Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da...

Bugün evimizin yanındakı Migrosdan (Ramstore) salatalık :) aldım. Baxdım ki, bazarda ortalığı tökülən və 25 quruş qiymətə rəğmən heç kimin üzünə belə baxmadığı sortdandır. Bir sözlə keyfiyətsiz, amma biraz uzağımızdakı marketin keyfiyətli həmcinsindən 50 faiz, bazardakından isə ən azı 100 faiz baha qiymətə. Və düşündüm...

Migros ki, Türkiyənin ən böyük və lüks mağazalar zinciridir. Hər zaman keyfiyət və səviyə onlarçün ümdədir. Migrosun rəfinə daxil olmağın yerində satışdan əlavə imicə yararı Türkiyədə məlumdur. Qırğındır bir sözlə. Amma “bu ne diyet, bu ne lahana turşusu” deyəsi gəlir adamın. Yoxsa...

Əslində o məhsul Migrosa yaraşmır, imiciylə üstüstə düşmür və keyfiyətinə cavab vermir. Nə olsun ki? Real olaraq baxanda bu uyuşmazlıq Migrosun dar anlamda mənim bir müştəri kimi alışlarıma, geniş götürəndə markasına və ümumi satışlarına necə təsir edir? Söhbət dalbadal 2-3 hadisədən getmir. Sadəcə bir xiyardan gedir.

Bəli! Çox kritik sualdır. Sadəcə ona görə yox ki, Migros keyfiyətsiz xiyar ucbatından hansısa müştərisini itirir. Xeyr! Əsas məsələ də elə odur. Migros bu xiyar ucbatından müştərisini itirir mi? “Adidaspərəst” tanışımın 70 liraya aldığı köynəyinin 3-cü yuyulmada məhv olması onun nəzdində Adidasın dəyərini nə qədər azaldır? Bu azalma gələcəkdə satışlara nə qədər təsir edir? Yəni, şirkətlər öz markalarının bütün komponentlərdə ideallığını təmin etməlidir mi? Bir maşın markası iki ön oturacaq arasında stəkan üçün boşluq dizayn edibsə, digəri və hətta seqmenti ondan yuxarı olan biri etməsə markaya təsir edərmi?

Hələ suallar davam edə bilər...

Bu yerdə nədənsə yenə ağlıma Balanced Scorecard gəldi. Balanced Scorecard-da düzgün performans kriteriyaları və bu kriteriyalar üzrə hədəfin müəyyən edilməsi ən vacib məqamdır. Ruslar demiş ulavlivayete da?

Bir marka istər görünən, istər görünməyən tərəfləri ilə müxtəlif komponentlərdən ibarətdir. Bu komponentlər bir araya gəldikdə marka deyilən mövhum ortaya çıxır. Məsələn, elə götürək Migrosu – mağazanın daxili və xarici, məhsul çeşidliliyi və keyfiyəti, sədaqət çalışmaları, kommunikasiyalar, yer seçimi, personal, mövqeləndirməsi. İlk ağlıma gələn bunlar oldu. Bəlkə yenə nələrsə də var. Əsas odur ki, dərinə baxanda Migrosu bu faktorların formalaşdırdığını və hər bir müştərinin mağazaya gəlmə sıxlığı və alışveriş həcmi bu faktorların ahəngi ilə formalaşır. Bax o anda qeyd olunan faktorlar üzrə 100 faizlik göstəricini təmin etmək gərəkir mi, yoxsa bəzi şeylərdən ekonomiya etmək olar mı bunların doğru hesablanması lazımdır. Çünkü əksikliyin həddi aşması durumunda nə olacağınə deməyə ehtiyac yoxdur. Məsələn, 3 gün sonra gedib yenə eyni xiyarla qarşılaşsam artıq bundan sonra ən azından tərəvəzi Migrosdan almayacam. Amma bu partiyada diqqətsizlik edilib deyib üstündən keçmək olar. Digər tərəfdən bu fikrimi mağaza məsuluna çatdırdıqda neqatif reaksiya almış olsam bunun təsiri daha fərqli olar. Bundan keçdi...

