Mühəndislər arasında marketinqçi olmaq...
Hamının marketinqə meyl salması, amma marketinqi tanımağa başladıqdan sonra ondan uzaqlaşmasının səbəbini anladım...
Necə?
Bu gün müxtəlif instansiyalara göndərmək üçün şirkətin tanıtım mətnini ingilis və rus dillərinə çevirməliydim. 3 saat ərzində mətnə baxdım, baxdım, baxdım... Əvvəla əlimdəki mətn ürəyimcə deyildi. Ən əsası isə o an tərcümə əhvalında deyildim. Oturdum və bu mətni necə adam etmək olar deyə düşündüm, plan cızdım, hətta ondan o tərəfə keçdim və bu tanıtım mətnini şirkətin mövqeləndirməsinə yeritməyin yollarını axtardım, açdım veb səhifəmizi ordakı süstləşməni bu mətnlə necə aradan qaldıra biləcəyimi düşündüm, oradan da elə bir nəticə çıxdı ki, səhifəmizin üzərində işləyənləri biraz “tərlədəsi” olacam. Dizayna əl gəzdiriləsə oldu. Beləcə 3 saat ərzində “iş” görmədim.
Amma bir mühəndis üçün bunlar iş sayılmasa da, marketinqçi nöqteyi nəzərindən iş sayıla bilər.
Dərd orasıdı ki, Türkiyədəki ikinci iş yerimdə də ofisin demək olar yeganə “qeyri-mühəndis”iyəm. Həkimlər və mühəndislər ölkəsində “saf” marketinqçi olmaq elə də asan məsələ deyil.
Açığı marketinqçilər üçün “mühəndislər bizi anlamaz” iddiasını dilə gətirmək rahatdır. Mühəndislər isə haqlı olaraq bütün gün dəftər, qələm, kalkulyator ilə layihə “sökərkən” yanlarındakı marketinqçinin “ağzını əngəldib ulduz sayması” və buna “düşünürəm” donu geydirməsini bəyənmir. Amma insafən hər adam oturub layihə çözməyə vəya təklif hazırlamağa, finansal analizlər etməyə məcbur deyil. Biri də oturub strategiya yazmalı, kreativləri ortaya qoymalıdır. Çünkü tətbiq işlərini birləşdirib bütöv hala gətirən və onların uzunömürlü fəaliyətini təmin edən məzh strategiya və kreativdir.
Kreativ isə sadəcə konsentrasiya və rahat beyin ilə ortaya çıxa biləcək bir şeydir.
Mütaliə, təhlil və nəql isə marketinqçilərin “İŞ” dediyi işdir. Yəni vəziyəti və mənbəni mütaliə edib təhlil süzgəcindən keçirmək, düşünüb lazım gəldikdə yenilik və strategiya ortaya qoymaq və bu strategiyanı şirkətə nəql etmək. Son mərhələdə isə bütün fəaliyətə və hədəf kütləyə.
Beləliklə bu 3 mərhələli proses dildə rahat səslənsə də, əslində kompleks və çətin bir işdir. Əsas məsələ isə odur ki, motivasiyaya və kreativliyin limitinə çox bağlı olduğu üçün davamlılıq təmin etmək çətin olur. Bir də komplekslər... İnsanlar “boş işlə” məşğul olmaqdan bezirlər. Bu auraya qapılmaq və “marketinqin təsiri altına düşməkdən” çəkinirlər.
Etiketler: Marketinqin özü
Pol Kreyqin counterpunch.com-da yazdığı bu məqaləni oxuduqca çeşitli fikirlər gəldi keçdi beynimdən. Yəhudilərin məharəti, müsəlmanların zəifliyi, bizim maymaqlığımız və tipik bir marketinqçi kimi İsrailin bu nailiyətinin arxasında duran fenomenin ADI...
Məqaləni oxumağı hər kəsə şiddətlə tövsiyə etdiyimçün, tərkibindən bəhs etməyəcəm.
