Aygün heyranı olduğum Lexusdan heyran heyran yazdı. Hələ bir bizdən sitat da gətirdi ki, bu yapon “gözəl”inin yeni modellərin görəndə lap varlı olmaq keçir adamın ürəyindən. Elə özü də Lexuscana qarşı biganə deyilmiş. Mən də dedim madam ki, Azərbaycanın marketinq bloqları olaraq maşınlara olan sevgimizi dilə gətirmişik mən də məsələyə bir münasibət bildirim...
Gözlər... Azərbaycan ədəbiyatının baş qəhrəmanı. Məhəbbətdən yazanların ən böyük ilham qaynağı və referansı. Qələmini oynadan istəklisinin gözlərindən sitat gətiribdi folkorumuzda. Bir cüt möcüzə haqda mahnılar, şerlər, əfsanələr yazılıb. Bəli sevgilinin gözləri dəyərli mövhumdur. Sənə olan sevgisi də oradan oxunur, sənin ona sevgini də onlar vasitəsilə görür vs. vi.
Çox da ədəbiyata dalmayaq. Alınmadığını da bilirəm. Alınsaydı ədib olardım da elə.
Haradan gəldik bu gözlərə? Sevgilimdən yazmayacam təbii ki. Bir dəqiqə... Əslində sevgilimdən yazacam. Amma bu ilk anda ağla gələn istiqamət deyil. Bəli yazının ortalarına sərpişdirilmiş şəkillərdən də gördüyünüz kimi sevgilim – maşınlardan danışacam. Onların gözlərindən – faralardan (poliqlot fənər desə də, mənə absurd gəldi bu), işıqlarından danışacam. Əsas odu ki, sizə aydındı nədən bəhs edəcəyim.
Faralar maşınların gözüdü. Cars animasiyasına baxanlar varmı bilmirəm. Oradakı baş qəhrəman Lightning McQueen yarış maşını olduğu üçün ancaq işıqlı yerlərdə gəzir, bu üzdən də faraya ehtiyac duymurdu. Amma “kişinin başına iş gələr” misalı bir dəfə “yaman yerdə axşamlayır”. O anda maşınların gözünün faraları olduğunu daha yaxşı anlayırıq.
Öncələri maşınlar üçün faralar sadəcə axşamlar yolu aydınlatma vasitəsi idi. İndi isə... Maşının bütöv imicinin ən önəmli daşıyıcılarından biridir. Hətta daha da artığıdır.
“Maşın ikinci arvad”dır sözünü eşitmiş olarsız. İnanın artıq bəzi kişilər üçün “arvad ikinci arvaddır”. Maşın isə həyatının eşqidir. Qadınlar kişiləri özünə müxtəlif şəkillərdə və məharətlərlə aşiq edirlər. Göz burada vacib kompanent olur. Bax elə maşınlar da (oxu: maşın istehsalçıları) hərgün bizi özünə bağlamaq üçün yeni fəndlər düşünür. Ona görə də əziz xanımlar gərək maşınlarla özləri arasında paralellər aparılanda inciməsin. Vallah mən də Audi R8 qədər gözəl olmaq istərdim :)
Audinin axırıncı tapıntısı ümumiyətlə adamı məhv edir. Faranın altındakı muncuq kimi düzülmüş “fara dənəcikləri”ni gözün altına çəkilmiş sürməyə bənzədirəm. Adamı bir könüldən min könülə Audi aşiqi edir. İndi Rüstəm deyəcək Hondaya xəyanət edirəm. Yox qardaş. Honda Civicin o pişik gözləri fenomendir. Ondan ümumiyətlə yoxdur.
Maşınların faraları həqiqətən önəmli bir imic müəyyən edici və əqabət platformuna dönübdü. Amerika və Avropa şirkətləri bu mənada Asiyalılara əməlli uduzur. Toyotadan Hondaya, Subarudan Mitsuya, Hyundaidən SsangYonga, Kiadan Protona Asiyalı markalar faralarını gözəlləşdirməyə davam edir. Avropa markaları isə daha çox arxa faralara diqqət yetirir. Citroenin C4, C5 və C6dakı özəl dizaynı xüsusidir. Renault da Lagunanın yenilənmiş versiyasında ən çox arxa faralarda dəyişiklik edib. Amma ispan Seatın bu sahədəki işini alqışlamaq lazımdır. Xüsusilə Leon...
