Lateral Düşüncə



Ed de Bono ilə təxminən 3 ay əvvəl tanış oldum. Fikirlərini həmən mənimsədim. Məsələlərə fərqli aspektdən baxması mənə xüsusi təsir elədi. Hər ifadə elədiyi fikri elə bil qeyd-şərtsiz qəbul eləmək keçirdi ürəyimdən. Özü Maltadan olsa da düşüncələri qlobal səviyyədə dəyərlidi… Amma heyf ki, onunla görüşmək qismət olmayıb. Bundan sonra çətin ki də olsun. 74 yaşı var kişinin. Mən gedib o tərəflərə çıxana kimi kim ölə kim qala?

Yuxarıdakı ilk cümlələrdən elə bildiz görüşmüşəm onunla. Yox əşşi. Amma öz aramızdı qəsdən elə yazmışdım.:)

Bəs bayaqdan yerə göyə sığdıra bilmədiyim bu de Bono nə eliyib ki?

Başqa işlərindən elə də xəbərim yoxdu. Tanışmamışam. Amma The use of Lateral Thinking kitabı ilə dünyaya Lateral düşüncə tərzi konseptini bəxş eliyib.

Əvvəlcə Lateral düşüncə haqda. Lateral düşüncə o qədər də kompleks bir şey deyil əslində. Elə yuxarıda adını qeyd elədiyim kitabı da tarixə iz salsa da, lap broşuraya oxşayır. Nazik və kiçik bir cip kitabına da bənzətmək olar. Türklər deyib “teşbihte hata olmaz”. Mənlik deyil…

Lateral düşüncə deyir ki… (“ay Vüsal ürəyimizi çəkdin, nədi axı bu Lateral” etirazlarını eşidirmişəm kimi gəlir mənə) Deyir ki…

Gəlin başlayım onun o incə kitabında verdiyi misalla. Deyir bir qızın dədəsi bir köhnə quldura burcluymuş. Quldur kişinin borcunu silmək üçün bir sözləşmə təklif edir. Bir püşk. Əgər qız torbadan qara daşı çıxarsa quldura ərə gedir, üstəgəl bonus olaraq borclar silinir, ağ daşı çıxarsa bayramdı – həm borclar silinir, həm qız qalır evdə:) Amma deyir kişi elə murdardı ki, ona ərə getməkdənsə evdə qalmaq məsləhətdi. Nəysə qeybətə başlamasaq məsləhətdi... Beləcə əsərin 3 qəhrəmanı quldurun daşlı bağçasında yeriyirlər. Birdən quldur əyilir və yerdən 2 daş götürür atır torbaya. Aman Allah! Qız nə görsə yaxşıdı? Quldurun götürdüyü daşların ikisi də qaradı. Deməli qızın elə bəxti də qara geyib… Yox qız o anda lateral düşünməli və vəziyətdən çıxmalıdı. Deyirlər qızcığaz bu sövdədən əvvəl de Bononu oxuduğu üçün həlli tapır vü buna görə mediaya açıqlama da yapır… Qız neyləyir? Yadımdan çıxdı e… Olar öz versiyamı deyim?...

Anlayışınız üçün sağ olun…

Qız əlini atır vəəə… torbadan Çelsi çıxır. Yox bu o hekayə ilə bağlı deyildi. Sadəcə Fənərbaxçanın çempionlar liqasındakı rəqibi təzəcə bəlli olub. Onu çatdırım dedim fürsətdən istifadə ilə…

Nyəsə… Qız əlini atır torbaya və… çıxardığı daşı əlindən guya salır yerə… Hər tərəf də ağ və qara daşlarla qaplı. Gözünə döndüyüm qızcığaz quldurun qazdığı quyuya itələyir namərdi (ölürük də millətcə `xeyir`in qələbəsindən ötrü). Deyir “mən belə huşsuzam e həmişə, amma nə var ki bunda torbada qalana baxaq. Orda hansı rəng qalıbsa o birisini götürmüşəm demək”. Nəysə de Bonunun nağıl eləməyinə baxmayın. Deyirlər qızı veriblər o quldura ərə. Artıq 2 uşaqları da var…