Amma məğzini çatdırmaqda fayda görürəm: İsrailin və yəhudilərin özlərinə qarşı yönəlmiş bütün tənqidləri “cinayət”, “anit-semitizm”, “günah” vs. kimi “xortdan”a çevirməsi və bu ideyanı bütün dünyaya yayması... buna çalışması və bu çalışmadakı uğuru...
Məncə vəziyətə biraz aydınlıq gətirmək lazımdır. Belə ki, dünyada olan və bitən o qədər proses var ki... Artıq iş təlaşı və nəqliyatdakı sıxlıq kimi hərəkətli anlar insanların bu prosesləri nəzarət etməsinə imkan vermir. Marketinqçilər bir tərəfdən həddən artıq mesaj bombardmanından danışsa da, əslində bu bombardman insanların beynini elə yükləyir ki, nəyi necə seçəcəklərinə özləri qərar vermir. Bu işlərin hamısı qalıb insanın beynini kəşf edə bilən “ağıllılar”ın öhdəsində. Buradan “marketinq və psixologiya“ duetinə keçməmək üçün mövzunu dayandırıram.
Amma yuxarıdakı paraqrafdan başqa bir məqama keçid almaq olar:
Bu mühit şirkətlərin marketinqçilərinin işini asanlaşdırdığı kimi ideologiya daşıyıcıları və təlqinedicilərinin də əlinə geniş fürsətlər verir. Ermənilər bir tərəfdən, amerikançılıq bir tərəfdən vs... Ağlı olan işləyir. Bu mühiti ən gözəl dəyərləndirən isə İsraildir. İnsanlar heç özləri də xəbəri olmadan bəzi şeylərə inandırılırlar. Qərbdə bunun üçün “Persuade engineering” – “İnandırma mühəndisliyi” termini kəşf edilib... ƏLA! Çox düzgün bir ifadədir.
İsrail hərbi mühəndislərindən çox məhz ikna mühəndisləriylə fəxr edə bilər. Özünü “dünyanı qavrayan” sayan insanlar belə necə bir istiqamətləndirmə ilə fikirlərinin dəyişildiyindən xəbərsizdir. Müsəlman olsam da, İsrail dövlətinin yəhudilərin iradəsiylə üstüstə düşməyən vandallıqlarından və oyunlarından xəbərdar olsam da, küçədə uzunsaqqallı birini görəndə “terrorist olma ehtimalı” beynimin bir küncündən mütləq keçir. Özümdən asılı olmayaraq... Çünkü qəribədi ki, bomba məsciddə partlayır, amma günahlandırılan yenə “saqqallılar” olur.
İsrail müəyyən və çox strateji hədəflər üçün özünü “fağır” olaraq mövqeləndirir, partlayan bombalar haqda xəbərlər qərb mediasında “şərhsiz” və sadəcə o dönəmdə verilir, fələstinli, livanlı, suriyalı haqda terror xəbərləri isə səngimir və ərəb-müsəlman potensial cinayətkar olur. Bunun üçün edilməli olan əsas məsələ isə “İsrail və yəhudilərin tənqidinə əngəl olmaq” idi ki... Məqaləni oxusanız buna necə məharətlə nail olunduğunu görəcəksiz.
Amma... Türklərin qəşəng sözü var ki, “yalancının mumu yatsıya kadar yanar”...
İnsanlar nə qədər beynini kino, içki, musiqi və şəhər həyatına qurban versə də, həqiqətlərin gizlətmək sadəcə bir müddətlik mümkün ola bilər!
Həə... O ki qaldı başlığa... Marketinqçilərə soruşsan deyəcəklər bu marketinqdir, PR-çılara soruşsan PR... Məncə isə heç biri deyil. Marketinq getsin “istehlakçını aldatsın”, PR getsin “paydaşları aldatsın”, “sürünü idarə etmək” işinə başqa ad vermək lazımdır...
Müəllifi daşlamaq istəyən var?