Məclis-i mak.az – Yaz yağışında başlayan “marketinq PHDsi bir işə yaramaz” polemikası sonra forumda da davam etdirilmişdi. Təbii ki, hər bir mövzuda olduğu kimi burada da kimisə fikrinə görə qınamaq olmaz. İstənilən fikrin sahibinə görə ən tutarlısı özününküdür. Ümumi götürəndə forumumuzda marketinq doktorluğunun bir işə yaradığını iddia edənlər çoxluq təşkil etdi.
Son zamanlarda bu mövzu ilə yenidən qarşılaşdım və bir-neçə nəfərlə yenidən müzakirəsini apardım. Buna “marketinq elmdir mi?” sualına cavab axtarma məsələsi də əlavə olundu. Ümumi olaraq bütün müzakirələrin mərkəzində iki məsələ durur:
- Pul gətirməyən marketinq nə qədər dəyərlidir?
- Marketinq doktorluğunu almaq sektor karyerasında təsirlidirmi?
Bu suallara birmənalı cavab vermək mümkün deyil. Hətta müxtəlif vəziyətlər müxtəlif cavablar gərəktirəcək yəqin ki.
Amma məsələnin analizinə bir mülahizəylə başlamaq istərdim. Belə ki, marketinqdə akademik çalışma deyilən mövhumun əslində nə olduğunu və nə üçün peyda olduğunu dəqiqləşdirmək lazımdır. Çox dərinə getmək istəmirəm. Amma bircə bunu deyim ki, marketinqin professorlarının peyda olması Amerikalıların hər bir işi elmiləşdirməyə çalışmasına çox bağlıdır.
Madam ki, dünya marketinq professorları qaynayır və bu professorlar ən önəmli universitetlərdə, gələcəyin top-menecerlərinə marketinq öyrədir deməli nəsə işə yarayan bir şeydir. Amma bir şeyi unutmaq olmaz. Marketinq normativ bir ixtisas deyil. Demək olar hər bir şey müşahidə və analizə, case-case dəyişən qəraralmalara bağlıdır. Yəni bir elm kimi oturub bütün prosesləri sistemləşdirmək mümkün deyil. Yəni əslində marketinqin bütününü nəzəriyə şəklinə salmaq mümkün deyil. Kitablardakı nədir deyə soruşsaz… O keçmiş təcrübələrdir. Nəzəriyədən söhbət belə gedəmməz. Çünkü nəzəriyənin xüsusiyəti budur ki, “bu adımdı atsan bu nəticəni verər” hökmü qüvvədə olur. Amma marketinqdə hər bir case ayrı ayrı dəyərləndirilməlidir. Və eyni praktika eyni nəticələri verməz.
Marketinqin heç cür nəzəri hala salınması mümkün deyil? Həə bu mümkündür. Bax elə bu da marketinqin akademik çalışma sahəsinə daxildir. Marketinq akademisyenliyi dedikləri şey əslində araşdırmadır. Marketinq doktorları ən yüksək səviyəyə çıxsa belə marketinq qərarlarının verilməsi və caselərdə ən doğru seçimi etmədə uğurlu olmaz. Bununçün özünü o qərarları vermiş olması lazımdır. Bax bu yerdə “marketinq təcrübəsinin yoxluğu” “kabus”u özünü göstərir. Çünkü hər şeyi şablonlar və kitabla həll edən insan praktikada fərqli case-lərlə qarşılaşanda çaşıb qalar. Di gəl ki, “fil dişi qalalarına” çəkilməmiş və praktikaya faydası toxunan araşdırmalar etmiş elmi işçi dəyərli fikirlər yürütmeyi və analizləri bacarar. Bir digər mümkün qatqı isə araşdırma ilə bağlıdır. Sektordakı heç kim inkişaf etmiş araşdırma metodologiyası istifadə edən akademik işçi ilə müqayisə oluna bilməz.
Bir məsələ də var ki, araşdırmanı marketinqin hər sahəsinə daxil edirlər. Amma kim nə deyir desin bir çox mövzuda inkişaf olsa da, araşdırma hər şeyi ölçməyə qadir olmayacaq. Hər yeni gün ədəbiyata və oradan da praktikaya yeni miqyaslar – scale – daxil olur. Bu arada bu miqyas təşkil etmələr marketinqdə akademik həyatda formalaşıb praktikaya keçirilən tək məqamdır. Adeten, praktikada olanlar kitablaşdırılır və bunun adına nəzəriyə deyirlər.
