Rebrendinq yox, “rebeyininq” lazımdır!!!

Demişdik axı bizdə hər şey dəblədi. Geyim də, aksesuar da, təhsil də, karyera da... hər şey... axır vaxtlar marketinq yaman dəb olub. Yerindən duran marketinqdən bir kəlmə kəsməmiş oturmur daha yerinə. Şirkətlərimiz də marketinqə qarşı daha mərhəmətlə və şəfqətli olmağa başlayıb. Olmayanlar marketinq departamenti formalaşdırır. Olanlar da yavaş yavaş marketinqi “adam yerinə qoymağa başlayır”. Onu satışdan ayırır, maliyənin asılılığından xilas etməyə cəhd edir.
Nəysə sözüm onda şirkətlərimiz marketinqin alətlərinə meyl etməyə başlayıb. Marketinqin reklamdan başqa da işlərinin olduğu, bu işdə araşdırma və markalaşma kimi mövhumların olduğu da qəbul edilməyə başlayıb. İndi də başlayıblar xırda-xırda tətbiq etməyə. Amma bu DƏB bəlası burada da bizdən əl çəkmir. Bu aralar Azərbaycan şirkətlərinin marketinq fəaliyətlərini incələyən olsa marketinqin RTEBRENDİNQdən ibarət olduğunu düşünə bilər. Banklar “rebrendinq sırası”na yazılıblar. AGBank müəllim qrammatik cəhətdən yanlış sloqan və etik cəhətdən qəbuledilməz reklamı ilə bizə “rebrendinq dərsi keçdi”. Amma dərd orasıdır ki, Blogspotun şablonlarından birinə bənzəyən (Sənanın bloguna baxın) yeni ön dizayn və yeniliksiz digər yeniliklər elə sözdə-sloqanda da qaldı. Forumlardakı tənqidləri məharətlə və qılınc-qalxanla qarşılayan şirkət təmsilçiləri sloqan dəyişərək şirkət mədəniyətinə əl gəzdirməyin mümkünsüz olduğunu sübut etdilər.
Çox uzatmayacam. Azərdəmiryolbank və APA da rebrendinq işlərinə girişdi. İndi də Mikromaliyələşdirmə Bankından bənzər bir addım gözlənilir.
İndi dərd burasındadır ki, bu və rebrendiqi xilas sayan şirkətlər marketinq ədəbiyatında REBREDİNQi “ağ atlı şahzadə” olaraq görüb amma həmin bölmədə arxa səhifələri oxamayıblar. Oxusaydılar görərdilər ki, rebrendinq sadəcə logo, ad, sloqan, rəng dəyişməklə olmur. Bunlar atributdur və sadəcə simvolik məna ifadə edir. Rebrendinq özünü şirkətin fəaliyətində, keyfiyət anlayışında, müştərilərlə münasibətlərində, bir sözlə bütünlükdə korporativ mədəniyətdə əks olunmadığı müddətcə faydasız xərc və səndələmədən ibarətdir. Çünkü rebrendinq şirkət haqda formalaşmış qavrayışları (perception) dəyişdiyi üçün işlərbir müddət qaydasında getməyə bilər.
Bəli renrindinq əla vasitədir. Şirkətə ikinci nəfəs qazandırır. Amma bu özünü rəng və atributlarda yox, mövqeləndirmə və korporativ mədəniyətdə göstərməlidir. Korpoativ mədəniyət isə personalın bilik, bacarıq və davranışı ilə formalaşır.
Yəni rebrendinq yetərli deyil cənablar, beyinlərdə dəyişiklik edin... ya da REBEYİNİNQ edin!

5 yorum:

Rüstəm Məmmədov dedi ki...

Çox qəşəng mövzudan, qəşəng yazmısan. Başdan bir etirazımı bildirim sonra keçib digər məsələyə. Hazırda banklarda başlayan rebranding fəaliyyətlərinin mod olması ilə əlaqəsi yoxdur məncə. Bu zərurətdir. Məsələ burasındadır ki, bu bankların çoxunun korperativ işarətləri və sistemləri illər əvvəl qeyri professional hazırlanmışdı. İndi isə, bu banklar məcburən (dövlət sağolsun) professionallaşmalı olduğu dövrdür. İstər istməzə hər şeydə dəyişmə lazım olur. Bu da marketingdən yan keçmir. Çox yaxşıdır rebradnding etmələri. Mən bəyənirəm. Reklam rolikini bəyənməsəm də məsələn, AG bankın logosunu bəyəndim. Məsələ estetik cəhətdən nə qədər düzgünlükdə deyil əlbəttə, amma yenə də bu hər cəhətdən yaxşıdır. Rebranding həmişə hər cəhətdən yaxşı olmur, amma bizim burda lazımdır və yaxşıdır.

Səninlə çox razı olduğum cəhət isə, rebrandingin təkcə simvollarda dəyişmə yox əslində "davranış" dəyişikliyi olması haqqında fikrindir. Ən çox xoşuma gələn isə REBREYNİNG oldu...

Hörmətlə,

Shared Folders dedi ki...

Rebrendinq birdən və birdəfəlik həyata keçirilməlidir. Birini edib, birini sonraya buraxmaq çaşqınlıq yaradır və rebrendinqin faydalı iş əmsalıni azaldır. AGBank rebrendinq etsə də, məsələn saytları hələ də dəyişməyib.

Rüstəm Məmmədov dedi ki...

Aha, tamamilə razıyyam. O, tipli problemləri oldu. Nə qədər başa düşülən olsa da, problem olduğunu qəbul etmək lazımdır. Saytlarını dəyişməmələri maraqlıdır. Bəlkə də heç dəyişməyəcəklər, bilmirəm. agbank.az saytı "under construction"dır. Yönləndirilir, azergazbank.com`a. Bəlkə də agbank.az olaraq təqdim edəcəklər.

Adsız dedi ki...

Vusal, ela yazidi, rebeyning sozu xosuma geldi:) tamamile raziyam ki uzden rengi, logonu, ve adi deyishmekle rebranding olmur, amma nedense banklar eyni vaxtda bashladi rebrandinge ona gore de bu debi xatirladir, belke de Rustem demishken onlar zeruriliyi hiss etdiler:) amma yene de rebrandinge yanashma duzgun deyil.

Vüsal Qəmbərov dedi ki...

Rebeyininq sözünün bəyəniləcəyini bilirdim :) Amma heyf ki marketoloqlarımız bəyənsə də, şirkətlərdən rebeyininq cəhdləri gəlmir. Banklar məsələsində mən də Rüstəmlə qismən razıyam. Amma inanıram ki, hamısı o şəkildə deyil. Bəziləri də dəbə uyğun olmaq üçün rebrendinq edir və edəcək.

Bir məsələ var ki, şirkətlərin vəzyonu onları idarə edənlərinki (sahibləri) qədər geniş olur. Day görək də...