Şirkətlərimizlə işiniz olmasın!

Rüstəm öz blogunda təzəliklə Azersunun süd məhsulları bazarına daxil olması haqda yazdı. Düzü ondan Azersun ünvanına daha tənqidi fikirlər yazmasını gözləyirdim. Amma yenə də nəticədə sözünü deyib. Mənsə çoxlarının təəccübünə səbəb olacaq bir mövqe sərgiləmək istəyirəm.

Azərbaycanda marketinqin içində olan, top menecmentini edən, kənardan baxan, sektorla əlaqə içində olan hər bir kəs şirkətlərimizi tənqid edir. Xüsusilə marketinqə yanaşmalarını. Elə o tənqid edənlərdən biri də özüməm a. Amma bir gün də məsələyə onlar tərəfdən baxaq deyirəm.

Azərbaycanda tənqidlərdən ən çox nəsibini alan bəlkə də Azersundur. Səbəb? FMCGnin çox göz önündə olan sektor olması, markaların və məhsulların çox olması, Azersunun şirkət olaraq böyüklüyü, monopoliya formalaşdırmasının insanları qıcıqlandırması vs. daha da sıralamaq olar.

Azersunun illik 150 milyon dollardan artıq satışı olmalıdır mən bilən. Əslində Azərbaycanın pərakəndə dövriyəsi üçün yüksək rəqəm saymaq da olar. Amma Azersun bunu artıra da bilər. İndi gəl də. Həm monopoliya olmasın deyirik, həm də bu dövriyə azdır. Marketinqə və personalın inkişafına kifəyət qədər pul xərcləyirlər. İndi burada önəmli bir məsələ çıxır ortaya. Rəhbərlik pulu ayırır deməli. Amma məsələn Azersunun böyük bir kadr siyasəti xətası var: işçiləri yetişdirir, sonra onları əlində saxlamağa cəhd göstərmir. Özü də fəxr edirlər ki, sektor üçün personal yetişdirirlər. Axmaqlıq deyirlər buna!

Məsələn banklar. AGBankın reklamına 100 min dollar ayrılıb. Amma o yöndəmsiz reklamı ki, marketinq vəya reklam departamenti təsdiqləyir. Eynən də TVni basmış mənasız reklamların hamısı. Azərbaycanda şirkət sahibləri müasir iş prinsipləri ilə işləməyə hazır deyil, bilirəm. Amma bazarda dəyişikliklər var rəqabət aparmaq üçün peşəkarlaşma gərəyi duyulan dövrə yaxınlaşırıq. Bəzi menecer də direktorlar bunu şirkətlərini shaiblərinə anlata bilibsə deməli mümkündür. Azərbaycanlı marketinq menecerlər əsasən məsuliyəti boynundan atmaq üçün tənqid edir yuxarıları. Düzdür kənardan baxıb ehkam kəsmək asandır. Amma işləmək bunu tələb edir. Işləyənlər sübut edirlər.

Hər şey bir kənara, Azərbaycanda çörəyini yediyi quruma türklər demiş “babayiğitler” kimi sahib çıxan neçə marketinq menecer/direktor tanıyırsız? Bax belələri həm qabağa gedir, həm də şirkətini inkişaf etdirir. Hətta biraz da artıq çalışanlar sahiblərin anlayışında inqilab beləı edə bilirlər. Bütün dünyada kapital adətən işdən anlamayan adamlarda olur. Di gəl ki, onlara peşəkar işin əhəmiyətini əvvəlcə fikirləri sonra, əməli ilə sübut edən PEŞƏKARLAR lazımdır!

Azersunun personalına qarşı anlamsız yanaşması böyük xətadır. Amma hələ bu ən böyüyü deyil, monopoliyasının əbədi olacağını düşünməkdir. Bir də buna əlavə olaraq hazırda imicinin çox pis olduğunu bildiyi halda idarəçilərin heç bir addım atmamasıdır. Nəticədə anlamaq lazımdır ki, Azersun Holdinq üçün “Bizim Tarla”, “Final” vəya “Pasha” hər şey deyil. Bu imici də Qafqaz Konserv vəya Final Çayın marketinqçiləri düşünməlidilər.

Hara fırlatdım xeyri olmadı. Problem marketinqçilərimizdədir. Şirkətləri tənqid etməkdənsə işləsələr daha doğru olar. Bir dostum forumda “filakəsin işlədiyi şirkət nədir ki, Bakcelli, Azersunu tənqid edir, özü nə edib axı indiyə kimi” demişdi. Düzü ilk refleks olaraq müdafiəyə keçsəm də görürəm ki, o dostum haqlıdır.

İşləmək lazımdır, bəyənməmək ən asanıdır!

P.S. ümumiyətlə bizdə özünə aid olmayan heç nəyə sahiblənmək və ona dəyər vermək anlayışı yoxdur. Ona görə də dövlətə aid olan hər bir şey səhv yöndə istifadə olunur. Şəhərlərarası qatarlarda oturmalı deyil. Küçələr zibil içində üzsə də, evimizin içi təmiz olsun. Amma di gəl ki, başqalarını tənqid etmək və ağıl verməyə gələndə bizdən yaxşısı da yoxdur.

