Yekə-yekə danışmayın!

İmtahanlara fasilə, bloga davam... :)

Üç gün dalbadal bir-birindən çətin :) imtahanları verdikdən sonra bloga geri qayıtmaq olar. Başlığı oxuyub inciməmisiz ümid edirəm ki. Allah eləməsin sizi nəzərdə tutum. Şirkətlərləyəm. İndi hər şey aydın olacaq.

Bu ideya mənə necə gəldi onu deyim əvvələn. 3 gün öncə bir fokus qrupda iştirakçı oldum. Cevahir haqda da söhbət açıldı. Açığı daha öncə də bloga yazdığım yazıfasondan da hiss etmək olar ki, Cevahiri bəyənmişəm. Həm çox böyükdü, həm hər şey var, həm super düzənlənibdi, həm... həm... həm də... Təbii ki, əksik cəhətləri yox deyil. Amma fokus qrupdakı qədər kəskin tənqidlərə layiq olduğunu heç cür qəbul edə bilmərəm. Nəysə bu qalsın sonraya. Amma bir tənqid var idi ki, mən də razılaşdım və hətta o qədər mənimsədim ki, indi oxuduğunuz sətirlər peyda oldu.

Məsələ də o idi ki, Türkiyənin bəlkə də ən mərkəzi 3-4 nöqtəsindən birində 9 stadion böyüklüyündə yeri tutan Cevahir açılmadan əvvəl bütün ölkəni hay-haray bürümşdü: “Avropanın ən böyük, dünyanın ikinci AVM`i”. Hələ başqa başqa təmtəraqlı ifadələr. Üstəlik inşaat müddətində də sahəni çevrələyən çəpərlər yanında keçənlərə “gözlə açılım gözün kəllənə çıxacaq” deyirmiş.

Dünyanın ən böyük işləməyən saatı

Nəticədə fakt fakt olaraq qaldı – Cevahir Avropanın ən böyük AVMsi olaraq açıldı. Açılış da nə açılış... Amma ilk gün şokundan sonra aydın oldu ki, Cevahir o təmtəraqlı ifadələrin yanında “cılız bir div” olaraq göründü. Xarici görünüş nə inşaatçı ailəyə, nə Avropanın ikinci ən böyük AVMsinə, nə də hədəflənən kütləyə yaraşmadı. Çox bəsit və zövqsüzdü. Dünyanın ən böyük saatını ayaqüstə görmək üçün başla bədən perpendikulyar hal almasa olmur. Çünkü o div binanın tavanına vurulub. Üstəlik də onu görəndən sonra (min bir əziyətlə) “Dünyanın işləyən ən böyük saatı”nı axtarıram. Çünkü ağ fonda ağ rəqəmlərlə mənasız bir şey düzəldilməsi azmış kimi işləmir də.

Cevahir sonradan xeyli dəyişiklik etdi. Dizayna olmasa da, asortimentinə əl gəzdirdi. Mənfi cəhətləri yanında gözdən itən müsbət cəhətlərini önə çıxarmağa çalışır. Amma saat hələ də işləmir.

Deməyim odur ki, bəlkə də belə böyük danışmasaydılar “expectation-perception gap” kimi marketinqdə açar məqamlardan birinə çevrilən bir problemlə üzləşməyəcəydilər.

Bu da ALTIN ÇOCUK

Bu mənada böyük danışıb ona layiqli cavabı verə bilməyən iki örnək daha gətirərəkdən keçəcəm yorumlarıma. Təxminən iki ol olar Toyota Aurisin ortaya çıxışı. “Otomobil dünyasının Altın çocuğu” və o super reklamı görəndə Toyota super car buraxır deyə düşündüm. Həqiqətən də TVdə möhtəşəm bir şey göründü. Sonradan öyərəndə ki, Corollanın Hatchback`i bundan sonra Auris adlanacaq böyük məyusluq olmuşdu. Bir də Hyundai I30`nu bazara sürmədən əvvəl elə böyük böyük danışdı ki, dedim Koreyalılar önünə gələni əzib keçəcək. Amma o da olmadı. Üstəlik satışlar reklamların qarşılığında heç nə oldu. İndi də Azərbaycanda I30 reklamları əməlli yayınlanırmış amma deyəsən o xətaya yol vermədən.

