Azərbaycan üçün seqmentasiya vaxtı

“Azərbaycanda marketinq inkişaf etməyib”, “Yaxşı marketinqçilərimiz yoxdur” tipli sözlərin həqiqətən boş olduğunu görürəm yavaş yavaş. Baxın ha, səhv demirəm, boş deyirəm. Çünkü səhv olub olmadığını hələ müzakirə eləmək olar. Amma mənasız olduğu dəqiqdir.

Marketinq deyilən şey özünü bazara görə tənzimləyir. Ona görə tullanıb-düşməyin yeri yoxdur. Heç kim də özündən Amerika icad edib “marketinqimizi xilas etmə sevda”sına düşməsin. Sadəcə vəziyəti izləyib vaxtlı vaxtında lazımi addımlar atın.

Onlardan birindən danışacam indi. Başlıq sözünü deyir hərhalda.

Belə ki, illərdir Azərbaycanda dərin bir seqmentasiya və seçilən bir mövqeləndirmənin lazımsız olduğu az da olsa ifadə olunub. Bununla razıyam. Burada 2 böyük səbəb var:

  • - Azərbaycan bazarı hissələrə bölünüb idarə ediləcək qədər böyük və geniş deyil
  • - Müstəqil Azərbaycanlı istehlakçının davranışı davamlı dəyişir.

Birinci o deməkdir ki, seqmentasiya etsən seçəcəyin seqmentlərdən hərhansı biri kifayət qədər gəlirli deyil. İkinci isə o deməkdir ki, əziyət çəkib seqmentasiya edəcəksən seçdiyin kütlə 1-2 ilə ciddi status və davranış dəyişikliyi göstərəcək. Çünkü hələ də bir istehlakçı kimi kimliyi oturnmayıb.

Amma yuxarıdakı 2 abzası keçmiş zamanda da yazmaq olardı. Azərbaycan istehlakçısı dəyişimə davam edir doğrudur. Bu mənada biraz diqqətli olmaq lazımdır. Amma artıq ayrı ayrı seqmentlər gəlirli olmağa başlayıblar. Təbii ki, bu mənada sektor və seçilən hədəf kütlə önəmlidir. Amma əvvəl heç bu da yox idi. Buna da Şükr. :)

O ki qaldı dəyişikliyə. Son 10 ildə xronolojik seqmentasiya edilsəydi istehlakçıların necə sürətlə dəyişildiyi görünərdi. Əvvəla maddi olaraq insanları vəziyəti əməlli-başlı dəyişkən olubdur. 2-3 il öncə eyni mövqedə olan insanlar arasında ciddi fərqlər var. Təhsil və mədəni səviyə, həyat tərzi kimi əsaslardan sayılan faktorlar da bu şəkildə sürətlə dəyişkənlik sərgiləyir. Forumda da sədaqət söhbətləri getdi. Bax istehlakçını sadiq müştəriyə çevirmək istəyənlər gərək bu dəyişikliyi çox yaxından izləsin. Onların düşüncələrinə nə ilə nüfuz edə biləcəyini müəyyən etmədən heç nə alınmaz.

Ayrıca bir önəmli məqam daha var. Xam bazarlarda seqmentasiya heç kimə lazım deyil. Necə ki, 7-8 il öncəyə kimi Azərbaycan bazarı tamamilə xam idi. Hazırda da dəhşətli boşluqlar var. Amma dünyanın ən lüks 10 markasından 8nin Bakıda butikinin olduğunu düşündükdə bazarımızın necə cəzbedici və hərəkətli hala gəldiyini anlamaq olar. Azərbaycanda diler və ya distribyutoru olmayan maşın markasına artıq “zəifdir” damğasını vurmaq olar. Yaxında Mazda və Jeep kimi bir neçə marka bu damğanı siləcək.

Bu isə rəqabət və yeni girənlər üçün çətinlik deməkdir. Bax bu halda artıq bazarda özünə yer tutmaq üçün seqmentasiya və mövqeləndirmə şərt olur.

Görünür ki, Azərbaycan bazarı mərhələləri bir bir keçir və şirkətləri marketinqinə daha ciddi yanaşmağa vadar edir. Bu isə təbii bir prosesin nəticəsi olaraq Azərbaycanda marketinqi gözə xoş gələn səviyəyə çatdıracaq və yaxşı marketinqçilərin peyda olmasına gətirib çıxaracaq.

Yaxın 5 il bazarda yerini tutmaq üçün çox kritikdir.

16 yorum:

megat dedi ki...

your blog very beautiful and more info ,make me excited. Congratulation!!

maNIKA dedi ki...

maraqlı mövzudu.
Azərbaycan bazarında möhkəmlənmək elə də çətin olmaz sadəcə bir az fərqlilik, continuous improvement tetbiq etsek və qeyd etdiyiniz müştəri əldə saxlama qabiliyyəti hansı ki, yuxarıdakının tərkibində gedə bilər...bu bəsdi məncə.

Rüstəm Məmmədov dedi ki...

Vallah men bu ishlerden uzhe bash achmiram:)

Shared Folders dedi ki...

10 en onemli butikden 8-nin geldiyi olkenin iqtisadiyyati tamamen xarici bir faktora, neftin qiymetine baglidir. Ona gore de artiq evvelki kimi optimist olmaq bir ise yaramir.

