…Ya da Marketing həqiqətən Everything`miş
Dünən dərslərdən biraz başımızı açaq, müxtəlif dörd divarlarla çərçivələnmiş doktorantura həyatımıza rəng qataq, ay qadan alım bir insan görək, eynimiz açılsın deyib Avroviziya 2008də Azərbaycan adından çıxış edəcək olan Elnurla Samirin son tanıtım konsertinə getdik.
Əvvəla təmsil edəcək demirəm, çünkü o mahnı ilə Azərbaycan təmsil edilməz. Bunu qoyduq bir kənara.
Konsertdən şərhlərdi çox dərinə enməyəcəm. Eləcə deyim ki, Ruslana Lizoçko konsertin ilk bir satının necə keçdiyini hiss etdirmədi belə bizlərə. Biri birindən nəfis mahnılar və hər biri özəl və diqqətlə hazırlanmış şoular. Amma heyf ki, konsertin o qismini çooox az bir sayıda insan seyr etdi. 200-300 civarında. Parkormandakı kefdə damaqdakı ziyarətçiləri də saysaq 400ü maksimum mümkün rəqəm olar qəbul edə bilərik. Gülbən Ərgən yəqin ki, arada 1 saatı ötürmək üçün gətirilmişdi. Nə səs var, nə görüntü, nə dü bir fəaliyət. Yəni Ruslananın izləyicilərə bir modern müğənni kimi təqdim etdiyi 3 dəyərdən də yoxsun bir müqəvva var idi sanki önümüzdə. Nə isə. Sonra bizimkilər çıxdılar. Onlar da biraz əyləndirib getdilər. Mahnının özü xaricində hər şey qaneedici səviyədə. Konteksti hər kəs bəyənər yəqin – Mələk ilə Şeytanın mübarizəsi. Burada ilk dəfə gördüm ki, Mələk qalib gəlir şeytana. Bu elə ancaq kliplərdə filan olur. Yalın isə sanki konsertin baş qəhrəmanı idi. 40-50 qız necə çığırırdı. Nəysə… O da yaxşı ifa elədi.
Necə heyran olmayasan? :)
Amma… Əsas məsələ… Lap başlanğıcda Natiq-Ritm - zərb alətlərində sənət düzəldən dəstə; hamını valeh elədi. Hələ bir viedo da çəkdim. Onlardan 3 nəfəri kimin yanında Avroviziyaya göndərsələr əməlli yer tutarıq e… Eeeehhh… Nəysə.
İndi gələk əsas məsələyə. Marketinq!
Dünən görənlər gördü ki, “Marketing is Everything” deyəndə Regis Maccenna haqlı olub. Əslində getdiyimiz konsert məhsul (Product) olaraq ideal bir iş idi hardasa. 4 iştirakçının hər biri xüsusi bir dəyəriydi. Hər birinə görü Parkormana gələcək 100lərlə insan var idi. Amma elə oraya toplaşanları yığsan ən çox 500-600ə çatdı sona doğru. Yer (Place) – Parkorman. Pis seçim deyil. Havayı konsert keçirmək üçün elə o şəkildə geniş bir yer də tətəlb olunur. Üstəlik şəhərin çox yerindən rahat gedilir. Maslakda və o civarda tələbələr nə qədər istəsən. Price – qiymət – mövzusu aydındı. Girişler ücretsiz!
Həə. İndi gəldik ən əsas məsələyə. Dedim axı 4 iştirakçının hər biri üçün oraya yüzlərlə tamaşaçı yığmaq olardı. Bunun üçün Göztəpədə (Maslakdan xeyli uzaq bir yer) outdoorları döşəmək anlamsız bir iş idi. Bu tədbir tam gənclər üçünüydü. Oğlanlar Ruslana və dəstəsini 1 saat ağzı ayırıq seyretmək üçün qaça qaça gələrdi. Qızlar isə 40-50 nümayəndəsinin elədiyi kimi “Seni seviyoruz Yalın!!” (bunu maksimum cır səslə bir qışqırıq kimi canlandırın zehninizdə) deməyə axın edərdi Parkormana. Amma heyhat! Nə ona istiqamətlənmiş komunikasiya gördük, nə o birisinə. Kampuslar bunun üçün ideal yerlər idi.
