Qısır döngü

Forumda həmişəki kimi “millətin ürəyini ağrıdan, saçını ağardan, həvəsdan salan, əlini yanına salan...” bir mövzu müzakirə olundu. Azərbaycanda marketinq təhsilinin zəifliyi və xüsusən ADİU bazarında “Marketinq” diplomunun “dəyəri” barədə.


Həmişəki kimi günah səndədir, məndədir, bizdədir, onlardadır... Məncə bu şəxs əvəzliklərində axtarmaq lazım deyil günahı. Cem Yılmaza da soruşsaq deyəcək günah içimizdədir.


Təbii ki, bu elə bir mövzudur ki, “duyğusal və vətənpərvər” Azərbaycan övladları problemin mənbəyinə enməyi və analizlərini çılğın, populist ifadələrlə çatdırmağı sevir. Amma mənə sorsanız heç kimdə günah axtarmaq lazım deyil.

Prinsip budur ki, bir düzən düzənin tərkibindəki fərdlərə sərf etməz isə o düzən davam edə bilməz. Namı digər NARXOZ - iqtisad universitetimizdə marketinq ixtisası üzrə magistr olub da Kotlerdən başqa ad, onun 1988-ci il nəşrindən başqa əsər tanımayanlar var isə, bu insanlar 6 il müddətində sadəcə universitetə gedib gəlirsə deməli elə də lazımdır. Çünkü onun qrup yoldaşı da gedir işləyir əziyət çəkir, Brini (Sergey) öyrənir, birini (nəydi adı?.. Hə Zyman) öyrənmir, amma marketinqin həyatda nə işə yaradığını görür.


Deməli ortada problem yoxdur ki, günahkar da olsun. Hər kəs lazım olanı alır. Biri diplom, biri iş bacarığı, biri bilgi.


Amma burda bir məqam var ki, bu sistem davam etdikcə universitet və konkret marketinq ixtisası funksiyasını yerinə yetirməmiş olur. Düzdür əgər çıxıb biri desə ki, universitetin funksiyası müəllimlərin rüşvətlə cibini doldurması və tələbəyə diplom verməkdir... O zaman da hər şeyi normal qəbul edərik. Di gəl belə heyran olduğumuz qərblilər “universitet” və “tələbə” deyəndə, tələbəni “maniken”, universiteti isə “özünü göstərmək üçün məkan” olaraq qəbul etmir. Onlar üçün tələbə həyata atılmaq üçün təhsil alan insandır və universitet onu həyata hazırlamalıdır. Düzgün həyata...


Deməli biz də istəyirik ki, marketinq ixtisasında marketinq mütəxəssisləri yetişsin və bu yetişmə prosesində müəllimlər iştirak etsin. Hmmm... Müəllimlər iştirak etsin amma... Hansı müəllimlər?


ADİU universitetinin professor maaşı təxmin edirəm ki, 300-400 manatdır. Bəlkə də heç deyil. Marketinq professoru (bizdə marketinq professoru, yox heç doçenti olmamalıdır hələ ki) minimum həyat şərtlərində yaşayıb insanlara pul qazandıran fikirlər mi verəcək? Çətin. Özü də pul qazanmalıdır. Deməli bu maaş ilə o universitetlərə “normal müəllim” cəlb edilə bilməz. Onda anormal müəllim gəlib anormal qazanc üsulu ilə tələbədən pul qazanmalıdır.


İlişdik qaldıq...


Universitet müəlliminə sahib çıxmır. Bu tərəfdən əlimizi üzdük.


Onda gərək sektor müəllimə sahib çıxsın. Bax əgər müəllimin “universitet qeydimizə qalmır” deməyə haqqı varsa, sektora xitabən bu şikayəti dilə gətirməyə haqqı yoxdur. Səbəb isə odur ki, universitetin (oxu: dövlətin) kiməsə sahib çıxması o insanın bacarığından çox dövlətdəki adekvat instansiyada “yerləşmiş” şəxslərin insafı ilə bağlıdır. Bax sektor isə hər saniyəsi pula dəydiyi üçün bacarıqlı insanların qeydinə qalmağı lazım bilir. Biraz self-marketing yetər.


