Marketinq nədir?

Bilirəm nə vaxtdır yazı yazmayandan sonra iki cümlə ilə razı qalmaq mümkün deyil...

Bilirəm bu bloqdu Tvvitter deyil...

Bilirəm başlıqdakı sualın cavabını axtarmaq çoxuna gecmiş kimi gələ bilər...

Bilirəm 100-cü postda daha optimist və müsbət ruhlu bir şey gözlənilərdi.

Amma ürəyimdən bu fikri paylaşmaq keçdi. Əslində 100-cü posta da uyğun...

Marketinqin insan psixologiyasını ticari məqsədlə yönləndirmək olduğunu (daha doğrusu marketinq tərifimin belə olduğunu) bloqda görmək mükündür. Bu yaxınlarda bu tərifin əksik qaldığı hissi gəldi. Düşündüm və davamlı verilən bir sualdan (Marketinq elmdir, yoxsa sənətdir?) ilhamlanıb tərifi tamamladım.

Beləliklə - MARKETİNQ insan psixologiyasını ticari məqsədlə yönləndirməkdir. Deməli marketinq qavramı bütün şəkildə ələ alındıqda - TİCARİ FƏALİYƏTDİR! Bu ticari fəaliyət elm (riyaziyat, psixologiya, statistika, sosiologiya vs.) və sənət (dizayn, rəsm, musiqi vs.) vasitəsilə həyata keçirilir. Amma sadəcə elm və sənət ilə mi?

Nəticədə ortaya çıxdı ki...

MARKETİNQ insan psixologiyasını idarə edən TİCARİ FƏALİYƏTdir! Bu fəaliyətin tərkib hissələri ELM, SƏNƏT və YALANdır!

3 yorum:

Unknown dedi ki...

Yalan yazmaq uchun bir az tez idi, teze teze p herfi m olmaga bashlayir, sen de vurdun ezdin yaziq m-ni

Vüsal Qəmbərov dedi ki...

Mən deməklə əzilən deyil marketinq. İnsanlar mənfəət mərkəzli düşündükcə marketinqin kefidir. Belə də ki, ideal dünyaya qədəm qoysaq da marketinq deyildiyi kimi "value creation" - "dəyər yaratmaq" ilə məşğul olacaq. Amma nerde?..

Yalanın müxtəlf növləri var. Bəziləri adamın gözünün içinə durub yalan danışır. Bəziləri şişirdir, bəziləri doğruya bənzəyən yalanlar deyir. Hər növ var yəni...

Nigar dedi ki...

Axırını zor gətirdiz!Yalan ən önəmli faktorlardandır