BBF Azərbaycana Sovet dövrünün yadigarıdır. Hələ o vaxtlardan keyfiyyətli məhsulları ilə seçilib. Müstəqillikdən sonra isə bir müddət səndələyən BBF 2000-ci illərdən sonra özünü toparladı. Son 2-3 ildə isə həm məhsul xəttini genişləndirdi, həm satış şəbəkəsini. Kənardan baxanda əla görünür. Bir ara Moskvaya ixracat cəhdi də oldu. Deyəsən bu cəhddən bir şey hasil olmadı. Çünkü rus dilində yazılarla bəzənmiş paxlavalar Bakıdakı marketləri bürüdü.
Ümumi götürəndə BBF-nin vəziyyəti əksəriyyət üçün qənaətbəxş görünür. Amma insight məlumat deyir ki, BBF heç də yaxşı olmayan maliyyə vəziyyətindədir. Daxili söhbətlər qalsın daxildə.
BBF marketinqi ilə öz “B” hərfini azdan çoxdan yerləşdirib beyinlərə. Bəs görəsən bu bilindiyi halda, niyə “Bəhrə” markası “B”sini BBF-dən kopyaladıqdan sonra, adını “Bəhrə Biskvit Fabriki”nə çevirdi? Azərbaycan istehlakçısının reklamları detalları görə biləməyəcək qədər kənardan izlədiyini bilmirlərmi? BBF-yə oxşayan bütün atributları ilə “Bəhrə”nin hər reklamının əsas hissəsinin BBF-nin təqdimatına yaradığını başa düşmürlərmi? Ən axırıncı Uğur mükafatının “gözümüzə soxulması”na isə deyəcək heç bir söz yoxdu. Reklanı ilk görəndə BBF-ni də, “Bəhrə”ni də tanıyan, reklama diqqət edən mən belə bilbordun BBF tərəfindən alındığını düşündüm. Yoldan keçən müəllim vəya fəhlənin isə o lazımsız reklam diqqətini ya cəlb etməyəcək, ya da BBF-ni xatırladacaq. “Bəhrə” bazarda sadəcə bəsit merçendayzinq və satış taktikalarını düzgün yerinə yetirir. Bu isə satışları qənaətbəxş səviyyədə saxlaya bilər. Bugün “Bəhrə” “Viteks”ini vəya “Rulemax”ını bazardan çəksə “kimsənin ruhu belə duymayacaq”. Bu isə xüsusən ləzzət vədi verən şirkət üçün ölüm deməkdir. BBF-nin illər sonra yenilənməsinin və bunu edərkən xalqın dəstəyini almasının təməlindəki iki əsas faktordan biridir bu – sevilmək! Digəri isə həqiqətən gözəl ləzzət təqdim etməkdir.
Hələliksə, öz daxilində can çəkişən amma böyük infrastruktura sahib BBF reklam və tanıtıma və... “Uğur” mükafatı satın almağa ayıra bilmədiyi pulu “Bəhrə”nin “maddi-mənəvi dəstəyi” sayəsində kompensasiya edir...
Kaydol:
Kayıt Yorumları (Atom)
2 yorum:
Mən "Bəhrə"nin sahibinin əzmli oıduğuna inanıram. Çünki onu gəncliyindən tanıyıram.Ona işində və şəxsi həyatında uğurlar arzulayıram.
Evvela salam.Men BBF-in numayendesi olaraq deyirem ki biz hec bir wirniyyat sexini ozumuze reqib bilmirik.Biz her zaman oz keyfiyetimizle irelideyik ve olacayiqda.
Yorum Gönder