Marketinq nədir?

Bilirəm nə vaxtdır yazı yazmayandan sonra iki cümlə ilə razı qalmaq mümkün deyil...

Bilirəm bu bloqdu Tvvitter deyil...

Bilirəm başlıqdakı sualın cavabını axtarmaq çoxuna gecmiş kimi gələ bilər...

Bilirəm 100-cü postda daha optimist və müsbət ruhlu bir şey gözlənilərdi.

Amma ürəyimdən bu fikri paylaşmaq keçdi. Əslində 100-cü posta da uyğun...

Marketinqin insan psixologiyasını ticari məqsədlə yönləndirmək olduğunu (daha doğrusu marketinq tərifimin belə olduğunu) bloqda görmək mükündür. Bu yaxınlarda bu tərifin əksik qaldığı hissi gəldi. Düşündüm və davamlı verilən bir sualdan (Marketinq elmdir, yoxsa sənətdir?) ilhamlanıb tərifi tamamladım.

Beləliklə - MARKETİNQ insan psixologiyasını ticari məqsədlə yönləndirməkdir. Deməli marketinq qavramı bütün şəkildə ələ alındıqda - TİCARİ FƏALİYƏTDİR! Bu ticari fəaliyət elm (riyaziyat, psixologiya, statistika, sosiologiya vs.) və sənət (dizayn, rəsm, musiqi vs.) vasitəsilə həyata keçirilir. Amma sadəcə elm və sənət ilə mi?

Nəticədə ortaya çıxdı ki...

MARKETİNQ insan psixologiyasını idarə edən TİCARİ FƏALİYƏTdir! Bu fəaliyətin tərkib hissələri ELM, SƏNƏT və YALANdır!

Yeni ay, Yeni şəhər, köhnə hamam, köhnə tas...

Salam əziz dostlar!

Bloq yaranandan bəri ilk dəfədi ki, düz iki ay susqun qaldı. Avqustdan öncəki 18 ayda heç olmasa 1 post eləməyə imkan tapmışdım. Amma Bakıda keçirdiyim iki ay bloq susdu. Çünkü yazmağa fürsət tapa bilmədim Bakıda...

Azərbaycana hər səfər əslində tonla təəssürat deməkdi. Di gəl, o təəssüratları elə gün ərzində ən çox vaxt keçirdiyim rul arxasında bölüşürəm... Yanımda biri olsa onunla, olmasa elə öz özümlə. Zarafat deyil; Bakıdaykən 24 saatdan ən azını özümə və rəbbimə ayırıram. Madam belədir, deyirəm heç olmasa maşın sürərkən bekar durmayım.

Bu dəfə heç makçılarla görüşməyə də imkan tapa bilmədim. Əvəzində Filip Kotler baba ilə Kiyevdə qarşılaşdıq. Kafe açdıq, yeni layihələrlə bağlı atəşli görüşlər keçirdik. Təki bu atəş bir atımlıq barutun atəşindən olmasın.

İStanbula qayıtmaq yenidən oxumağa, məqalələrə, sistemə qayıtmaq deməkdir mənimçün. Ona görə də, bloq ruslar demiş `yavaş yavaş oborot yığacaq`. Bir də təbii ki, bir neçə kilo təəssürat ilə önünüzə çıxa da bilərəm...

Hörmətlə,