrənənlərin ilk qarşılaşdığı konsept (qavram) 4P’dir. Hətta “çoxbilmişlər” marketinq oxuyuram deyən kimi iki sual soruşur: (…ki, bunlardan biri bütün sahələr üçün eynidir “Marketinq nədir?”) ən “çətin imtahan” isə “4P nədir”ə cavab verməkdi…
Dərd orasıdı ki, bunları bilməyənlər və özünə marketoloq deyənlər də var. Amma əksərən marketinq sahəsinin təmsilçisi “Product”-“Price”-“Place”-“Promotion” dördlüsünü bir nəfəsə sıralayır (halal olsun). Bunlar içində isə bir çoxu onların nə mənaya gəldiyini, hansı işə yaradığını, yeməkdən sonra mı, çayla mı yeyildiyini bilmir… Bir dənə də maalesef burada…
Amma bu qalsın axıra…

İndi artıq saytlarda, kitablarda, məqalələrdə təzə, özünü marketoloq adlandıranların “mətbəx”indən isti-isti çıxmış onlarla P ilə qarşılaşmaq olar. İstiyirsiz 1-2 dənəsini sayım:
Productivity
Planning
Programming
Packagging
Publicity
Pass-Along
Permission

Nə bilim e daha nələr yoxdu ki?
Lüğətdə P hərfiylə başlayan nə söz var olub marketinqin (Azərbaycanda bizə birini çox görürlər).

Amma istiyirsiz məndə 1-2 dənə əlavə eliyim:
Painting
Pijamas
Perceptibility…

Etiraz olan var?
Hamısını əsaslandıraram a… Dünya belə dünyadı, artıq kim nə istəyir yazır. Əsas tərəfdar toplamasıdı. Bəzən axmaqca görünən fikirlər belə tərəfdar toplayır. Ona görə də dərdim yoxdu… Tərəfdar da taparam. Gördüm yoxdu evdəkilərdən xahiş edərəm…
Nəysəə…

Yəni bu P’nın P’sını çıxarmaq lazım deyil. Hə 1981’də xidmət marketinqi üçün 4P’yə qoşulmuş yeni 3P (physical evidencə (fiziki çevrə), people (insanlar), process (proses) hardasa ağlabatandı. Mən də qəbul edirəm bunu. Nə olduqları qalsın sonraya… Ya da daha elmi bir platformaya…

İndi qayıdaq 4P’ya və onun ölkəmizdəki vəziyətinə. Mak forumda Manafov İlkin’in xətrinə açdığım bir mövzuda gedən söhbətlərdən belə qənaətə gəldim ki, yazmaq lazımdı. Yəni heç nə bacarmırıq barı bunu edək. Yazaq…
4P’nin hərhansı biri istifadə olunmur vəya olunur heç şübhəsiz səhv fikirdi. Düzdü bunu ifadə edənin nəyi nəzərdə tutduğu da önəmlidi. Amma ki 4P (xidmət üçün 7P) hər bir şirkətin fəaliyətində mütləq yer alır. Niyəsi və necəsi bəllidi. Amma marketinq baxımında ola bilər ki…
* O P’ların hamısıyla marketinq şöbəsinin məşğul olmasına imkan verilməsin. Mirinin dediyi kimi. Bizdə həqiqətən də marketinq şöbəsi sadəcə reklam və tanıtımla məşğuldu.
* Şirkət öz fəaliyətini qurarkən bu P’lərin strategiyasında fərqliliklər olsun və 4P konseptinə əməl edilməmiş olsun.
* Şirkətin P’ların hamısının marketinq dəyərinin fərqində olmadan (modern marketing – holistic marketing – integrated marketing – qavramlarına bax.) strategiyasını səhv qursun.
* Ümumiyətlə Makretinq strategiyası da olmaya bilər. Bu isə 4P`dan əvvəl həll edilməsi lazım məsələlərin belə gözdən qaçması deməkdi…


4P artıq kitablardan sıyrılaraq şirkətlərin fəaliyyət planına girmiş bir mövhumdu. Qrup yoldaşım şirkətlərində hazırladığı sosyal məsuliyət kampanyasını reklam agentliyinə anlatmaq üçün 4P’ni necə istifadə elədiyini deyəndə ürəyimdən keçmişdi: bizim şirkətlər də kaş eşitmiş olsa bu söhbəti…

P.S. P’lərin yox P’ların yazmışam çox yerdə. Ay qadan alım bizdə P(e) demirlər axı P(ı) deyirlər. Marketinqin 4 P(ı)sı… :)

P.P.S. Bu gün 29 fevraldı. Belə imkan bir də ələ düşməz dedim. Daha doğrusu 4 il gözləməli olacağıq dedim. Və bugünə çatdırdım yazını. Qəhramanam e...;)

P.P.P.S. Başlığın açıqlaması: 4P(ı)nın P(üre)si çıxdı;)

PRın ləkəli tarixi

PRçıların qulağından uzaq…

PR ya da bizdə istifadə olunan, əslində elə də çox olunmayan adıyla ictimaiyətlə əlaqələr… PRın özünü demirəm, “ictimaiyətlə əlaqələr” ifadəsi bizdə çox istifadə olunmur. Yoxsa ki, PR marketing communication’un (hələlik “marketinq kommunikasiyası” ilə keçinək) ən qədim növlərindəndi və ölkədə marketinqin səviyəsindən asılı olmayaraq istifadə olunan bir mövhumdu. Sadəcə modern alətlərin istifadə olunub-olunmaması və bunun ölkə marketinqinə faydası müzakirqə oluna bilər.