Həə... O ki qaldı lazımından artığını verməyə... Nokianın indi istifadə olunan modelləri texnoloji cəhətdən qat qat aşan modellər dizayn etdiyini bilməyən olmaz. Amma niyə buraxılmır meydana? Hər şeyi birdən təqdim etsələr “istehlakçı köpər”... Bax elə Migros da bütün komponentlərdə ideal olsa müştərisinin gözləntisini və xidmət ilə bağlı hökmünü yüksəltmiş olacaq. Bu isə “bindiği dalı kesmek” adlanır el arasında. Ən əsası isə hansısa komponent üzrə gərəyindən yüksək təklifi vermək LAZIMSIZ XƏRCdir. Bu isə indiki rəqabət mühitində özünü baltalamaq sayıla bilər.

Bəli, marketinqçi kimi baxdıqda əksikliklər bizi narahat edə bilər. Markaya zərbə, uzun dönəmdə mənfi nəticələr, müştəriyə hörmətsizlik falan filan. Türklər demiş saçmalık. Amma real olaraq baxanda bu xərclərin bir qəpiyinin belə havaya sovrulmaması üçün diqqət etmək lazımdır. Çünkü bu komponentlər birdəfəlik xərc ilə davamlılığı təmin edilməyən və mütəmadi xərc istəyən nöqtələrdir.

Bu isə ciddi maliyə axını istəyir...

Krantı bağlayın skvolznyak (cərəyan) olur. Müştərinin mədəsinə toxunar birdən...

16 yorum:

Rüstəm Məmmədov dedi ki...

Əvvəlini yaxşı gətirmişdin, axırını amma başa düşmədim.

"Bəli, marketinqçi kimi baxdıqda əksikliklər bizi narahat edə bilər. Markaya zərbə, uzun dönəmdə mənfi nəticələr, müştəriyə hörmətsizlik falan filan. Türklər demiş saçmalık. Amma real olaraq baxanda bu xərclərin bir qəpiyinin belə havaya sovrulmaması üçün diqqət etmək lazımdır." Burda nə demək istədiyini biraz başa düşmədim.

Vüsal Qəmbərov dedi ki...

Yəni marketinqin gözəlliyi cəhətdən kənardan baxanda elə görünür ki, müştəriyə təqdim edilən dəyərlərdə əksiklik qəbahətdir: Markaya zərbə, uzun dönəmdə mənfi nəticələr, müştəriyə hörmətsizlik vs. Əslində isə deyil. Çünkü heç müştəri də idealını istəmir. Soruşsan istəyirəm desə də...

Rüstəm Məmmədov dedi ki...

Vüsal, axı marketinq demir ki, əgər müştəri də istəmirsə eləmə. Əgər sən deyirsənsə ki, müştəri də bunu istəmir və marketoloqsan özün də, deməli bunu eləmək lazım deyil. Marketinq yazığı sən niyə sıxışdırırsan ki, divara?

Vüsal Qəmbərov dedi ki...

Kənardan baxanda e ay Rüstəm. Yəni durub qıraqdan şərh verəndə populizm edilir ee. Bax onu deyirəm. Şirkətin daxilindəki təbii ki, bu balansı bilir. Daha doğrusu bilirsə yaxşı marketinq etmiş olur.

Marketinq ilə qərəzim var:)

Rüstəm Məmmədov dedi ki...

Sən o kənardan baxıb populist yanaşanları boşver, takma kafaya:)) Başını sal aşağı işinlə məşğul ol, marketinqlə məşğul ol:))

Rüstəm Məmmədov dedi ki...

Sırf sənin bu örnəyini demirəm, indi bunun içərisini durub didişdirmək olar bəlkə də, mən səninlə bir döqtədə razıyam deyə bir fikir bildirmirəm, amma sən düz deyirsən ki, bəziləri var o qədər mənasız şeyləri marketingin ən əsas faktoru və ya funksiyası kimi göstərir və guya elə tənqidlər edir ki, bilmirsən nə deyəsən. Belələri xüsusən də, marketinqi içinə sindirməyənlərdir məncə, sırf popularlaşma adına danışanlar. Bunlar arasında hətta gurular da var məncə.

