Marketinq həzzi

Yaşasın Marketinq!!! Yazısının axırına yaxın marketinq həzzindən bəhs eləmək istədim. Amma gördüm yazı çox uzanır. Ona görə də bu yazı doğuldu. Daha doğrusu ideya doğuldu. Nəhayət yaxınlarda qələmə aldım.

O yazı üçün düşündüyüm sonluğu bunun girişi etmək olar:

Armani tuman geyməyin insana qazandırdığı özünə inam… İlginçdi… Amma insanlar belə şeylərlə hedonic ehtiyacları qarşılayır. Sırf həzz… Marketinq də bu həzzi ödəməyin həzzini yaşayır. Əccəb edir…

Marketinqçinin və marketinqin yaşadığı həzz bununla bitmir təbii ki…

Bu yazıda o həzzlərdən danışacam sizə…

Hər şey araşdırma ilə başlayır. Marketinq artıq araşdırmasız yoxdu demək olar ki. Bu araşdırmanın forması, əhatə dairəsi nə olur olsun, hansı peşəkarlıqla aparılır aparılsın. Kiçik bir araşdırma belə araşdırmasızlıqdan yaxşıdı. Çünkü əks halda insan öz hisslərinə görə qərar verir. Düzdü araşdırma nəticlərini öncədən görmək mümkündü. Elə bunun özü bir həzzdi. Amma bir də düşünün ki araşdırma edirsiz və heç kimin yuxusuna da girməyən nəticəyə gəlmisiz. İstehlakçı sizə elə bilgilər verir ki, “quzu kimi”, özünün də xəbəri olmur. Bax bu həzz nəyə desən dəyər… Anketdən çıxan bir birindən ilginc rəqəmlər. Fokus grupda söhbətlərin dərinin oxuya bilmək. Və müştərinin önünə samballı bir dosye ilə getmək.

Kopirayter üçün həzz… Onların yaşadığı ayrı aləmdi e. Afətlə Orxan desin... Düşündüyün reklam mətninin, sloqanın müzakirə olunması, bəyənilib sizə təbrik halında dönməsi, “yaradıcı düşüncənin meyvəsi” kimi “ürəyə yağ kimi yayılan” sözlərə layiq görülməsi. Bir dənə də mükafat versələr, daha nə istər ki kopirayter?... Elə bunların “integrated həzzi” yetər…

Bir marketinq menecer və onun yaradıcı heyətinin düşündüyü üsulun satışlar və bilinirliyi artırmasının ardından, bir də universitetdə case olaraq incələnmişsə… Həzzzz…

Başqa? Başqa da can sağlığı…

- Şəhərin en gözəl yerindəki bilboardlardan ikisini şirkət üçün ələ keçirmək

- Reklamların və işlərin wom etməsinə nail olmaq

- Mağazaya turşumuş sifətlə gələn müştərini məmnun vəziyətdə yola salıb, ondan sonrakı 1 ayda sizə daha 5 müştəri gətirməsini təmin etmək

- Müştəriyə “mən sizin markanızı səvirəm” dedirtmək…

Vəəə…

Finans, İstehsalat və İnsan Resursları şöbələrinə şirkətdə ağanın Marketinq şöbəsi olduğunu sübut etmək…

Bütün marketinq menecerlərə sonucunu arzu edirəm…

P.S. İşə bax e... Ciddi marketinq təcrübəm olmadığı halda ehkam kəsməyə varam da… Özü də gör bu blogu kimlər oxuyur…

P.P.S. Bıyy… Marketinq müəlliminin həzzlərini unutdum… Bir cümləyələ özətləyim: Marketinqçiləri bu həzzi yaşayacaq səviyyədə yetişdirmək…;)

5 yorum:

Adsız dedi ki...

Finans, İstehsalat və İnsan Resursları şöbələrinə şirkətdə ağanın Marketinq şöbəsi olduğunu sübut etmək…

amaaaaaaaaaaaaaaaannn........

Aygün İslamzadə dedi ki...

Bir nefese oxudum.. Hezz aldim.. Gerchek hezz..
Niye bunu men yazmamisham dushundumm.. hezz itdi:))) qachdi menden.. Yerini paxilliq tutdu. Neyse ki, mende az az olur.. Bezilerinde lap chox.. vay onlarin halina!
Emilionun da sherhi superdir. Heyif ki, utopik hezzdir, xususen Azerbaycan realligi uchun

Vüsal Qəmbərov dedi ki...

Aygün şərhini yarım nəfəsə oxudum. Əsl həzzi aldım. Kiçik yazımın altında belə bir şərh olmasından həzz aldım. Sənin kimi marketinqçi kimi fərqli uğurların və blogger kimi bir birindən gözəl şərhlərin həzzini bilən birindən gəlməsi xüsusi xoşdu.

Emilio da Finansçıdı deyir yuxunuzda görərsiz :)....
Baxarıq!

Rüstəm Məmmədov dedi ki...

"Məqsədi müştəri yaratmaq olduğu üçün, iş dünyasındakı hər bir şirkət iki, ancaq bu iki, ana funksiyaya sahibdir; Marketing və Yenilik. Marketing, işin fərqləndirici, bənzərsiz bir funksiyasıdır." P. Drucker.

Biz unv-de olanda Finans ushaqariyla hemishe mubahisemiz olurdu, Finas mi, yoxsa Marketing mi en bashda gelen funksiyadir deye. Bu mubahise hele uzun iller davam edecek, chunki bu tek "ushaqlar" yox eyni zamanda "yekeler" arasinda da muzakire movzususdur. adi, yadimdan chixib, chox boyuk bir arashdirma shirketi, Turkcell uchun bir ish gorushmesi uchun Turkiyeye gelmishdi. Shirket sahib musahibesinde " Finans bir shirket uchun en tepede duarn fionksiyondur, gerisi ise Finansa bakar" deye bir soz demishdi. Bu da, chox muzakre olunmushdu..

Mene gore shirketin qurulma meqsedi pul qazanmaqdir, musair dovrde de shirketin ayaqda durma direyi mushteridir. marketing de Mushteri ile elaqeli elm oldugu ve pul qazanmaq uchun yene de var oldugu uchun, shirketin bir nomreli funksiyasi Marketingdir...

Hormetle,

Vüsal Qəmbərov dedi ki...

Canım qardaşım sən maa de görüm Marketinq həzzini yaşadın o müzakirələrdən sonra ya yox :))

Kopirayterlər üçü məncə əsas həzzlərdən biri də yenilik etməkdi. Bu formalarda: lüğətə yeni söz əlavə etmək və bunun istifadəsinə nail olmaq (Afətin "idarələnmə"si kimi), şablonları qırmaq (Orxanın "Evlilik sultanlıqdır"ı kimi), hamı tərəfindən işlədilən bir fraza ortaya qoymaq (Dəyişək, inkişaf edək məs.) vs.