Maşınlara göz vurmağı da öyrətsələr artıq kişiləri tamamilə ələ almış olacaqlar. Hətta mən deyim ki, ondan sonra maşın “Məcnunə”ləri belə əməlli artar. Göz süzdürən maşınlar da çıxar yəqin yaxında... İşimiz var da ...
Sənin o şüşə gözlərin,
Yanıdırb yaxar gözlərin!
8 yorum:
:)))
faralara heç vaxt bu qədər diqqət etməmişdim.
2ci şəkildəki fara,o muncuq kimi düzülmüş işıqlara heyran oldum,gözümü belə ayıra bilmədim.
yazınız hər zaman ki kimi əla..
hörmətlə,
Mən də sənə maşın şəkilləri çəkməyi təklif edəcəydim. Bir plan var da ;)
Faralar yəqin ki əsas obyekt olar :)
Çox sağ ol Amitaf
maraqlı olar.
İnşaAllah.
hörmətlə,
Ooooooooo!!! Görürəm burda maraqlı söhbət var. Uşaqlar, söhbətinizi bölürəm və qarışıram, məncə inciməzsiniz. İnsanların bir-birinə belə maraqlı təkliflərini oxuyanda sevinirəm. Nə bilim adamın içindən özünü ora atmaq, mənə də nəsə təklif edin deməyi gəlir. Yəqin hal-hazırda bekarçılığımdandır, şirin paxıllıq.))) Amitafla işlərinizdə uöurlar)).
O ki qaldı, yazıya xoşum gəldi Vüsal. Yazını oxudum və gülümsədim. Maşınların ədəbi füsünkarlığı. Bir neçə həqiqətən də bəyəndiyim maşınlar var, amma, elə də siz deyən maşınlar barəsində məlumatım yoxdur. Lakin, yazınızı maraqla oxudum, insanın içindən lap maşınlarla maraqlanmaq gəlir))).
Utandırdız lap Şəbnəm xanım. Ədəbi yazmaqda sizin qədər mahir ola bilmərik axı.
O şəkil məsələsi də deyəsən biraz fərqli əks olunubdu :) Mənim elə bir iş təklifi edəcək pozisyam yoxdu hələ ki :) Amma bizim dahi sənətkarımızın bacarığını istifadə üçün dostlara tövsiyələr edirik o da öz yerində. :)
Sizə də bir maşınlarla bağlı şer yazmaq təklif edərik nə olar ki? :) Belə də, maşınlarla maraqlanmağınıza baiskar olurmuşam :)
Maşınların gözləri))) həqiqətən də gözlərdir, dizaynerlər faraları gözlərə oxşatmalarını heç gizlətmirlər də.))
Hmm Vüsal.
Daha bəy yazmıram, yəqin ki, inciməzsiniz. Siz də xanım yazmayın, yaman rəsmi alınır, deyəsən, eləmi?
İnşallah hər zaman uğur qazanasınız və işlərinizdə istədiyiniz bütün statuslara malik olasınız))
Sənin o şüşə gözlərin,
Yanıdırb yaxar gözlərin!
Sizdə də pis alınmıraaa.
Baş üstə, lazım olsa bacardığım qədər yazaram)))...
Dizayner qardaş düzün qoşun da bir "kaçiko, kaçiko" deyib (Cars`a baxmayanlar mənə dəli deməsin. Ordan sitat gətirirəm:)) göz vuran maşın. Madam elədir :)
Şəbnəm... (özümü güc bəla saxladım xanım yazmamağa:)) düzü mən bu xanım xitabını dayandırmağa çətinlik çəkirəm. Amma siz deyirsizsə elə olsun. Rəsmiyət yoxdur ha qanımda. Eləjənə...
Mənimki plagiatdı Şəbnəm. Sizə deyim heç kim bilməsin əziz oxucular. O bir mahnıdandı :) Adapte elədim sadəcə :)
Status məsələsində də ki, vallah mənim Professorluqdan başqa statusda filan gözüm yoxdu :) Ən yaxşı status DOSTdu. Neçə nəfər onu mənə layiq bilsə o da baş ucalığıdı.
Hörmətlər,
Yorum Gönder