O məyusluğu ardından I30 normal qaydalarla promouşn edilməyə başlanandan satışlar və yollarda görünmə məsələsində irəliləyiş hiss edilir. Əslində həm Auris, həm I30 “ciks” maşınlardı. Yaxşı da satış edə bilər. Amma reklamlar və PR`la istehlakçının gözləntisini yüksəldib onu təqdim edə bilməmək markanı aşındırır. Bilindiyi kimi, SERVQUAL modelindəki boşluqlardan biri də məhz budur. Təqdim olunanla xarici komunikasiya arasındakı fərq. Bu isə kritik məqamdı.

Yəni böyük danışıb diqqəti marka özürinə çəkmək və hamının bazara girişinizi gözləməsini təmin etmək satışlarda özünü mənfi cəhətdən də göstərə bilər. Marka nədisə odur. Şişirdib istehlakçının gözləntisini yüksəldib sonra qarşılaya bilməyərək zirvədən yerə çırpılmağın nə adı var?

Belə səhvlər bizdə də buraxılır. Amma yadıma düşmədi örnəyi. Yadınıza düşsə şərhə əlavə edin.

2 yorum:

Rüstəm Məmmədov dedi ki...

Evvela, onu deyim ki, yazi ela..3 ornek, 3 mesaj..Ela!

Qisa melumat i30 haqqinda: Azerbaycanda bizi planladigimiz reklamlari bashlamadiq, chox gecikdirdim, bile bile. Reklamlar da, ancaq bannerler gedir (o da sagolsun bizim web saytin "uzmanlar", bizim yaxshi gune qoydular, daha evvelden meqaleler yayinlanib ve posterler yayinlanib. TV reklamlari Euro2008 ile birlikde bashlayacaq. Gecikdirmeyimizin sebebini hami bilmek isteyer: sebeb odur ki, sifarishler vaxtinda gelmedi, elimizde yeterli sayida mashin olmadi ve biz de qaldiq bele:)

Umumiyyetle keyfiyyet haqqinda, hadise gozlenilenden ashagi olarsa ashagi keyfiyyet, yuxari olarsa yuxari keyfiyyet ortaya chixir (cumle ne pis oldu, menasini ozunuz duzledin). Auris ve i30 yuz faiz sen deyen kimi oldu..Men de "Allah bilir Totota yene ne duzeldib" demishdim ilk teaserleri gorende..Geldi chixdi Auris.Auris yaxshi mashindi, ama o seskuyun altinda qaldi yaziq.
i30 da onun kimi. "Avtomobil dunyasinin yeni ikonu" balam, ikon deyirsense bu mashina, bu en azindan dunyanin en yaxshilari ile reqabet gucunde olmalidir axi...

Bizim reklamlarimizda da, biraz shishirtme var, ama valla mence biz chox da, abartmamishiq olayi:):)

Hormetle,

Vüsal Qəmbərov dedi ki...

3 mesaj 9 kontur eliyir e ay Rüstəm. Bunun nəyi əladı? Sağ olsun Elnurnan Samir. Bütün konturlarımız da onlara getdi :)))
Zarafat bir yanə. Sənin gözəl sözlərin də o biri yanə.

Allah razı olsun.

Bir etiraf daha: o ikon məsələsi yadıma düşmədiyindən yazmadım. Amma bildim ki, Hyundaist yazajax onsuz:) Çünkü sənin də İ30un yekə yekə danışmağını sevmədiyindən xavardardım.

Bir gün bu şişirdənlərdən birinin markası partlayacaq onda görəcəklər :) Böyük Türk müğənnisi Sibel Can necə deyib? - Büyük lokma ye, ama Büyük söz konuşma :)

p.s. Popüler kültür yıxdı evimizi. Atalar sözünü də Sibel Canın sitatı sayırıq :))