Dünən qərar verdim bloga elə bir şey yazım ki, həyatımın ən “ən”li – uzun, çox dərs oxuduğum, yorucu, dolu keçən, netə bağlandığım, yazdığım, akademik çalışdığım, darıxdığım, ürəyimin partlama həddinə çatdığı vs.vi. – ilinin – Doktorantura dərs dönəminin arxada qaldığını anlatsın. Dedim ən yaxşısı budur nə vaxtdı həsrət qaldığım “asudə vaxt fəaliyətləri”ndən birini edim və təəssüratlarımı sizinlə bölüşüm.
Dünən nəhayət ki, rəfdə ona baxmağımı gözləyən “Perfume: The Story of A Murderer” – “Ətriyyat: Bir qatilin hekayəsi” filmini seyretdim. İki dostumun yaxşıdır-pisdir təlqinlərindən özümü azad edib keçdim bilgisayarın başına. Sizə kino ilə bağlı təəssüratımı yazmaq fikrimdən daşındım. Eləcə onu deyim ki, mükəmməl bir film olmasa da, Patrik Züskindin “Ətriyyatçı” şedevrinin haqqını verməsə də, izləməyə dəyər və mən ona xərclədiyim vaxtdan peşman deyiləm. Düzü biraz 18+ idi. Amma daha Hollivud üçün norma budur.
Kono ilə bağlı tənqidə gəlincə: əsrarəngiz bir fenomen olan Qoxu ilə bağlı bir şeylər izləmək xoş idi. Həm də qəribə. Qəribə çünkü, şüşələrdəki mayelərin iyini nəfəsinə çəkən aktyorlar özündən getsə də, sən bilmirsən onları hayıl-mayıl edən nədir. Qrenuy Amorapsxiyanı mükəmməlləşdirir amma sən nə ondan xəbərdar deyilsən nə də o birisindən. Bir sözlə burnun dəli olur funksiyasını yerinə yetirə bilmədiyi üçün. Filmin başlanğıcı və sonu əla alınıb. Orta qismlərində isə biraz şablon hiss olunur. Nəysə. Gələk əsas məsələyə...
Marketinqçi deyilik? Gərək hər şeyi ona bağlayaq axı...
Əvvəla qoxunun ən əsrarəngiz fenomenlərdən biri olduğunu qeyd etmək lazımdı. Magistr diplom işim “Mağaza atmosferi” ilə bağlı olduğundan marketinq ədəbiyatına göz atmışdım. Camaat mahnıdan, fiziki faktorlardan, daddan filan elə rahat bəhs edir ki... Amma qoxu fenomeninə gələndə susurlar. Səbəb isə sadədir. Qoxu ölçülməsi və adlandırılması ən çətin hissdir. Üstəlik hamı üçün yaxşı qoxu anlayışı mövcud deyil. Hər kəsin qoxu alma hissi eyni kəskinlikdə deyil. Qrenuy fövqəlinsani, hətta üzr istəyirəm ifadəyə görə fövqəlheyvani (insan da Heyvanlar qrupuna daxildir – bax. Biologiya dərsləri) iyibilmə gücünə sahibdir. O heç. Ona araşdırmada outlier deyirlər :).
Amma deyirəm bir Qrenuyu olsa şirkətin xeyli qabaq düşərdi. Təkcə “Armani” vəya “Gucci”dən də getmir ha söhbət. Hər bir pərakəndəçi mağaza üçün. Müasir rəqabət mühitində artıq fizik göstəricilər, keyfiyət və qiymət rəqabət faktorları olaraq yetərsiz qalır. Şirkətlər şüuraltına enməyə məcburdur. Onu da etməyin ən yaxşı yollarından biri məhz rəng-musiqi-qoxu ahənglərini yaxalamaqdır. Burada da ən başlıca vəzifə düşür sonuncuya. Çükü bunu idarə etmək də hamısında daha çətindir. Nəysə... Bu uzun söhbətdir.
Yəni uzun sözün qısası – QOXU hissi vacibdir, ondan istifadə etmək isə şərtdir. Düzgün istifadə isə uğur...
Bir dənə sizə nə deyim bu Ətriyyatın sonunda bir məqamı deyir: Qrenuy dünyanın bütün insanlarını önündə diz çökdürəcək gücə - mükəmməl qoxuya sahib olsa da, özünün qoxusu olmaması, dolayısıyla şəxsiyəti olmaması dolayısıyla hər şeyə “tüpürür” və özünə ölüm hökmü çıxarır. Elə bunun kimi şirkətlərin də gərək şəxsiyəti olsun. Qrenuy kimi ikon marka olmaqdansa...
P.S. Filmi bəyəndim. Bilirsiz niyə? Çünkü bu iki saatdan artıq zaman ərzində mənə forumu və doktoranturanı belə unutdura bildi.
P.P.S. Deyirəm Qrenuy qalıcı qoxunu tapa bildi. Mən də bu dərs ilini qalıcı unutdura biləcək bir üsul tapsam...
11 yorum:
Sizinlə razılaşıram. Qoxu.. Bu hiss çox vacibdir, olmalıdır. Necə ki deyirsiniz: QOXU hissi vacibdir, ondan istifadə etmək isə şərtdir. Düzgün istifadə isə uğur...
