Olmur, Olmur, Olmur!!!

Dərs üçün ödəv hazırlayıram. Qarşıma çıxan bir məsələyə görə oxumağa ara verib keçdim yazmağa. Mövzu STPdi. Kotler babanın kitabına işim düşüb yenə. Amma Kotler deyir yeni seqmentasiya anlayışına görə 4 növ istehlakçı seqmenti var:

  • Young Digerati
  • Beltway Boomers
  • The Cosmopolitans
  • Old Milltowns

Bilmirəm bunlar nədi. Bəlkə oxudum. Amma fərqi yoxdu e. Neyse ne... Bunlar Amerikada keçərlidi. Mənim nəyimə lazım axı? Niyə oxumalıyam bunu.? Amma bunun əvəzinə nə istifadə edək? Sovet mirası müəllimlər Kotlerin kitabına heyran heyran baxıb özləri ortaya bir əsər qoya bilməyəcəyinə görə, dilimzidəki əsərlər ya tərcümə, ya oğurluq olduğuna görə yazıq tələbə neyləsin axı? Cosmopolitan görməyib ömründə bəlkə də. İşə girəndə də işinə yaramayacaq. Belə çıxır ki bizdə yaramaz Marketinq təhsil edilir?

Hər şeydə də belədi. Biz özümüzün marketinqini elə ancaq xəyal edəcəyik? Bezdirir e bu suallarım özümü də. Belə də baxıram bu sualların cavabını verəcək adam da yoxdu. Heç bu sualları yönləndirəcəyimiz instansiya da...

Eeeehh..

Can ay, Milli Marketinq! Adını qoyduq, amma özün yoxsan ortalıqda. Səni yazan da yox, oxuyan da, adam sayıb tətbiq edən də...

Yahoo`ya müraciət edəcəm ürəyi ağrıyan smaylik düşünsünlər. Biz isə bu dəqiqə Milli Marketinqimizi düşünməliyik...

2 yorum:

Aygün İslamzadə dedi ki...

Nahaq bu cur baxirsan.. Sen varsan da, milli marketinqimiz senin ve senin kimi vetenini plyus marketinqi sevenler uchun inkishaf edecek.
Inaniram ki, 10 ilden sonra ushaqlar artiq bumer filan deyil, Sovet adaminin Sovetden sonra dogulan adamlardan ferqini oyrenecek. SEqmentasiya ise tamam ayri yon alacaq. Senin hesabina olacaq bu..InshAllah

Vüsal Qəmbərov dedi ki...

Eeeh Aygün. Kaş olsun. Menim ya başqasının hesabına. Hemişe demişem ölkede marketinqin inkişafı şexslerden qeti asılı deyil. Amma marketinq bilincinin artması, yeterli edebiyat elde etme ve nezeriyenin inkişafını insanlar ede biler. Şükr ki görürem artıq bunda maraqlı marketinqçilerimizi. Sayı azdı amma bu işe çiyin verecek portensialdadılar Allahdan. Görek de... Amma düşünceden de birteher olmuram deyil...

Hörmetle,