Bir şirkətin dünya görüşü

Biznes dünyasında “vizyon”/”üfüq” deyə bir anlayış var – şirkətlərin dünya görüşü. Adətən bu dünya görüşü Azərbaycanda çox aktual olan və nə hikmətsə hamıda mövcud olub, qarşındankında isə dar olan bir şeydir. “Dünya görüşü” hər nədirsə üstündə belə qırğın getdiyinə görə yaxşı şeydir və maa elə gəlir sözün birbaşa mənasında yanaşıb dünyanı çox görməklə əlaqələndirmək yanlış olar. Nə daha geniş coğrafi əhatə, nə daha uzun ömüryolu... Qısası insan üçün dünya görüşü həqiqətən dəyərli bir mövhumdur. Məsələlərə geniş yanaşma, yaradıcı həll yolları, görününən arxasındakı gerçəkliyə nəzər salma, insani münasibətlər vs.vi. Hamısına təsiri var.

Şirkətlər üçün də elə bu “üfüq” anlayışı insanın həyatda uğurlu olmasındakı qədər böyük ehtiyacdır. Uzunömürlü şirkət olmağın başlıca tələblərindən biridir bu.

Şirkətlərin dünya görüşünü nə formalaşdırır sualına heç girməyək çox. Bu mövzunu bir bloq posta sığdırmaq çətin olar. Amma PG-nin bir nümunəsi əsasında şirkətlərin nə qədər dərin strateji dünya görüşə sahib olmaları gərəkdiyi sübut edir. Dünyanın ən böyük FMCG – Gündəlik tələbat malları istehsalçısı olan Proctor&Gamble-ın o vaxtkı CEO-su Howard J. Morgens 1971-ci ildə hələ irqi ayrıseçkiliyin tüğyan etdiyi ölkəsində belə bir çıxış edir: “Zəncilərə və digər azlıqlara fürsətlər təqdim etməliyik və verməyə davam edəciyik... Onları işə götürüb bərabər imkanlar mənasına gələn postlara qədər yüksəltməliyik. Bu bizim prioritetimiz olmalıdır, çünkü bu doğru olan addımdır. Əks halda, bu ölkə və onun kimi biz də (ayrıseçkiliyin səbəb olduğu) problemləri yaşamağa məhkum olarıq”.

Proctor&Gamble o vaxtlar bazarda indikindən daha güclü və möhkəmdir. Üstəlik, hələ güc də pərakəndəçi yox istehsalçının əlindədir. Amma inkişafdan bir an geri qalmayan şirkət təkcə “başını aşağı salıb işini görmür”. ABŞ sərhədləri daxilindəki hər bir problemin onlara da əvvəl axır toxunacağını anlayır. Şirkətin dünya görüşünün formalaşmasına ən önəmli faktor kimi hər zaman ən yuxarı səviyə idarəçilərin dünya görüşü qeyd olunur. Bu da sübutu! P&G bu tarixlərdə 3 fabrikində irqi bərabərliyin yerləşməsinə çalışmalarına başlayır. Prosesin ilk 10 ili etirazlar, problemlər və səs küylə müşaiyət olunsa da, “İnsan inandığı şeylər uğrunda hər şeyə razı olmalıdır” deyirlər. Beləcə Proctor&Gamble çox böyük əziyətlər bahasına bu problemi arxada qoymağa başlayır. Zamanla isə tendensiya ölkənin ümumuna yayılır. Obamanın prezident seçilməsinə Morgens-in qərarlılığının da təsirli olduğunu iddia etmək mümkündür. Amma bu kimi iddilar daha çox “Freakonomics”in müəllifi Stiven Levittin üslubuna uyğundur.
Dönüb Azərbaycana baxaq? Baxmayaq yaxşısı budur!

P.S. Rəcəb müəllimin Amerika təhsilli məsləhətçiləri açılım çalışmalarına ilham olması üçün bu örnəyi ona göstərmiş olarlar da yəqin?

6 yorum:

Unknown dedi ki...

Azərbaycanı da müqayisə etsəydiniz yaxşı olardı, buna baxışınız maraqlıdı.

Shared Folders dedi ki...

P&G, Kraft, Kelloggs Amerikada en racist sirketler sayilir.
Morgens'in sohbeti ise yalnizca PR megsedlidir. Nothing else.

rustem dedi ki...

Shared niyə ən racist sayılırlar? Bu çox maraqlı oldu mənə..

Shared Folders dedi ki...

Rustem,
Amerikanin gecmisine ve bu sirketlerin gurulus dovrune baxsan mence basa dusersen. :)

Rüstəm Məmmədov dedi ki...

OK, baxaram:)

Vüsal Qəmbərov dedi ki...

Shared müəllim, mən yazıda PGnin məsələyə yanaşması və bu problemdə özünü mövqeləndirməsi baxımından dünya görüşünün dərinliyindən bəhs etmişəm. Bu da ki, şirkətin təməldə irqi ayrıseçkilik edib etməməsindən fərqli mövzudur.

Əsas PR-dı. Hətta belə böyük bazarda o reallıqdan da önəmlidir.

İkincisi də ki, 19-cu əsrdə irqçilik edən şirkətin 100 il sonra yenə irqçi qalacağını demək olmaz. Daxildə PGnin ən yüksək rütbəli idarəçiləri "racist"dir mi, deyil mi bilmirəm. Ona görə də ya daxildən xəbərim olmalıdı, ya da PR və ona uyğun fəaliyət göstərici olmalıdır.

Sevinc xanım, bizim şirkətlərin dünya görüşündən danışmaq çətindir axı. Ölkədə ən yüksək imicə sahib olan şirkətlərdən birinin sahibi və ən savadlı şirkət sahiblərindən biri var idi. O belə super savadı ilə şirkətinin dünya görüşünün darlığını göstərmişdi bizə. Yenə də, bu barədə nəsə "qaralamaq" olar.