Bakıda 2 ay və marketinq...

Artıq 3cü günə keçir ki, Bakıdan ayrılıb, İstanbula gəlmişəm. 3 gün yox, sanki 3 ay keçib bu ayrı məsələ... Amma Bakıdakı 2aya da bir tərəfdən baxanda elə bil ömrümün yarısını apardı, digər tərəfdən elə sürətli keçdi ki, heç bilmədim özümlə apardığım kitablarda nə var nə yox...

"Yay tətili əvəzi Azərbaycana səfərimi" bir vətəndaş kimi artıq şərh eləmişəm sizlərçün. İndi də bir marketinqçi kimi yayın bu 2 ayı Azərbaycan haqda hansı fikirlər verdi keçək ona... Başdan deyim yazını birbaşa yazıram və nə uzunluqda olacağı haqda da heç bir fikrim yoxdur.

Azərbaycan istehlakçılarının fikir liderlərindən asılılığını daha öncə bir yazıda yazmışam. Bu cəmiyətimizi analiz edə bilən hər bir kəsin rahatca görəcəyi reallıqdır. Azərbaycan istehlakçısı referanslara çox güvənir. Hələ blogu açandan vvom-un ölkəmiz üçün ən öldürücü silah olması ilə bağlı yazı vədi vermişdim. Elə researcher də yaxında bu barədə yazdı. Hələ dərindən analizlər və case toplayaraq bu mövzuda kitab və elmi məqalə belə tərtib etmək mümkündür. Azərbaycanda Mercedeslərin bu qədər yayılması, az qalan bütün qadınların Ariel istifadə etməsi, Jalə meyvə sularının yayılması vs. sadəcə iki səbəbə bağlıdır - reklam və tövsiyə. Azərbaycanda güclü reklam dalğası ilə istehlakçını ələ alma dövrünün zirvəsi yaşandı və enişə keçilib. Bu dövrdən ən məharətlə istifadə edən markaların başında məncə Hyundai durur. Reklama bugündən etibarən kütləvi pullar tökməyi düşünənlərə ehtiyatlı olmağı məsləhət görərdim. Çünkü bugünədək az qala hər cür reklam effekt verirdisə artıq istehlakçıları bilincləndirməyə başlayıb şirkətlərimiz. Arada bir çəkilən yaxşı və düzgün reklamlar camaatımızın ağzında dad qoyub gedir. Bu da öz növbəsində gözləntini yüksəldir. Buna da el arasında deyirlər "rəqabətin inkişafa müsbət təsiri".

Azərbaycan istehlakçısının bugünədək seqmentasiyasını aparmaq az qala mənasız bir iş idi. Daha doğrusu detallı seqmentasiya... Varlılar, orta imkanlılar və kasıblar... Bu da müstəqilliyimizin ilk 15 illiyi üçün yetərli seqmentasiya. Artıq dövr dəyişir. Düzdü bugünkü seqmentasiya təxminən 3 il qüvvədə olacaq. Bu müddət ərzində də kiçik dəyişiklik və yerdəyişmələrə məruz qalacaq. Yaxında gözlənilən istisadi böhran istehlakçıları (həmçinin şirkətləri) sonrakı 2 ildə silkələyəcək və nəhaət 2013-14cü illərdən Azərbaycanda 5 ildə bir detallı seqmentasiya uğur üçün zəruri və qismən kafi şərt olacaq. Qismən çünkü ondan sonra indki mövqeləndirmə (daha doğrusu qeyri-mövqeləndirmə) qaydaları keçməyəcək və hədəfini tapan mövqeləndirmələr lazım olacaq.


Azərbaycan istehlakçısı hazırda dəhşətli dərəcəd çox pul xərcləyir. Və demək olar ki, xərclədiyi pulun 50-60 faizini bilincsizcə, belə demək mümkünsə xərcləmədən də keçinə biləcəyi yerlərə xərcləyir. Bu tendensiya bazardan pulun yığışılması ilə aradan götürüləcək mütləq ki. Ondan sonra gözlədiyim ən önəmli dəyişiklik pərakəndə alışverişi və avto alış sahələrindəki davranış dəyişiklikləmizdir. Bax bunu indidən demək çətindir. Marketinq o zaman lazım olacaq avto distribyutorları və pərakəndəçilərə. Hyundain liderliyi qoruması realdır. Amma əslində bu bazarda liderliyə ən real namizəd Toyotadır. Bir də bütün modellərini cəlb edə bilsə Hondaya yer var. Lüks seqmentin sadəcə bazarının kiçiləcəyini gözləmək olar. Yoxsa ki, dağılım elə belə də qalmalıdır. Çünkü bu seqmentdə alıcı profili indidən formalaşır.

Azərbaycanın bugününə baxıb gələcək mənzərəni təxmin etməyə çalışdım. Bilmirəm yazı nə qədər sistemli və bütöv alındı amma yaxşı ki bu blog sistemində şərh deyilən bir şey var. Qalan bütün sualları və əksik qalan yerləri müzakirə etmək şansı verir bizə...

8 yorum:

Shared Folders dedi ki...

Vusal,

WOMM-un bizde genis yayilmasi reklam ve marketinqin daha zeif inkisafindan deyil, şərq və cənub ölkələrində şəxsi münasibətlərin qərb və şimal ölkələrindən daha sıx və yaxın olmasıdır. Bunu sosioloqlar daha yaxşı açıqlayabilərlər.

Vüsal Qəmbərov dedi ki...

Mən demirəm ki, onunla bağlıdır. Hətta hamısı inkişaf etsə belə vvom yenə ən güclü silah qalacaq. Səbəbini sən də açıqlamısan sosioloqlara nə gərək var? :)

Rüstəm Məmmədov dedi ki...

Vəssalam daa:))

Vüsal bu kriz dövrlərinə aid elə yazmısan ki, əsl media yazısıdır ee bu:)

Adsız dedi ki...

bu megamda Shared-le tamamile raziyam, burda bizim adet, heyat terzi ve ictimayyet rol oynayir. Yazi maraglidi, bezi brandlar de lap reklam olundular:))

rsh dedi ki...

Əllərinə sağlıq.

Vüsal Qəmbərov dedi ki...

Comment yazan əlləriniz dərd görməsin :)

Hyundai reklam olunur. Ona görə də Rüstəmdən pul qopartmağa çalışıram alınmır :)

Rüstəm sən də geç dalganı :)

Rüstəm Məmmədov dedi ki...

Kriz başlayır bu arada ay Vüsal.Ciddi, uzhe rəsmilər qeyri rəsmi də olsa etiraf etməyə başlayırlar.

Vüsal Qəmbərov dedi ki...

Hə, gələndən qabaq hiss olunurdu artıq. 2012 çəkildi oldu 2010. Ondan sonra da 5 il tikintilər sayəsində süni şəkildə ayaqda qalarıq hərhalda. Amma istehlakda eniş yəqin ki 2010dan etibarən başlayacaq.

Bu biraz tez oldu e nəsə...