Sabiq ABŞ vitse-prezidenti Al Qorun rəhbərliyi ilə çəkilmiş `Inconvinent truth` (Xoş olmayan geçəklik) filmində dünyanın müasir dövrdəki ən böyük problemlərindən olan `qlobal istiləşmə` gerçəkliyindən bəhs edilir. Amma indi sizə `Oskar` mükafatı laureatı (lap sovet üslubunda alındı) olan bu sənədli filmdən bəhs etməyəcəm.
Türkiyənin ən böyük sığorta şirkəti AvivaSA-nın Baş müdiri Meral Egemen xanıməfəndi bir müsahibəsində Türkiyədə insanların 65 yaşlı övladı üçün belə qayğı çəkməsindən, valideynlərin övladını hər zaman qorumasından vs. bəhs edir. Amma bu haqda fəxrlə danışdığını demək çətindir. Tam əksinə bunu mənfi bir məqam olaraq qeyd edir və qeyd olunan faktorun “fərdi təqaüdçülük” sisteminin inkişafına mane olduğunu irəli sürür.
Bəli! Əsl xoş olmayan gerçəklik budur: marketinq (biznes) dünyası insanların EQO mərkəzli olması tərəfdarıdır, istehlak cəmiyətini sevir! Məsələn, yeni evlənənlər ailəsinin yanında qalmağı bacarsa paltaryuyan maşın, soyuducu və buna bənzər texnika satışları yarı yarıya azalar. Hər kəs 18 yaşından etibarən sərbəst həyata qədəm qoysa öz gələcəyini özü qurmaq üçün müxtəlif yatırımlar edər. Yoxsa bizdəki kimi, ata və oğulun gələcək ilə bağlı proqramı və təminatı ata tərəfindən ortaq bir hədəf ilə müəyyən edilir.
İngiltərədə 2002-cü ildə iqtisadiyatda baş verən geriləmə ilə bağlı analizlər iki səbəbi ortaya çıxarıb: yanacaq qiymətlərinin aşağı düşməsi və insanların istehlakı azaltması. Səbəb kimi görünən məqamlar əslində problem olmasa da, real sektor ciddi zərbə görüb.
Bu məqam çox şeyi deyir. İnsanların EQO və FİZİKİ EHTİYACLAR mərkəzli olması, lazımsız alışverişlər marketinqçilərin ürəyincə olan bir şeydi. İnsanlar mənəvi olaraq doymuş olsalar yəqin ki, maliyətinin 1 manat olduğunu bildiyi çay və çizkeykə 10 manat ödəməz... Sırf bunu təqdim edən məkanın verdiyi imic və xidmətçilərin gülərüzlülüyünə...
“Marketinqin evi yıxılsın” deyəndə də qınayırsız məni...
3 yorum:
Cizkeyk :)
Retail therapy-di, bilsek de ki cay 0,20 manatdi ama biz ona qesheng yerde oturub 10 azn veririk, daxilimizde rahatliq yaradib ozumuzu bezen 'balovat' elemek ucun bir vasitedir. Krizis indi saga-sola pul xerclemeye imkan vermir ona gore de "Cto bi podarit sebe malenkiy radost" 1 manatlig caya 10 manat veriller. Marketingin evi yixilsa biz neyniyerik :)))
Bununla bitsəydi nə idi ki?...
Marketingin evi yıxılsa, Finans özünə villa tikər:)
Yorum Gönder