Vüsal Qəmbərov dedi ki...

Manika, Sustainable development ilə bağlı fikirlərinizə qatılıram. Hətta son zamanlarda Sustainable MArketing deyə bir termin belə ortaya çıxıb. Bu da əslində loyalty-nin tərsdən baxılan halı kimi bir şeydir. Şirkət tərəfidir.

Əvvəl kim nikbin idi ki ay Shared? :) Day indi neyləyək, deyirsiz çıxaq gedək bu ölkədən? :)

maNIKA dedi ki...

Çoxdan oxumuşam amma vaxt tapıb soruşa bilmirəm :), 1 az son hissələri tuta bilmədim. Yəni əvvəl müştərini şirkətə "bağlayırdıqsa" indi necə??? Vaxt olanda please bir az ətraflı yazın....:)
"u lyubapitnoy varvari, na bazare nos otarvali" hihi :)))))

Vüsal Qəmbərov dedi ki...

Şərhdəkini mi, yazıdan hərhansı hissəni mi?
Manika, biraz açıqlama lütfən...

maNIKA dedi ki...

Sustainable MArketing deyə bir termin belə ortaya çıxıb. Bu da əslində loyalty-nin tərsdən baxılan halı kimi bir şeydir. Şirkət tərəfidir.


bunu.....:)

Vüsal Qəmbərov dedi ki...

Tərsdən deyəndə məna olaraq tərsi deyil.
Subyekt dəyişir.

Loyalty-də subyekt istehlakçıdır və o bir markaya qarşı sədaqət göstərir. Onun davranışlarının davamlılığının ölçülməsi ilə loyaltynin səviyəsi müəyyən olunur

SM-də isə şirkətin marketinq fəaliyətinin davamlılığıdır mövzu. YƏni bu dəfə də şirkətin davranışlarının davamlılığına görə sustainable olma dərəcəsi müəyyən edilir. Hələ ki, çox yeni mövzudur - 5-6 il ömrü var. Ona görə də koyalty kimi modelləmələr edilməyib. Customer lifetime fikrindən ilham aldığını düşünürəm ki. Customer lifetime müştərinin loyaltisini yaxından izləmə imkanı verir. Amma yazıldığı qədər asan idarə olunmur :)

Səhv eləmirəmsə SM Benson Shapiro-nun konsepsiyasıdır.

Belə :)

maNIKA dedi ki...

o, thanks a lot.... :)
Customer lifetime'i mystery shoppers'in bir növ fəaliyyəti kimi qəbul etmək olar? :)

elə yazın ki, mən oradan sual çıxarmayım... :)))) hi..hi

Vüsal Qəmbərov dedi ki...

Yoo əlaqəsi yoxdur.

CLT müştərinin şirkətlə ilk münasibət qurmasından ölümünə qədər olan müddətdir. Customer Life Time Value-nu Honda əla hesablayır. Deyir misalçün Xeybər 25 yaşında bizdən bir Civic alsa. ORtalam 50 ilə 12-15 dəfə yeni maşın alar :) Hər birinin qiymətini 25 min hesablasaq. Xeybərin Honda üçün dəyəri olur 300-350 min dollar. Pis döyül :)

Honda ondan ilk maşını alan müştərini düz 3cü ilin tamamında telefon zəngiylə narahat edir. Harda qaldın, gəl yeni Hondanı al? deyə... :)

Day burdan da sual çıxsa əminliklə deyəcəm ki, Manika araşdırmaçıdır :))))

maNIKA dedi ki...

Mən bunu eşitmişdime hardasa, yəqin unidə müəllim danışanda fikrim ayrı yerə getmişdi. :)))
oldu,amma Honda Civic misalı tam yerinə düşdü :)
çox sağ olun...
hərçənd ki, sual çoxdu. verməyəcəm, çünki hələ yolun yarısındayam (yəni araşdırmacılığa doğru) :)

Shared Folders dedi ki...

nikbin vəya bədbin olmaq önəmli deyil. əsas reallığı görməkdir. Amerikada da heç kim 2007-ci ildə belə bir böhran gözləmirdi.

Vüsal Qəmbərov dedi ki...

Sən deyəndən isə belə çıxır ki, heç reallığı görmək də bir işə yaramır.

ILKIN dedi ki...

Bu segmentasiya meselesine bir soz demek isteyirem. Bu gun Azerbaycanda hec ne yox ama demografik segmentasiyaya ehtiyac var. Duzdur Azerbaycan Bazari derin segmentasiya ucun yararli deyil.... hardasa razilasmag olar. Ama adi demografik segmentasiyadan istifade etseler bizim sirketler cox boyuk ugur gazana bilerler.

Rusiyada veziyyet tamamiyle ferglidir meselen. Burada segmentasiya etmesin - mehv olavagsan... (allah elemesin)

Unknown dedi ki...

Salam.
Sizlerden bir xahishim var, zehmet olmasa mene Seqmentasiya, hedefleme ve pazisiyanin secilmesi haqqda kitab ve ya linkler lazimdir (diplom isimi yazmaq uchun).. Eyer kiminse bu sahede bilgisi varsa zehmet olmasa komeyini gostersin...

evvelceden teshekkurler...

Khayal