Marketinq, Pr, yoxsa nə?

Pol Kreyqin counterpunch.com-da yazdığı bu məqaləni oxuduqca çeşitli fikirlər gəldi keçdi beynimdən. Yəhudilərin məharəti, müsəlmanların zəifliyi, bizim maymaqlığımız və tipik bir marketinqçi kimi İsrailin bu nailiyətinin arxasında duran fenomenin ADI...

Məqaləni oxumağı hər kəsə şiddətlə tövsiyə etdiyimçün, tərkibindən bəhs etməyəcəm.

Amma məğzini çatdırmaqda fayda görürəm: İsrailin və yəhudilərin özlərinə qarşı yönəlmiş bütün tənqidləri “cinayət”, “anit-semitizm”, “günah” vs. kimi “xortdan”a çevirməsi və bu ideyanı bütün dünyaya yayması... buna çalışması və bu çalışmadakı uğuru...

Məncə vəziyətə biraz aydınlıq gətirmək lazımdır. Belə ki, dünyada olan və bitən o qədər proses var ki... Artıq iş təlaşı və nəqliyatdakı sıxlıq kimi hərəkətli anlar insanların bu prosesləri nəzarət etməsinə imkan vermir. Marketinqçilər bir tərəfdən həddən artıq mesaj bombardmanından danışsa da, əslində bu bombardman insanların beynini elə yükləyir ki, nəyi necə seçəcəklərinə özləri qərar vermir. Bu işlərin hamısı qalıb insanın beynini kəşf edə bilən “ağıllılar”ın öhdəsində. Buradan “marketinq və psixologiya“ duetinə keçməmək üçün mövzunu dayandırıram.

Amma yuxarıdakı paraqrafdan başqa bir məqama keçid almaq olar:

Bu mühit şirkətlərin marketinqçilərinin işini asanlaşdırdığı kimi ideologiya daşıyıcıları və təlqinedicilərinin də əlinə geniş fürsətlər verir. Ermənilər bir tərəfdən, amerikançılıq bir tərəfdən vs... Ağlı olan işləyir. Bu mühiti ən gözəl dəyərləndirən isə İsraildir. İnsanlar heç özləri də xəbəri olmadan bəzi şeylərə inandırılırlar. Qərbdə bunun üçün “Persuade engineering” – “İnandırma mühəndisliyi” termini kəşf edilib... ƏLA! Çox düzgün bir ifadədir.

İsrail hərbi mühəndislərindən çox məhz ikna mühəndisləriylə fəxr edə bilər. Özünü “dünyanı qavrayan” sayan insanlar belə necə bir istiqamətləndirmə ilə fikirlərinin dəyişildiyindən xəbərsizdir. Müsəlman olsam da, İsrail dövlətinin yəhudilərin iradəsiylə üstüstə düşməyən vandallıqlarından və oyunlarından xəbərdar olsam da, küçədə uzunsaqqallı birini görəndə “terrorist olma ehtimalı” beynimin bir küncündən mütləq keçir. Özümdən asılı olmayaraq... Çünkü qəribədi ki, bomba məsciddə partlayır, amma günahlandırılan yenə “saqqallılar” olur.

İsrail müəyyən və çox strateji hədəflər üçün özünü “fağır” olaraq mövqeləndirir, partlayan bombalar haqda xəbərlər qərb mediasında “şərhsiz” və sadəcə o dönəmdə verilir, fələstinli, livanlı, suriyalı haqda terror xəbərləri isə səngimir və ərəb-müsəlman potensial cinayətkar olur. Bunun üçün edilməli olan əsas məsələ isə “İsrail və yəhudilərin tənqidinə əngəl olmaq” idi ki... Məqaləni oxusanız buna necə məharətlə nail olunduğunu görəcəksiz.

Amma... Türklərin qəşəng sözü var ki, “yalancının mumu yatsıya kadar yanar”...

İnsanlar nə qədər beynini kino, içki, musiqi və şəhər həyatına qurban versə də, həqiqətlərin gizlətmək sadəcə bir müddətlik mümkün ola bilər!

Həə... O ki qaldı başlığa... Marketinqçilərə soruşsan deyəcəklər bu marketinqdir, PR-çılara soruşsan PR... Məncə isə heç biri deyil. Marketinq getsin “istehlakçını aldatsın”, PR getsin “paydaşları aldatsın”, “sürünü idarə etmək” işinə başqa ad vermək lazımdır...

Müəllifi daşlamaq istəyən var?

2 yorum:

Rüstəm Məmmədov dedi ki...

Çox yaxşı mövzuya toxunmusan Vüsal.

Sən hələ Azərbaycandakı indiki vəziyyəti görsən, onu da bura əlavə edərdin. Burda da, biri girir tələbələri öldürür bəzi TV kanalları da, istintaqa filan dayanmamış, faktlar olmamış Vahabilərin etmə ehtimalından dəm vurur, dini qrupların fəaliyyətindən verilişlər yayır.

Ümumiyyətlə, həqiqi müsəlmanlar hələlik çox zəifdir, zəifliyin kökündə isə iman və elmin əksikliyi durur. Yoxsa, bu qədər haqsızlıqlar olmazdı.

Güclü olmaq lazımdır deyende de men, silahla, zorla güclənməyi nəzərdə tutumuram, söz ilə, inandırmaq ilə. Sənin qeyd etdiyin kimi, ianandırma mühədnsiliyi ilə.

Onun üçün də gərək yaxşı mühəndis olasan.

Vüsal Qəmbərov dedi ki...

Azərbaycandakı vəziyəti ucundan qulağından bilirəm. Amma tamamını da təxmin eləmək olur. Bizdə hər şeyi "saqqallılar"ın üstünə atmaq dəb olubdu.

Görək müsəlmanlar nə vaxt oyanacağıq.