Avtobus şoferləri&marketinq


Bu yazım blogun indiyə qədər olan stiliylə üst-üstə düşməyəcək… Marketinqin doktoranturası ilə məşğul olmağın yazılarda özünü göstərdiyini bilirəm. Amma bu gün qarşılaşdığım bir hadisədən sonra öz-özümə dedim ki: “sərhədləri qırmaq vaxtıdı”, hətta nə yalan deyim “ay Vüsal gəl bir dənə də blog stilində yaz” da keçdi ürəyimdən. Narahat olmayın səsli düşünmürdüm. İçimdə keçirdi bütün bunlar:)

Hadisə? Yox əşşi mitinq, oğrurluq filan yox…

Boğaz körpüsünün ayağında durmuş, Mecidiyeköyə getmək üçün 129K’nı gözləyirdim. Avtobus gəldi. Məndən öncəki vətəndaş avtobusa daxil oldu. Qulağıma “Günaydın” ifadəsi çatdı. Dedim yəqin tanıyır adamı. Bıyyy. Mənə də “günaydın” dedi… Məndən sonra gələnə də, və beləcə avtobusun arxalarına gedənə qədər eşidə bildikcə həmin “ritual”ın davam elədiyini başa düşdüm. Tənqidlərdən xeyli nəsibini alan İstanbul Böyükşəhər Bələdiyəsinin sürücüsünün bu hərəkətinin çoxlarına ləzət elədiyindən əminəm… Bələdiyənin 50 belə sürücüsü olsa marka imici xeyli artardı…

Bu hadisədən sonra elə oxuduğunuz bu sətirləri qələmə almağa qərar verdim… Çünkü belə hallar sensasiya kimi qəbul olunsa da, örnəkləri “World of wonders” siyahısında deyil… Elə yaxın dostum demişdi ki, bir dəfə bundan daha istiqanlı bir sürücü ilə qarşılaşıb. Söhbətdən aydın olub ki, sürücü İstanbulun insanları streslə yüklədiyini bildiyindən 1-2 xoş sözün onun cibindən və şəxsiyətindən heç nə azaltmayacağını düşünərək avtobusuna minənləri gülər üzə “qonaq edirmiş”.

Azərbaycanda avtobus və taksi sürücülərinə çeşidli parodistlər “meymun”dan belə bənzətmələri layiq görsə də, “marşrutka”ların xalqın gözündəki imici yerlərdə sürünsə də… Bizdə də yaxşı nümunələr var.

Bir dəfə radioda (nömrəni və sürücünün adını unutmuşam) bir marşrutun sürücüsünə o xəttin daimi istifadəçiləri təşəkkür eşidəndə çox qəribə gəlmişdi mənə. Sərnişinlər bu düşüncəli və hamıya hörmət edən sürücünün digərlərinə də örnək olmasından danışırdı…

Sumqayıtlılar üçün şəhərlə bütünləşən bir marşrut var: 7… Deyirlər az qala bütün evlərin önündən keçib sərnişin yığırmış…

Mənə nəql edilən bir hadisə daha: Ramazan bayramında mindiyi bir avtobusda sürücünün təbrikdən sonra “bu gün bayram münasibəti ilə bütün gedişlər pulsuzdu” sözü ona zarafat kimi gəlsə də, kişinin ciddi olduğunu düşəndə anlayıb…

Son nümunə də elə özümdən. Bakıda işlədiyim və oxuduğum vaxtda 303 nömrəli marşrutun sadiq miştərisi idim. Loyalty zirvədə idi. Amma sürücülər də mənim harada neçədə minib, harada neçədə düşməli olduğumu filan da bilirdilər…

İndi deyən ola bilər ki bütün bunların marketinqə nə dəxli var?
Cavab:
O radiodakı PR idi. 7 nömrə “Place” ünsürünün efektiv istifadəsinə gözəl nümunədi. Axırıncı isə CRM deyil bəyəm?:))

10 yorum:

Aygün İslamzadə dedi ki...

Vusal, gece gece marshrutkadan yazirsansa, demek heqiqeten tesir edib sene o "gunaydin".
Bizde de eleleri var, gedende sagolunu, yolun achiq olsun, ishin ugurlu olsun deyenlerimiz var. Sozun duzu,mene lezzet edir.
Bir defe bir neche ay evvel bir marshrutkadan dushende gordum ki, pulqabim ve butun pulum diger sumkamda qalib. Dedim ki, uzr isteyirem, pulum evde qalib, elini atdi bir ovuc qepik chixardi dedi ki, goturun bunu, obedde lazim olar. Bax bele..Budur insanliq..

Vüsal Qəmbərov dedi ki...

Kime lezet elemez ay Aygün?.. Hamısı ele osa marşrutkanı 50 qepik eleseler heç milletin ruhu incimez:)

Amma adamın tanışı olsun:) Şoferler de tanıdıqları adamlara yaxşı üz gösterir:)))

Aygün İslamzadə dedi ki...