Deməli müəllimlərdə o bacarıq yoxdur. Deməli onlar sektorun dəstəyini almağa layiq və hazır deyillər. Əslində isə universitetlərə əsasən sektorun “qalıqları” və rüşvətxorlar doluşduğu üçün heç kim o müəllimlərdən bir şey ummur. Bəlkə də oralarda necə savadlı və bacarıqlı insanlar var. Amma varsa belə bunu göstərə bilməmək özü bacarıqsızlıqdır.


Amma bir şey də dəqiqdir ki, rəqabət artdıqca, marketinqə elmi yanaşma tələb olunduqca şirkətlər universitetlərin və akademiklərin qapısını döyməli olur. Bunu 20-25 il əvvəl heç bir hörməti olmayan marketinq akademsyenliyinə Türkiyədə münasibətin necə dəyişdiyindən də görmək olar. Artıq araşdırma asistentləri Doktor adını alacaqları gün üçün gün sayırlar. Bilirlər ki, asistentlik dönəmində bir gün ac, bir gün tox qalsalar da, professor və doçentlərin tənələrini qəbul etsələr də elmi adı alıb bir kitab nəşr edən kimi məsləhəti üçün gələn şirkət çox olacaq. Onun biznesdən anlayışı olsa da, olmasa da...


Beləcə bizdə də marketinq bilikləri tələb olunmadığı üçün universitetlərdəki müəllimlər məsləhət satmaq əvəzinə imtahan qiyməti satıb çörəkpulu edir. Beləcə qısır döngü davam edir...


P.S. Çarə savadlanmaqdır. Amma savadlanmağımız üçün çarə nədir?.. Bu ürək ağrıdan mövzudur...

17 yorum:

Shared Folders dedi ki...

Hər şeyi sərbəst bazara buraxmaq lazımdır. O özü-özünü tənzimləyəcək.
Burada bir məqam da universitetlər arasında savadlı tələbə uğrunda mübarizə olmamasıdır. Onsuz da ən yüksək bal toplayanlar NARXOZ-a gedəcəyi üçün universitet bu barədə nəsə iş görməyi lazımsız sayır.
Bildiyim qədər Xəzər və Qafqaz bu sahədə nəsə iş görmək istəyirlər.
İkincisi, bizdə alma mater anlayışı hələ yoxdur. Məzunlar məzun olduqları universitetə heç dönüb baxmırlar.

Rüstəm Məmmədov dedi ki...

Shared-lə razıyam.

Qafqaz bu işi çox yaxşı bacardı Shared. Səhv etmirəmsə bu artıq pulsuz tələbə qəbulu balını da xeyli yüksəltməyə məcbur oldular hətta. 600-dən yuxarı bal toplayın xeyli tələbə Qafqazı seçir. Tibb xaric.

Sektorun da burda rolu böyükdür. Sektor Qafqaza üstünlük verir.

Ancaq, az da olsa dərs deyən adam olduğum üçün və ətrafımda da dərs deyən adamlarla danışdığım üçün bilirəm ki, ən böyük problem uşaqların kitab oxumamasıdır. Çox az oxuyurlar.

Vüsal Qəmbərov dedi ki...

Shared də mənimlə razıdır (postundan elə anladım:)) Deməli hamı bir biriylə razıdır :)

Hər yerdə dediyim odur ki, bu düzən davam edirsə özünü yormağa gərək yoxdur. ÖZü özünə düzəlməlidir. Amma çox da başlı başına qalıb düzələcəyini düşünmürəm. Bir müdaxilə lazımdır. Kim tərəfindən və hansı şəkildə? Bu sualdır - "Gizli əl" :)

Əgər bir cümlə ilə xülasə edəsi olsaq universitetlərin marketinqə ehtiyacı var. Xüsusən özəllərin təbii ki. Qafqaz və Xəzər edirlər marketinqi. MÜxtəlif üsullarla. Biri Amerikaya aparır, biri Amerikanı buraya gətirir. Qərb, ABU vs. isə özündən Amerika çıxarır.

Daha indi bu ortamda problemin özəyi kimi görünən savadsızlıq (oxumamaq) əsas səbəbdir mi, yoxsa ortadakı səbəblərdən biridir mi?.. əsas səbəb o olmamalıdır

Shared Folders dedi ki...

