Blogu açıb yeni yazını görənlər "Bəxtəvər bu qaçhaqaçda da yazmağa həvəs və imkan tapır" deyə bilər. Deyənlər yanıldı :). Çünkü Ankaraya gedib gəlmək və ardında səfər hazırlıqları, Azərbaycana çatandan sonra da blogun yada düşməyəcəyini təxmin edib əvvəlcədən 3 yazı arxivləmişəm. Bu da onlarda birincisi. Düzü mən də heç düzələnə oxşamıram. Yeni mövzu dolanır beynimdə. Hadi xeyirlisi :)
Getdik...
Kolumb gedib o diyarlara çıxandan yeni bir bilgiyə çatmanın, yenilik etməyin, kəşfin adı olubdu “Amerikanı kəşf etmək”. Elə mən də bir neçə gün əvvəl yolda gedərkən “Amerikanı kəşf etdim”. ÖZüm belə deyirəm e əslində yeni bir şey tapmamışam. İndi deyəcəm biləcəksiz söhbət nədən gedir...
Bilindiyi kimi IMC dünyasının bir qırğını var: reklam təsirliliyini itirir və yerini PRa verir. Marketinqin inqilabçı cütlüyü Trout ilə Ries`ın əsasını qoyduğu bu axıma artıq hamı qatılıb demək olar. Şirkətlər də bunu fəqrindədi. Bircə nədənsə büdcələrdə əks olunmur. Hələ də reklam xərcləri şirkətlərin ən böyük marketinq xərcləridir. Nəysə mövzu heç bu da deyil....
Amma əlaqəsi var mövzu ilə. Belədir ki, PR`ın ən güclü IMC üzvü olduğu deyilsə də, bunu mütləq qanun kim ifadə eləmək olmaz. Marketinqin hər bir qarışında olduğu kimi burada da vəziyət cəmiyətlərə və millətlərə görə dəyişir. Bax indi gəldik mövzuya və bunun açıqlamasına.
Deyəcəyim odur ki, IMC üzvlərindən bəlkə də ən qədimi direct sell – birbaşa satışdır. Bu ibtidai kommersiya və bazaryeri dövrünün silahı olub. Media anlayışının və tanıtımın olmadığı dönəmdə ticarətçiliyin etalonu olub. Daha sonra reklam və tanıtım kəşf edilib. Yox, yox IMCnin tarixindən danışmayacam. Yəni media ortaya çıxanacan ibtidai üsullar işləyirdi. Daha sonra gücü əlində tutan istehsalçı istehlakçıya özündən danışmağa başladı və bunun adı oldu reklam. Reklam son 30-40 ilə qədər ən güclü tanıtım vasitəsi idi. Bəs PRı belə baş tacı edən nə oldu?
Məncə medianın gücü ələ alması, insanların mediaya indeksli yaşaması. Şirkətlərin sözünə güvənməyən istehlakçı onun əvəzinə media (vəya fikir liderləri) danışanda qəbul edir. Bu iddianın keçərliliyini yoxlamaq üçün medianın güclü olduğu ölkələrdə PRın gücünə baxmaq kifayətdir. Məsələn Azərbaycanda media zəif olduğu üçün PR da hələ inkişaf etməyib. Halbuki istehsalçı gücü əlində saxladığı üçün reklamlar böyük effekt verir. Çünkü bizdə reklam və digər tanıtım çalışmaları şirkəti sevdirmək və məhsulun imicini yüksəltmək yox, əsasən “biz də varıq” demək və alıma yönləndirmək üçündür. Yəni Rüstəmin dediyi kimi “itələmə” məqsədlidir, “çəkmə” yox.
Medianın (TV, qəzet, radio) gücünü itirməyə doğru getdiyi ölkələrdə isə wom qüvvədədir. Daha doğrusu wom dönəmi başlayıb. İnsanlar artıq medianın dediyinə güvənmir və pənahı bloglarda, forumlarda, fikir liderlərində axtarır. Bizdə də wom yüksəkdə durur amma tamam fərqli bir obrazda və versiyada. O ayrı bir yazıda inşallah.
