Lovemarketing

Marketinqə qəribə analogiya

Türkiyədə marketinq akademik aləmində qəribə cəbhələşmə var. Bu mövzu bir ara əməlli müzakirə predmetimizə çevrilmişdi. Az qala dərslər vaxt bu qarşıdurmalardan birinin qurbanına çevrilirdik. Nəysə bu barədə daha sonra. Amma bu cəbhələşmədən bəhs etməyimin bir səbəbi var ki, bu iki düşmən qrupdan əlavə önəm verilən marketinq müəllimlərindən bir qrup daha var. Onlar heç kimlə dalaşmır və heç kim də onlarla problem yaşamır. Onlar özlərinə “Müştəri aşiqləri” deyirlər. Marketinqin müştərini sevmək və onların ehtiyaclarını ödəməkdən keçdiyini söyləyirlər. Təbii ki, İsmayıl müəllim və dostları bu qəbildən fikir bildirən ilk elm adamları deyil.

Amma səmimi olmaq lazımdırsa marketinqin müştərini sevmək filan olduğunu demək mənə artıq populizm gəlir. Bəlkə də, ideal marketinq elə olmalıdır... Amma reallıq müştərinin qanını əmmək səviyəsində bir şeyə çevrilib. Özü də onun beynini idarə edərək. Bununla belə bir analogiya aparmaq olar. Marketinqə sevgi desək ortaya çox maraqlı mənzərə çıxar...

Analogiyaya başlamadan öncə bildirim ki, bu bəzi hissələriylə +18 kateqoriyasına daxil olacaq. Xanımlar da üzrlü saysınlar. Marketinq sevgi olanda məsələyə biraz məhrəm tərəfdən yanaşmaq qaçılmaz olur. Ona görə birbaşa facebook-dakı sualın cavabını verim: cinsi əlaqə - sex. Yəqin ki, sevgi və seks varsa cinsləri də müəyyən etmək lazımdır. Bu halda şirkət qadın, müştəri isə kişidir. Müştəri (kişi) elə bilir ki, malı almaqla (cinsi əlaqəyə girməklə) əsas zövq alan tərəf olur, halbuki əsas faydanı şirkət (qadın) əldə edir. Müştərinin mağazaya alış veriş üçün gəlməsini oğlanın qıza elçi düşməsinə bənzətmək olar. Bəzi markalar bəzi qadınlar kimi çox lüks sayılır. Jennifer Lopez – Armani... məsələn...

Şirkətlərin onlara lazımi gəliri (həzzi) təmin etməyən müştərilərdən qaçması da bu analogiyaya daxil edilə bilər. Maraqlıdı ki, sevilən markanın 1-2 kaprizi və bəzən “keyfiyyətsiz hərəkət” etməsi müştərinin o marka ilə əlaqələri davam etdirməsinə əngəl deyil. Amma “səbrin də həddi var”. Gərək markalar “naz edəndə” bunu nəzərə alsın.

Marketinq və satış varsa mənfəət də var. Və necə ki, romantiklər insanların həzz üçün nəsə etməsini qınayırlar, marketinqdə də şirkətlərin mənfəət arzusuna “ağız büzənlər” olur – marketinq romantikləri... Bu isə doğru deyil. Biri insanın fiziki ehtiyacıdır, digəri isə şirkətləri yaşadan məqamdır. Amma maraqlıdır ki, müştərinin markanı istifadədən əldə etdiyi ləzzət qısa müddət (istehlak müddətincə və bəzən biraz artıq) çəkdiyi halda, şirkətlərin gəlirləri (düzgün idarə edildikdə) daha uzunmüddətli olur.

Yarı zarafat, yarı ciddi bu ikisi arasındaki analogiya olduqca realdır və maraqlı nəticələrə yönləndirir...

3 yorum:

Rüstəm Məmmədov dedi ki...

Vüsal, o hansı marketoloqdur ki və kimlərdir ki marketingdə olsunlar və mənfəət arzusuna ağız büzsünlər? Mən bugünə kimi nə elə marketoloq görməmişəm, nə eşitməmişəm açığı.

Unknown dedi ki...

TBU-nun biri TBU

Gatto999 dedi ki...

Ciao from Italy
=^.^=