Filmi izləməmişəm, amma, maraqlı gəldi..
Şəbnəm və Miri, Salam!
Şəbnəm siz mənimlə razılaşırsızsa, deməli avtomatik mən də sizinlə razıyam :)
Miri, bəy kimdi? :) İmtahanlarımı yox əşi. Göydə Allah, yerdə qrup yoldaşlarım şahiddi ki, il boyunca bir an belə imtahanın dərdini çəkməmişəm. Həyatımın ən qəribə iliydi və bilmirəm unudum yoxsa yox :)
Bunlar nədi ki ay Miri? MAgistr imtahanına girib lazımi xalı yığacaqsan, 2 gün sonra Bakalavr diplomunu əldə edəcəksən və ürəyin istəsə əsgərə, istəməsə yay tətilinə çəkiləcəksən. Stresi insan özünə yaradır. Bütün dərdlərin və problemlərin həlli O`nun yanındadı. İstəməyi bilmirik sadəcə :)
Uğurlar,
Axırda bir dənə AXE reklam videosuna link versəydin əla olardı:):)
Hörmətlə,
Salam Rüstəm!
Hörmətlə,
:)
ZArafat bir kənara bir cümlə ilə bütün yazını zibil yeşiyinə göndərdin. Ətriyyatçını marketinqə bağlayıb AXEın adını çəkməmək...
Daha gidecek çok yolumuz var...
:)))
Yazi da, sherhler de super..
Men Qrenuy haqqinda yazdan beri yazmaq isteyirem.. Yay geldi.. Yazsam da senin kimi yaza bilmeyecekdim ay Vusal.. Oxumagi gozel oldu.
Burnunun eziyyetini basha dushurem.. Men de o gundeydim.. Kimse dedi ki, ilk teatr sehnesi hazirlamaq isteyirler bu esele..iyli sehne.. Ne iyden sohbet gedecek onu da verecekler tamashachilar iylesin deye.. Ne derecede reallashib deye bilmerem. Amma fikir ozu eladir. Neyromarketinq.. Bir gun men de iylerden yazacam. Axi, men de iy manyakiyam.. Qrenuy qeder yox...:))
Bu arada eserin yaninda film aciz qalsa da, daha artigini chekmek mumkun deyildi deye mubahise etmeye haziram.:)
Sağ ol Aygün. Marketoblog şərhlərinçün darıxmışdı. :) Ümumiyətlə marketinq blogları səninçün darıxıb...
Mən sənlə mübahisəyə hazır deyiləm. Ona görə "nətər məsləhətdir" deyim çəkilim. Amma ortasında süni alınan yerləri məncə mükəmməlləşdirmək olardı. Nu mübahisə deyil. Nacizanə fikrimdir :)
Əslində o iyi teatrda verməyə çalışsalar bütün sehrini poza bilərlər Ətriyatçının. Bu əsəri də filmi də sevdirən bəlkə də o qıcıqdır elə. "Burnum dəli olur" :))) Əsas məsələ odu ki, o mükəmməl qalıcı qoxunu əldə etmək mümkün deyil az qala...
Men de darixmisham, hem marketinq bloqlari uchun, hem oz bloqum uchun. InshAllah yaxinda her shey deyishecek.
Mubahise elemir bu hele dili papuch boydadir:))Gor mubahise elese nolar..
Belke de.. Belke mukemmelleshdirmek olardi. Amma ele bele de pis deyil. Onun haqqinda men yazi yazmaq istemishem, sen yazmisan, neti axtarsan yuzlerle yazi taparsan.. Bu ugur deyil??
Mənim yazmağımı deməzdim amma səni yazıya niyətləndiriblərsə uğurdu ;)
Qayıdışın möhtəşəm olacaq deyirlər a Aygün :) Gözləyirik... :)
Vüsal zibil yeşiyinə göndərməmişəm. Neçə gündür baxa bilməmişəm, əslində kaş vaxtında cavab yaza biləydim. Aygün "mübahisəyə hazıram" deyəndə əsasən məni nəzərdə tutub yəqin. O ki qaldı AXE məsələsinə; film sadəcə girişi və mövzusunun biraz unikallığı ilə gözəldir. Mənim üçün o film sadəcə manyak filmlərindən biridir. Adi, orta bal verə biləcəyim bir film. Filmin sonunda isə mən gözlədim ki, aktyorların, istehsalçının adından sonra "Great Thanks to AXE for Financial Support" yazacaq.
Mübahisəyə hazır deyiləm, çünki adlar yadımdan artıq çıxıb, gərək filmə təkrar baxım ki, adlar yadıma düşsün.
Hörmətlə,
Salam:))
İndi deyəcəksən ki, yazının üstündən nə qədər vaxt keçib və bu Şəbnəm yenə də bura nəsə yazır)))
Sadəcə iki-üç gün öncə həmin bu filmi izlədim və səsnin yazıda nə dediklərini daha yaxşı başa düşdüm. Film maraqlıdır, banal deyil. Amma, mbəzi hisələri anlamadım, məsələn qızın atası onun ayağına düşüb aölayandan sonra ona nə olur? Nə bilim bəlkə də daha diqqətlə izləməliyəm.. Hələlik.
Yorum Gönder