Nə deyir e bu Trout-Ries cütlüyü?

Gurular - 1

Mak Forumda marketinq guruları barədə açılan söhbət çoox maraqlı ssenari ilə davam etdi. Demək olar hamının adını çəkdiyi Kotler və Trout-Ries cütlüyü oldu. Kotler… Onun haqqında bəlkə daha sonra. Şəxsin ən bəyəndiyim marketinq gurusu Theodore (Ted) Levittdi. Onun çılğınlığı, yazdıqlarının o an üçün böyük yeniliklər daşıması, xeyli müddət sonra anlaşılması və qəbul edilməsi kimi məqamlar Levitti dəyərli edir.

Ondan sonra isə Trout-Ries cütlüyü gəlir. Düzü forumda Jack Trout’u ayırsam da, KISSHOTun düzəlişini məntiqli görürəm. Onlardan hansının bu ideyalarda payının nə qədər olduğunu müəyyən etmək çətindi…

1969’da AdAge jurnalında yazmağa başladıqları Positioning – Mövqeləndirmə məqalələri ilə marketinq camiasına bomba kimi düşən TR düz 12 il – Positioning: The Battle For Your Mind kitabına qədər – dəhşətli dərəcədə tənqid olunub. Bu müddətdə ideyalarını sübut etmək üçün 1000dən çox məqalə yayımlayıblar. Bunlar əsasən elmi jurnallarda vəya yüksək tirajlı dərgilərdə yayımlanıb. Tənqid səbəbi isə belə olub: “Məhsul onsuz da bazarda mövqeləndirilir, bunun üçün əlavə işə ehtiyac yoxdu”. Fəqət istehlakçının qəbullarının şirkətin düşncələri ilə üst-üstə düşməyə məcbur olmadığı unudulub. Uzun çək-çevirdən sonra “mövqeləndirmə” yeləşdirilib marketinqçilərin zehninə…

Nə deyir bu T-R?...

TR cütlüyünün dedikləri müddəalarla kitablarında var. Trout’un dəyişməz 22 qanunu. Elə bənzər bir şeyi də Ries ifadə edib. Amma ümumiləşdirəndə görünür ki o qədər kitab və məqalə 2 cümlədə gizlidi: İstehlakçının beynində bir nöqtənin hədəf alın və oraya hücum çəkin. Bunu edərkən maksimum səviyədə sadə və fərqli olun.

Artıq digər bütün müddəalar da buradan törəyir. Positioning kitabının adı da boş yerə “Battle for your mind” – “Zehniniz uğrunda savaş” adlandırılmayıb. Trout və Ries’ın bu düşüncəyə gəlməsi isə adını çəkdiyim kitabda tez-tez təkrarladığı “overcommunicated society” və “overcommunication” fenomenlərinə bağlıdı. Yəni artıq istehlakçı həddən artıq mesaja məruz qalır və bu mühitdə fəqrli və sadə olmadan uğur qazanmaq olmaz. Bunun nəticəsidi ki, onlar mövqelənməkdən, lider olmaqdan, ilk olmaqdan, reklamın gücünün azalmasından, diqqət çəkici bir ad seçməkdən bəhs edirlər…

Trout ve Ries artıq ayrıdı. Son 10 ilə baxanda əsərlərdə TR cütlüyünü görmürük. Ayrldıqdan sonra diqqət çəkən məqam: Trout daha çox fərqliləşmə və mövqelənmə, Ries isə PRın gücü və sadələşmə üzərində durur…

Trout və Ries gözəl fikirlər səsləndirsə də, gələcəyin marketinq mühitinin reallığından bəhs etsə də, məncə bir şeyi nəzərə almırlar. Marketinq sadəcə şirkətlərin marketinq case’inə dönüşən işlər görməsi, bər-bəzəkli sözlərə layiq görülməsi, bazarda özünəməxsus yer tutması üçün yox, əslində pul qazanmaq üçün var. Yəni bir nişdə lider olub 1 milyon dollar qazanmaqdansa, Virgin olub 2 milyard dolar qazanmaq yaxşıdı. Üstəlik də ki hər kəs lider ola bilməz. Ən əsası isə sadəcə liderlər və böyük markalar pul qazanmır. Yəni millət bu işi pul qazanmaq üçün edir. Çinin 1 milyard parça texniki avadanlıq istehsal edən bir şirkəti var. Adını 3 dəfə eşitmişəm və yadımda qalmayıb. Nə olsun ki? Onlar pulunu qazanır…

P.S. Gəlin barışıq aşı bişirək T-R üçün…

12 yorum:

Aygün İslamzadə dedi ki...

Isteyirsen barishiq ashi bishir, isteyirsen Troutun ve Raysin nevelerinin dishi chixib hedik bishir, birinin adindan o birine gonder.. Inanmiram geden gemi qayidar. Bu ushaqlar var ya...ushaqlar.. qardashlari, bacilari bir birine dushmen edir,O ki ola kitab yazan iki yad adam:))
TR-i hami uchun achiqladigin uchun chox sag ol. Bilmeyenler de bilsin.. Qeribedir ki, bilmeyenler de var:))

Vüsal Qəmbərov dedi ki...

