Mütaliə, təhlil (düşüncə), nəql

Mühəndislər arasında marketinqçi olmaq...

Hamının marketinqə meyl salması, amma marketinqi tanımağa başladıqdan sonra ondan uzaqlaşmasının səbəbini anladım...
Necə?

Bu gün müxtəlif instansiyalara göndərmək üçün şirkətin tanıtım mətnini ingilis və rus dillərinə çevirməliydim. 3 saat ərzində mətnə baxdım, baxdım, baxdım... Əvvəla əlimdəki mətn ürəyimcə deyildi. Ən əsası isə o an tərcümə əhvalında deyildim. Oturdum və bu mətni necə adam etmək olar deyə düşündüm, plan cızdım, hətta ondan o tərəfə keçdim və bu tanıtım mətnini şirkətin mövqeləndirməsinə yeritməyin yollarını axtardım, açdım veb səhifəmizi ordakı süstləşməni bu mətnlə necə aradan qaldıra biləcəyimi düşündüm, oradan da elə bir nəticə çıxdı ki, səhifəmizin üzərində işləyənləri biraz “tərlədəsi” olacam. Dizayna əl gəzdiriləsə oldu. Beləcə 3 saat ərzində “iş” görmədim.

Amma bir mühəndis üçün bunlar iş sayılmasa da, marketinqçi nöqteyi nəzərindən iş sayıla bilər.

Dərd orasıdı ki, Türkiyədəki ikinci iş yerimdə də ofisin demək olar yeganə “qeyri-mühəndis”iyəm. Həkimlər və mühəndislər ölkəsində “saf” marketinqçi olmaq elə də asan məsələ deyil.

Açığı marketinqçilər üçün “mühəndislər bizi anlamaz” iddiasını dilə gətirmək rahatdır. Mühəndislər isə haqlı olaraq bütün gün dəftər, qələm, kalkulyator ilə layihə “sökərkən” yanlarındakı marketinqçinin “ağzını əngəldib ulduz sayması” və buna “düşünürəm” donu geydirməsini bəyənmir. Amma insafən hər adam oturub layihə çözməyə vəya təklif hazırlamağa, finansal analizlər etməyə məcbur deyil. Biri də oturub strategiya yazmalı, kreativləri ortaya qoymalıdır. Çünkü tətbiq işlərini birləşdirib bütöv hala gətirən və onların uzunömürlü fəaliyətini təmin edən məzh strategiya və kreativdir.

Kreativ isə sadəcə konsentrasiya və rahat beyin ilə ortaya çıxa biləcək bir şeydir.

Mütaliə, təhlil və nəql isə marketinqçilərin “İŞ” dediyi işdir. Yəni vəziyəti və mənbəni mütaliə edib təhlil süzgəcindən keçirmək, düşünüb lazım gəldikdə yenilik və strategiya ortaya qoymaq və bu strategiyanı şirkətə nəql etmək. Son mərhələdə isə bütün fəaliyətə və hədəf kütləyə.

Beləliklə bu 3 mərhələli proses dildə rahat səslənsə də, əslində kompleks və çətin bir işdir. Əsas məsələ isə odur ki, motivasiyaya və kreativliyin limitinə çox bağlı olduğu üçün davamlılıq təmin etmək çətin olur. Bir də komplekslər... İnsanlar “boş işlə” məşğul olmaqdan bezirlər. Bu auraya qapılmaq və “marketinqin təsiri altına düşməkdən” çəkinirlər.

8 yorum:

Aygün İslamzadə dedi ki...

Belke ele marketinqi muhendislerin gozunde ve ya aglinda movqelendirmekden bashlayasan...
Duzdur, chox agir ve sebr teleb eden ishdir.. Amma bir gun meni de basha dushecekler umidi bunu etmeye komek eder.. Elbette, ishlediyin shirketde uzun muddet qalmagi planlashdirirsansa..

Vüsal Qəmbərov dedi ki...

Eger konkret menim veziyetimden danışırsansa bunlardan ötübdü:) Çünkü bele şirketde marketinq deyilen şey tetbiq olunur doğal olaraq, amma bu işi hisse hisse ixracatçı, satışçı, emeliyatçı ve qabyuyançı eliyirse çetin ki MARKETİNQin ne olduğunu öyreneler.

Amma ümumiyetle mühendislerin gözünde marketinqin mövqelenmesidise mövzu. Ya gerek gedib marketinq tehsili alsınlar, ya da marketinqçini "çox danışan" olaraq tanısınlar :)

O ki qaldı, bir gün meni anlamalarına... KM dedi bunu gözlemek yersizdi. Gerek önce men onları anlayım ;)

Rüstəm Məmmədov dedi ki...

Bizim İsmail KAYA mühəndis lisnası bitirmişdi. Həmişə də mühəndislərdən çox yaxşı marketoloq olduğunu deyirdi.

Vüsal Qəmbərov dedi ki...

Məncə də yaxşı marketinqçi olmaq üçün mühəndis olmaq əla fürsətdir. Amma gərək marketinqçi kimi düşünməyə başlayasan. Çünkü onların təfəkkürü satışçılardan da fərqlənir.

Əslində çox bəyənirəm mühəndis təfəkkürünü. Bircə önəmli əksik cəhət strategiya, düşünmə və yaradıcılıq kimi faktorları layiqincə dəyərləndirilməməsidi.

Rüstəm Məmmədov dedi ki...

Vüsal, Marketinqə marketinqçilərdən başqa bütün digər peşə sahibləri "boş şey"kimi baxırlar, mühəndisləri də qınama. Başını sal aşağı, işini gör:))

Vüsal Qəmbərov dedi ki...

Başını da aşağı salırsan deyirlər nəsə fırıldaq eliyir. Adımız pis çıxıb :)

Rüstəm Məmmədov dedi ki...

:)) Can bala. Dərdin ağırdır sənin ay qardaş.

mIRI dedi ki...

yazdiqlariniz cox maraqlidir....burda esl menim derdime toxundunuz...cunki mende muhendisliyi(endustri) bitirb marketinqe girishmeye calisanlardanam...ve heqiqetende Rustemin yuxarida qeyd etdiyi ile raziyam...bilirsiz muhendis ixtisasi uzre bitirib marketinqe atilanlar mence daha cox ugur elde etmek imkanlari var...hele birde endustri muhendisliyin bitirib marketinqe girisenler...cunki burda ferqli elmler oyrendikden sonra marketinqe cox rahat ve ferqli baxisla baxa bilirler...
en azindan EM-de sistem analiz, MRP, keyfiyyete nezaret, maliyye, ISO keyfiyyet sistemleri, Simulyasiya, ergonomika kimi saheler haqqinda melumat olduqdan sonra marketinqin icine rahat gire bilirsen....
amma inshallah burda soz verim oz bloqumda muhendis olub daha sonra marketinqe atilmagin perespektivlerinden ve rahatligindan yazacam vaxtim olan kimi....:))))))