Yarımçıq papaqçılıq

Peşəkarlıq, peşəkar yanaşma...

Görəsən bu sözlər bizimçün nə ifadə edir?

Məncə qərbliləri bizdən ayıran ən vacib məsələdir bu. Hər bir şeyə, hətta gündəlik həyata belə peşəkar yanaşma. Peşəkar yanaşma necə olur sualın burada cavab verməyim icazənizlə. Çünkü hərzaman beynimdə dolaşan mövzulardan biri olduğu üçün yəqin ki, qısa bir yerə sığdırmağa çətinlik çəkəcəm. Sadəcə bu ifadəni izhar edim: “Həyatdakı hər bir şeyi ən yaxşı şəkildə yerinə yetirmək”.

Amma sizə yazının yazılması səbəbindən bəhs edə bilərəm.

Azərbaycanda da yavaş yavaş kiçik bir işyerindən böyüyən təşəbbüskarlarla qarşılaşırıq. Təbii ki, azad bazar iqtisadiyatının qanunudur bu. Bizdə bəzi qanunların adaptasiya olduğunu filan qoyaq bir kənara. Amma əziyətini çəkib, doğru işləri görən insanlar da şirkətini böyüdə bilirlər. Adətən bu şirkətlər Kiçik və Orta Ölçülü Şirkətlər (KOÖŞ) olaraq adlandırılır. Öyrədilən marketinq və menecmentdən çox daha fərqli yollarla idarə edilir və iş prinsipi izlənir. Bu da normaldır. Həm bazar qanunları, həm ölçü səbəbindən.

Amma əvvəl axır bu baş verir və şirkət böyüyür. Nəticədə də kitaba doğru meyl başlayır. Əvvəl “nəzəriyə ilə praktikanı qarışdırmayın” deyən insanlardan son zamanlarda nəzəri adalndırıla biləcək bilgiləri soruşması da bu səbəbdəndir. Sistemləşdirilmiş keçmiş təcrübələri öyrənmək vəziyətə nəzarət baxımından çox lazımlı olur.

Burada bir amma daha əlavə edəcəm...

Küçədə gəzərkən vəya medianı izləyərkən bir çox KOÖŞ-in müasir “takıldığını” vəya həqiqətən modern marketinq alətlərindən istifadə etdiyini görürük. Azərbaycanda son 3-4 ayda olan rebrendinqlər elə bir xeyli oldu. Amma gəl ki, bir tərəfini tutursan o biri tərəfi əldən gedir. Lövhəni dəyişirlər torbalar qalır. Mağazanı həll edirlər, depolama ibtidai üsullarla edilir. Ən əsası da ki, saytlarına baxırsan elə bil PG-dir. Gedirsən ofisə... Adamın ofis deməyə dili gəlmir. Bir nəfər vitrin variantında təhsillini ediblər şirkətin siması, amma daxildə problem baş alıb gedir. Peşəkar əsaslar sözündən belə xəbərləri yoxdur.

Türkiyədə reklamları ilə xalqın dilinə düşən Hakan Plastik-in hələ də emalatxana üsulu ilə çalışdığını eşidəndə həqiqətən qəribə gəlmişdi mənə. Artıq öyrəşmişəm. Eyni vəziyət mebel mağazalarında da keçərlidir. Kişi öz adını verir mağazaya. Deyir mən də oldum Faik Sönməz vəya Adil Işık. Bir də özünəməxsus ön dizayn. Axı bununla iş bitmir. Yarımçıq papaqçılıqdan o tərəfə keçmədiyi üçün də nəticə yarımçıq olur.

Azərbaycanda eyni problemi yaşayan şirkətlər var. Yaxın zamanlarda orta səviyəli şirkətlə artdıqca daha da olacaq. Axırda görəcəklər alınmır bir konsultanta müraciət edəcəklər. Amma baxacaqlar ki, kişinin dedikləri məlhəm olmur. Onu söyəcəklər. Amma daha bilməyəcəklər ki, o konsultantın dedikləri işin tamamına peşəkar yanaşma və kadrlara bunun sirayət etdirilməsindən sonra faydalı ola bilər.

4 yorum:

Adsız dedi ki...

“Həyatdakı hər bir şeyi ən yaxşı şəkildə yerinə yetirmək”.

Çox yaxşı demisən. Hələ mən bir az o sözü dəyişib belə də deyərdim. Hər kəs öz işini yaxşı yerinə yetirsə lap əla olar. Heç olmazsa öz işini. Yəni məsuliyyət və ancaq məsuliyyətlə yapışılsa bir işin ucundan onda o yaxşı da nəticələr alınacaq. Həm sahibkar, həm də yararlananlar üçün. YOxsa helə-belədən yaradıb, sonra da başlı-başına buraxsanç daha ondan ne gözleyesen ki?

Adsız dedi ki...

bizde hami ozbildiyi peshekarliqla edir ishleri. Peshekar ve buralarda nece deyeller "Avropa standard"larina uygun ish gormeye calishir hami. Ama nedense bash-ayaq alinir. Bezen dushunurem belke kadr qitligidi, ama yox bunun onunla elaqesi yoxdu. Sadece hele de peshekar top managerler qitligidi:) duzeler

Vüsal Qəmbərov dedi ki...

Şəbnəm, onu nəzərdə tutmurdum mən.

İnsanın həyatı sadəcə vəzifələrindən ibarət deyil ki. Həzz almasından tut, dincəlməsinə, işləməsindən təhsilinə qədər hər bir işi ən yaxşı səviyədə etməyi nəzərdə tuturam. ELə öz işini layiqincə görmək də buraya daxildir.

Bizim menecerlər avropa-standartı yox e heç yerli standartda da işlərini peşəkarca etmirlər.

Amma həqiqətən də bizə uyğun bir iş sistemini mənimsəyib onu püxtələşdirmək lazımdır. ÇÜnkü kadrlar işi öyrənmə prosesində biri-birinə zidd qaydalar öyrənir. Tətbiqə gələndə də heç birini qoymurlar etməyə. Nəticədə pərakəndə bir şey alınır. Azərbaycana hər sahədə yaxşı müəllimlər lazımdır. Amma dərd orasıdır ki, bu müəllimlər gərək tətbiqçi müəllim yox düşünən və yaradıcı müəllimlər olsun.
KAdr qıtlığıdır!

Adsız dedi ki...

Anladım Vüsal. Çox doğru buyurursan. Sadəcə dilim yanıbeeee məsuliyyətsiz işlərdən. Ona görə də belə gileylənirəm. Nə isə bu başqa məsələ.

Əlbəttə ki hər bir iş ən yaxşı səviyyədə yerinə yetirilsə daha nə lazım?! Elə bunun yoxluğudur ki batabatdır da. Bax sənin bu sözünlə də azıyam:
Azərbaycana hər sahədə yaxşı müəllimlər lazımdır. Amma dərd orasıdır ki, bu müəllimlər gərək tətbiqçi müəllim yox düşünən və yaradıcı müəllimlər olsun.
KAdr qıtlığıdır!