Blogumun 100`ü çıxdı

Bugün blogumun 100`cü günüdü. Mən də bu səbəblə blogda dəyişikliklər etmək qərarına gəldim. Amma Türkiyəli qardaşlarımız demiş deyəsə "yüzüme gözüme bulaşdırıram". Gün ərzində müdaxılələrlə blogu adam halına gətirməyi düşünürəm. Yaxşı bir şablon axtardım. Onun da evini yıxdım. Bir sözlə başı bəlalı blogu bir normal hala sala bilmədim. Bu yüz gündə blogumu və məni yalnız qoymayan bütün dostlara buradan təşəkkürümü bildirəcəm - ad ba ad.

Yaxşı bir şablon düzüb qoşa bilsəm hətta ciddi yenilik də ola bilər.
Sizdən bu yüz gündə blogumda itirdiyiniz vaxt müddətində oxuduğunuz yazılardan ən bəyəndiyinizi də soracam. Elə isə marketoBlogu izləməkdə davam edin. Lap ATV Magazin kimi oldu e. Baxan da deyər nə önəmli blogu varmış.

100`ü çıxan blogun yüzünü də dəyişəcəm. Artıq mövqeləndirmə belə hazırdı. Yuxarıda yazılıb. Blog kimi deyil, artıq Marketinq jurnalı kimi fəaliyət göstərmək də olar. Ona da baxarıq.

7 yorum:

rsh dedi ki...

Yeni theme'n əladır.
Sevirəm belə fonları, 100cü sayında mübarək.

Necə deyərlər "severek izliyoruz abi :)"

Vüsal Qəmbərov dedi ki...

Təşəkkürlər Makla. Bəyəndinsə elə bu da qalacaq. Mən də severek yazıram. Belə izləyəcisi olan yazar da :)

Bu arada blogu kimin izlədiyi də bəlli oldu ;))))

Hələ əl gəzdirəcəm görək də. Sən də blogu aktivləşdirsən əla olardı.

Hörmətlə,

Rüstəm Məmmədov dedi ki...

100 günün mübarək...Min günlər görsün..

Theme çox da xoşuma gəlmədi, blogun içəriyinə uyğun olmayıb məncə..ancaq positioning super...(.....Marketing Jurnalı)..Bunu ayrıca mövzu kimi də
ələ almaq olar...Beləcə blogçulardan ayırdın özünü...Təbrik edirəm Vüsal..ƏLA!!!!!

Hörmətlə,

Rüstəm Məmmədov dedi ki...

Biraz da genishledim...bashda adin yazim qaydasi xoshdur, reng sechimi ve yazi tipi goze xosh gelir. Slogan ve konumlandirma ela..yuxarida da demishem..

Sene aid olan, bu yuz gunde oyrendiyimiz logonu atmisan kunce..Niye? Teze logo olacaq? eger ele plan varsa o ayri mesele, ama yoxdur logonu gizletme sox gozlerimize ki, aglimizda qalsin.:)

Yazilar ise hemisheki kimi davam edecekse, chox gozel...

Hormetle,

Vüsal Qəmbərov dedi ki...

Təşəkkür...

Düzü Rüstəm özümü blogçulardan ayırmaq istəmirəm. Elə görünürsə onu yığışdırmaq da olar.

Logonu başlığa qoya bilmirəm. Ona görə sağda yerləşdirdim sloqanla bərabər.

Təzə dizayna görə isə əvəzsiz köməyi dəyən Aygünə minnətdaram. Məncə də bu əvvəlkindən daha yaxşıdı. Üstəlik artıq search engine də var :)

Yavaş yavaş düzənləyəcəm. Ümid edirəm Maklanın da xoşuna gələr yeni dizayn. Çünkü əvvəlkini bəyənmişdi. Amma tez dəyişdik...

rsh dedi ki...

Bəyəndim, əvvəlkinə nisbətən daha yaxşıdır.

Adsız dedi ki...

Salam! Bloqunuzun 100 günlüyü münasibəti ilə sizi, gec də olsa, təbrik edirəm! Faydalı və lazımlı iş görürsünüz. Əminəm ki, bloqunuzun neçə-neçə günlərini, aylarını, illərini qeyd edəcəyik. Sizə bütün işlərinizdə uğurlar diləyirəm!