Marketinq o qədər genişlənib ki, onun bunu sahələrinə də girir. Təbii ki, bundan o bu çox narahatdır. Bilirsiz, ənənəvi mübahisəfason müzakirə... Marketinqin daxilində və marketinqi daxilinə alan versuslara alışmışıq artıq. Ən aktual isə - bütün zamanların və xalqların ən böyük qarşıdurması – PR vs. Marketinq.
Marketinqçilərin əksəri deyir ki, PR IMCnin bir üzvüdür. Bir qismi iletişimçilərlə razılaşır və deyir ki, bunlar bir-birinə dəxli olan müstəqil mövzulardır. Lap az qism fanatik iletişimcilər də deyir ki, marketinq PRın tərkib hissəsidir. Sonuncunu ciddiyə almırıq.
PR`ın marketinqdən müstəqil olmasını müzakirə edəcəyik. Məndən öncə müzakirə edən olmayıb mı? Olub! Məndə sonra olmayacaqmı? Şübhəsiz! Hətta elə bu anlarda hardasa bu mövzunun qırğını beıə gedir yəqin ki. Deyirlər dünya üzərində elə bir saniyə yoxdur ki, PG`nin məhsulu istifadə edilməsin. Elə bu da əcaib bir bənzətmə olsa da, yəqin elə bir an yoxdur ki, PR vs. Marketinq müzakirəsi edilmədən keçsin.
Şəxsən məsələyə obyektiv yaxınlaşmaq istəyirəm amma, nə desəm inandıra bilməyəcəyimdən bir marketinqçi kimi yanaşacağımı əvvəlcədən ifadə edim. Düzü bu mövzunun təhlili üçün elə bir üsul seçmişəm ki, nəticədə rasional bir mülahizə yürütməyə yönləndirsin. Bəli, beləliklə PR ilə marketinqin qarşılıqlı münasibətini fəaliyətlər və kadrlar kontekstindən ələ alıb real mənzərəni tərəflərin baxışıyla dəyərləndirməyə çalışacam. Nəticədə 3 ilə yaxın qəzetdə işləmiş birisi olaraq iletişimcilər adından da danışmaq olar.
PR`ın gördüyü işlər artıq media ilə əlaqələrin sərhədlərini xeyli aşıb. Sponsorluq, tədbirlər, daxili PR vs. kimi işlər də PR departamentini öhdəsindədir. Məsələyə buradan baxanda PR bir çox marketinq alətini istifadə edir. Onların təşkili də iletişim bilgi və bacarığı ilə başa gəlmir. Burada önəmli olan məsələ istehlakçı ilə ünsiyətə girildiyidir. Çünkü iletişimci üçün istehlakçı anlayışı çox da böyük anlamlar vermir. Halbuki marketinqçinin işi bu “kral” üzərində qurulub. Düzdü PR`ın səlahiyətlərinə daxil olan bir çox şey var ki, mediadan keçir və sadəcə jurnalistika təcübəsi ilə həll etmək olur. Elə forumda da Afət ilə Rüfət Abbasov arasında bu mənada qısa bir müzakirə getdi. Afət məncə haqlı olaraq deyir ki, press reliz şirkətin səsi olsa və mesajı istehlakçıya ünvanlansa da, yayımlamaq üçün jurnalistə göndərildiyi unudulmamalıdır. Bu unudulanda nə olur? Bunu unudan marketinq fokuslu PRçı şirkətinin reklamına (tanıtımına) keçə bilər ki, jurnalist üçün bu bilgi və dolayısıyla press reliz dəyər daşımayan bir şey çevrilə bilər. Və... dolayısıyla o press reliz medianın zibilliyində səfərini tamamlar.
Bu yerdə hər marketinqçinin jurnalisti anlamasını gözləməyin. Ona görə də belə işləri jurnalistin dilini bilən birinin görməsi məqsədəuyğundur. Amma PR press relizdən ibarət olmadığı üçün digər fəaliyətlərdə də marketinq fokuslu olmayan kadr istehlakçı fenomenini kənarda qoya bilər.
Əslində burada bir paradoks meydana çıxır. PR jurnalistikanın bir hissəsi olaraq fəaliyətə başlayıb daha sonra tərkibi genişlənən bir sahədir. Amma onun tərkibini marketinqə yaxınlaşması genişləndirir. Bu PR`ı marketinqdən asılılıq altına salsa da, iletişimçilər əksini düşünür və PR`a “azadlıq” istəyir. Həqiqətən də PR`ın tərkibindəki sırf marketinq alətlərini çıxardıqda gücünün xeyli azaldığını görmək çətin deyil.
Nə bilim bəlkə jurnalist kimi baxmağı yadırğadığımdandı.
Amma məncə 90cı illərə kimi bu müzakirəyə haqq qazandırmaq olardısa IMC anlayışının peyda olması ilə vəziyət aydınlaşmalıydı. “Şirkətin bütün marketinq kommunikasiyası vasitələri ilə vahid mesaj verməsi və eyni nöqtəyə vurması” – bunlar bəyəm eləcə pafosdur? Deyilsə tətbiq edilməlidi və bütün IMC tərkib hissələri də buna boyun əyməlidi. Elə PR da. Qəribə məntiqdir – marketinq reklamı, birbaşa satışı, satış promouşn fəaliyətlərini vs.i bir mərkəzdən idarə etsin, PR isə sərbəst olsun və kənardan “dəm tutsun”. Hayır əfəndim! Olmaz! Olamaz!
Onda PR ayrı teldən çalar, digər fəaliyətlə ayrı teldən. Camaat “integrated marketing” deyibən bütün P`lərin eyni nöqtəyə vurması xülyaları qurarkən bizim PR`ın... lənət şeytana PR`çıların dediyinə bax da...
Yox, yox... Bu müzakirə bitməz... Amma məncə vəziyət aydındı. PR`çılar, qürur etməyin! :)
2 yorum:
Ela bir yazi.. Dishim agraya agraya gule de bildim bu yazidaki bir meqama. Marketinq Prin hissesi imish:))))
UMumiyyetle press reliz reklam meqalesine chox oxshayirsa ona advetorial deyirler.
Azerbaycanda ise beledir ki, shirket sahibleri press relizi ldugu kimi qebul etmir. Hamisini demirem, amma her sheye burun qoshan ekser qismi bu nedir, burda hech terif yoxdur ki deye bilirler.. Bir meqam da odur ki, bizim olkede medianin ekseriyyeti xeberi beyenib yayimlamir ki, qarshiliginda ya pul verilir, ya banner yerleshdirir, ya da bashqa hesablar olur.. Ona gore ne yazirsan yaz olkesidir..:)
Bəziləri sənin güldüyün hissəni çox ciddiyə alır e Aygün :)
Deyirsən bizdə press relizi barter yolu ilə yerləşdirirlər? :) Ola bilər aaa
Yorum Gönder