Bu nə PG-dir, nə ToyotaSA-dır, bu HAA-dır!

Daha öncə bu bloqda Hyundai haqda ümumi yazı oxumuş olanlarınız var. Dünyada son illərin ən çox inkişaf edən markalarından biri olaraq qəbul edilən Hyundai “most affordable car”dan Toyota və Honda ilə tən tutulan bir maşına çevrildi. Hər nə qədər Hyundai modellərini Lexus modelləri ilə müqayisəyə meylli olsa da, qlobal olaraq bir çox model Toyota, Honda, Nissan, Ford vs. kimi orta seqmentin divləriylə yanaşı səslənir. Bunu həm mütəxəssis rəyləri, həm də Hyundai-yə sərf edən bir sıra araşdırma nəticələri sübut edir. Şəxsən isə Hyundain hələ bu seqmentlə eyni səviyyədə tutulmağına biraz daha vaxt lazımdır deyə düşünürəm. Mənim nəzdimdə isə çətin ki, Hyundai nə vaxtsa Honda ola bilsin. Sonuncu tamamilə subyektiv!

Amma gəl ki, Hyundai həm qlobal olaraq, həm də Azərbaycanda imic məsələlərinə və marketinqə əməlli diqqət ayırır. Və bu diqqət öz bəhrəsini verməyə də başlayır. 5-6 gün öncə Genesis-in son çap reklamını görəndə istər istəməz “bunu da mı etdilər” keçdi içimdən. Təbii ki, Hyundai də Mercedes və BMW-yə meydan oxuya bilməyəcəyini bilir. Yeni reklam kampaniyasının yazısında da Genesis-in Lexus və Infiniti-nin bazar payına “tamah saldığı” aşkar yazılıb. Çox güman EQUUS da gələndə hədəf yaponları vurmaq olacaq. Amma əsas istifadə edilən söz deyil, əsas qarşıdakının o sözü necə qəbul edəcəyidir. Bəyəm insanları zarafatları sözün hərfi mənasında qəbul edir? Genesis-in reklamında da zarafat duzu yox deyil onsuz.

Əsas məsələ odur ki, lüks deyildikdə ağla məhz Mercedes və BMW-nin ağla gəldiyi bazarda “mən lüksəm” mesajını vermək Mercedes və BMW ilə müqayisə edilə bilməkdən keçir. Outdoorda onlara meydan oxumaq isə jurnal məqaləsində müqayisə edilməkdən daha doğru seçimdir. Bu işin rasional düşüncə yox, xəyallar və bir az da zarafat ilə ortaya çıxdığını göstərir. İstehlakçı isə “bunlara bax e özlərini Mercedes və BMW ilə müqayisə edirlə. Ay qardaş get Lexus və Infinitiyə söz at barı” deyəcək çox güman. Aha! Bu elə Hyundai-n istədiyi nəticədir.

Hyundai Koreya maşının mənfi imicindən sıyrılmaq üçün əlindən gələni edir. Hələ də, maşın almaq istəyənlər “alman, olmasa yapon” prinsipinə sadiqdir. İntaası Hyundai Auto Azerbaijan maşın alıcısının ad-dan, göstəriş mərkəzli hərəkət etdiyi bazarda bu imici belə “ignore” edə bilir. Marketinq işlərinə həqiqətən alqış düşür. Mükəmməl deyillər, Azərbaycanda heç kimə o səlahiyət verilməyib onsuz... Şəxsən satışa aparan marketinqi əla yerinə yetirsələr də, markanın ətrafındakı atributlara (brand equity, brand personality vs.) nəzarətdən şübhəliyəm. Amma bu gün üçün bazarda necə davranmaq lazımdır onu da edirlər. Gələcəyə də Allah Kərimdir!

Hyundai ortaya çıxdığı ilk dövrlərdə Chery, Geely kimi bir şey idi. Son 20 ildə isə, bütün strategiya bir açar söz üzərində qurulub: “MÜQAYİSƏ”. Hyundai özünü çatmaq istədiyi markalarla müqayisə edir, dizaynında yüksək səviyəlilərə yaxın çizgilər seçir, PR-ı davamlı müqayisə yazılar üzərində qurulur. Bu müqayisələr çoxuna görə “yok artık” formatında olsa da, hər keçən il Hyundai markasını biraz daya yuxarı daşıyır. Fəqət, bu “izləyici” mövqeyinin tükəndiyi nöqtədə unikallıq lazım gələcək. Onu gözləyirəm...

11 yorum:

Rüstəm Məmmədov dedi ki...

Çox qəşəng Vüsal. Həqiqi çox qəşəng.

Ona görə ki, maksimum real davranmısan, real düşünmüsən və real yazmısan (bizim marketinqimiz haqqında dediklərini nəzərdə tutmuram, Hyundai markası haqqında dediklərini nəzərdə tuturam, bizim hələ çox böyük əksikliklərimiz var). Həmçinin də araşdırıb yazmısan.

