Səhər özümü bir təhər çatdırmışam evə. Səhər dediyim də saat 5dir haa...
Haradan gəldiyimi bilir əksərən blogun dəyərli oxucuları. Bilməyənlərə də xəbər verim ki, Ankaranın məşhur Bilkent universitetində Marketing Research Camp 2008 adlı proqram təşkil edilmişdi. Elə biz də ordaydıq. İki Yardımçı Doçentin (Dünya praktikasında Doçentdən əvvəl əd elmi dərəcə var) səyləri ilə araya ərsəyə gələn düşərgə adlı konferansfason seminar dərslər+dokotrantlara konsaltinq (başlıqdakı hisslər anlaşılır yəqin ki indi) bir sözlə “Mükəmməl” idi. Əvvəla məqalələrini heyranlıqla deməyim, həvəslə oxuduğum Zeynəb Gürhan Canlı (sağdaki fotoda), Tülin Ərdəm, Sunil Qupta (soldaki fotoda), Cey Russo kimi marketoloqlarla üzbəüz söhbət etmək və işləri ilə ilk ağızdan tanış olmaq xoş idi. Bunun insanı yeni cəhdlərə və çalışmalara necə həvəsləndirdiyini söyləməyə belə gərək yoxdur məncə. Dərslər yeni bitdiyi üçün beynimdə hər cür mövzu dolaşsa da, heç birisini müəyyən şablona oturtmamışam. Yoxsa bu araşdırma və istehlakçı davranışları divlərindən çox yükək səviyədə bəhrələnmək olardı.
3 gün davam edən düşərgə ilə bağlı təəssüratlarım çoxdur. Hətta hazıra bir çoxunu unutmuş belə ola bilərəm və yazıda qeyd etmək yadımdan çıxa bilər. Amma bir məqamı yəqin ki, heç vaxt unutmayacam: bu doçent və professorlardakı rahatlıq və sadəlik. Hər biri dünyanın ən çox hörmət edilən və guru adına yaxınlaşmış mütəxəssis olsa da, əvvəla bunu davranışlarıdan sezə bilmirsən. Conatan Levav platformaya adicə tərlik (vetnamka da deyirlər) ilə çıxmışdı. Üstəlik biz tərəflərdə belə bir şey təşkil edilsə ya hamısı “protokol” sırası olan birincini seçərdi, ya da elə səhnədə bizlərdən uzaqda oturardı. Amma Sunil Qupta mənim solumda, Zeynəb Özatanın önündə, Cey Russo 3 Boğaziçili PHD namizədinin əhatəsində Con Deyton isə qrup yoldaşımın yanında məskən salmışdı. Bir sözlə 12-13 div bizlərin arasına paylaşmışdılar. Bunun xüsusilə belə edildiyinə inanmıram. Sadəcə bir arada oturmaq gərəyi hiss etmirdilər. Ən maraqlı hərəkətlərdən birini isə Baba Şiv etdi: prezentasiya başlayandan sonra amfiyə daxil olan bir qız pilləkənlərlə yuxarıya doğru çıxarkən çəkildə və yanında ona yer açdı. Bir də bizim profları düşünürəm...
Düşərgənin ən qocaman marketoloqu - John DEIGHTON - Harvard
Prezentasiyalar çox məhsuldar alındı. Hamı sual verməyə həvəsləndirilirdi. Amma normaldır ki, əsasən “akula”lar müzakirə edirdi mövzuları. Bircə Sunil Quptadan başqa bütün natiqlər nəyi var “tərlədi”. Suallar və tənqidlərdən ən çox Kun Pauelsin nəsibini aldığını desəm yanılmaram. Amma zirvə Conatan Levavın prezentasiyasında oldu: Con Deyton da ikinci gün özünü yetirmişdi. Üstəlik araşdırma mövzusu çox kompleks idi (mağaza atmosferi ilə bağlı) və Levav çox fərqli tərzdə danışırdı. Prezentasiyanın gedişində sözün həqiqi mənasında divlər – Con Deyton, Sunil Qupta, Baba Şiv və Tülin Ərdəmin vəziyəti ələ aldığı diqqətim çəkdi. İnanın mövzu çox maraqlı olsa da, Eli Ofek və Baba Şivin Qupta və Deytona qarşı Levavı müdafiə etməsi nəyə desəz dəyərdi.
