Marketinqə aidiyatı olan hər azərbaycanlı “bizdə marketinq yoxdur!” ifadəsini eşidib və əksəri də işlədib bu cümləni. Özüm də konkret bu şəkildə olmasa da, bu fikri təsdiqləyən fikirlər səsləndirmişəm. Son qərarım isə Azərbaycanda Kotlerin yox Milli marketinq qaydalarının işləməsidir. Bunlar haqda yazmışam, inşallah hələ yazacam da. Amma bu yazıda gəlin sizə müsbət bir məqamdam bəhs edim.
Azərbaycanda son 4 ildə baş verən “istehlak partlayışı”nın hələ bir neçə il də davam edəcəyini gözləmək olar. İstehlak artırsa adətən ən çox böyüyən sektorlar pərakəndəçilik və avto olur. Azərbaycan maşın satışlarındakı artış göz qabağındadır. Bu heç. Pəraləndəçilikdəki artış isə... Məncə çox adam ölkəmizdə pərakəndə dövriyəsinin ildə iki dəfə, modern ya da təşkilatlanmış pərakəndəçiliyinin dövriyəsinin isə 3 dəfə artdığını hiss etmir. Halbuki bu sahədə, həm marketinq işləri zəif gedir (xüsusilə seqmentasiya, mövqeləndirmə, kommunikasiyalar və merçendayzinq... Ta nə qaldı ki?), həm də ixtisaslı kadr demək olar yoxdur. İnkşaf tempi artan hər ölkədə olduğu kimi Azərbaycanda da ixtisaslı pərakəndəçi əksikliyi yavaş yavaş özünü gəstirir.
Müsbət cəhət isə modern pərakəndəçilərin sırayla açılmasıdır. Yaxınlarda Ukrayna dairəsinin yaxınlığında Hakim Market adlı bir pərakədəçi açıldı. Bunacan həmin zonada Qrand demək olar tək idi. Almalı artıq bu tipli marketlərlə mübarizə aparmağa çətinlik çəkir. Həm zəif merçendayzinq siyasəti, həm dizaynın keyfiyətsizliyi, həm qiymətlərin əvvəlkinə nisbətən xeyli artması, həm də korlanmış imic Almalının işini çətinləşdirir. Qrand tipli mağazalar isə daha uğurla işləyir. Hakim marketin merçendayzinqini heç cür bəyənmədim. Xüsusilə bölmələri yöndəmsiz şəkildə düzüblər. Qiymətlər Qranddan aşağıdır. Amma bu yeni açılmaq ilə əlaqədar ola bilər. Ad məsələsini işçilərdən birindən soruşdum dedi sahibinin vəfat etmiş oğlunun adıdır. Elə mağazanı da onun xatirəsini əbədiləşdirmək üçün açıblar... MİLLİ MARKETİNQ!
Sadiq Qrand müştərisi olsam da, Hakim məni cəlb edir bəzi məqamlara görə. Amma mağaza rəhbərliyinin işin mütəxəssisləri olmadığını anlamaq çətin deyil. Üstəlik personal da işə alışmayıb hələ.
İndi yuxarıda yazılanları oxuyanda nə düşündüz bilmirəm. Hakim marketi analiz edəndə ürəyimdən “gözümüz aydın” nidası keçdi. Artıq yan yana olan mağazalar “dədə baba üsulları” ilə yox əsl marketinq alətlərin ilə mübarizə aparmağa məcburdur. Artıq canım sizə desin bu rəqiblər marketinq kommunikasiyası mi deyim, xidmət keyfiyəti mi deyim, merçendayzinqi mi deyim... ƏSL MARKETİNQ istifadə etməlidirlər. Bizdə marketinq yoxdur? Artıq var. Xoş gəlibdir!
Etiketler: Milli marketinq
Kaydol:
Kayıt Yorumları (Atom)
0 yorum:
Yorum Gönder