Qürurun səni basınca, Sən qürurunu bas...

Yazının mövzusu ilə əlaqəsi olmayan bir giriş edəcəm. Gecə saat 3dür. Bayaqdan kitablarımı və dərs materiallarımı yerbəyer edirəm. Axıra yaxın döndüm baxdım və bu il ərxində beynimizin nə qədər yükləndiyinə bir daha əmin oldum. Nəticəsinin müsbət olacağına ümidim boldu. Elə bir qəribə hiss bürüyüb ki, bu gecənin vaxtı ömür boyu məndə alınmayan şe`r yazmağa belə hazır hiss edirəm özümü. Biraz bədii olacaq, tək siz deyil heç özüm də başa düşməyəcəm cümlənin mənasını amma belə bir hiss keçir: Çiynimdən elə bil daş götürüblər, uçmaq istəyirəm, amma ürəyim də yaman doludu, ağırlığında dayanmaq olmur.Nəysə... Qarışıq hisslər bir sözlə...

Mövzuya gələk...

Forumumuzda yeni bir trend başlayıb: reklam və kampaniyaları ortaya atıb soldan-sağa sağdan da sola tənqid döşəyirik. Forumun korrektor-redaktoru Fuad onsuz da rejissorları kameraya yaxınlaşdıqlarına peşman edir. Yaxında ya iş təklifi gələcək, ya da hansısa şirkət tərəfindən hədələndiyini eşidəcəyik deyəsən. Sözüm onda yox, biz də marketinq cəhətdən baxırıq məsələyə və reklamlar tənqidlərimizdən yan keçə bilmir. Təkcə reklamlar yox şirkətlərin təmsilçiləri də bu tənqidlərin yanından ötüb keçə bilmir. Artıq gəlib “merakımızı giderenler” də oldu. Bu prosesdə ən diqqət çəkən məsələ şirkət təmsilçilərinin hamısının eyni davranış şəklini sərgiləməmədi oldu. Nə mənada...

Deməli, pərdəni əslində Elnur Baimov açdı. Gəldi və çox açıq sözlülüklə suallara cavab verməyə başladı. Arada bəzi forumçuların qıcıqlandırıcı sualları və ona qarşı haqlı reaksiyalar olsa da, mak.az`a müsahibə də verən Editor o uğurlar və postun yanında heç özünü dartmadı və səhvləri qəbul etdi, düzləri dedi, Azərbaycanda şirkətlərin işçilərinə belə verməkdən ilan-çayan kimi qorxduğu bilgiləri bizlərlə paylaşdı. Hamı da təqdir etdi və alqışladı. day.az`ın imici, “digər işləri” filan bu yazının mövzusu deyil. Elnur bəy hörmətə layiq addımlar atdı.

Bu siftə olduğu üçün təfərrüatıyla anlatdım. Yoxsa ki, həm foruma baxmaq olar. Həm də, ümumi götürəndə vəziyətdən xalisiz. AGBank bizdə 1, digər bir forumda 4 təmsilçisiylə bütün tənqid və iradlara yarı təhqir, yarı kinayə, yarı əsəbli cavablar verib Şarm Əl Şeyxi reklamını və rebrendinqini müdfiə etdi. Adicə “Zəngin Olmaq - Haqqınızdır” ifadəsində tirenin yersiz istifadə olunduğu kimi “kor kor, gör gör” bir faktı belə inkar etdilər. Neymiş efendim “dil daim inkişafda olan substansiya imiş”miş... Yox bir nə... Sən defisi 3 nöqtə əvəzinə işlət denən ki “dili inkişaf etidiririk”.

Onu bunu bilmirəm. AGBank deyəsən sloqanı şirkət mədəniyətinə belə adaptə edir – AGBank: Təhqir edilmək haqqınızdır! Həqiqətən o böyüklükdə şirkətin təmsilçilərinin forumlarda onlara sual ünvanladıran şəxsləri belə təhqir etməsinə məna vermək çətindir.

