Azərbaycanda fikir lideri olmaq

Marketoblog açılandan belə uzun fasilə görməmişdi. Əslində ehtiyatda 2 yazım olsa da, həm internet imkanlarının “genişliyi”, həm də o yazıları çox da sizə təqdim etmə həvəsində olmamağım dolayısıyla bloga 1 ay ara verdik. Rüstəm demiş “bloq da qoy biraz nəfəs alsın” deyə düşündüm.

Əslində Bakıya gələndən qələmə almaq istədiyim o qədər mövzu olub ki... Eləcə “Azərbaycanda marketinqin vəziyəti”ndən başlasam silsilə yazılar çıxar ortaya. Nəysə elə əslində indi yazacağım mövzu da “Azərbaycanda marketinqin vəziyəti”ndən bir hissədir.

Şəkiyə guya ki, konfrans üçün məqalə yazmağa getmişdim. Bakının səs-küyündə alınmadı düşündüm gedim Şəkinin təmiz havasında oxuyum və yazım. Heyf ki, bir aylıq “oxuma antraktı” dincəlməyimə kömək eləsə də, əməlli yadırğamışam. Fikirlərimi toparlayıram yaxşı ki, yavaş yavaş. İndi sizə nədən deyim, nədən danışım...

Şəkinin Layısqı kəndindən deyəcəm. Lap olacaq “Layısqı kəndinin əhvəlatları”...

Azərbaycan istehlakçısının iki üzü var: özündən razı/heç kimi bəyənməyən və sürü psixologiyasıyla hərəkət edən. Birincini qoyaq bir kənara hələlik. Qıyməti 8 min təzə manatı keçən orta statistik azərbaycanlı elə bilir ki, 5-6 alçaq təpənin təsisçisidir. Bu heç...

Amma özündən bu qədər razı olan Azərbaycan istehlakçısı sürüyə qoşulmağa elə həvəslidir ki... Azərbaycanda ən güclü və efektiv marketinq alətinin, hətta silahının wom olduğunu daha öncə də demişdim. İnsanlar arasında hər hansı bir şeyi dəb sala bilən insan “Azərbaycanda ən yaxşı marketinqçi”dir. Bax biraz da konkretləşərək sizə belə bir “özündən bi xəbər marketer”dən (artıq xəbərdar eləmişik) danışacam. Və onun timsalında Azərbaycanda fikir liderliyindən.

Yoxsa biraz iddialı oldu. Fikir liderliyi haqda ətraflı bəlkə daha sonra. Amma adından bəlli olduğu kimi cəmiyətdə fikirləri izlənən və dedikləri önəmli qəbul edilən insanlardır. Fikir liderləri bir yaşayış məntəqəsindən tutmuş qlobala qədər ola bilər. Qlobal fikir liderlərinin ən böyük “müştəri”si UNICEFdir. Layısqı kəndində fikir lideri isə 20 yaşı yenicə tamam olmuş bir qızcığazdır. El arasında söz var “gedib özümü dağdan atsam arxamca gələcəklər”... Bax bu sözü belə eşitdim ondan. Görün nə haldır ki, başqalarıyla eyni şeyi geyinmək istəməyən bu xanım aldığı paltarları müxtəlif daşlarla bəzəyib dəyişdirməli olur. Məsələn, 1 il öncəyə qədər kənddə heç kim fenin nə olduğunu bilmədiyi halda, onun parikmaxerlik kursuna getməsi xəbərini aldıqdan sonra... Artıq hər evdə bir fen və parikmaxerlik kursuna gedən ən azı 1 nəfər var. Onun sayəsində artıq Bakıya gələnlər lahmacun yeməmiş geri qayıtmır.

Ən maraqlı gələni isə başqa bir hadisə olmuşdu. Təfərrüatını verməyim. Sadəcə bunu deyə bilərəm ki, Bakıdan filan formada qayıdacam deyib kəndi tərk etdikdən sonra geri qayıdıb bütün əhalini elə o formadaca tapmışdı. Bu dəfə kiçik bir fərqlə - “balaca lider” o formada deyildi....

Azərbaycanda fikir lideri olmaq üçün nə lazımdı sualına cavab axtarıram. O bacı sirrini açıqlamadı. Araşdırmalar davam edir...

6 yorum:

Adsız dedi ki...

Salam Vüsal! Darıxmışdıq sənin üçün. Yaxşı istirahət edə bildinmi, yoxsa istirahətin davam edir?))

Yazın maraqlıdır. Məncə Azərbaycanın hər kəndində elədir - camaat elə bir-birini güdür ki, "görüm filankəsin işləri mənimkindən yaxşı olmadımı". Filankəs özü üçün nəsə bir şey alsa, yaxud nəsə bir yaxşı iş görsə, hamı deyir ki, "filankəsin varıdır bizim də olsun".)) Yəni kəndlərdə (əslində şəhərlərdə, və bəlkə də dünyanın hər yerində)inkişaf bu cür gedir.)) Sadəcə kənddə bu daha aydın görünür.

Adsız dedi ki...