Miqyaslara qayıdaq... Hər yeni gün yeni miqyas formalaşdırılsa da, bəzilərinin keçərlilik və güvənilirliyi həqiqətən mübahisəli olur, bəziləri sırf bu adda miqyas olsun deyə düzəldilir, bəziləri isə zamanla qüvvədən düşür. Amma nə olsa da, bir çox dəyişəni ölçən miqyası formalaşdıra bilməyəcəklər. Onunçün insanların həyatının tamamilə rəqəmləşməsi lazımdır.
Rəqəmləşmə demişkən. Bu mövhum da marketinqin akademik səviyəyə keçməsi baxımından dəyərlidir. Belə ki, sözlər və hərflər informasiya daşıyıcısı kimi güvənli sayılmır. Ona görə də hər bir prosesi rəqəmləşdirmə meyli var. Bunu isə etmənin ən yaxşı yolu araşdırma metodologiyasıdır.
İndi kritik bir məqama gəlirik. Pul gətirməyən marketinq dəyərlidir mi? Marketinq bir elmdir mi? Məncə marketinq bir elm deyil. Çünkü pul gətirmədiyi halda işə yaramaz. Pul gətirməsi üçünsə akademik və cah-cəlallı, bol temrinli marketinq yox sektora baxmaq lazımdır. Orada isə marketinq elmi metodla həll olunmur. Sadəcə araşdırmada, o da tamamilə olmamaq şərtilə elmi metod istifadə olunur. Elmi metod nədir?
Hipotezlər formalaşdırıb, onları sübut vəya təkzib edərək normalar formalaşdırmaqdır.
Bu isə ani qərarların gərəkdiyi marketinq üçün qəbuledilməzdir.
Biraz uzun oldu bilirəm, amma bu mövzunu bir yazıya sığdırmaq özü çətin bir işdir. Nəticə olaraq marketinqin sadəcə akademik olaraq işə yaramadığından əminliyimi dilə gətirirəm. Məncə marketinqdə nəzəriyə yox “Keçmiş təcrübələr” mövcuddur. Amma marketinqi doktorluğunu oxumaq çox böyük fayda təmin edir. Təbii ki, marketinqinin məntiqi qavramadıqdan sonra o da boşdur. Marketinqin məntiqini damarlarına qədər hiss edənlərçün də boşdur. Nəticədə doktorluq təhsilin ən yüksək səviyəsidir və öyrənməyi bacaran insanları yaxşı yönləndirir. Amma yaxşı məktəbdə. Bir də doktorluq məsələlərə geniş yanaşmağı öyrədir həqiqətən də. Yenə əlavə edirəm öyrənə bilmək istedadı olanlardan danışıram.
Yazı uzun da alınsa mövzu əksik qaldı. Müzakirə etmək olar.
Son söz – Marketinq PHD faydalıdır!
Etiketler: Nəzəriyə/Tətbiq
Kaydol:
Kayıt Yorumları (Atom)
15 yorum:
Hamıya salam.
Mövzunu oxuyarkən kəşf etdim ki, bu mövzu üçün hələ “balacayam”. :) Bunu mövzunu iki dəfə oxumağımla kəşf etdim :)
Amma fikrimi bildirim bir balaca.
-Pul gətirməyən marketinq nə qədər dəyərlidir?
Nədənsə pul gətirməyən marketingi dəyərli olacağına şübhə ilə yanaşıram. Bu elə bir sahədir ki, non-profit ola bilməsi üçün gərək özün ziyana düşəsən. Hətta marketing insanlarin aglinda nəzəri olsa da tətbiq etmədən- ziyan. Bu bir növ maşını aylarla, illərlə istifadə etməyəndə baş verəcək fəsadlara oxşadı.
-Marketinq doktorluğunu almaq sektor karyerasında təsirlidirmi?