Xəzərdə bildiyim qədər çox sayıda Amerika və Avropadan məzun adamlar ya tam ya da yarım gün dərs deyir. Onların arasında Harvard MPA məzunları belə var. Marketinqdən də MBA məzunu olanlar dərs deyir səhv etmirəmsə?
Bəs Qafqaz-da marketinqdən kim var?

Vüsal Qəmbərov dedi ki...

Bəs mən də onu deyirəm ki, Xəzər Amerikanı gətirir universitetə. Amma inanmağım gəlmir nəsə Amerika və Avropa məzunlarının Xəzərdə ştatlı çalışmasına.

Qafqaz isə tələbələrini Amerikaya göndərir. MBA-çılarını 1 il özündə oxudur, 1 il Troyda. Öz kadrı isə marketinq və menecment cəhətdən çox qıtdır. Saat hesablı müəllimləri yaxşı yerlərdə çalışırlar. Amma həftədə bir dərs verərək universiteti abad etmək olmur.

Shared Folders dedi ki...

Xəzərdə full time işləyən kifayət qədər prestijli universitetlərdən məzun olan heyət var. Buradan baxabilərsən:
http://www.khazar.org/economics/faculty.shtml

Qafqaz Universitinin elədiyi isə açıqcası biraz yumşaq desək, Amerika olsun deyədir. Troy Universitetinin MBA programinin heç AASCB akkreditation-u belə yoxdur. Belə universitetlərdə sadəcə olduğu şəhərdən qırağa çıxmaq istəməyənlər MBA oxuyur. Bu barədə Qafqaz biraz daha ciddi düşünməlidir. Əslində Qafqazda biznes sahəsində Türkiyədən başqa yerdən məzun olan akademic staff mən tanımıram.

Vüsal Qəmbərov dedi ki...

Açıqcası və biraz yumuşaq desək razıyam. Amma hazırki şəraitdə imkanları ona çatır. Qınamalı deyil. Ümumi olaraq cəhdlərini görmək lazımdır. Amma kadr siyasətləri çox dardır. Ciddi düşünürlər. Amma hələlik sadəcə düşünürlər.

İntaası sən Türkiyə məzunlarından nə istəyirsən onu bilmirəm:)

Biraz mübahisəli olacaq bilirəm...
Universitet sadəcə prestij və ad sandır. Hər prestijli universitet məzunu mükəmməl kadr demək deyil. Universitetin adının şəxsin özündən önə keçməsi düzgün deyil.
Əsas doğru təhsili almaq və verə bilməkdir.

Shared Folders dedi ki...

Yəni demək istəyirsən ki, "tısbağa qınından çıxdı, qınını bəyənmədi" :)
Qafqazda xüsusilə mühəndislik sahəsində ciddi işlər görüldüyünü bilirəm. Bu sevindiricidir. Ancaq özəl universitet olduğuna görə gəlir-xərc baxımından baxanda business and management ixtisaslarının bütün dünyada ən çox gəlir gətirən təhsil növü olduğunu görüb, bu sahəyə daha çox fikir vermələri lazımdır.
Son arqumentlə razılaşmıram. Üniversitet düşüncə sisteminin formalaşdığı yerdir. Ona görə də insanın hansı universiteti bitirdiyi vacibdir. Əlbəttə istisanalar da var. Onlar da bilirsən ki, kaideni bozmaz.

Rüstəm Məmmədov dedi ki...

Mən sizin universitetlərin prestij yoxsa düşüncə mərkəzi olması ilə bağlı müzakirənizə qarışmayacam, mənə qalası olsa universitetdən daha çox universitetin yerləşdiyi ölkə fikir formalaşmasında inanılmaz rol oynayır, hətta o qədərdir ki, az qala bircə söhbətlə kimin Almanyada, Kimin Türkiyədə, kimin Amerikada təhsil akldığını müəyyənləşdirmək olur. Ancaq, universuitetin rolu də 40% təşkil edir.

O ki qaldı Qafqaz-Xəzər.

Shared, Xəzərin kadrları kim olur olsun, sektorda artıq Xəzər məzunu olmaq, Qafqaz məzunu olmağın çox kölgəsində qalır. Orada dərs deyən də tanıyıram tələbə də. Universitetin siyasəti səhv oldu, böyük səhv: giriş balları çəkildi aşağı, kənardan gələnlər artdı və istər istəməz Harvard MBA məzunu 350 balla universitetə girən tələbəyə dərs deməli oldu.

