Yaşasın Marketinq!!!

Verilən söz namusdu (vau)…

Buradan bu şərhlərə binaən - …ne qeder ki, bu tip insanlar var, marketinq de yashayacaq… …birilerini alt paltarinin Armaniden oldugu zovq verirse, marketoloqlarin borcu da bunu temin etmekdir…

Martın axırına yaxın yıxdığımız marketinqin evini geri qaytarıb tikməyə söz vermişdik… Marketinqi bəyənməyənlər cəhətdən onsuz da qıtlıq yaşamazkən bir də özünə marketinqçi deyən birinin durub marketinqi tənqid etməyi çoxuna qəribə gəldi… və haqlı da gəldi… Amma marketinqin 0,5x0,5m parçaya Nike deyə bir məna yükləməsi, bir Swoosh’la hər şeyin dəyişməsi bir çox nöqteyi nəzərdən etik görünmür…

Amma gəlin bu məsələyə etik görünən nöqteyi nəzərlərdən baxaq. Hələ marketinqin seviləcək başqa məqamlarından da yazının gözünə qataq…

Marketinqin partlayışı baby boomers nəsli ilə başladı. 1960’lardan etibarən II Dünya müharibəsinin şokunu və itkilərini üzərindən atan ABŞda gənc nəsil istehlak çılğınlığının əsasını qoydu. Bu isə özlüyündə marketinqin yüksəlişini başlatdı. Zamanla bu tendensiya dünyanın digər ölkələrinə də yayıldı təbii ki. Çox uzatmayım bu məsələni… Nəticədə insanlar aclıqdan bolluğa keçdi və istehlakın verdiyi həzzi yaşadı.

Bu həzz isə bazarda fırlanan pulları, o pula gözü düşən şirkət və şəxsləri artırdı… İlkin ehtiyacları çoxdan ödənən qərbli Maslou’nun ehtiyacar ierarxiyasında yuxarı doğru adımlamağa başladı (Aygün sən deyən kimidi, o ierarxiyada biraz sapmalar olsa da, qətiyən yer deyişmə ola bilməz). Məhsulların keyfiyəti yüksəldi, bu məqam rəqabət aləti olmaqdan çıxdı. İnsanların fiziki ehtiyacı doydu. Bu da təbii şəkildə məqsəd olmaqdan çıxdı. Nəticədə ənənəvi iş prinsipləri pozuldu. Bunun ən böyük nəticəsi nədi bilirsiz?

Hamı bir ağızdan “marketinqin inkişafı” demək istiyir axı elə bil… Yekun odu, bəli. Amma ondan bir addım öncə başqa məqam var…

Rəqabət çətinlişdi. Və ən əsası artıq iş görmək daha ağır oldu. Bu isə şirkətləri işə elmi yanaşmaya yönəltdi. Bu elm də nə olsa yaxşıdı? – MARKETİNQ…

Artıq marketinqsiz və ona elmi yanaşmasız nəsə etmək istəyirsə birisi, o ya da dəlidi, ya ilhama gəlib, ya “yuxarıdan” mesaj alıb, ya da pulu artıq düşüb… Marketinq hazırda biznesin pərakəndə aparılmaması üçün yeganə yoldu. İstirsiz tətbiq etməyin. Özünüz bilərsiz… Amma yenə də bu şəkildə çox hərəkət etməmək tövsiyə edilir…

İndiki dövrə baxdıqda. Artıq insanlar aldığı məhsulla bərabər bir sürü əlavə dəyər tələb edir. Kompyuter aldıqda onun istirahətinə, iletişiminə (heyf ki, öz dilimizdə tapa bilmədim bir söz:( ), işlərində rahatlığı təmin etməsini gözləyir. Bəlkə də başqa gözləntilər də var. Bax onu müəyyən edib təklif vermək marketinqin işidi. Bunu mühəndis yuxuda görməyəcək ki. Ya da finansçı… Pulların üstündə bu bilgilər yazılmır. Bu bilgilər insanların şüuraltında olur. Ora enməyə isə yaxşı bir kəndir lazımdı. “Marketinq kəndiri”.

