Başımıza bəla dilimiz

Bir söz var, artıq hamı da bilir “Sevgilinlə fransızca danış, işdə ingilizcə, düşməninlə almanca”. Hərfi hərfinə düz yazmamış da ola bilərəm. Üzrlü hesab edərsiz yəqin. Nəysə... Deməli ha elədim görüm ana dilimizi hara yerləşdirə bilirəm, hətta necə mövqeləndirə bilirəm, bir şey alınmadı. Mövqeləndirməni boşuna demədim ha. İngilislər öz dilinin biznes dili olmasından gayet memnun. Və bu kimi rəvayətlər də bu mövqeləndirməni dəstəkləyir. Bəs biz nə söz salaq ortalığa. Necə wom edək? Nəyi wom edək?

Nəysə... Bu qalsın sonraya. Onsuz da marketinq üçün əldəki məhsul da gərək reklamları yalançı çıxartmasın, direct marketingin (birbaşa marketinq) üzünü qızartmasın da. Hə. Gəldik mətləbə.

Başlığa baxanlar yəqin əvvəlcə Vüsal nəsə deyibdi, dilinin bəlasına keçibdi, ondan yazıbdı, deyibdi. Əslində isə mövzu tamam fərqlidir. Azərbaycan dilinin yetəsizlyi. Təkcə Azərbaycan dilinin də yox, bütün Türk dillərinin. Elə Türkiyə türkcəsində də bu problem var. Dərsdə adicə “means-end”, “antecedent-consequence”, “input-output” kimi birbirinə bənzəyən 3 ifadənin hər birinə layiqli qarşılıq tapa bilmədik. Belə misal o qədər çəkmək olar ki. Elə ürək ağrıdan bir məlumatdan xəbər tutanda anlayırsan vəziyətin nə yerdə olduğunu: fəxr elədiyimiz, ən axıcı və şairanə dediyimiz dilimizdə 80 min söz var. Olsa olsa 100 minə çıxa bilər deyirlər. Alman dilində isə 500 min, ingilis dilinə gəlincə... 2 milyonlardan (!!!) dəm vurulur. Məncə başqa sözə nə hacət?

Uzun sözün qısası heç də fəxr eliyəsi dilimiz yoxdu. Özözümüzə ondan bəh-bəhlə danışıb, başımızı aldatmayaq. Boş şeydir.

Bəs nə olacaq bunun axırı?

Bunun axırı ya hər inkişafa başlayan elm sahəsiylə bağlı olan insanlar, o sahədəki terminlərə layiqli əvəz tapacaq, ya da dilimizə bir sürü yeni və “rəndələnib-biçimlənməmiş” söz daxil olacaq. İkincisi artıq prosesdədir. Birincisini isə eləmə cəhdləri görmürəm. Bu pərakənde olacaq iş də deyil. Türk Dil Kurumu Türkiyədə özünü qəbul elətdirmək üçün dəridən qabıqdan çıxır. Bizdə heç bu da bəs eləməz. Dəri ilə qabıqla düzələn şey deyil.

Biz – özünə marketinqçi deyənlər də qalmışıq bu “brend loyallığı” kimi uydurma sözlərin əlində. Bir hal çarəsi düşünmək vaxtı keçir artıq. AGBank da “Zəngin olmaq - haqqınızdır” deyib tireni yersiz şəkildə istifadə etməyi “Dil daim inkişaf edən substansiyadır” arqumentiylə açıqlamağa çalışır. Azərbaycanın savadlı oğulları dilin inkişafını işarənin səhv istifadəsində görür. Əslində gündəlik danışıqda rus dilini istifadə edən adam üçün bunun problem olmaması normaldır. Bir Azərbaycan diliylə kimdi onu tanıyan??

Nəysə ki, dilimiz qısadır camaat. Amma biz də elə bilirik, fəxr eliyəsi bir dildə danışırıq. Deyəcəksiz sən nəyi qoyub nəyi axtarırsan? Camaat 300-500 kəliməylə həyatını yola verir. Düşündürücüdür.

P.S. Bəlkə qoyaq kənara bu yazma işlərini, gedək bazarda dil sataq - Mal dili. Onda heç “antecedent” sözünün qarşılığını tapa bilmədiyimizə də yanmarıq...

P.P.S. Digər tərəfdən baxanda gənclərimiz artıq ana dilimizdə olan, və hamı tərəfindən bilinən sözləri belə işlətmək əvəzinə ingilis dilinə qaçırlar. Bir vaxtlar bu bəla rus dili ilə bağlı yaşandı və “koneçno”lar, “prosto”lar işğal etdi danışığımızı. İndi də sıra “done”larda, “that”s it”lərdədi. Türkiyə türkcəsinə də meyl var. Bir sözlə Cəlil Məmmədquluzadə rəhmətlik sağ olsaydə “Anamın kitabı 2nd Ed.” çap edərdi.