Dunen ele yazacaqdim, nece oldusa unutdum. Bir kitab oxuyuram, RE-marketinq. Rus kitabidir, NIjniy NOvqoroddan cavan qizla oglan yazib, sozum ondadir ki, orda avtobuslarin marketinqi haqda da yazilib. Qeyd edibler ki, bir neche il evvel basabas olan, mushteriye hormet edilmeyen avtobuslarda indi seliqe ve sahman var, hetta bezi avtobuslarda sernishinlere verilen bilet loto kimi oynayir, metbex eshyalari ve ya mobil telefon udmaq mumkundur. Oxudum ve dushundum ki, bizde de avtobusun olkeye daxil olmasi ancaq bir iki inhisarchinin elinde olmasaydi ne vaxtsa bele metamorfozlar olmagina imkan olardi.. EXxxx

Vüsal Qəmbərov dedi ki...

Aygün belke de dediyin kimi reqabet olsa bu menada düzelmeler başlayacaq. Amma diger terefden baxanda demek olar eyni xett üzerinde yerleşen nömreler (meselen - 215, 104) arasında sernişin uğrunda reqabet olsa da, bu xidmetin keyfiyetinde heç görünmür.

Biraz anlayış meselesidi bu. Senin bir yerde yazdığını xatırlayıram milletin özünü avtobusa güc bela dürtmesini. İnsanlarımız özüne hörmet teleb elemelidi...

Meselen burda insanlar kifayet qeder "demoqoq"du :) Yeni hüquqlarını müdafie etmeyi bilir. Hetta belediyenin ve özel olmaqla iki avtobus şirketi var. Bundan başqa dolmuşlar var. Yeni reqabet nece desen... Noolsun? Ortalıqda bir zad yoxdu... Şoferin güler üzün görene veriller burda o lotoreyanı:)

Bir dene mini qehramanlığımı deyim:) - Evden Neqliyat nazirliyinin yanına getmeliydim axşam vaxtı. 20 deyqe vaxt var. Taksiye de minmek istemirem. 230 geldi. Mindim. Gördüm maşın boşdu deye canı çıxa çıxa gedir. Yaxınlaşdım şofere. Dedim meni 15 deyqeye çatdırsa yerine 1000 köhne manat evezine 5000 verecem. Qaqaş meni 14 deyqede çatdırdı... Halal xoşu olsun:))
CRMnen elaqesi ola biler?:)

Rüstəm Məmmədov dedi ki...

Vusal otobus nomresini deqiq bilmirem. Amma, menim de bashima eyni shey gelib. Leventde ishden chixdim oturdum Avtobusa, "hosh geldiniz" eshitdim. Mene dedi goren?-fikirleshdim. Sonra baxdim arxamdan minen hamiya ele deyir. Men raxya kechmedim, zaten doluydu, men de ozellikle durdum orada kuncde ki, hem mane olmayim hem de baxib buna axira qeder. Bir qadin mindi ushaqli, elini atdi yandan bir gofret chixardi verdi ushaga. Danishdi, sohbetleshdi..Dehset lezzet elemishdi.. en achigi bizde hele hech benzer shey de gormemishem...Inshallah gorerik.

Bir de demaqoluq meselsi..kash biz de ele olaydiq..Biz de bir nefer dillenende hech kim terefini saxlamir..Yadima " Insan tashiyorsun kaptan!!!!" dushdu:))) Ne qeder, sirf meze olsun deye " kapatsana olum, baksama yasak konushmak" demishem:)))

Vüsal Qəmbərov dedi ki...

Ay aman... Rüstem İstanbul üçün darıxıb:))

Burda qarşılaşırıq herden... ama ele deme, görmürsen Aygün de qeşeng bir misal verib. Olur ele herden. Yazıda da var. Amma daha çox olsa tebii ki üreyimiz açılardı...

Demoqoqluq da ki yaxşı şeydi. Senin temennine qoşuluram. O "kapatsana olum" meselesi de hele İstanbulda çox yoxdu e.... İzmirde telefonun sesi çıxan kimi adama ele çemkirirler ki. Burda danışıram telefonnan herden avtobusda...

Deyirem bloguma hele 5 il avtobus şoferleri çetin girsin. Yoxsa onlara üzümü tutub bir şeyler deyerdim :))))

Adsız dedi ki...

See Here or Here

Rüstəm Məmmədov dedi ki...

Dost tanishin yene gelib ay Vusal. Bu kimdi?:)))

Men de Chinden birteher rengde, birteher bir avtobus alacam ve onu birteher bir yola soxacam, ozum de surecem:)) Cammati da ne var ki, birteher mindirerik...

Men veremledim uzhe, sizi bilmirem:(

Vüsal Qəmbərov dedi ki...

Rüstem men bunlarla bir dernek quracam axırda... Marketoblog'u destekleme ve dayanışma derneği :))

Tanımıram hele amma bir gün hamısına bir-bir baş çekecem deyesen:))

Sen niye veremledin mene o maraqlıdı... Avtobuslardandısa 3 milyon veremleyib uje...

Avtobusu sen getir biz ona şofer taparıq:) Özü de marketinqden qanan:) Sen lazımsan xalqa :)

Adsız dedi ki...

Əla!
Amma elə bil, yarımçıq qaldı...
"ardı var" tipli...
Dərin hörmətlə, Perezaqruzka qardaşın:)