Azərbaycanda “Azərbaycan reallıqları”ndan o qədər danışılır ki, adam daha bu mövzuya toxunmağa iyrənir. Amma bu reallıqlar ona toxunmaqdan daha ürəkbulandırıcıdır. Ona görə də, türk qardaşlarımız demiş “çivi çiviyi söker” ya da “acı acıyı dindirir”. Toxunaq ki, reallıqlar daha ürək bulandırmasın, dəyişilsin...
Bu dəfə maşın sürənlərin ya da metronun yox bazarın reallıqlarından danışmaq lazım gəldi. Bazar dediyim də, “vasmoy”un bazarı yox Azərbaycanın biznes mühitidir... bazardan fərqsiz olan biznes aləmimiz.
Azərbaycan bazarının ən böyük reallığı kənardan analiz edəndə qəribə və məntiqsiz görünməsi, əslində isə mükəmməl bir sistem kimi işləməsidir. Amma bu reallıqla bərabər bir reallıq daha var: bu sistem və onu formalaşdıran qaydalar hər gün dəyişilir. Düzü birinci reallıq hazırda yaşanan səviyyəsizlikdən narahat olanların ürəyincə olmasa da, ikinci reallıq həmin insanların ümid yeridir. Amma... bu ümidin nə qədər doğrulacağı, daha doğrusu nə vaxt doğrulacağı bəlli deyil. Qısası, Azərbaycanda bazarın qanunları dəyişir və bəzən bu dəyişiklik çox müsbət istiqamətdə gedir. Amma bu yönəlmənin nə vaxt bizi “ağ günə çıxaracağı” müəmmalı məsələdir. Hazırda sistemin açdığı qapılardan böyük miqdarlarda sərvətlər toplayanlar sabahı düşünmür... gün bank hesabını şişirtmə günüdür!!!
Azərbaycanda marketinqin və biznesin səviyəsiz prinsiplər üzərində qurulmasının təməldə bir neçə səbəbi var. Məsələn, bazarın təzə olması və xüsusən kapitalist sistemə öyrəşməməsi, dolayısıyla da bazardakı alıcıların – istehalkçının marketinq mühitindən xəbərsizliyi – savadsızlığı, bazarda rəqabətin tam yerləşməməsi, sahibkarların da biznes qanunlarına bələdliyinin istehlakçıdan irəli olmaması və ən əsası da gələcəyə olan etimadsızlıqdan dolayı bu günkü mənfəət mərkəzli biznes idarəetmə, marketinq və biznes kadrlarının da sahibkarlardan geri qalmayan qısa müddətli düşüncəsi və yanaşması, milli aclıq və acgözlük... Hələ çox şey sadalamaq olar. Amma ümumi mənzərə belədir: Sahibkar: sabaha ümid yoxdur, bugün qazan yığ! İşçilər: heç şirkət uzunmüddətli düşünmür, mənə nə gəlib – çap-tala. Son təhlil də bir dostumun dediyi kimi “səviyəsiz istifadəçiyə satmaq üçün səviyəssiz üsullarla ona çatdırılan səviyəsiz məhsullar və xidmətlər”.
Bu mövzuya davam var...
Kaydol:
Kayıt Yorumları (Atom)
6 yorum:
Qardaş sən nə istəyirsən bu Azərbaycanın marketoloqlarından?
Bu dəfə marketoloqlardan çox da bir şey istədiyim yoxdu Rüstəm ağa. Bu BAZAR ki var a əksər şirkət sahibləri alverçidən fərqsizdir... Onunla dı işim.
Sən nə gözləyirdin ki? Daha doğrusu necə olmalı idi ki?
Bu ikisi ayrı ayrı suallardı axı elə bil Rüstəm. Necə olmalıdı sən bilirsən. Necədini də. Mənim gözlədiyim isə heç olmasa ikisinin ortasında bir şey idi. Birbaşa marka inşası ilə məşğul olan, nəzarətindəki firma və məhsulları markaya çevrilmiş sahibkarlar heç olmasa marketinqi "boş boş danışmaq" görməsin. Tacirdən danışmıram. Gözləyirəm da bə qardaş.
Mən saa deyim ki, bazarımız da çox elə ibtidai vəziyətdə deyil. Marketinq menecerlərin görəcəyi iş çoxdur. Amma məncə əsas marketinqçilərin öz işlərini sahibkara sata bilməsi lazımdı. Sənin kimi bir neçə nümunə var axı gözümün qabağında. Marketinq mərkəzli şirkət yoxsa belə, marketinqə diqqət ayırdan marketerlər var.
Vüsal, onlar hamısı yavaş-yavaş olacaq inşallah. Birini bazar məcbur edəcək, biri yanındakının çöküşünü görəcək, biri bir dəfə çay məclisində birinin ağzından bir söz eşidərək onun ucundan tutub gedəcək, biri oxuyacaq və.s
Amma, burda bazarın formalaşmağa başladığı 2000-ci ildən başlayıb cəmisi. 2000-ci ili də bəlkə də heç saymaq lazım deyil. 10 illik bazardan çox şey gözləyirsən. Yoxsa əlbəttə ki, bilirəm ki necə olmalıdır təxminən.
Azərbaycan bazarının ən böyük reallığı kənardan analiz edəndə qəribə və məntiqsiz görünməsi, əslində isə mükəmməl bir sistem kimi işləməsidir
Bu cümləyə görə sizi alqışlamaq olar.Çox maraqlıdır.
Yorum Gönder