P.P.P.S. bir sözlə, :(, həm də :((!!!

Qeyd: blogumdakı 50`ci postun belə əhval ruhiyədə olmasını heç istəməzdim.

19 yorum:

Adsız dedi ki...

Salam Vüsal! Maraqlı və əhəmiyyətli mövzuya toxunmusan. Yazdığın düşündürür və bir az da üzür. Yni həqiqətən də dilimizdə cəmi 100 min söz var? İnanılmaz gəlir.
Məncə dilimizi inkişaf etdirmək üçün dövlət səviyyəsində, Elmlər Akademiyası səviyyəsində xüsusi dilçilik kommisiyası deyəkmi, filoloqlar şurası deyəkmi, bir cəmiyyət yaranmalıdır. Xarici dillərdən çoxlu kitab tərcümə olunmalıdır. Əhalinin maariflənməsinə diqqət yetirilməlidir. Belə deyək, mütaliə etmə moda salınmalıdır ki, çəmiyyətdə kitaba, elmə, biliyə maraq artsın.
Yaxınlarda bloqların birində (http://ses.azeriblog.com/2008/06/04/besheriyyet-bir-dilde-danishacaq) maraqlı bir yazı oxudum, müəllif (Məsiağa Məhəmmədi şair, tərcüməçi, «Bakı-Təbriz» jurnalının baş redaktoru) yazır ki, gələcəkdə bəşəriyyət bir dildə danışacaq. Statistikaya əsaslanıb Məsiağa bəy deyir ki, qloballaşma prosesinin nəticəsində dillər məhv olub gedir, əsasən də az saylı xalqların dilləri. Bu çox təəssüfləndirici haldır. Ümid edək ki, bizim dilimiz məhv olmyacaq, əksinə inkişaf edəcək. Vaxt var idi Azərbaycan dili (o vaxt türk dili kimi tanınırdı) Şimali Qafqaz, Zaqafkasiya və ümumiyyətlə Xəzər dənizinin ətrafındakı ərazıdə benəlxalq diplomatik dil idi.
Vüsal, məncə dilimizin gələcəyi var, mən hətta əminəm ki, biz dilimizin inkişafının şahidləri olacağıq inşallah!

Vüsal Qəmbərov dedi ki...

Salam Ramin,

100 sözü əslində heç efektiv istifadə etmirik də. Amma elmdə geri qalmağımız son inkişaf dövründə də elmin dilinin bizdə rusca olması yıxdı evimizi.
Görüləcək iş isə o qədərdi ki. Əsas odu sənin kimi nikbinliyi saxlayaq. Bu da vacibdi. Gənclərimizin Azərbaycan dilində mükəmməl danışmağın əcnəbi dildə əyri müyrü danışmaqdn daha dəyərli və üstün olduğunu anlaması lazımdı. Amma öncü bir anlatan lazımdı.

Ehhh... Nəysə... Yaxşı olar inşallah...

Adsız dedi ki...

mövzu əla.50ci post mənim üçün ən maraqlı post oldu.
100 min söz ...düzü heç bilməzdim bu qədər az olsun.
nə isə

məncə artıq Azərbaycan dilində danışmağın üstün olduğunu başa düşürlər.

İNşaAllah düzələcək;)


hörmətlə,

Vüsal Qəmbərov dedi ki...

Ay amitaf mən bilən sən ən maraqlı olanı 46cıydı axı ;)

Düzələcək təbii ki... İnşallah

100 min söz sizə az gəldi. lit.az`da bir dilşünas yazmışdı 80 min əslində. Azdı, çox az :(

Rüstəm Məmmədov dedi ki...

Son vaxtlar oxuduğum ən gözəl yazı deyə bilərəm...Mən həmişə fikirləşmişəm ki, dilimiz bəzən "aciz" qalır, ancaq dilə gətirməmişəm çox. Ancaq, həqiqətən də aciz qaldığı vaxtlar çox olur...

Ramin, "dilimizin gələcəyi var" deyib, ancaq mən dilimizin gələcəyinin olduğuna inanmıram. Azərbaycanca danışmaq Azərbaycanda "ayıb" hesab edilirsə, hansə gələcəkdən danışaq...


Vahabzadənin bir şeri var bununla əlaqəli, ancaq tapa bilmədim indi. Vüsal tapıb bura əlavə edər inşallah...Bir dənə də Ulutürkün var..Oxusaq əla olar...

Vüsal Qəmbərov dedi ki...