Bu da vacibdir, amma sırf ona görə yox ki, bunsuz edə bilməyəcəksən. Məhz ona görə ki, bu gülünc də olsa reallıqdır, özünü sübut etmək, ətraf yığıb, gəlirli bir iş yaratmaq insanın həyatda hansı pillələrə sahib olacağından asılıdır. Kobud desək özünü sübut etmək üçün yüksək pilləni tutmalısan. (təbii ki, mənə görə bu boş şeydi :))
Həm də bir şey var. Bəzi insanların, işində uğurlu olması üçün psixoloji olaraq kəndini rahatlama üçün belə bir necə deyərlər “sığorta“ lazımdır. Bu özünə güvənməyən insanlarda olur.
p.s. amma deməyin ki, mən bu mövzunu 3-cü dəfə də oxumalıyam :) xi..xi
Deyirəm təvazökarlıq yaxşı şeydir e :)
Manika, doktoranturada oxumaqla/oxumamaqla deyil e. Bu işin qəlbinə enmək və bu işi qəlbinə endirmək vacibdir. Neçə aspirantlar tanıyıram hələ elədiyi işdən bixəbər. Tak çto çox da balaca deyilsiz :)
İkinci suala cavab əladır.
Sektorda və iş həyatında doktorluğun funksional faydası self-marketing cəhətdən faydasından böyük deyil bəlkə də. Düzü bizim patron kimi 50sindən sonra kompleksinə yenilib gedib doktorluq alanları çıxıram. Amma imic baxımından faydalıdır.
Bir məsələ də var ki, içi bu təhsil və təcrübə söhbətləri, MBAndən tut PHDsinə oradan CEOsuna CMOsuna qədər bütün bu karyera söhbətlərini işə yaramaz şeylər sayıram. Bu məntiqlə götürəndə karyeranın belə mənasız təməllər üzərində böyüdülməsi də normaldır.
Ticarətçisənsə fərasət, düşünən insansansa mütaliə və təfəkkür. Qalanı şablon həyat üçündür.
Vusal ele bil evvelki movqelerinden geri cekilirsen? ;)
Elə bu gun researcherle muzakire edirdik ki......
Marketolog, ister aspirant, doktorant olsun hemin insanın bilikləri onu paylaşmadıqca, öyrətmədikcə üstəlik həmin biliklə qürurlandıqca heç bir şeydir....Təəssüf ki, Azərbaycanda belə itkilər də olur....
p.s.
ooooo....kimləri görürəm??? :) xi..xi
Vüsal açığı yazını oxuyanda biraz şok oldum. Çünki, bəzi adamlar var ki, onlardan bele söz eşitmək şok edə bilər. Səninlə heç razı deyiləm. Səbəblərini də uzun-uzun yazacam. Hövsələsi çatanlar oxuyar (vaxtım çox az olduğuna və bu çətin vaxta xəstələndiyimə görə bəzi şeyləri tərcüməsiz yazacam).
Elm:Bilim veya ilim, neden, merak ve amaç besleyen bir olgu olarak günümüze kadar birçok alt dala bölünmüş, insanların daha iyi hayat şartlarına kavuşmasına, var olmayan olguları bulmasına ve yeni şeyler öğrenmesine ön ayak olan genellemedir.
Bilim sanat tarafından temelleri atılmış olup her aşamada sanat ve yaratıcılıkla beslenerek insanların hayat koşullarını iyileştirmek için yapılan çalışmaların bütünüdür. Bilim, temelde, deneme ve deney ile ispatlanabilen bilgi bütününü anlatır.
Bu yuxarıdakı tərifi oxuyanda zatən sənin bütün yazdıqlarının əsası olmadığı çıxır ortaya. Ancaq, mən yenə də sadə dildə davam edim.
Marketing AMA`nın tərifinə görə isə prosesdir. Nə cür proses olduğunu yazmıram, istəyən girsin oxusun. Səni də çaşdıran bax buna bənzər yoldan izaha başlamağındır.
Marketing sənin bayaqdan sadaladığın bütün hadisələrin niyələri ilə məşğuldur və tamamilə sənin dediyin kimi keçmişə dayanmır.Keçmiş və təkrarlanan arasında fərq çoxdur, üstəlik keçmişə dayanmayan elm də yoxdur.Gözləm deyilən şeyin nə olduğunu heç yadına salmamısan deyəsən bu yazını yazanda. Beyin bulandırmağın adı yoxdur: sənin o bəh-bəhlədiyin Paconun kitabı merchantising deyilən fəaliyyətə bilimsəl yanaşma gətirib. Bunu isə sən də qəbul edirsən. Yəni ki, Paco onsuz da var olan merchantising deyilən sheyin detallarını gözləmləyərək ortaya çıxarıb və bununla məşğul olan insanlara deyib ki, ay millət sağ önəmlidir. Məsələn deyirəm. Bunun kimi minlərlə misal var.