Nə isə, səbələri araşdırmaq olar, amma mən sektordan baxıb deyə bilərəm ki, Qafqaz məzunları birinci dərəcəli tərcih olunur.

Vüsal Qəmbərov dedi ki...

Ne haddimize efendim? :)
Amma Türkiyə məzunlarını bu qədər aşağı dəyərləndirməyini haqsız sayıram. Biraz fərdi yanaşmaq lazımdır.

Rüstəm, hardasa baxanda doğrudur dediyin. Amma Türkiyədə belə bəzi seçilmiş universitetlərin tələbələrinin düşüncə tərzi ilə, dövlət universitetlərinin tələbələrinin düşüncə tərzi arasında fərq görünür. Real olaraq qarşılaşdım bununla.

Bu, Türkiyədə universitetlərdə sistemin tələbəni formalaşdıracaq qədər oturmamağından qaynaqlanır məncə.

Amma iş orasındadır ki, o istisnalar yetərincədir. Onlara istisna deyilə bilməyəcək qədər.

Qafqaz-Xəzər məsələsinəndə isə deyəcəyimi ağzımdan aldın ay Rüstəm. Aynen öyle. Xəzərin kadrı daha yaxşı ola bilər. PRosesə yox nəticəyə bax - məzunlara...

Sektor üçün məzunların dəyərinə baxanda Qafqaz o kadrlarla yetərincə savadlı və faydalı elemanlar yetişdirir. Burda balların yüksək olması və litsey məzunlarının Qafqazı seçməsinin rolu böyükdür. 1999cu il girişli İşletme bölümündə həmişə ən yüksək ortalamaya sahib 5 nəfər sinif yoldaşlarım olub. İndi hər biri yaxşı yerlərdə işləyir.

İstanbulda yeni özəl universitet açılır. Önəmli bir dövlət adamı və Professorun rəhbərliyi ilə. Bir Azərbaycanlı PHD tanış da qurulma mərhələsində yer alır. Amma deyir ki, nə qədər yaxşı kadr yığsaq da, nə qədər pul xərclənsə də, Koçun, Sabancının, Bilginin, Bahçeşehirin və hətta Maltepenin "qalıqları" gələcəyi üçün efektivliyi bərpa etmək çox vaxt aparacaq. Bunu təzə qurulan univesitet görür. Amma uzun müddətdir fəaliyət göstərən Xəzər görmür.

Amma QAfqaz da ən qısa zamanda kadr məsələsində duyğusal yanaşmadan vaz keçməlidi.

Shared Folders dedi ki...

Qafqaz barədə son cümlə ilə tamamilə razıyam. Xüsusilə iqtisadi təhsil sahəsində duyqusal yanaşma, "özümüzünkü" söhbəti pis nəticə verir.

Vüsal Qəmbərov dedi ki...

Susmaq razılıq əlaməti olsa da, tələbələrin müqayisəsi ilə bağlı fikrini eşitmək maraqlı olardı Shared :)

Açığı "özümüzünkü" məsələsi peşəkarlığa sığmasa da, bu qərbdə keçən bir qanundur. Yaxında bu barədə bir layihəyə başlayasıyam. Start verdikdən sonra bölüşəcəm.

Aygün İslamzadə dedi ki...