Hyundai birgün Honda olar mı? Yox olmaz, çünki Honda olmağa ehtiyac yoxdur:))

Vüsal Qəmbərov dedi ki...

Sağ ol Rüstəm!

Yadımdan çıxmışdı axı Hyundai Toyotanın arxasından gedir. Düzdü :)

maNIKA dedi ki...

"çətin ki, Hyundai nə vaxtsa Honda ola bilsin. Sonuncu tamamilə subyektiv!"

xoshuma geldi :)

"Hyundai Koreya maşının mənfi imicindən sıyrılmaq üçün əlindən gələni edir"

sizce alinir?

maNIKA dedi ki...

diyesen, marketoblog-dan silinmishem ki.... ;)

ne tez? yoxsa, ne gec? :)

Vüsal Qəmbərov dedi ki...

Marketinq podyezdinin sahibəsi ordan köçüb... Yoxsa tətildədir? ;)

Hyundai Koreya maşının imicini yüksəldib qurtula bilər bu problemdən. Başqa yol görünmür. Yapon maşınları da 70-80-ci illərdə yüksək imiclə seçilmirdilər. Bunu dəyişmək yenə Koreyalılardan və əsas da Hyundai-dən asılıdır.

maNIKA dedi ki...

Sahibesi kochmeyib kochurdubsuze onu :'( mecburi kochkun elediz :)

yox tetilde de deyilem, gelen aydan uzun muddetli tetile chixacam. Amma bu o demek deyil ki qish yuxusuna gedirem, eksine :)

Vusal, bu esasli sebeb olmadi ;)

Vüsal Qəmbərov dedi ki...

Heç nə başa düşmədim. Sırayla soruşum :)

- Biz köçürtmüşük? Kim biz?
- Necə köçürtmüşük ki?
- Uzunmüddətli tətil nə mənada? Bizə dəxli yox isə deməyə də bilərsən :)
- Qış yuxusuna getməməyinin qarşılığında yəqin ki, sürpriz hazırlayırsan :)
- Nəyə əsaslı səbəb olmadı?

Rüstəm Məmmədov dedi ki...

Mənim diplom işim COO (Country Of Origin) ilə əlaqəli olduğu üçün və Hyundai da bu sahədə ən yaxşı nümunələrdən olduğu üçün onu ortaya soxmasam olmaz:)

Bizim kimi ölkələrdə COO, insanların qavramalarında (perception sözünün Azərbaycancasını tapa bilməmişəm)çox mühim rol oynayır. Bu həm perceived quality, həm də brand perceptionlara aiddir.

Hyundai-ın Yapon markaları ilə heç bir ön yargı olmadan müqaisə edilməsi isə, iki tərəfdən asılıdır, Hyundai tərəfi və Korea dövləti tərəfi.

Hyundai xüsusən də 2000-ci ilə qədər olan keyfiyyət problemlərini rotadan qaldırmalıdır. Korea dövlət isə özünün inkişaf səviyyəsini daha düzgün çatdırmalı və özünün marka kimi formalaşmasını təmin etməlidir.

Hyundai Qulaity Policy ilə bunu etməyə başladı. Son iki il xüsusilə çox yüksək keyfiyyət irəliləyişi oldu. Yeni Sonata və yeni Tucson isə artıq Toyota və Honda ilə açıq meydanda açıq döyüşdür. Ancaq, təbii ki yenə də irəliyə getməlidir.

Korea dövləti isə Həm Samsung, həm LG, həm Kia, həmdə Hyundai markaları ilə sinerji içərisində özünün markalaşması ilə məşğul olmalıdır.

Ancaq, eyni zamanda bu dörd marka da özlərinin mənafeyi xətrinə öz dövlətlərinin markalaşması ilə məşğul olmalıdırlar. Çünki, COO ikibaşlıdır. Sony-nin səhvb etmirəms 70-ci illərdə mission statementi "Dünyaya Yapon mallarını keyfiyyətli olduğunu göstərmək" kimi olub səhv xatırlamıramsa..

Çox uzun şərh oldu bu...

Rüstəm Məmmədov dedi ki...

http://bx.businessweek.com/hyundai-motors/view?url=http://www.businessweek.com/innovate/content/dec2009/id20091218_728128.htm

Vüsal Qəmbərov dedi ki...

COO ilə bağlı dediklərinə əlavə edəsi bir şey yoxdur. Sən bu işdə mastr degree-sən :) Amma link açılmadı malesef

Rüstəm Məmmədov dedi ki...

O açılmadı buna bax..Məndə link tükənməz:)) (Əgər mövzu mənimlə əlaqəlidirsə:)

http://bx.businessweek.com/luxury-car-industry/view?url=http://www.msnbc.msn.com/id/32860931/ns/business-the_drivers_seat/