Farketinq bloqunda Türkiyənin ən çox sevilən və marketinq cəhətdən ən aktiv banklarından biri olan Garanti haqd şikayət yazısını və mövzuya aid sıralanmış şikayətləri görəndə təəccüblənməyə bilmədim. Axı gənc, dinamik və sevimli Garanti Bankı haqda belə sözlər deyilir, müştəriləri ondan əldə etdikləri xidmətləri verə biləcək yeni bank axtarırsa... Təəccüblənməli haldır. Üstəlik, şərhlərdə “yesən də budur, yeməsən də” ruhlu cümlələri... Elə bil, marketinq əsrində yaşayırıq axı... Bu insanların ehtiyacına cavab verəcək bank tapılmır?
Digər tərəfdən Garanti belə bu vəziyətdədirsə, ümid yeri qalmır axı...
Sonra düşündüm... Avea ilə bağlı 1 ildən artıqdır yaşadıqlarımı və söyə söyə Avea işlətməyə məcbur qalmağımı... Halbuki, bir zamanlar Avea çox sevimli və yardımsevər idi. İndi isə imkan tapan kimi konturları aşırdır.
Garanti 1, Avea 2... Bu siyahı əminəm ki davam edə bilər. Məsələn Türkiyənin səviyəsiz və siyasiləşmiş dövlət universitetləri...
Banklar, GSM-çilər, universitetlər...
Bunları birləşdirən nədir? Hərhalda bizim haqda ətraflı məlumata sahib olmaları və istehlakçısı/istifadəçisi/tələbəsinin ona bağlı olması.
Təbii ki, isbat edilməsi üçün böyük bir araşdırma lazımdır. Amma bu mövzu ətrafında formalaşan fikrimi həm bölüşmək, həm də bir yerə qeyd etmək üçün yazıram. Belə ki, müştərisi haqda ətraflı məlumata sahib olan bu şirkət və qurumlar (kateqoriya cəhətdən siyahı uzadıla bilər) onların hansı səviyəyəcən məmnuniyətsizliyə tab gətirə biləcəyini bilir. Beləcə, müştərini məmnun etmək üçün gərəkli olan xərcdən qaçır. Ayrıca hər bir müştərinin o şirkət vəya quruma gətirdiyi xeyri də bilir. Bununla da, ona ayrılacaq diqqətə qərar verir. Bazardan xəbərdardırlar və həmin problemli, şikayətlənən müştərinin mövcud şərtlərdə döyəcəyi qapısının olub olmadığından da xəbərdardır.
Başlığa gəlincə, bu cümlələri oxuyub Azerfon-Vodafone-un son reklamını xatırlamamaq mümkün deyil. Hər kəs layiq olduğu davranışa/xidmətə layiq görülür...mü? Məncə hər kəs cibindəkinin müqabilinə layiq görülür. Amma hər kəs cibindəkinə layiqdir mi?
P.S. Birdən fikir verdim: Lap doktoranturanın dərs dönəmlərinə bənzədi... Dərs oxuduğum əsnada diqqətimi çəkən bir şey haqda yazmaq ehtiyacı hiss edirəm. 5 aydır ən önəmli əksikliyim məhz intensiv oxumaq imiş...
Kaydol:
Kayıt Yorumları (Atom)
1 yorum:
Axırdakı 4 ifadəni çox bəyəndim, çox!!
Yorum Gönder