Flaqman marka… Qoz kölgəsi, yoxsa Söyüd kölgəsi?..

Mak forumda bir mövzu daha var… Flagship brand… Düzdü o qədər də qırğın deyil;) Amma en azından Azərsun üçün flaqman marka seçməyə çalışırıq. Bu da uğurdu:) Hələ ki, Paşada qərar qılır forum əhli… İndi isə biraz flaqman markalardan danışaq…

Qısa açıqlama – Flaqman marka bir şirkətin portfelinin ən parlaq, simvolik və mənəvi dəyərə sahib, bəzən də ən karlı markası. Flqaman marka deyiləndə bu hərhansı bir sub-brand vəya konkret marka ola bilər. Onun holdinq, şirkət və ən əsası müştəriləri üçün tarixi və simvolik dəyərə sahib olması önəmlidi…

Bu məsələ çox vaxt karlılıqdan önə keçir. Məsələn Arçelik Finans Divi Koç Holdinqin ən karlı işi deyil, heç şübhəsiz. Amma flaqmanı tarxi boyu o olub. Çünkü Arçelik Türkiyədə “Babaannemin buzdolabı” imicinə sahibdi. Çoxuna görə Türkiyənin texnologiya aləmindəki simasıdı. Yəni təkcə Koç üçün yox Türk şirkətləri üçün lokomotivdi. Türk ailəsinin mətbəxində Arçelik soyuducunun həmişə öz yeri var. Heyf ki bizdə artıq Çinar soyuducuları o yeri itirir.

Flaqman hamıya lazımdı mı? Flaqman ümumiyətlə nə işə yarayır? Ziyanı və faydası? Nəylə yeyilir? Servisə nəylə bərabər verilir?

Flaqmanın faydası təbii ki, şirkətlə müştəri arasında bir bağ, əlaqə formalaşdırmağıdı. Koç’un imici və müştərinin gözündə sahib olduğu dəyərdə Arçelikin müstəsna xidməti var…

Amma ziyanı.. Təbii ki bütün qurumun imici ondan asılıdı. Diqqətli olmaq lazımdı. Üstəlik sıra gəldi başlığın açıqlamasına. Flaqman ümumi olaraq digər markaları və modelləri kölgləyir. Amma bu söyüd kölgəsi kimi fərahlıq verən bir kölgə də ola bilər. Qoz kölgəsi kimi boğucu və əzici bir kölgə də… Diqqətli olunması gərəkən nöqtə də elə budu. O markanın digərlərini əzməməsi…

Forumda bunu Afət soruşmuşdu elə…

Flaqman hamıya lazım deyil təbii ki. Üstəlik bəzən şirkət istəmədən də flaqman formalaşır. Tide PGnin öz özündən formalaşmış flaqmanı sayılır. Colgate isə diş məcununu həmişə önə çıxarır.

Flaqman fərqli ölkələrdə fərqli ola bilər – Tide deyil bizdə, məsələn, Arieldi... Zamanla dəyişə bilər – əvvəllər Crest idi halbuki Amerikada.

Flaqman ən çox maşın dünyasında lazımdı. Özü də çox lazımdı. Ford’un flaqmanı olan Focus’la hazırki ən yaxşı modeli Mondeo arasındakı turarsızlıq ciddi təsir edir markaya. Subaru ölkəmizdə Tribeca’nı deyil, Forester`i flaqman olaraq mövqeləndirməklə böyük bir səhv buraxdı. Sonradan düzəltdilər deyəsən səhvlərini amma gec idi biraz.

Maşınlar adətən D vəya E seqmentində olan modellərini, bəzən də SUV’ları flaqman edir. Nadir hallarda bu fərqli olur. Toyota’nın Corollası kimi… Ford’un da Focus’u... Bunlar Cdəndi…

Flaqman marka çox faydası olan bir şeydi. Korporativləşmə və markalaşma üçün əsl tramplindi. Şirkətlər bundan gərək efektiv istifadə etsin. Hətta bu blog yazısın genişləndirib elmi məqaləyə də çevirmək olar. Düzdü bunun yazıya heç dəxli yoxdu. Amma ürəyimdən keçdi dedim yazım:)

P.S. Azərbaycan futbolunun flaqmanı Neftçidi. Amma Bürünc-66 deyib durmuşuq elə. Bu nə flaqmanlıqdı e? Dostluq kobukunu da almamış o Xəzər aldı?

P.P.S. Bizim flaqman markaların kölgəsi filan yoxdu. Onların özləri bir budağa həsrətdi. Olan kölgələrindən də özləri qorxurlar… Yox bir orda hələ kimisə də barındıracaqlar…

14 yorum:

Aygün İslamzadə dedi ki...

Sevirsen de oyretmeyi.. Ela yazidir oyretmek baximindan..
Amma Burunc 66 da kimmish neymish tanimadim, ha

Vüsal Qəmbərov dedi ki...

Bürünc 66 Neftçinin 1966da qazandığı SSRİ çempionatı bürünc medalıdı. Qəzetdə işləyəndə bezmişdik yazmaqdan :))

Təşəkkürlər...

Vüsal Qəmbərov dedi ki...

Hyundai'in flaqmanından men yox Rüstem danışsa daha yaxşı olar dedim :)

Nissan?? Maraqlıdı. Evvel Maxima idi. İndi? Teana belke?

Honda? Accord...

GM? Chevrolet... Chevrolet?? Malibu veya Lacetti mi?