Vusal, Azerbaycan istehlakcisini analizin mukemmeldir. Cox da icinde olmadan bele analiz etmeyine heyran oldum.
Dediklerinle yuz faiz raziyam, hele ozunu beyenib, basqasinin arxasinca dusme meselesi tam duzdur. Basqasinin arxasinda dusme eslinde bir arasdirma movzusudur.
(Macera isteyirsense bu movzuda bir meqale hazirla:) Anketin beraber ederik:))
Bunu gereksiz 'hesed' olaraq da adlandira bilerik eslinde. Ancaq bunun musbet terefleri de var.
Meselen bugun ovladini universitete hazirlasdiranlarin coxu ovladinin oxuyub 'adam' olmasi ucun deyil. Her birinin fikir lideri olaraq qebul etdikleri insanlarin ovladlari oxudugu ucundur... Bu meqsedle de olsa onlardan da heqiqi menada oxuyan cixir..

Bu fikir liderinin arxasina dusme sadece bizim cemiyyete xas olan bir xususiyyetdirmi? Bu mence 'insan' yasayan her cemiyyet ucun labud haldir.
Bu hansi cemiyyetde yasamasindan, hansi sosyal statusa sahib olmasindan asili olmadan her kesin icinde biraz var. Ola biler ki, bizde hem fikir lideri olaraq qebul edilenlerin sayi coxdur, hem de onlari lider olaraq qebul edenlerin...

Adsız dedi ki...

Salam Vüsal.
Yazın həqiqətən də maraqlıdır. Fikir liderliyi məncə hər yerdə və hər sahədə imzasını atan bir prosesdir. Bəlkə də kənardan baxanlar üçün. Əslində belə düşünsək bəlkə də heç fikir lideri kimi bir şey də yoxdur lider olan kəs üçün. Axı bir insan belə düşünsə o zaman vəziyyət necə olar?! Əlbəttə ki, sənin yuxarıda yazdığın prosses baş verər, yəni "özündən razı, heç kimi bəyənməyən"lər baş qalıb gedər. Ya da düşünsəm ki, onlar onsuzda baş alıb gedirlər, deməli belə bir nəticə çıxır ki, həqiqətən də fikir liderləri var. Deyəsən bir az qarışıq oldu :). Sadəcə mən demək istəyirəm ki, fikir liderini lider edən özü deyil, məhz həmən o xalqdır. Fikrimcə hər kəs özü-özlüyündə bir fikir lideridir. Sadəcə çoxları bunun fərqində deyil.Ən əsası da ki, kənd camaatı. Onların həyatı planlaşdırılmış kimidir, öz işlərini bilirlər və mənə belə gəlir ki, onlar həyatı tamam başqa dərk etsələr, özlərində o fikirləri kəşf edəcəklər ki...gəl görəsən. Sizin bu fikir lideri elə bilirsiniz ki, hər şeyi özü icad edib? Əlbəttə ki, yox. O da yəqin ki, şəhərin havasındandır. Şəhərdəki fikir liderlərinin ardınca gedərək onlar kimi edənlədən biri.. Şansı gətirib, ki kənddədir və kənd əhalisinə onun etdikləri maraqlı gəlir. Sadəcə insanların özünün sərbəst düşüncəsi, rəyi, maraqları olmalıdır.
Bİr də ki əgər yaxşı şeyə yönəlirlərsə qoy yönəlsinlər.. Heç bir təhsilin yoxdursa, bərbrəlik də pis deyil. Heç olmasa peşən var. Həqiqətən də, kəndə o qız yayıbsa sağ olsun. Təki hər zaman yaxşı işlərə vəsilə olsun.

İyi tatiller. :)

Rüstəm Məmmədov dedi ki...

Fikir lideri, fikir "istehsal edən adam" olmadığına görə, hamı da fikir lideri deyil. Bu cəhətdən Şəbnəm xanımla razı deyiləm. Fikir lideri isə, təkcə kənddə arxasınca adam aparan ve sərbəstlik deyib şəhərə açılmaq deyil, fikir lideri cəmiyyətdə nələrisə dəyişdirmək haqqında fikirlər verən adam da deyil, fikir lideri bir fikiri tətbiq edib arxasınca insanları sürükləyən insandır, ona görə də hamı fikir lideri ola bilmir.

Hörmətlə,

Adsız dedi ki...

Ela yazidi!!
Bunu oxuyanda Malcolm Gladwellin "The Tipping Point" kitabi yadima dushdu. Xususile de onun bir misali var idi, hush puppies ayaqqabilarinin debe minmesi:)) Fikir liderleri her yerde var, hansilarin ki kutlevi shekilde ardinca gedirler ve onun etdiklerini tekrar edirler. Bu qiz da emmeli bashli kendin fikir liderine cevrilib

Vüsal Qəmbərov dedi ki...

Salamlar hamıya!

Mən də sizin şərhləriniz üçün darıxmışdım lap. İnternetdən biraz uzaq durmaq istəyi var düzü. Fikir liderlərinə qapılmamaq :))

Ümummilli mənada Azərbaycanda iki cür fikir lideri var: Hamını sayıb seçdiyi və hörmət etdiyi şəxslər (Fərhad Bədəlbəyli kimi), bir də gizli fikir liderləri ki, bunlar da şou biznesimizin "akula"larıdı. Məsələn, bəlkə də Çal-Çağır Dilarə, aparıcılar Nanə və Zaurun təsir gücünü çoxu bilmir də. Amma təsirindədir.

Bu mənada daha uzun və biraz daha ciddi konturlara sahib yazı düşünürəm. mak.az"a...