Təxminən 2 aydır intensiv şəkildə ümumilikdə isə 2 ilə yaxındır qlobal maliyə böhranı müzakirələri davam edir. Həmişəki kimi, “ağsaç amerikalı daydaylar” çıxıb “mən 6 ay öncə filan olacaq demişdim” tipli “şok” açıqlamalarla gündəmə düşməyə çalışır. İqtisadiyatdan anlayan vəya ətrafına anladığını göstərməyə çalışan hamıı sözünə “qlobal böhran və onun dünyaya və ölkə iqtisadiyatına vurduğu zərər”lə başlayır. İndi iqtisadiyatdan anlayanmıyam, yoxsa anladığını göstərməyə çalışanmı bilmirəm. Amma onu bilirəm ki, hər zaman olduğu kimi tüğyan edən bu böhran fırtınası da quramadır. Əvvəla böhranın adı elə nəsə ləzzət eləmir – “qlobal maliyə böhranı”. Maliyə böhranı deyəndə hərhalda pulun azalması nəzərdə tutular. Ya da elmi dildə danışmaq istəyənlərcə “dəyərinin azalması”. Bu hərhansı ölkə vəya şirkət vəya şəxslə bağlı olsa anlaram. Əlindəki pul gedib yan tərəfə. Ona görə də böhran yaşayır. Ha indi bu qlobal olanda necə olur ki? Pulu gəlib yadplanetlilər Yupiterə aparıb?
Demək istədiyim, pul sadəcə əmtəə mübadiləsi üçün istifadə olunan bir şeydir. Nəticə etibarilə məqsəd yox, vasitədir. O olmadıqda da insanlar yaşayırdı. Zaman ərzində pulun başına min oyun açılsa (gümüş, qızıl, banknot, qiymətli kağız, devaluasiya vs.vi.) da, yenə funksiyası eyni olaraq qaldı – hamı vəya müəyyən bir ərazidə ortaq dəyər olaraq qəbul edilən obyekt. Belə olanda pulun dəyərinin artıb azalması niyə bu qədər böyük effekt doğurmalıdır ki? Səbəb məlumdu hərhalda. Bütün “pul”ların eyni dəyərə sahib olmaması. Yəni FOND BİRJALARI. Bax elə Azərbaycanın da bu böhrandan canını minimum itkiylə qurtarması fond birjamızın yox səviyəsində olmasına bağlıdır.
İndi qayıdaq “qlobal böhran” məsələsinə. Azərbaycana nə var axı qlobaldan?
Qlobal böhran olar – “su”dan, “enerji”dən, “qida”dan, “xammaddə”dən... Hər şeydən... Tükənən hər şeydən. Lap elə beyindən də... Amma nə nə... ağaclar yetişdiyi müddətcə, selluloza istehsal edilə bildiyi müddətcə çap edilə bilən pul ilə bağlı böhran... Olmamalıydı. Olmasının da təməlində məncə əsas səbəb nədir bilirsiz? Bayaqdan adını çəkdiyimiz əmtəələrə şişirilmiş qiymətlər qoyulması. Məsələn neftin bir barreli ötən il bu vaxtlarda yanılmıramsa 100 dolları ötmüşdü. Son 1 il ərzində 120 dollar civarına çıxdığı günlər oldu. Halbuki 5-6 il əvvəl bu qiymət 20 dollarlarda hərlənirdi. Nə dəyişdi ki? Bu müddətdə istifadə olunandan da artıq resurslar tapıldı, neftin alternativi olan enerji materialları inkişaf etdirildi. Məntiqi cəhətdən qiymət enməliydi hətta. Neft ən efektiv və geniş istifadə olunan xammaddələrdəndir. Onun qiymətlərinin (süni) art(ırıl)ması bütün qiymətlərə təsir etdi nəticədə. Beləcə ümumi olaraq bazarda süni qiymətlər fırlanmağa başladı. Valyutaların dəyəri isə azalmadı. Nəticədə bu natarazlıq bir müddətdən sonra fəsadlarını verməyə başladı.