Bunu da keçim, gəlim istehlakçı davranışlarına. Bu dərsi hər halda keçmisən və ən azından xatırladığın algilama süreci deyilən dərs var. O kitabı aç təkrar bax və bu yazdığın yazını təkrar oxu.
Akademisyenlik və marketingin elm olmamasını iddiaya çalışmaq sənin yerindəki biri üçün öz-özünü inkardır və talihsiz bir açıklamadır. Səni çaşdıran isə Marketing adlı procesi öyrənən elmin özünün də, adının Marketing olmasıdır. Bunun adı marketologiya olsaydı sən bu yazını yazmazdın. Səni yanıldan digər məsələ də, marketing elminə naming, positioning, guerilla marketing, smsm marketing, direct marketing və.s aspektdən baxmağın olub. Heç olmasa özünün əvvəllər yazdığın marketing tərfilərinə baxsaydın, orada görəcəkdin marketing elimin əsası bunlar deyil.
Əlbəttə heç bir şirkət Kotlerin Principles of Marketin kitabını qoyub qabağına tətbiq etmir. Bu riyaziyyat deyil, sosial elmir, yadından çıxarma. Araşdırmaların nəticələri riyazı rəqəmlərlə göstərilsə də.
Araşdırma nəticələri heç vaxt yüz faiz dəqiq nəticə göstərməyə bilər, ancaq bu dəqiq nəsə ifadə etmir mənasına da gəlməz. Araşdırma ölməz, anket və ya başqa yanılma payı yüksək vasitələr ölə bilər. Sənin də miqyaslara çox girməyin zatən, araşdırma deyəndə anketi nəzərdə tutduğunu göstərir. Guya ki, sənin sektordaki fəaliyyətin araşdırmaya dayanmayacaq???Ən aşağı ehtimalla ikincil kaynak analizi edəcəksən və ən aşağısı gözləm edəcəksən. Etməyəcəm deyirsənsə, deməli heç vaxt sektorda marketoloq ola bilməyəcəksən. Bu nədir bəs, araşdırma deyil??BİLİM gözləmlərə dayanır...
Bu yazın sənin axşam dirsəklənib şay içib problemlərlə savaşa-savaşa yazdığın yazıdır və sırf özünü tatmin edərək ürəyini boşaltmaq üçün yazmısan. Sən ən azından xeyli sayıda insanın qəbul etdiyi əla marketoloqlardan birisən və artıq bunun məsuliyyətini də hiss etməlisən məncə.
Çox sərt yazdığımı bilirəm, amma tamamilə iyi niyetle yazmışam.
Hörmətlə və sevgilərimlə,
Vüsal açığı yazını oxuyanda biraz şok oldum. Çünki, bəzi adamlar var ki, onlardan bele söz eşitmək şok edə bilər. Səninlə heç razı deyiləm. Səbəblərini də uzun-uzun yazacam. Hövsələsi çatanlar oxuyar (vaxtım çox az olduğuna və bu çətin vaxta xəstələndiyimə görə bəzi şeyləri tərcüməsiz yazacam).
Elm:Bilim veya ilim, neden, merak ve amaç besleyen bir olgu olarak günümüze kadar birçok alt dala bölünmüş, insanların daha iyi hayat şartlarına kavuşmasına, var olmayan olguları bulmasına ve yeni şeyler öğrenmesine ön ayak olan genellemedir.
Bilim sanat tarafından temelleri atılmış olup her aşamada sanat ve yaratıcılıkla beslenerek insanların hayat koşullarını iyileştirmek için yapılan çalışmaların bütünüdür. Bilim, temelde, deneme ve deney ile ispatlanabilen bilgi bütününü anlatır.
Bu yuxarıdakı tərifi oxuyanda zatən sənin bütün yazdıqlarının əsası olmadığı çıxır ortaya. Ancaq, mən yenə də sadə dildə davam edim.
Marketing AMA`nın tərifinə görə isə prosesdir. Nə cür proses olduğunu yazmıram, istəyən girsin oxusun. Səni də çaşdıran bax buna bənzər yoldan izaha başlamağındır.