İndi belə bir mənzərə var. Media gücü ələ alır və inamını itirdikdən sonra reklam-PR-wom dalğasında sıra sonuncuya çatır. Türkiyə artıq PRın üstünlüyü arxada qoymağa doğru gedir. Media böyük təsirə malik olsa da, inamı itirmək üçün hər vəchlə çalışır və bir gün istehlakçılar üçün referans olmaqdan çıxacaq.
Bəs sonra? İnsanlar bir birinə də inamı itirəcək axı. Çünkü bloglar, forumlar və bənzəri qrupların gücünü hiss edən şirkətlər alternativ media olaraq oralara meyl edir. Nəhayətində blogçu və forumçuların da şirkətlərlə əlbir olduğu anlaşılacaq və bu dövr də qapanacaq. Ondan sonra...
Hələ ki, wom sonrası dövrlə bağlı ciddi fərziyə görünmür. Əldəki üsullardan Event Marketing, sponsorluqlar, sosial məsuliyət güclənəcək demək asandır. Mən inanmıram. Fərziyəm nədir? Deyirəm bəlkə istehlakçılar heç kimə etibar etmədikdən sonra bilinclənməyə başladı bəlkə. Bu da marketinqin sonunu gətirə bilər. Vəya marketinq həqiqətən də sərhədlərini aşacaq və dəyər mərkəzli olacaq. Vallah nə deyim. Dərin dərin analizlər istəyir. Amma yaxı 10-15 ildə bizi çox şeyin gözlədiyi dəqiqdir.
P.S. əvəzi: Biraz realist təxminim isə pərakəndəçilərin əlindəki gücün zirvəyə çatmasına aparan yoldur ki: buna görə artıq pərakəndə satış nöqtəsində ünsiyətin həlledici olacağıdır. Bəlkə seminarlarına qatıldığım Türkiyə Direct Marketinq Assosiasiyasının xəyalları reallaşır – gələcək direct marketinqədir... Ola da bilər...
P.S.in özü. Yazını oxuyanda sonra "Bəxtəvər..." ilə başlayan cümlə qurmanızı necə istərdim :)P.P.S. Sabah vətəndəyəm inşallah :) Hamını (məclisdə) görmək ümidiylə
2 yorum:
salam,
maraqlıdır... marketinq insanlara mal satmaq, onları seqmentləşdirmək, onlara dəyər sırımaq deyilsə, o zaman nədir? Mən bu sualı kinayə ilə soruşmuram, çünki hər zaman marketinqi iqtisadiyyatın bir sahəsi kimi başa düşmüşəm-ola bilər yanılım. Məgər marketinq konseptinin arxasında insan şəxsiyyəti bir istehlakçı kimi qavramı durmurmu? Məgər marketinqdə insan ideya və əmtəələrin və s. istehlakçısı və istehsalçısı olmaqdan çıxıb da islamdakı kimi kamil insan, Erix Frommdakı kimi "homo religiosus", biologiyadakı kimi məməli canlı, ədəbiyyatdakı kimi obraz halına mı gəlir və ya bunların hamısımı olur? Mən özüm ixtisasca (ilk ixtisas) huquqçuyam və hüquqda insanın bir aspekti öyrənilər. marketinq bunlardan çoxmu oldu? Bir az aydınlıq gətirsəniz sevinərəm...
Sevgilərlə,
the İmage
Hormetli The Image marketinq ne oldugunu hech kim deqiq bilmir. Amma niye bu qeder onemli oldugunu izah elemeye chalishim. Ya da bunun ucuhun dushunduyum sebebi...
Demeli deyilene gore marketinq INTERACTIONdur. Yeni `qarshiliqli munasibet` demek olar. Ya da bir qism alimlerin dediyi kimi `INTERACTION IN THE MARKETPLACE`. Dolayisiyla gunumuzde en vacib mekan bazardir ve en vacib proses insanlarin qarshiliqli elaqesi. Birincisi kapitalizmin gereyidir. Ikincisi ise insanlarin ferd kimi ozunu derkinin. Marketinq hazirda pul getiren en vacib sosial elmlerden biri olubdu.
Bu en qisa izahdir. Ozu de telem telesik. Belke de bu barede yazmaq olar...
Yorum Gönder