Biraz da ciddi…

Lateral düşüncə istənilən vəziyətdə fərqli bir düşüncə tərzi sərgiləmə sənətidi. Hərhansı bir fərqli düşüncə tərzi də deyil bu. De Bono bunu hamının eyni quyunu qazdığı vaxtda, fərqli quyular açmaqla izah edir. Yəni hər hansı bir məsələdə hamının fokuslandığı baxış bucağından xilas olmaq və məsələyə bəlkə də tam əks bucaqdan baxa bilmək. Məsələnin həllinin hamının baxdığı istiqamətdə omadığını anlamaq…

Bunun marketinqdə çox böyük yeri var. Bu haqda çox yaxında… Araya cəmi bir yazı girəcək...

P.S. Bono deyir ki, ilk kitabı olan The Use of Lateral Thinking’i yazarkən hələ heç bu düşüncə tərzinə ad qoymayıbmış. “Digər tərz düşüncə” istifadə edirmiş. 1979’da bir ingilis jurnalistlə söhbət edərkən ona düşüncəsini açıqladığı məqamda “thinking laterally” ifadəsini işlədib və bundan sonra Lateral düşüncə ingilis dilinə yerləşib.

P.P.S. Yazı yaxşı deyilsə günahkar mən deyiləm qətiyyən. Mənə tez-tələs yazdıran Rüstəmlə Aygündü…

13 yorum:

Shared Folders dedi ki...

ingilislər buna "out of box thinking" deyirlər. konsepti tam anlamaq üçün yəqin ki, kitabı oxumaq lazımdır. məncə qeyri-standart düşünmə ilə qeyri-standart həll tapmaq arasında fərq var.
deyirlər ki, dahilik ilk baxışda əlaqəsiz kimi görünən şeylər arasında əlaqə qurmaqdır.

P.S. O ki qaldır bostandakı daşa, o deyəsən bu dəfə də orada qalacaq :)

Vüsal Qəmbərov dedi ki...

Shared daşın qerarını el verecek, o menlik deyil:))
Bu arada yaxşı daş seçmisen. Üstünde V herfi var :))

Lateralı bir kitab, yuzlerle seminarla anlatıb kişi, ona göre burda texmini menası nedi ona toxunmaq istedim. Yoxsa men ne kareyem iki cümleynen ifade eliyim onu. Kitabı ise hamıya tövsiye edirem. Özüm de oxumaqdayam.

Esas maraqlı olan Lateral Marketinqdi. Bu düşünce terzinin bizim işdeki yeri. Bildiyim qeder PG ve başqa divler senin dediyin "out of boxing"e ait suallar verir.

deyirlər ki, dahilik ilk baxışda əlaqəsiz kimi görünən şeylər arasında əlaqə qurmaqdır.
- Kitabda Bono deyir ki bir fikrin formalaşdırılması iller süre biler amma, o fikrin zehinde peyda olması bir flash ile olur.
- Bir de bunu dedin yadıma Freakonomics kitabından bir yer yadıma düşdü. Bura daşımağı düşündüyüm irelide:)

Shared Folders dedi ki...

lateral thinking konsepsiyası marketinqdə geniş istifadə sahəsi olan bir düşüncədir. bu barədə filip kotlerin müəlliflərindən biri olduğu "Lateral marketing" kitabını oxuyabilərsiniz
http://www.amazon.com/Lateral-Marketing-Techniques-Finding-Breakthroug

Vüsal Qəmbərov dedi ki...

Bu yazının davamı ele Lateral Marketinq olacaq. Kotlar babaynan Trias de Bes'in kitabını ise o yazıdan sonra başlayacam oxumağa... Tesiri altında qalmamaq üçün...

Aygün İslamzadə dedi ki...