Süret buna deyirler e...

Şerh hemen hazır...

Heee... Hetta istedim Laura Ries'ın da şeklini qoyum bura. Görüm belke teleb olsa sonradan elave eledim:))

Trout-Ries haqda hele çox yazmaq olar eslinde. Burda qısaca keçdik üstünden... Marketinqde xüsusi yerleri var...

Aygün İslamzadə dedi ki...

Boyy.. Bes bilmirdin ki, biz bele operativik.. Bu yerde adama deyerler ee..siz guzgude ozunuzu iki-iki gorursunuz.. Nese ureyimden biz demek kechdi..
Off top etmeyim de forumdan bura kechib deyesen. Ne ise..sozumun cani o iki marketinq divini bir birine kusdurem Laura Riesin sheklini teleb edirem..
He, birde men ayin sozunu vermemishdim ee..Sene sloqan vermishdim..Indi deyirsen bir aydan sonra xeyallar ve planlar goye uchacaq??

Vüsal Qəmbərov dedi ki...

Xaiş eliyirem off-blog elemeyin :))

Bura demokrat bir blogdu. Off-blog da olar Flud da :)

Laura Riesi birazdan göre bilersiz burda?

O sözü ise blogun devizine çevirerik. Daşdan ağır sözdü eee :)))

Vüsal Qəmbərov dedi ki...

Şekil hazır. Öz aramızdı Ries'ın qızı da qeşengmiş aaa:))

Rüstəm Məmmədov dedi ki...

Hechne basha dushmedim...Ushaqlar kimdi? hansi ushaq dushmen edib bunlari birbirine..Sora da ki, Lauranin da sheklini qoy, qizinin da sheklini qoy:)

Aygün İslamzadə dedi ki...

Vusal, heqiqeten yeri varmish.. :))) Qesheng qizdir.

Shared Folders dedi ki...

Əslində onların "Marketing warfare" kitabında daha realist və ağlabatan fikirlər var. Onu da oxumağı tövsiyə edirəm.
Son paraqraf haqqında isə deyəbilərəm ki, şirkət bugün pul qazanabilər, ancaq əgər düzgün marketinq strategiyası qurmasalar onda bu uzun çəkməyəcək. Çində şirkətlər istehsal etməklə pul qazanır, ancaq onların sifarişçiləri isə elə Çində istehsal olunan malları Çinlilərin özlərinə sataraq qat-qat artıq pul qazanır.

Vüsal Qəmbərov dedi ki...

Rüstem forumda söhbet düşmüşdü deye dedim bloga baxan hamı bilir. Al Riesın o şekildeki qızı Laura Riesın marketinqçi olmaq isteyi ve dedesinin de onu desteklemesi, Troutun ise bununla razılaşmamasıdı ayrılığın sebebi...

Belke ne vaxtsa bu haqda da yazdım. David Aakerin qızı Jennifer Aaker en meşhur "marketinq qurusu balası marketinq qurusu" sayılır :)

Marketing Warfare'i de yazdım may siyahısına:) Ödevlerden sonra oxunacaq kitablar... :)

Vüsal Qəmbərov dedi ki...

Shared son paraqrafa açıqlama verecem onsuz da. Çünkü en vacib meqamı 2-3 cümleye sığdırmışam...
Marketinq strategiyası filan öz yerinde. Bunu düşünmeyen şirket batmağa mehkumdu. Amma lider veya ikinci olmadan da pul qazanıla biler demek isteyirem. Heç bunun gelecekde de deyişmeyeceyini düşünürem.

Bir de Virgini misal getirmeyimin sebebi var. Brand extension mövzusunda herhansı bir yazıya ve meqaleye başlayan hamı ele bil TR'ye acıq vermek üçü onların adını çekir. Çünkü TR brand extension'un sehv bir iş olduğunu deyir. Halbuki Virgin Dünyada Brand extension'un en önemli tetbiqçisi kimi işini görür ve xeyli de pul qazanır. Tebii ki müeyyen marketinq siyaseti ve strategiyası çerçivesinde...

Bele görürem artıq Virginden yazmaq şert oldu :)

Shared Folders dedi ki...

Qazanmaq olur, ancaq qısa müddətli. BCG-nin araştırmasına görə hər bir bazarda consalidation (birləşmələr) getdikdən sonra bazarda 3 böyük şirkət qalandan sonra adətən onların payı bir digərindən 2 dəfə çox olur. Məsələn bizdə mobil operatorlar sektoru buna çox gözəl nümunədir. Ona görə də birinci olmayıb pul qazanmaq mümkündür, ancaq qısa müddətli

Vüsal Qəmbərov dedi ki...

Nə deyim vallah... Uzun müddətdi ki qazanır biriləri. Amma Bostonlu qaqaşıar da fikirlərinə hörməti haqq edirlər. Düzünə qalanda isə bu birləşmələr, məsələnin çəmini dəyişir...