Maraqlı keçdiyinə söz yox idi. Əvvəla bu tərz yığıncaqlarla bağlı təcrübəm geniş deyil. Üstəlik belə yüksək kalibrdə bu qədər marketoloqu bir arada görmək hələm hələm olan iş deyil. Mövzular çox güncəl, araşdırmalar mükəmmələ yaxın, natiqlər başarılı idi.
Düşərgədən əldə etdiyim digər fayda isə şübhəsiz Türkiyə marketinq camiası içində olmaq idi. Müxtəlif universitetlərdən doktorantlar və müəllimlərlə tanış olmaq indiki şəraitdə hamı üçün faydalıdır. Bu tanışlıqlardan birindən xüsusi məmnun qaldım - Rüstəmin blogunda link verdiyi Zeynep Özata. Anadolu Universitetinin doktorantıdır. Blog mövzusunda 1 saata yaxın söhbət etdik və ümid edirəm bu söhbət onun blogu aktivləşdirməsinə stimul olacaq. Ayrıca bir çox professor və doçentlə də tanış olduq və hətta bir doktorantdan da brand extensionu birgə çalışma təklifi aldım. Heç də pis olmaz.
Bilkent Universitetinin kampüsü
Heyran olmaq deyə adlandıra biləcəyim bir şeylə qarşılaşdımsa o da Bilkent universiteti oldu. Yəni bütün yuxarıdakılar gözlədiyim şeylər idi. O “akula”lara bəlkə də nə vaxtsa heyran idimsə artıq deyiləm. Çünkü onların da (hətta Quptanın belə) çalışmalarında əksikliklər və limitlər olduğunu bir daha gördüm. Ayrıca çalışaraq aşılmayacaq əngəl olmadığını da.
Amma bizim universitetlərin Bilkentə çatması üçün çox gözlərik yəqin ki. Elə adicə cəhdlə bu qədər divi bir araya gətirməsi, 3 gündə qonaqların hamısını məmnun salacaq peşəkarlıq, usuz bucaqsız və modern tikililərlə zəngin kampüs... Bir sözlə türklər Türkiyədə belə bir universitet olduğu üçün fəxr edə bilər. Hələ Koç və Sabancı da ən azı bu kalibrdədir.
Açığı yuxarıda dediyim kimi, təəssürat çoxdur. Hamısını yazmaq həm çətindir, həm də bir dəfəyə hamısı adamın ağlına gəlmir. Yadımda düşdükcə sizinlə paylaşacam.
5 yorum:
Vüsal, belə tədbirərdə iştirak insana həm ruh yüksəkliyi, həm həvəs, həm də guruların da zəuf nöqtələrinin olduğunu görməyə imkan yaradır. Ən böyük bəhrə isə qazandığın təəssürat və yaratmaq həvəsi olur. Sizə uğurlar
Vusal, paxillandim lap.
Superdir orda ishtrak etmeyin, gelende bizle emellice bolushersen yeqin.. Bu arada .. Azerbaycana gelmek uzresen. Xosh gelib, sefa getirirsen..
Zeynep hocaya məndən salam deyəydin...
Çox gözəl Vüsal, xeyli faydalı olub..Mən hərçənd orada olmağı heç istəməzdim, çünki mənim Analytic Marketinglə çox da yaxından dostluğum yoxdur:):)
Hörmətlə,
Qızmar günəş altında görüşə bilməsək də, parıltılı ay altında oturub danışarıq....
Hörmətli NA xoş gəlib bloga. Sizə də uğurlar
Aygün bölüşərəm :) Bölüşməyə bir şey olsa :)
Rüstəm, Yıldızların Altında olsa olar? :))
Yorum Gönder