Mən də bu sözə layiq görüdüyünçün sənə təşəkkür edə bilərəm Rüstəm :)

Gələcəyə ümidlə baxmasaq olmur. Amma reallıqla baxmasaq heç olmur. Baxaq da... Görək nə görürük...

Şe`ri taparam inşallah. Ona da baxaq :)

Adsız dedi ki...

Vüsal, mən evdə köhnə, 1991-ci ilin nəşri olan, 3 cildli Rusca-Azərbaycanca Lüğət tapdım, o lüğətdə 89 min-neçə söz var. Halbuki bu lüğət heç də fikrimcə tam da deyil bəzi yerlərdə isə məncə doğru tərcümələr verilməyib. Yəni demək istəyirəm ki, həmən lüğət zəif lüğətdir, amma orda 89 000 söz var. Məncə sənə 80 min söz deyən dilşunas dilimizdəki sözlərin sayını ən azı azaldıb.)) Mən dilşunas deyiləm, amma zənnimcə dilimizdə qat-qat çox söz var, unudulan sözlər.
Rüstəm bəy, dilimizdə artıq inkişaf başlayıb, bunu yalnız kor görə bilməz, inkişaf varsa deməli gələcək də var! Dilimizdə danışmağı ayıb bilənlər özləri üçün bilsinlər, əvəzimizə utanmasınlar biz özümüz bilərik. İnanıram ki, mənim kimi düşünənlər çoxdur.

Vüsal Qəmbərov dedi ki...

Ramin, vallah istəməyən namərddi :) Təki dilimizdə ən azı 200 min söz olaydı. Çünkü bununla heç olmasa fikrini elmi dildə çatdırmaq olar. Əslində bizim istifadə edilməyən sözləri üzə çıxarmağımızın vaxtı gəlib çatıb. Xalq onsuz da işini 500-600 sözlə yola verir. Məsuliyət bizə düşür.

Rüstəm Azərbaycana gedənə qədər bizim kimi düşünürdü ay Ramin. Deyəsən biz də qayıtsaq elə olacağıq :( Nə bilim vallah. İnşallah olmarıq...

Amma səlis Azərbaycanca danışıb digərlərini utandırmaq lazımdı. Başqa çarə görmürəm. Rəsmən deyirəm bu milli hissi üstün olanlarla başqalaşma həvəskarlarının mübarizəsidir. Kim daha yüksəkdə dursa gənclər də ona bənzəmək istəyəcək. Allah köməyimiz olsun!

p.s. Yazı ətrafında müzakirə iki aspektdə gedir. İkisi də aktualdır: Dilimizin yetərsizliyi və gənclərin əcnəbi dildə danışmaq həvəsi...

Vüsal Qəmbərov dedi ki...

Bir şeyi də qeyd eliyim. Bəlkə bu mövzulara bir daha qayıtdım...

Rüstəm Məmmədov dedi ki...

Sağolun ay Ramin məni "kor" elədiniz:)

Adsız dedi ki...

"Amma səlis Azərbaycanca danışıb digərlərini utandırmaq lazımdı. Başqa çarə görmürəm. Rəsmən deyirəm bu milli hissi üstün olanlarla başqalaşma həvəskarlarının mübarizəsidir. Kim daha yüksəkdə dursa gənclər də ona bənzəmək istəyəcək. Allah köməyimiz olsun!"
B sözlerinle tamamiyle razılaşıram.))

Rüstəm bəy, Allah eləməsin, məcazi mənada işlətdim o sözü, həm də sizə yox ümumiyyətlə dedim.)) İnciməyin! Xətrinizə dəydisə üzr istəyirəm!

Vüsal, bu dil mövzusuna bəlkə yox mütləq qaytmaq lazımdır)) çox vacib mövzudur.))

Rüstəm Məmmədov dedi ki...

Yox Ramin incimədim. Axirina xoş işarə qoymuşdum:)(Bu işarədən)...

Vüsal Qəmbərov dedi ki...

Bu internet çıxardanın dədə-babasını yad etmək keçdi ürəyimdən lap. İncimək və incətmək sözlərinə heç yaxınlığı olmayan iki nəfərin (Rüstəmi çox yaxşı tanıyıram, Ramini də azdan çoxdan tanıdım artıq ;)) müzakirə predmetinə bax.:) Düzələcək inşallah. Düzəldəcəyik ümid edirəm ki...

Ramin əslində "bəlkə" özümü sığortalamaq üçündü. Bu blog əcaib şeydi. Elə hey yazı söz verirsən yerinə yetirə bilmirsən. Ona görə də artıq "bəlkə" tamponunu istifadə etməkdə qərarlıyam :)

Adsız dedi ki...