13 yorum:

Adsız dedi ki...

yeni yazi gorub cox sevindim dedim bir yorum yazim:)
Azersun ona gore bele soyuq yanashir ki bazarda onunla reqabet apara bilecek ikinci ele FMCG shirketi (ve ya holdingi) yoxdur, onun ucun o dovriyye bes edir cunki bilir ki istediyi zaman artira biler, hele ki bazarda tekdir. Marketoloqlara munasibeti ise tekce Azersunda ele deyil, misal ucun ele Colgate, brand managerleri yetishdirir amma elinde saxlaya bilmir, ordaki BM-ler her il tezelenir ve gedib oyrendiklerini bashqa shirketin 'hesabina yatirirlar'. kadri elinde saxlamamaq problemi bizim ekser shirketlerimizde var. Axirinci P.S. lap elaydi:)

Vüsal Qəmbərov dedi ki...

Dəstəyiniz üçün minnətdaram :)

Azersun bu bazarda həmişə lider olacaq. Nə qədər səhv siyasətləri və səriştəsiz addımları olsa da. Bir də ağıllı PG.
Colgate, Unilever, Reckit Benckiser və Henkel isə hələ çox döyəcək başına. Onların etdiyi ümumiyətlə axmaqlıqdır. FMCGdə heç bir ölkəni kiçik görmək olmaz.

P.S.ə gəlincə. O tam bir yazı mövzusudur. Amma artıq bezmişəm "milli dərdlərimiz"dən yazmaqdan. Dərd orasıdır ki, marketinqçilərimiz də belədir. Rüstəm iş üçün can yandırır hazırda, deyirəm özünü də düşün. Halbuki lazım olanı edir. Çətin məsələdir. İnkişafımızı elə yöndəmsiz mentalitetimiz əngəlləyir. Amma heç kim də canın qurtarammır bundan.

Adsız dedi ki...

Vusal dediklerine haq verirem.
Kadr problemi sadece Azersunun deyil umumiyyetle olkenin problemidir.
Azersun her ne qeder de bazarda reqibsiz olsa da, icerideki dusunce, anlayis bu sekilde deyil. Ancaq ne qeder de olmasa bazarda reqibsiz olmanin tesiri ola biler.
Azersunun imicinin asagi olmasi meselesine geldikde. Bu menim de cevremdeki insanlar terefinden seslenen fikirlerdir.
Ancaq 1 ile yaxin muddetdir men artiq burdayam. Ve musterilerinin
(ister son, ister de vasitecilerinen) aparilmis onlarla arasdirma var. Ve buna elave 100-lerle fokus gruplar. Orada men indiye qeder Azersunun imicinin asagi olmasi haqda hec bir fikir seslendiyini gormemisem, esitmemisem. Ki bu arasdirmalar 3-cu bir gozle kecirilir.
Menim geldiyim qenaet bu fikrin nisbeten genc ve biraz da biznes-marketing vs biliyine sahib olan insanlarindadir. (tebii kii bu da onemsiz deyil- ancaq o qurubun fikrini Azerbaycan cemiyyetine aid etmek de duz deyil)
Diger bir terefden, ciro ile elaqedar onu artirmaq ucun mutemadi strategiyalar hazirlanir, heyata kecirlir. 0.01 % -lik azalamalarin bele uzerinde durulur... ancaq o reqemi bilmirem hardan almisan, mence o duz reqem deyil...

Rüstəm Məmmədov dedi ki...

Müzəffər düz deyir:)

Vüsal Qəmbərov dedi ki...

Araşdırma nəticələri ilə danışana "düz deyir" deməyə nə var ki? :)))
Ciro 150 mənə də az gəldi (sadəcə konservin də ola bilər bu qədər). İmkan varsa dəqiqləşdir də Müzəffər :)

Biz əsas məsələni unuduruq. Get soruş istehlakçıdan gör Gülüm, Final, Bizim Tarla və Veganın eyni şirkətə məxsus olduğunu bilirmi? Müzəffər demiş biz "çoxbilmiş" marketinqçilərdi Azersunun imici haqda pis düşünən. Amma bəzi politikaları heç də "ağıllıca" qurulmayıb. Odur etiraz səbəbim.

Azersundan başqa şirkətlərimiz də var e. Əsl tənqidə layiq :)

Adsız dedi ki...

Vusal, icaze versen bir reqem teleffuz etmiyim.

Istehlakcilara sorusulur o markalarin istehsalcisi(lari).. Tespitlerin duzdur. Bu markalarin Azersuna aid oldugunu bilmeyenler ehemiyyetli sayidadir. Ancaq ekser istehlakci artiq melumatlidir.

Bezi politikalarinin duzgun qurulmadigi fikrinle de raziyam. Sirket bununla bagli bir cox movzunun da bilincindedir. Bunlari deyisdirmek ucun de elinden geleni edir. Ancaq deyisiklik cetin mesele imis. Xususi ile insanlari, onlarin verdislerini.. Bir sehirli deyenek de tapmaq cetindir. Ona gore de biraz vaxt lazimdir.