Söhbət təkcə AGBankdan da getmir. Embavudun imic çarxını müzakirə edək dedik və Saleh bəy gəldi dedi ki “suallarınıza qapım açıqdı”. Amma sən demə qapıda bir elan varmış “marketinqçi olmayanlar girə bilməz”. Türkiyədə öyrəşmişik “Pazarlamacılar giremez” tablolarına. Deyəsən bunun acığı Azərbaycanda çıxılır. Xeyr əfəndim. Marketinqçi olmayanın fikrini daha çox önəmsəyəcəksən. Bunu etmək əvəzinə “sizin şərhlərinizə cavab vermək bizim üçün zaman itkisidir” demək... Nəysə... Allahdan Cəbrayıl bəy müdaxilə etdi və forumçulara təhqir davam etmədi.

Yaxşıyla başladıq... Yaxşıyla da bitirək. Rüfət Abbasov – Azercellin Mətbuat katibi və PR Direktor əvəzi. Forumda PR bölməsini canlandırdı, ən detal suallara belə səbrlə cavab verdi və hətta Azercellə bağlı müzakirə mövzusu istədi. Biz də onun davranışına qiymət olaraq dedik ki, “forum səmimi və təvazökar şirkət təmsilçilərinin qədrini bilir”. Azərbaycan da bilir inşallah...

Bəli qürur pis şey deyil. Mənliyini saxlayacaqsan və daim təmsilçisi olduğun şirkəti müdafiə edəcəksən. Gördüyün işin qədrini biləcəksən və kostruktiv tənqidlər destruktiv tənqidi ayırıb ikinciyə meydan oxuyacaqsan. Amma heç bir halda qarşındakını təhqir etməyəcəksən.

“Azərbaycan” və “marketinq” sözlərini yanyana gətirən hamı ya anında uzaqlaşdırır ya da arxasına “zəifdir” ifadəsini calayır. Amma belə də baxıram şirkətlərimiz “qüsursuz imiş”. Tənqidi öpüb başlarının üzərlərinə qoymaq əvəzinə təpik atırlar. Yaxşı inkişaf edəcəklər...

P.S. əvəzi: Ey Azərbaycanın biricik reklamlarında imzası olan biricik şirkətlərinin biricik təmsilçiləri! Fərda demiş “Sadə olun biraz” bir də Vüsal demiş “Qürurunuz sizi basınca, siz qürurunuzu basın”... Yoxsa... Ehhh... Nə xeyri e?

6 yorum:

Aygün İslamzadə dedi ki...

Vusal, esas meseleni unutmusan.. Bax, Kiaya neyi var satashdilar, hech menim sesim chixdi forumda.. Ele sen demish nacizane mudafie elemek derdindeydim:))
Neyse ki, belke de Kiani hele menimseye bilmemishdim. Gelecekde baxariq.. Bi yazimda qeyd elemishdim, kurd toyuq cucelerini qoruyan kimi.. Belke men de ele o cur reaksiya verecem.. ne deyek?
ALLAH qorusun..
ALLAH sadeliyimizi elimizden almasin..

Vüsal Qəmbərov dedi ki...

Mən sənlə Rüstəmdən danışmaq istəmədim sadəcə. Yoxsa ki, görən görür, bilən bilir ;)

Biz də AMİN deyək!

rsh dedi ki...

Əla.

Rüstəm Məmmədov dedi ki...

Yaxşı olacaq Vüsal, darıxma..

Adsız dedi ki...

Vüsal, əntiqə yazıdır. Hisslər qələmi götürməyə vadar edəndə nəticəsi də bax, belə olur... Belə getsə, şeir də yazacaqsan, darıxma:) (Sitat: " ... bu gecənin vaxtı ömür boyu məndə alınmayan şe`r yazmağa belə hazır hiss edirəm özümü").
P.S.əvəzi: Admı da çəkmisən yazıda. Çingiz (Çina) demişkən, ömrü boyu çörəyin olacaq:))

P.P.S. Aaaa, Vüsal, sən demə, onu tanıyırmışam. İş yoldaşım olub...;)

Fuad Məmmədov

Vüsal Qəmbərov dedi ki...

Yazının belə bəyəniləcəyini düşünməmişdim. Təşəkkürlər xoş sözləriniz üçün :)

Fuad, məndə hisslər qələmi götürməyə tez tez vadar edir :)

P.P.Sdə kimi nəzərdə tutduğun qaranlıq qaldı :)