Lateral marketinqi iki dene de goz qonshudan borc alib gozleyirem.
Sharedin atdigi dashlari beyendim ve muzeye verilmesini isteyenlerden biri menem. Chunki, bu tip dashlar inkishafa yol achan esas amillerden biridir:)
Shared, qeyri standart dushunce yeni shablondan kenar dushunmek shubhesiz ki, shablondan uzaq heller uchun vesiledir. Elbet ki, burda deli kimi qeyri standart dushunmek yox, dahi kimi dushunmek nezerde tutulur. Herchend bezi adamlar dahilerin deli, delilerin dahi oldugunu soylemeyi sevirler.
Bir de Vusal, bir defe sohbetimizde qeyd elediyim kimi, Bononu oxumaq azdir, Bononu qavramaq lazimdir ve onu tecrubeye chevirmek lazimdir, hetta avtomatikleshdirmek lazimdir bu cur dushunceni. O da her adama qismet olmur.
P.S: Elaqesiz sheyleri elaqelendirmek menim konyokumdur ruslar demish. Amma dahilikden chox uzagam..heyif:(

Aygün İslamzadə dedi ki...

Vusal.. O Rauf deyil, menem. Ishde account kechir Rauf adina. Bilmirem de niye.. Poz da o yazini:)

Vüsal Qəmbərov dedi ki...

Getdi Rauf :)

Dediyinle de razılaşmışdım söhbetde xatırlayırsansa :) Bele mövzularda esas verdiş meselesidi. Ele avtomatikleşdirmek.
Yaddaşın güclendirilmesi ve süretli kitab oxuma kursların getdim 3 heftelik. Yaxşı şeyler de öyrenmişdim. Amma onları verdişe çevirmeden bir mena ifade elemir... Bu da ele bir şeydi. Çalışanda alınar...

Sene konyokunu daha effektiv istifade elemeyi arzu edirem Aygün :)

Aygün İslamzadə dedi ki...

Suretle oxumaq ela ishdir, oz ozune de oyrenmek olar, amma qeribesi budur ki, adam ona illerle oyrenib uch gunde xeyli gerileye bilir. Meselen bir az oxumasa ve ya bir az redaktura ile meshgul olsa bashlayir gerilemeye. Men de beledir shexsen.
Konyok meselesine geldikde ise, heves her sheyden irelidedir. Hevesimizi itirmeyek- esas budur

Afulya76 dedi ki...

Vusal, :) yazinin dilinden chox xoshum geldi. Aferin :) Sharedin dashi ise, duzdur men sesvermede axirinci varianti sechmishdim, amma menim oz variantim var idi :) dash dushduyu yerde agir olar :) Yeni eger o dash gelib senin bostanina dushe bilibse, demeli, sanballidir :)

Vüsal Qəmbərov dedi ki...

Utandım lap Afet xanım :)
Teşekkür eliyirem...
İnşallah Lateral Marketinq de üreyinizce olar. Daşı samballı eliyen meqamlardan biri de Shared'den gelmeyidi :)
Hetta o daşı blogun gözmuncuğu elemeyi bele düşünürem :)

Aygün heves itirmek nedi? Bütün Azerbaycanın marketinqsevenlerini hevese getircem men axırda :)

Vüsal Qəmbərov dedi ki...

Afet xanım sizin variantı sorğuya elave elemek istedim heyf ki alınmadı :(
Lateral düşünmeyibler deyesen blogu quranlar :)

Rüstəm Məmmədov dedi ki...

Men qaldim axira...

Mence umumiyyetle movzuya girish movzusu oldugu uchun (cumleni basha dushdunuzse mene de basha salin) mence qeshengdir. Maden gerisi de gelecek, bu ele biler teaser kimi bir yazi olub..Hevesle gozleyirem.
Elaqesiz sheylerden elaqe qurmaq dahilik elametidirse Afet, aygun ve Vusal dahidir...Zarafat elemirem...

Hormetle,

Unknown dedi ki...

Salam
Bu kitabi oxumaq isteyirem. Elektron ya satisda Azerbaycan Rus ya Turk dillerinde var? Minnetdaram