Tenqid olunasi cox seyler var. Men de burada aktiv is heyatina baslamadan once, cox yazida azerbaycan sirketlerini atib tutmusam:)
Indi de butun tenqidlerin mutleq haqli oldugu terefleri coxdur. ve sirketlerin de bundan goturmesi lazim gelen paylari var.
Ancaq senin de vurguladigin kimi,
bu tenqid edenlerin ozune "buyur gel sen isi gor gorek nece edeceksen" desek. Eminem ki ekseriyyeti eyni isi daha berbad gorecek...
Menim basa dusduyum qeder Azersunun professionallasma merhelesi bir nece ildir ki baslayib. Bunun ucun de cox ciddi sey gosterilir. Cox ciddi budceler ayrilir.

Kenardan her ne fikirler seslense de, bugun sirketin faaliyet gosterdiyi butun sahelerde her cur reqabete davam getirbileceyi strategiyalari hazirdir. Sirket hec de men tekem, mene bir sey olmaz dusuncesi ile yasamir...

Burada sizin seslendirmediyiniz bir cox movzu var elbetde narazi olunan. Duzelmesi ucun sey gosterilen. Umid edirik ki bunlar da yaxin vaxtlar da duzeler. Neyse deyesen yazi cox uzun oldu...
Dunyadaki en asan isdir tenqid etmek...Biraz da meselelere musbet terefden yanasmaq lazimdir. Ki Sizin son yazilariniz buna numunedir...

Vüsal Qəmbərov dedi ki...

Müzəffər, əvvəla belə geniş şərhlərə və bilgilərə görə sənə sağ ol düşür. Rüstəm demiş, yazıya rəng qatan şərhlər olur bəzən.

Bunu da deyim ki yazını yazanda "çaşıb e" şəklində reakiyalar gözlüyürdüm. Ən azı sağlam düşünməyi bacaran insanlardan razılıq aldım. Bu xoşdur :)

Amma tənqid eləmək dövrü keçib artıq. Hətta konstruktivini belə. Ciddi mənada dəstək olmaq və nəticəyə aparan reseptlər təqdim etmə zamanıdır. Əsas odu artıq şirkətlərimizdə bu "dərmanlara pul xərcləmə" meyli var. Bunu düzgün dəyərləndirmək lazımdır.

Şirkətlərsə gərək tənqidə qarşı qalxan qaldırmasın. Diqqətlə qulaq asmağı öyrənsin.

nur_aleyna dedi ki...

Ay çok sıkıcı :)

nur_aleyna dedi ki...

Ay çok sıkıcı :) sohbet yani. Hani anlamıyoruz ya, o bakımdan :)

Vüsal Qəmbərov dedi ki...

Nəyini anlamırsız bunu Nur xanım? :)

Adsız dedi ki...

Vusal bu tespitin cox duzgundur...

#Ciddi mənada dəstək olmaq və nəticəyə aparan reseptlər təqdim etmə zamanıdır. Əsas odu artıq şirkətlərimizdə bu "dərmanlara pul xərcləmə" meyli var. Bunu düzgün dəyərləndirmək lazımdır.#


heqiqeten de ciddi, yararli dermanlara ehtiyac duyulur. En az oz adimiza deyim, belke de Turkiyedeki bir cox boyuk sirketden daha cox daxili telimlere ve danismanlara onem verilir ve buna vesait ayrilir...

Vüsal Qəmbərov dedi ki...

Müzəffər, heç nə təsadüfi deyil. Hər bir cəmiyətdə inkişafın öz qanunauyğunluqları var. Xüsusilə marketinqin və ən əsası şirkətlərin savadlı marketinqə yönəlməsinin sistemini çözmək mümkündür. Hazırda da, Azərbaycanda maraqlı bure dövr yaşanır.

Ən çox üzüldüyüm şey iki illik bir müddəti itirməkdir.

Heç kim eşitməsin :) amma şirkətlərimiz onlara gözə xoş gələn layihəylə müraciət edilməsini gözləyir. Açıq və net: yaxşı konsultantlar əl-əl aranır. Elə olmasa, böyük dövriyəsi olan şirkətlərimiz Türkiyələ "üfürükdən təyyarəci" danışmanlarına on minlərlə dollar peşkəş etməzdi. Amma bilmirlər ki, o Türkiyəlilərin verdiyi reseptlər Azərbaycanda işə yarayası şeylər deyil.

Nəysə uzun söhbətdir...

Nigar dedi ki...

Azersun bazarda liderdir.Ona görə də heç vecinə deyil kadrların qaçmağı.
Bizim tarla,final və s. eyni şirkətə aid olmamaına gəldikdə isə,heç adi istehlakçı Procter and Gamble şirkətinə də hansı yuyucu vasitənin aid olduğunu anlamır.Əgər PG-ni anlamırsa Azersunu anlamağa nə hacet?