Nəticədə demək olar ki, səbəb əslində dünyada 10 manatlıq mal olduğu halda ona 20 manat qiymət qoyulmasıdır. Ortalıqda isə 30 manat pul gəzir. 30-20=10 manat olan pul ”qlobal maliyə böhranı” adı qoyulan “xortdan” sayəsində havaya uçdu. Bax ona görə də deyirlər ki, dünya 2 ay ərzində 3 trilyon dollar pul itirib. Düşünün ki, Azərbaycan kimi 300-400 ölkə yox olub. Bu 10 manata bir açıqlama daha vermək olar. Belə ki, birja və banklarda əslində olamayan “ruh pul”lar dolaşır. Necə? Məsələn, bankın əslində x milyon pulu var kassasında amma müştərilərinin hesablarını üstüstə gələndə bunun iki qatı rəqəm alınır. Elə ona görə də deyirlər ki, bütün müştərilər bankdan pulunu çəkmək istəsə o iflas edər. Bax elə buna görə “qırmızı siqnal” verən bank 2-3 günə iflas edir. Çünkü qorxulan başa gəlir. Möhkəmliyi şübhə altında olan bankların və maliyə qurumlarının böhranda çökməsi/səndələməsi də bu kimi amillərlə bağlıdır.
Mövzu çoox qarışıq və bolca danışılabiləcək mövzudur. Son zamanlarda böhranla bağlı çox şey oxumağa fürsətim olmadı. Yoxsa daha dərindən araşdırılmış bir yazı təqdim etmək istərdim sizlərə. Hələlik bunu qəbul edin yaxında böhranın marketinqə təsiri. Bu dövrdə necə davranılmalı gərəkdiyi kimi suallarla bağlı şərhimi yazmağa çalışacam.
Yeni iş dolayısıyla blogu ziyarət etməyim çətinləşib. Amma bu müddətdə buralara gələnlərə təşəkkürümü bildirim - 1, artıq iş rejimimi formalaşdırıram və gündüzlər imkan olmasa da, axşamlar yazılar yayınlayacam və şərhlərinizi oxuyacam - 2. İnşallah. Bu arada növbəti yazı da demək olar hazırdır. Mövzu isə yuxarıdakı abzasın sonunda qeyd etdiyim deyil:)
3 yorum:
XOS GELMISEM
ilk defe yorum yaziram.qoy ele bu yaziya ilk yorumu da men vermis olum.hemiseki kimi cox deyerli fikirler ifade etmisen.(blokuvun daimi oxucularindan birine cevrilmek olarmis:-))))))))))))))))))
ama bu fikirler menim ucun o qeder de yeni deyildi cunki senin dilinden bu sozleri bir il evvel esitmisdim.hadiselerin bele cereyan edeceyini sen artiq onda gorurdun(belke ondan da qabaq)iqtisadiyatdan o qeder de anlayisi olmayan adam kimi bir sual verim.eger butun dunya kasiblayibsa bes onda dunyanin serveti hara gedib?
bir de tesadufen AVTO sehfesine girmisdim(billem heyatda tesadufler olmur.ele ordaki yorumlari oxudum.bura yorum yazmaq fikrine dusdum).ne menada tesaduf?menim masinlara o qeder de maragim yoxdur.elim deydi girdim ve basliqda Aygunun adini gorduyum ucun oxumaga davam etdim.bir meqale cox xosuma geldi.vuruldum meqaleye(faralarla elaqedar.ureyivi sixma hansi masinin qapisina getsek sa verejekler:-).sa meslehet sen de oxu o meqaleni:-)))))))))))))))))ama en xosuma gelen ifade "goz suzdurem masinlar"idi.bir sozle BOMBA
al bu da mennen senin se'rive hediyye olaraq nezire
senin o suse gozlerin
yandirib yaxar gozlerin
zulmet icinde isigi
etrafa sacar gozlerin
en yaxin DOSTun
her halda hansina getsek.sennen deyerli oglan tapajaxlar?sadece bu deqiqe senin ureyinnen kecenler cox forsdudular.(qorxma bohran ollarin da ohdesinnen gelejek).ama Hunday ozumuzunkudu dana:).bax dana
yadimnan cixib.yaxsi qelem sohbetine gelende kimin BACISIYAM?
Yorum Gönder