Dil, milli qürurdur. İndi baxın görün milli qürurumuzun gələcəyi necə olacaq?! Çoxlarına bu vacib deyil. "И что, milli qürur, да кому это надо?" deyib keçəcəklər və ya rus dili artıq moddan düşür, ingilis dilində nəsə deyəcəklər. Özüdə bəlkə də dediklərini qrammatik cəhətdən səhv deyəcəklər və hələ bir üstündən sənə "çuşka" da deyəcəklər. Milli qürur hissi yoxdur axı. Milli qürur bir yana, ümmiyyətlə milliyətçilik yoxdur. Gəl otur, indi onlara nəsə baş sal. Amma, mənim, sənin kimilərin də az olduğuna inanmıram. Çalışmaq lazımdır. İnanıram ki, dilimizin üstünlüyü öz yerini tutacaq, üstün olacaq.

Dilimizin (söz sayının) zəifliyi isə üzür..Amma, olanlardan da düz-əməlli istifadə varmı ki?((

Vüsal Qəmbərov dedi ki...

Deyəsən şairəmiz dil mövzusunda dizaynerimizlə eyni qənaətə sahib deyil... Yaxşı olacaq inşallah, mox yaxşı...

Aygün İslamzadə dedi ki...

Ela.. Yazini oxudum, qeherlendim.. Dilimizi menim kimi seven az tapilar da.. Amma meni de son zamanlar zeifsen demeye mecbur etdi bu dilimiz.
Texniki terminler ve sifetler meni yandirib tokdu. 6 sifet tercume eleyib yazmalisan, ancaq uchun chixara bilirsen.. Chunki soz azdir.. Bax bu heqiqete incidir.. Elmler akademiyasinda yatanlar, ya da pul alib ona buna dissertasiya yazanlar bir az da oz ishinizle meshgul olun da, qadanizi alim..
Yeni soz yaranmir AZerbaycanda, he deyek ki, kuche dilinde bir iki menasiz ifade.. Bes sonrasi.. ??
Niye bu qeder laqeyd milletik?
Ureyim doludur.. Durmaq lazimdir.. Bele yazilardan tez tez yaz, Vusal.
Hech olmasa, derdimizi gorek, bilek ki, lazimi instansiyalar olmasa bele, dushunen var bu derdi..

Vüsal Qəmbərov dedi ki...

Mən bir şey yazmamışdım amma şərhlər göstərdi ki, düşünən də var dərdini çəkən də. Yaxşı olacaq deyək ümid göstərək.

Bir də sən demiş Aygün tez tez yazaq etinasız olmadığımızı göstərək. Düzələr inşallah...

Adsız dedi ki...

Dildə söz ehtiyatı cəhətdən kifayət qədər zəngindir, hər halda mən konkret elə sözlə rastlaşmamışam tərcüməsi olmasın, problemlər təkcə terminlərlədir. Həm də söz ehtiyatlarına görə dilləri müqayisə etmək düzgün deyil, mürəkkəb sözlər (Alman dilində xüsusən də), frazeoloji birləşmələr, sinonimlar və s. ortada var.

Terminlərin tərcüməsinin olmamasının səbəbini birinci növbədə bu sahə ilə məşğul olanlarda axtarmaq lazımdır, sonra dilçilərdə və ən axırıncı növbədə dildə.

Əgər həvəsiniz olsa, Qreqori Menkyunun "Ekonomiksin əsasları"-nın (Gregory Mankiw - Principles of Economics) azərbaycancaya tərcüməsinə baxasız, öz sahəsində bu yenilikləri etməyə çalışanlar var və mən əminliklə deyə bilərəm ki, bu çox gözəl alınır. Bildiyimə görə başqa bir neçə kitabların üzərində də iş gedir. Dilimizdə iqtisadiyyatdan səlist yazmaq olar.

Hesab eləmirəm məqalədə təqdim edildiyi dərəcədə zəif dilimiz var və heç də deməzdim ki, göstərilən dərəcədə aciz.

Hörmətlə

Vüsal Qəmbərov dedi ki...

Salam Nurəddin, vətənpərvərlik hissi ilə (başqa faktor da ola bilər) belə yazmağınızı anlayıram.

Amma bu, faktları dəyişdirmir. Belə ki...
- insight
- consequence
- antecedent
- input
- output vs.

və belə yüzlərlə, hətaa minlərlə söz demək olar. Qeyri-termin...

Heyf ki, dilimiz acizdir. Heyf ki...
Dilimiz haqqında ikinci yazının mövzusu da elə konfransda düşünərkən ortaya çıxdı. Müasir elmləri Azərbaycan dilində dərinləməsinə öyrənmək olmur. Heyf ki...