Marketing sənin bayaqdan sadaladığın bütün hadisələrin niyələri ilə məşğuldur və tamamilə sənin dediyin kimi keçmişə dayanmır.Keçmiş və təkrarlanan arasında fərq çoxdur, üstəlik keçmişə dayanmayan elm də yoxdur.Gözləm deyilən şeyin nə olduğunu heç yadına salmamısan deyəsən bu yazını yazanda. Beyin bulandırmağın adı yoxdur: sənin o bəh-bəhlədiyin Paconun kitabı merchantising deyilən fəaliyyətə bilimsəl yanaşma gətirib. Bunu isə sən də qəbul edirsən. Yəni ki, Paco onsuz da var olan merchantising deyilən sheyin detallarını gözləmləyərək ortaya çıxarıb və bununla məşğul olan insanlara deyib ki, ay millət sağ önəmlidir. Məsələn deyirəm. Bunun kimi minlərlə misal var.
Bunu da keçim, gəlim istehlakçı davranışlarına. Bu dərsi hər halda keçmisən və ən azından xatırladığın algilama süreci deyilən dərs var. O kitabı aç təkrar bax və bu yazdığın yazını təkrar oxu.
Akademisyenlik və marketingin elm olmamasını iddiaya çalışmaq sənin yerindəki biri üçün öz-özünü inkardır və talihsiz bir açıklamadır. Səni çaşdıran isə Marketing adlı procesi öyrənən elmin özünün də, adının Marketing olmasıdır. Bunun adı marketologiya olsaydı sən bu yazını yazmazdın. Səni yanıldan digər məsələ də, marketing elminə naming, positioning, guerilla marketing, smsm marketing, direct marketing və.s aspektdən baxmağın olub. Heç olmasa özünün əvvəllər yazdığın marketing tərfilərinə baxsaydın, orada görəcəkdin marketing elimin əsası bunlar deyil.
Əlbəttə heç bir şirkət Kotlerin Principles of Marketin kitabını qoyub qabağına tətbiq etmir. Bu riyaziyyat deyil, sosial elmir, yadından çıxarma. Araşdırmaların nəticələri riyazı rəqəmlərlə göstərilsə də.
Araşdırma nəticələri heç vaxt yüz faiz dəqiq nəticə göstərməyə bilər, ancaq bu dəqiq nəsə ifadə etmir mənasına da gəlməz. Araşdırma ölməz, anket və ya başqa yanılma payı yüksək vasitələr ölə bilər. Sənin də miqyaslara çox girməyin zatən, araşdırma deyəndə anketi nəzərdə tutduğunu göstərir. Guya ki, sənin sektordaki fəaliyyətin araşdırmaya dayanmayacaq???Ən aşağı ehtimalla ikincil kaynak analizi edəcəksən və ən aşağısı gözləm edəcəksən. Etməyəcəm deyirsənsə, deməli heç vaxt sektorda marketoloq ola bilməyəcəksən. Bu nədir bəs, araşdırma deyil??BİLİM gözləmlərə dayanır...
Bu yazın sənin axşam dirsəklənib şay içib problemlərlə savaşa-savaşa yazdığın yazıdır və sırf özünü tatmin edərək ürəyini boşaltmaq üçün yazmısan. Sən ən azından xeyli sayıda insanın qəbul etdiyi əla marketoloqlardan birisən və artıq bunun məsuliyyətini də hiss etməlisən məncə.
Çox sərt yazdığımı bilirəm, amma tamamilə iyi niyetle yazmışam.
Hörmətlə və sevgilərimlə,
Manika, paylaşma mədəniyəti tamam özəl bir məqamdır. Rüstəmin blogunda bir dəfə qısaca müzakirə eləmişik. Amma diqqətimi çəkən məqamlar olsa yenə yazaram.
Rüstəm səni başa düşürəm. Elə yazıdan özünə sərf edən cümlələri "strelyatlıyıb" mövqe dəyişdiyimi düşünən MAmedi də ;)
Nea, Mamed müəllim. PHD eto xoroşiy veş. Hələ MBAdan yüz faiz yaxşıdır :)
Bu yazın sənin axşam dirsəklənib şay içib problemlərlə savaşa-savaşa yazdığın yazıdır və sırf özünü tatmin edərək ürəyini boşaltmaq üçün yazmısan.