Gündəlik də ətrafımızda çox olur belə hallar, foprumlarda, müzakirlərdə çox qəribə fikirlər səslənir. Sənin yazdığın mövzuda. Bu necə şirkətdir ki, heç şirkət maşınlarının üstündə logo da yoxdur deyib tənqid edənlər olub məni. Marketinq işləmir deyənlər, daha fikirləşmir ki, balam əgər edilmirsə deməli vardır bir səbəbi. Bir də, çoxu yoprum verəndə elə fikirləşir ki, guya marketinq büdcəsi qeyri-məhduddur, nə istəsən xərcləyərsən.

Vüsal Qəmbərov dedi ki...

Mənimçün həmişə `eləmirlərsə vardır bi səbəbi` çox önəmli cümlədir. Ya şirkəti içəridən tanımalısan o şəkildə hökmlər verə bilmək üçün, ya da problem daxili ilə bağlı yox, xaricdəki prosesi görmə ilə bağlı olmalıdır ki, bazarı yaxşı oxumamaqda vs. təqsirlədirəsən. Hamı bilicidir:)

O ki qaldı sensasion çıxış axtarışına. Qabağa getmək üçün Trout və Riesı tənqid edən və bu tənqidinin heç bir dəyər daşımadığını bilənlər də var. Belə baxanda hər şey olar. Amma marketinq bir yerindən çartlayacaq. Buna şübhəm yoxdur. Sadəcə hansı nöqtəsindən çartlayacağı maraqlıdır. Bir də əsas məsələ də odu ki, dediyim konseptual olaraq dəyişimdir. Yoxsa ki, işdəki dəyişikliklər heç kimdən asılı deyil. Hər şey öz özünü tənzimləyir sektorda

Rüstəm Məmmədov dedi ki...

Marketinq bir yerdən çatlayacaq nıə deməkdir ki Vüsal?

Vüsal Qəmbərov dedi ki...

1960-70 arasında marketinqin kimliyi və necəliyi ilə bağlı yalnış inanışların və qəbulların ortaya çıxması kimi bir şey.

Yəni aydın olacaq ki, hamının bildiyi marketinq əslində o deyil.

Umarım fikrimi izah edə bilirəm. Onsuz da birazdan bu barədə bir şey yazmaq istiyirəm. Fikrimi cəmləyim sonra...

Amma yenə deyirəm məsələ "conceptualisation" ilə bağlıdır. İş ilə yox.

rsh dedi ki...

Oxuduq, qəşəng, əla.
Kapasitəmiz imkan verən qədərini başa düşdük. :)

Sağol.

Vüsal Qəmbərov dedi ki...

Sənkyu. Amma Makla, yazıdan nəzərdə tutduğumdan geniş mənalar çıxarmayasan :)

Sən də sağ ol Makla!

Aygün İslamzadə dedi ki...

Bu meseleden marketinq chat verse, quality menecment de gerek dagilsin..
Chox oyredici yazi idi. Sag ol, Vusal

Vüsal Qəmbərov dedi ki...

Sən də sağ ol Aygün.

Amma fikrini tam başa düşə bilmədim ki, keyfiyətlə bu məsələnin nə əlaqəsi. Əlaqəsi kesin vardır da. Amma sən nəyi nəzərdə tutursan onu merak ettim türk qardaşlarımız demiş.

Aygün İslamzadə dedi ki...

Basha dushmedin?
Magaza eger ishini gormurse dogru duzgun, onda elbette ki, xiyarlarin keyfiyyetine ve umumiyyetle butun mallarin keyfiyyeti ve sertifikatlarina quality controldan olan adam baxmalidir da. Harda gorunub ki, marketoloq gelib xiyara baxsin? Ve bir geri xronologiya sheklinde baxsaq, xiyarin xarab shekilde satilmasi duzgundurse onda keyfiyyete nezaret dagilsin da..

Vüsal Qəmbərov dedi ki...

:)

OK. Marketinqin çatlamağını xiyarın keyfiyətsizliyi ilə əlaqələndirən kimdir ki? Üstəlik pərakəndəçilərin marketinq işi fərqli olur. Orda elə hamı marketinqçidir.

Marketinqin çatlamağı isə tamam fərqli bir məsələdir.

Aygün İslamzadə dedi ki...

Supurgechi de marketinqchi olur? ve ya tutalim, guality managemente baxan shexsler topluca marketinchi olurlar??