Fəxrimiz bizi sevindirməyə davam edir

Amitafı tanımağa başlayır artıq Azərbaycan internet istifadəçiləri. Çox təvazökar bu sənətkar həmyerlimiz Türkiyənin ən usta fotoqraflarının toplaşdığı Fotokritik`də "Üstad" olaraq anılır. Vətənpərvərliyindən heç vaxt geri durmaz bə hər yerdə Azərbaycanın tanıtımını edər. Yaxınlarda Europhoto müsabiqəsi keçirildi. Avroviziyanın iştirakçılarından hər biri bir foto ilə qatıldı buraya. Azərbaycanımız Amitaf təmsil etdi. Bu fotoyla...Və bu foto 43 namizəd içərisində ikinci oldu. Böyük nəticədir. Amma amitaf üçün deyil təbii ki :) Onun səsinin yüksək yerlərdən gələcəyinə əminəm.
Təbrik edirəm şəxsim adına onu!

P.S. 28 May Respublika gününə də tam yaraşdı bu gözəl xəbər və hədiyyə. Çocx sağ olsun AMİTAF.

7 yorum:

Adsız dedi ki...

Canım amitaf.. :)

Tebrik edirem seni,her zaman uğurlar arzulayıram.

Bizi uğurlarınla sevindir her zaman.

Vüsal abi,sen de xeber verdiyine göre teşekkür.


selam ve dua ile..

Adsız dedi ki...

deyəcək sözüm yoxdu,hər zaman çox sevindirirsiniz.
İnşaAllah..
ALLAH hər birinizdən razı olsun.
Bəli,28 May günü üçün əla oldu.

hörmətlə,

-------------
Esmanur,:)
çox sağ olun:)
sevgilər..

Rüstəm Məmmədov dedi ki...

Shekil dogurdan da eladir..Soz yoxdur..Ancaq alqish...Tebrikler tebrikler yene de tebrikler amitaf...

Hormetle,

Vüsal Qəmbərov dedi ki...

Dəyməz...

Amitafla fəxr edirik və onun uğurlarını sizə çatdırmaqdan məmnunuq...

Bu hələ başlanğıcdı

Blezx dedi ki...

Təbriklər və təşəkkür, AMİTAF! :)
Qürur verdi bu xəbər :)

Adsız dedi ki...

Mən də təbriklərə qoşuluram! Həqiqətən də gözəl şəkildir! Çox sevindim! Amitafın bloqunu tez-tez ziyarət edirəm. Çox gözəl foto işləri var və bu qələbə (ikinci yer olsa da qələbə deyirəm) sözümə qüvvət. Ümid edək ki, Amitaf hələ neçə-neçə müsabiqələrdə iştirak edib birinci yerləri tutacaq.

Adsız dedi ki...

Çox sevindim. Mən də səmimi qəlbdən təbrik edirəm. Onun işlərini mən də çox bəyənirəm və alqışlayıram.
Amitaf sənə uğurlar diləyirəm, Vüsal sənə də xəbərə görə minnətdaram)).