İnsanlar qara təkrəng köynəyinin üstündə ona status təmin edən bir şikil istiyir. Məsələn 3 dənə Yonca yarpaği, ya da qıvrılmış xətt.. Birini Adidas, birini Nike’dan istəyin. Amma buna görə eyni keyfiyətli logosuz maldan 10 dəfə artıq pul ödəməlisiz. Özünüz baxın da. Sizi zorla Nike’ın dükənına aparan yoxdu ki…

Şeytan deyir ki “mən insanlara heç nəyi məcbur etdirmirəm, sadəcə yönləndirirəm”. Ona görə əsl məsuliyəti özümüz daşıyırıq günahlarımızda. Allah qarşısında krediti bol olmayanlar şeytana qulaq asmasa məsləhətdi… Cibində pulu olanlar üçünsə Nike dükkanına yönləndirməyə cavab vermək əsla problem deyil…

Yaşasın marketinq qardaşlar və bacılar… İnsanlar nə istəyirsə marketinq onu görür və təqdim edir. Buna görə marketinqi günahlandırmamaq lazım… Hətta bir döş nişanı ilə təltif etmək lazımdı. Bu marketinqdi də şirkətlər qırır bir-birini bizim üçün – istehlakçı üçün… Cibimidəki pula görə də olsa dəyər verirlər… Halaldı onlara cibimizdəki pul…

P.S. Marketinq həzzi… Buna da toxunmaq istədim. Yadıma Shared’in daşı düşdü… Yazını çox da uzatmayım dedim:)

P.P.S. Marketinq haqda xoş sözlərdən hayıl-mayıl olanlara… :)

4 yorum:

Aygün İslamzadə dedi ki...

Yorumunuzu birakin yazilib burda, amma bele yazinin ustune yorum olar.. Zaten onu menim yorumuma yazilib.. Ela. Marketinqe bu defe terefdashliq etdiyin uchun teshekkur. Amma evi yixilsini ele zenn etme ki, bele rahat unudacam.. Xetrimize deyibdi. Bir marketinqin, bir de menim.. :))

Vüsal Qəmbərov dedi ki...

Marketinqin könlünü bir teher alarıq. Yazıq "günah keçisi"di de:) Gelen vurur geden vurur... Men dediyim neydi ki? Evezinde bu qeder müdafie eledik...

Senin xetrini ise nece alacağımı düşünüm gerek. Marketinq hezzi hazırdı. Belke o kömek eledi:)

Rüstəm Məmmədov dedi ki...

Marketinqə vurmaq ya da vurmamaq işin zarafat tərəfidi. Məsələ isə əslində etik və qeyri etik yönlərin müzakirəsisidr məncə. Düzdü, marketingçilər sadəcə yönləndiri, ancaq düz yoxsa səhv yola yönləndirmə deyilən bir mövzu müzakirə olunmalıdır axı.Siqaret və ya içkidən nümunıə versəm, məsələ çəkiləcək dini zəminə. Ona görə də oradan misal vermirəm.
"Marketingin məqsədi mümkün olan ən baha qiymətə, ən çox müştəriyə, ən tez olan dövrlərlə mal satmaqdır" deyə bir tərfi hələ də bəzi yerlərdə işlədirilir. İş də orasındadır ki, Marketologlarin çoxu məhz bunu mənimsəyir,
"ehtiyacların təmin olunması"nı isə mənimsəyə bilmir. Mənimsəmir! Onu ancaq müsahibə verəndə və yazı yazanda ifadə edir...

Ona görə də əslində müzakirə olunmalı olan Marketing yox Marketologlardır....

Hörmətlə,

Vüsal Qəmbərov dedi ki...

Rüstem eslinde men de marketinqçilerin nece hilelerle satış gerçekleştirdiyini çox yaxşı bilirem. Hergah tecrübem olmasa da, satış edenlerin yanında olmuşam, bir iki defe de etmişem...

Sadece insanlar bele aldadılmaq ve yönlendirilmek istiyirse marketinçiler bunu edir. Yenii ki, bu mövzu çox çetrefilli bir mövzudu...

Marketoloqlar ise mütleq tartışılmalıdır...