Hələ yazası çox şey var inanın. Aparıcılar (İlham Qasımov və Ece Erken)Azəricə belə, Türkcə elə deyib bir-birini qırmaq əvəzinə Tükiyə ilə Azərbaycanın 12 xalı bir-birinə verməyə borclu olduğundan danışmalıydı. Bunu belə adam akıllı bacarmadılar. İnşallah biz ruslara, Türkiyə ermənilərə ermərik 12ni. Axırı heç yaxşı görünmür çünkü…
Bir də konsertdə diqqətimi çəkən bir məqam oldu. Ruslan 2004də İstanbuldakı Avroviziyanı qazandıqdan sonra “wild” sözünü mənimsəyib. Bütün elementlərlə ona işarə vurur. Hər yeni albomunda “wild” sözü var. Sonuncusunun adı “wild energy”di. Bir sözlə özünü belə mövqeləndirib. Mənə belə gəldi. Daha indi bilmirəm hər şeyə marketinq gözüylə baxıram ondan mı, yoxsa Maccennanın buyurduğu kimi “Marketing is everything”mi?
P.S. Onu bunu bilmirəm, bu “Day After Day” hər day after day düşür gözümdən… Marketinq lazımdı, marketinq!!!
5 yorum:
"Əvvəla təmsil edəcək demirəm, çünkü o mahnı ilə Azərbaycan təmsil edilməz." - Çox haqlı fikir və düzgün tutulmuş nüansdır.
Ümumiyyətlə, yazıdakı bütün fikirlərlə razıyam.
Amma üzlüyümə salıb, öz bloqumdakı kimi, bir xahiş də burada etmək istəyirəm.
Yalını mən də sevirəm. Onun "Keşkə" mahnısını kimsə lütf edə bilərmi? Deyəsən, mahnının adı eləydi: "Keşkə oyunlar oynamasaydıq..."
Mahni Azerbaycani temsil etmek uchun nece olmaliydi ve ya tersine, nece mahni bizi temsil ede bilerdi?
Milli mahnı ay Rüstəm. Bax o Natiq-Ritm var e. Onlardan 3 nəfər+Əlixan Səmədov+Aygün Bəyləri göndərsinlər onda deyim həəə...
Amma nərdəəə? Biz avropalı olmalıyıq axı...
Adaş Kəşkə o mahnı məndə olsaydı. Amma maledef yoxdu...
KOnseti çoooox bəyəndim.bir anlıq mən də orda olmaq istədim.Təkcə ordakı qızları bəyəndim.ətim tökütü onlar qışqıranda.
Amma Yalın super idi.Vüsal,sənin bu yönünü tanıdığıma sevindim.bu mahnını mən də sevirəm.amma net sürətim azdır:(
Bırak saygından kuşkum yok
Hatrımdan kalıyorsan hiç kalma bırak
Sensiz olmaya itirazım var
Canımı çok yakacak,izlerin bana yeter
Keşke oyunlar oynamasaydık
Üzülmeseydi şarkılar
Hala sana yazılıyorlar
Hala buram buram sen kokuyorlar
Bırak sevginden şüphem yok
Arkadaş kalıyorsak ben yapamam bırak
Sessiz kalmaya ihtiyacım var
Yanlızlığı senle özledim,uzak dur bana yeter
Pəri bloga xoş gəlmisiz.
Konsertə getmiş biri olaraq deyim ki, guppagupdan ürəyimin döyüntü ritmi dəyişdi. Elə TVdən baxmaq yaxşıdı :)
Yorum Gönder