Mövzu çox maraqlıdır və Vüsal demiş ürək ağrıdandır. Təhsil səviyyəsinin acinacaqlı vəziyyətdə olması göz qabağındadır. Birinci səbəb əlbəttə ki, müəllimlərə hörmət qoyulmaması və bunun özünü maddi məsələlərdə biruzə verməsidir. Bir tərəfdən baxdıqda Qafqazda maaş Narxozdan xeyli aşağıdır, amma bir əqidə oluşdura biliblər. Narxozda bu proses heç vaxt olmayacaq, bir balıq ki, uzun zamandan bəri başından iylənir, onun saf qalmasına ümid yoxdur.
Amma yazıda razılaşmadıgım bəzi nyuanslar var. Xüsusən biri diqqətimi çəkdi. Müəllimin sektorda sözünü deyə bilməməsinin onun bacarıqsızlığı ilə əlaqələndirilməsi filan. Bura Azərbaycandır. Unutmayın ki, burda ancaq düşünən insan çox az adama lazımdır. Bir sözlə, müəllim dediyiniz və sektorda olmaq istəyən şəxs qollarını çırmalayıb iş görməlidir ki, sabahı üçün özünü sektorda sübut etmiş olsun. Amma bunu da müəllimliklə bir yerdə etmək çox çətindir. Xüsusən də müəllim saathesabı deyilsə. Saat hesabı işləyən müəllim də problem ondadır ki, heç vaxt düz-əməlli müəllim olmur. Bir sözlə, Azərbaycan kimi yerdə sektor adamın canını, qanını, vaxtını və bütün şəxsi həyatını alırsa belə insanın müəllim olması və plyus yaxşı müəllim olması və plyus həqiqətən elmi öyrənən, daima araşdıran, yenilənən , irəliləyən, bunu akademik məqalələrdə, tezislərdə və s-də göstərən biri olması nə qədər realdir?
Qınamayaq ki, qınananlardan olmayaq. Bu kəlmələr İNCİLdəndir. Please, qınamayaq..

Vüsal Qəmbərov dedi ki...

Qınamadıq. qınadıqsa da keçsinlər günahımızdan.

Amma... müəllimlərin bu düzən içində heç də ürək açan mövqedə olmamasının günahını dağa-daşa, sistemə-düzənə, tələbəyə, universitetin başında duranlara yıxmaqla razı deyiləm. "Ölənin heç mi günahı yoxdur?"

Bir şeyi gördüm ki, insanlarımız o qədər təmbəldir ki, təmbəlliyinə qalib gəlib ağlı işə salanlar 3-4 işi birdən edə bilir. Amma həm çalışqan olmaq, həm də biraz kurnazlıq lazımdır.
Gedib universitetdə gizlənirlər. Qəbahəti nəyinsə vəya kiminsə üzərinə atmaq isə çox rahat olur.

Amma haqq verirəm buna girişmək özünü "oda atmaq" kimi bir şeydir. Gəncliyini fəda etməkdir. Bəlkə də ömrünün bütün gözəl illərini. Ya yat, ya da yuxusaz qal. Azərbaycanda ortası demək olar yoxdur.

Qafqaz İqtisaddan aşağı olmaz, tərsinə olar (Toplam qazancı deyirsənsə o başqa). Amma bu maaşlar qənaətbəxş məbləğə gəlmədən durum çətin dəyişsin.

Əqidə, sinerji, ənənə, yenilik... Bu şeylər artıq çoxdandır özəl universitetlərin işidir. Dünyanın hər yerində özəl universitetlər dövlət universitetlərini ötüb keçir. Bizdə də elə olacaq.

Aygün İslamzadə dedi ki...

Qinamagina qinadin. Amma umidvaram kecherler:))
Digel bir meseleni basha dushmedim. Senden bir sitat: Qafqaz İqtisaddan aşağı olmaz, tərsinə olar (Toplam qazancı deyirsənsə o başqa).
Chox qeribe olan nedir bilirsen? Ozum Qafqazdayam, Rustem Narxozda, atam dovlet universitetlerinin birinde.. Her halda bilmeden yazmazdim da, Vusal. Ikincisi de, toplam qazanci ders saati evezine hesablamaq da hansi agla kar gelir?

Vüsal Qəmbərov dedi ki...

Maaş saat hesabı ilə ölçülmür axı. Rüstəm ingiliscə dərs deyir və onun qiyməti elə Qafqazda da yüksəkdir.

Qafqazın ştat maaşı təxmini 550-600 manatdır - doktorluğunu almamış müəllimə. İqtisadda bu rəqəm 150 manat civarındadır.

Əgər bunu nəzərdə tuturasansa İqtisad universitetində MAAŞ Qafqazla bundan sonra çətin ki, müqayisə ediləcək səviyəyə çatsın. Yox səni səhv başa düşümüşəmsə de gəlsin.

Nigar dedi ki...

Maraqlı mövzudur.
Amma marketinqi öyrənmək üçün təhsil bu qədərmi vacibdir?Qafqaz ya İqtisad,nə fərqi var ki.