İndi sizə hamının sevdiyi-saydığı, mənim də ən efektiv marketinq kommunikasiyası aləti hesab etdiyim PRın tarixindən azacıq bəhs edəcəm. Bu sözü ilk dəfə Amerikanın prezidenti Tomas Ceffersonun 1807’ci ildə tələffüz etdiyindən filan da yox a… Belə şeyləri gedin standart PR kitabından oxuyun. Hamısında var. PRı Yuli Sezar da istifadə edib, Osmanlı padşahı Fatih Sultan Mehmet də… Bunlar öz yerində…


Mən biraz PRçıların bildiyi, içində qəbul etdiyi, amma xoşlarına gəlməyən və gəlməyəcək bir məqama toxunacam.

Bəli PR xalqı bilincləndirmənin vasitəsidir. Onun məqsədi reklamdan daha təmizdi və tamamən sosial cəhətən məsuliyyəti yerinə yetirir. Amma baxır kimin əllərində. Ot kökü üstə bitər bizim atalar sözümüzdü səhv eləmirəmsə. PRın kökünə baxaq görək bu “ideal” vasitə əvvəllər nəyə vasitəçilik edib…

Buna başlamadan öncə PRın tarixini ikiyə bölüm ki, marketinq PRçıları çox dərindən tənqid etmiş olmayım. PR II Dünya müharibəsindən öncəyə qədər ticari mənada və marketinqin tərkibində demək olar istifadə olunmayıb. Xüsusilə Amerikadan yaşanan “baby boomers”dən sonra marketinqin alətinə çevrilib. Amma daha öncəsində PR indi ədəbiyatda “propaqanda” adlandırılan mövhumla demək olar eyni mənaları daşıyıb. Yəni mən nisbətən marketinq PRı bu yazıdan uzaq tuturam. Amma nisbətən…

PR tarixinin iki ən böyük ismi hamı tərəfindən İvy Ledbetter Lee və Edward Bernays qəbul edilir. Lee praktik, Bernays isə nəzəri dahilərdi. Hər biri öz çalışmalarıyla tarixə iz qoyub. Və maalesef, Türklər demiş… Onların tarixə düşməsini təmin edən işləri PR tarixini ləkələyir…

Lee 20’ci əsrin əvvəllərindən PR ilə peşəkar məşğul olan tanınan insanlardan olub. Xüsusilə I dünya müharibəsi dövründə dövlətə sambalı məsləhətlər verib. Gənclərin müharibəyə cəlb olunması və ən əsası da xalqın bu müharibəyə qoşulmağın vacibliyinə inandırılası istiqamətində… Ayrıca Teodor Ruzveltin o vaxtlar ABŞ prezidentliyinə gəlməsində əvəzsiz xidmətləri var.
Amma onu tarixin yaddaşına həkk edən hadisə bizim də yaxından tanıdığımız Rokfeller ailəsi üçün etdikləridir. Xüsusilə 1913-15 arasında xalqın gözündən düşən, oğru və yalançı, sömürcü imici qazan…maq üzərə olan Rockfeller’ləri o vaxt Lee xilas edib. Zavodlardan birində baş verən insident hələ də ört-basdır edilməyə çalışılır. Məhz Lee işçilərinin etirazlarını boğa bilməyən və dövlətə “pul atmaqda” günahlandırılan ailəni başda “publisiti” və digər efektiv PR üsullarıyla xilas edib…

Bernays isə hamının qəbul etdiyi ilk PR kitabının yazarıdır. Xüsusilə 1923’də yazdığı “Crystallizing Public Opinion” tarixə düşmüş bir kitabdır. Sonradan Hitler və məsləhətçiləri bu kitabda yazılanlardan istifadə edərək Faşist Almaniyasını quracaq və Ziqmund Froyd’un bacısı oğlu Bernays bu kitabı yazdığına görə çox peşma olduğunu açıqlayacaq…
Onun tarixə düşməsi isə bir baxıma Lee’ninkindən daha etik, digər tərəfdən baxanda isə daha mənfi bir haldır. Necə?

Qadınların indi siqaret çəkməsinin ən böyük günahkarı məhz Bernaysdı (!). Bildiyiniz kimi siqaret tarix boyu indiki imicinə sahib olmayıb. Zərəri bilinməklə bərabər əczaxanalarda satılan bir “dərman” olub. Mədə və əsəblərə faydalı bir dərman… Qadınların siqaretə uzaq durduğunun görən Bernays bunu aradan qaldırmaq üçün psixoloq Frillə müraciət edib. O isə qadınların siqaret çəkməyi əslində öz azadlığı olaraq gördüyünü, sadəcə ictimai qınaqdan çəkindiyini ifadə edib. Üstəlik Frill siqarət çəkməyin qadınlarda çox xoşladıqları cinsi bir assosiasiyanı doğurduğunu da söyləyib. Bu bilgilər isə Bernaysın PRın tarixinə düşən “Torches of Liberty” (Azadlıq məşəli) kampanyasını formalaşdırmağa kifayət edib. Torches of Liberty - New York 1929

Qadınlar siqaret reklamlarında


Bu kampanya 1929’cu ildə Pasxa Paradı zamanı New York’da qadınların ələrində siqaretlərlə xalq içinə çıxmasıyla başlayıb. Bunu görən kişilər artıq siqaretə meyli qadınlarının qarşısını ala bilməyib…
Beləliklə Bernays “saf niyyətlə” daha bir “mənfi hal”ın səbəbkarı olub…

Qeyd: Yuxarıdakı şəkildə xanımın sol əlində siqaret var. Buna diqqət!!! Aşağıdakında isə sloqan çox maraqlıdı: I really don't know if I should smoke - Mən həqiqətən də siqarət çəkə biləcəyimə əmin deyiləm (təxminən).


Yazı çox uzun oldu… Bir dənə uzun Marlboro gedər üstündən:))