Mercedes'de hemişe S seriyası olub... O asandı:)

VWde Passat... Renault'da Megane... BMWde 7 seriyası vs...

Afulya76 dedi ki...

Subaruda Tribeca B9 idi axi Flagman :( nosh xetrime deyirsiz

Rüstəm Məmmədov dedi ki...

Idi deyendeki ay Afet, bes indi hansidir?:)Subaru B9 Tribeca flagman deyil Afet mence, Azerbaycanda deyil. Menim fikrimce ise hech umumiyyetle dunyanin hech bir yerinde Tribeca flagman deyil, ona gore ki, IMPREZA var...Nolsun ki boyu balacadir?;)

Subaru nedir ki, biz ondan otru senin xetrine deyek...:)

Hormetle,

Orxan Cuvarlı dedi ki...

Azersunun flagman markasi TEKSUN deyil?
Azersun deyende menim aglima TEKSUN gelir

Vüsal Qəmbərov dedi ki...

Subarunun Flagmanı barədə Afətlə Rüstəm özləri razılığa gəlsin... Mənlik deyil :)))

Amma fikrimcə Legacy"di...

Orxan Teksun artıq onu itirib. Hazırda Final çox daha öndədi. Bunu hər yerdə görmək olar.

Hyundai`n flaqamanı bəs? Necə çətin bir sualdı bu? :)))

Audi? :) Opel? Mazda? Chrysler? Volvo?

Sabancı? Gilan Holdinq? :)

Rüstəm Məmmədov dedi ki...

Subaru meselesini biz Ad-Ay-la muzakire etdik.
Eslinde yaxshi movzudur muzakire uchun.

Mesele orasindadir ki global ile local bazarlar arasinda ferqler ola biler. Meselen kim iddia ede biler ki, Turkiye bazarinda Santa Fe ve ya Sonata bu rolu ustlenib? Olmaz!

Flagmana en yaxshi numune ise KIA-nin Turkiye bazarinda SORENTOsusudr. Bu achiq ashkar flagman modeldir...

Hormetle,

Vüsal Qəmbərov dedi ki...

Kianı unutmuşdum təmiz. Sorento yəqin ki hər yerdə flaqmandı.

Sonata isə Türkiyədə olmasa başda Azərbaycan olmaqnan elə global olaraq da flaqmanıdı da Hyunadinin... Deyil??

Flaqmanın lokal olaraq fəqliləndirilməsi və bu addımın nəyə əsasən edilməsi... Bax bu çox maraqlıdı.

Hörmətlə,

Rüstəm Məmmədov dedi ki...

Bazarlar ne qeder benzer olsa da bir-birinden ferqlenir. Hetta benzer dini, medeni kulture sahib, milliyeti de eyni olan insanlarin da davranishlari ferqlidir. Davranish deyende satinalma davranishlari ve algilarindan behs edirem (chox uzr isteyirem perception sozune tam qarshiliq Azerbaycan dilinde tapa bilmediyime gore turkce yazdim).

Balaca bir misal deyim, madem muzakirelerde avtomobillere yer ayirmishiq men de deyim. Toyotanin turkiyede flagman modeli hansidir? Senin sehv etmiremse yazi icherisinde de qeyd etdiyin kimi Corolla. Azerbaycanda hansidir? Prado! Bunu Toyota Center Baku ozu bele formalashdirmayib...

Seninle raziyam ki, ferqlendirme ne qeder duzgundur? Bu esasen markanin movqelendirmesine chox muzakire olunmali movzudur mence, ancaq bu movzuda da muzakire oluna biler. Ancaq, men umumen bu cur ferqlendirilmesinde problem gormurem, eksine bir chox hallarda duzgun strategiya da ola biler.

Hormetle,

Vüsal Qəmbərov dedi ki...

Fərqləndirmədə təbii ki problem yoxdu. Hətta şərtdi. Deyirlər şəhərdə Prado əlindən tərpənməli deyil. Bunun olacağını təxmin etmək elə də çətin deyildi. 3 faktor var. Onları yazmağa həvəs yoxdu, məndən yaxşı bilirsiz :)))

Corolla isə dünyadakı flaqmanıdı həm də. Düzdü Amerikada Camrydi. Ərəb ölkələrində Land Cruiser. Amma global flaqman Corolladı.

Fərqləndirməyə qarşı deyiləm. Tam əksinə. Sadəcə maraqlıdı avtomatik olan flaqman ortaya çıxması heç, şirkətlər bilərəkdən flaqman fəqliləşdirəndə nəyə fikir verirlər. Amma ki bu elə sən deyən kimi mövqeləndirməylə bağlıdı.

Azərbaycanda flaqmanı çox qabartmaq markanı öldürür. Bunu nəzərə almalıdı şirkətlər. Təbii ki, model adı bir hərf vəya rəqəm filan deyilsə (Mercedes, Volvo vs.). Sonatanın Hyundaidən məşhur olması, bir zamanlar Maximanın Nissandan. İndi də belə görürəm Prado Toyotanı üstələyir.

Focusda o güc var. Amma Nurgün Motors Focusu çox tanıtmır.

Vüsal Qəmbərov dedi ki...

Bizim blogların flaqmanı Marketinq Dəftəridi :))))

Hörmətlə,

rsh dedi ki...

Oxudum, maraqlıydı.

Vüsal Qəmbərov dedi ki...

Təşəkkür Makla...

Rüstəmin şərhləri yazıdan daha maraqlıdı.. Onlara baxaydın sən ;)