İki ayda bir yeni blog açmaq lazımdır

...Ya da bloglar niyə tükənir?

Azərbaycan blog aləminə daxil olmağımdan cəmi 8 ay ötüb. Amma bu aləmdə qayda qanunlardan kifayət qədər xali ola bilmişəm. Bu müddətdə daha nələrə nail olduğum isə vacib deyil :)

Bugünlərdə arabir Azərbaycan dilində lan bloglara göz atıram. Ən son Maklayaq`a baxdım. Gördüm ki, ziyarətlər xeyli azalıb. Kim nə deyir desin blogun ziyarətinin əsas göstəricisi şərhlərdir. Azeriblog sistemindəki bloglarda şərhsayı və hit necə belə yüksək olur onu tam çözmüş deyiləm. Amma bütün bloglarımızı əhatə edən bir tendensiya nəzərimdən yayınmayıb. Bloglar yeni açıldığı ilk iki ayda xüsusi olaraq aktivliklə seçilir. Ondan sonra eniş başlayır. Bu tendensiyadan yan keçən blog olub mu bilmirəm. Son vaxtlarda bircə Həsənəlizadələrin bloglarında (RŞ) mütəmadi ziyarətçi axını gözümə dəyib. Hətta bir ara yazı başına ortalama şərhin 100ə çıxdığı bloga belə ziyarətçilər artıq "belə də baxmır". Bax o da Vüsalın blogunun ikinci nəfəsi idi.

Rüstəm blogunu çoxdan işə salsa da bu ilin əvvəlində aktivlik artdı. Amma bu da bir müddət sonra dayandı. Eynisini Aygün üçün də deyə bilərəm. Xüsusilə noyabr-fevral aralığında Kisshot blog coşdu. Amma martdan sonra sakitçilik çökdü. Düzdü blogu ayaqda saxlamaq bloggerin öhdəliyidir. Amma yenə də Alışveriş mərkəzlərinin bir müddət sonra ziyarətçilərin gözündən düşməsi kimi bizim bloglar da bir müəyyən zaman ötdükdən sonra ziyarətçiyə "susayır".

P.S. Bayramda uşaqlığımı xatırlayacam inşallah :)

5 yorum:

Adsız dedi ki...

Həsənəlizadələr))).

Salam Vüsal. Bizi ayrı hesaba çəkdiyin çox sağ ol!
Ümumi baxdıqda səninlə razılaşıram. Nədənsə belə bir zəiflik var. Halbuki əksi olmalıdır. Nə bilim, bəlkə özümüz bir az özümüzü (bloqumuzu) yayaq gərək. Müxtəlif sayt-kataloqlarda üzv olaq, çoxlu, bizə maraqlı olan başqa saytlar, bloqlar ziyarət edək, şərh yazaq və s. Bəlkə bu zaman dha yaxşı olar. Bu barədə Ramin də bir yazı yazmışdı. Bəlkə də oxumusan.
Bütün bloqçulara uğurlar...

Adsız dedi ki...

Vusal, raziyam. bloglarda sakitlik var. Amma yene de bloggerin aktivliyinden cox shey asilidir. Men forumda yeni yaziya link qoymamisham deye gelen geden yoxdu:)) cunki bashqa hec yerde aciqlamiram.

Rüstəm Məmmədov dedi ki...

Bloglarda sakitlik pozulacaq narahat olmayın. Ancaq, onu bilirəm ki, heç birimiz bloglarımızın yayılması üçün ciddi fəaliyyət göstərmirik. Bunun üçün də çalışmaq lazımdır. Şəbnəm xanım düzgün qeyd edib.

O ki, qaldı yazıların arasının kəsilməyi və oxuyucu sayısının azalmasına, yazı məndə diploma görə azalıb, ancaq yavaş-yavaş yazıram. İnşallah, sonra daha da sürətlənəcək.

Hörmətlə,

Vüsal Qəmbərov dedi ki...

Salam dostlar,

Bloggerlərin tanıtım fəaliyətləri bir kənara məncə ilk başdakı təcil sonradan itir. Amma ola da bilər ki, bu ele bloggerin ilk başdakı həvəsinin zamanla sönməsi vs. kimi səbəblərə bağlıdır.

Amma blogu oxuyan olsa da, olmasa da ora ürəyini tökmək üçündür. Ona görə də şərh azlığını düşünməyə bilmək gərək

Adsız dedi ki...

Bu yazıdan sonra "yazmaga həvəs yoxdur" deye bir yazı qoymusan. Oraya nə üçün şərh yazmaq olmur?
Üzülmə Vüsal qardaş. İnan ki, mən də də eynilə belə vəziyyət var idi, mən də bloqa yazıb qoymuşdum (http://shebnem.azeriblog.com/2008/07/17/boshluq). Amma, mənim halım heç olmazsa bir az optimistik idi ki, yazacağam və məndə o həvəssizlik keçdi getdi. Səndə də keçər inşallah.