...
yazmısan a..
Dirsəklənmək xarici qalanı doğrudur :) İşin sonuna yaxın yazmışam. Ola bilər ki o anki haleti ruhiyyəm təsir edib.
Amma sənin yazıdan daha uzun şərhindəki kimi dərinə getmədim. Çünkü o anda beynim dərinə gedəcək səviyədə işləmirdi :) Bir də əsas məsələni deyim, yazandan sonra oxumamışam.
O ki qaldı yazdıqlarına. Araşdırmanın marketinqin hər sahəsinə girdiyini mən də yazmışam. Amma bir şey var ki, strateji nöqtlərdə hər şey sənin analiz gücün, intuisiyan və ticari bacarığına bağlıdır.
Marketinqin elmi tərəfi araşdırma ilə bağlıdırsa onda marketinq bütünüylə elmiləşə bilməyib. Və yenə də deyirəm bu olmayacaq. Təbii ki, elmi yönü var. O da yuxarıda qeyd olunub.
Məm iddia edirəm ki, marketinqi özünü Marketing Professor adlandıranlar inkişaf etdirib böyütsə də, elə onlar kompleksləşdirərəkdən sonuna çıxır. Çünkü bu proseslər əslində bu qədər kompelks deyil. Çox daha sadədir.
Bu arada mən marketinq keçmişə dayanır deməmişəm. Adamın üstündə Allah var :)
Rüstəm, marketinq-marketoloqiya yanaşması mənə çox məntiqli gəldi. Bununla tam razı ola bilərəm. İşdən imkan eliyib biraz düşünüm görək :)
PhD heç vaxt MBA-dən yaxşı olabilməz. :) xüsusilə marketinqdə.
1. Karyerada uğur qazanmaq üçün sadəcə marketinqi bilmək kifayət deyil, finans, layihələrin idarəolunması, komandanın idarə olunması və s. kimi bir çox sahəni də bilmək lazımdır. PhD bunların heç birisini vermir. Əgər marketinq menecer məhsulun financial NPV-sini hesablaya bilmirsə, onda ondan nə menecer oldu?
Yenə malı mala qatırsız e...
Shared müəllim əvvəla biz menecer yox marketinqçidən danışırıq. Təbii ki, marketinq direktor GMliyə can atmalıdır. Bu zaman sadəcə marketinq bilgiləri yetərsizdir. Amma ki, sənin sadaladığın komandanın idarə olunması, layihənin idarə olunması kimi işləri heç bir təhsil öyrədə bilməz. Bu insanın istedadı, bacarığı və həyat təcrübəsi ilə bağlıdır. Bu mənada PHD nə qədər acizdirsə elə EMBA də o qədər acizdir. Finans bilgiləri də ki, razıyam ki marketinqə köklənmişlərin ən böyük əksikliyi olur. Amma NPV ölçmək elə "Amerikanı kəşf etmək" kimi bir şey deyil. Bu kimi basic bilgilərə MBAsız da rahatca yiyələnmək olar. O ki qaldı marketinqin nəzəri hissəsinə onu MBAdan daha güclü PHD öyrədir.
MBAnın iş həyatı üçün MBAdan üstünlyü təbii ki var. Bəsit məntiqlə götürsək biri iş həyatı üçündür, biri akademik həyat üçün.
Amma ki...
Siz marketinqi sadəcə onun menecmentində görməklə yanılırsız.
Deməli belə. Sizə elə bizim şirkətdəki 3-4 sinif marketinqçinin vəziyətini açıqlayacam. Buradan hər birinə lazım olan təhsil və təcrübədən agah ola bilərik.
Biraz uzun ola bilər. Səbr edib oxusaz sağ olun.
Şirkətin qurucusu var - Nəvzad Dəmir. Kəndli babanın böyük oğludur. Ticari bacarığı zirvədədir. Sənin o dediyin fitrətində olan idarəçilik qabiləyətləri də. Zarafat deyil 800 milyon ciro və 1500 işçi. Əla da idarə edir. Doktor adını alıb özünü tətmin etməyə çalışsa da, bu doktorluq ona lazım deyil. Sadəcə Manikanın dediyinin xətrinə oxuyub 50 yaşında PHDni. Ona heç multi-MBA da lazım deyildi.
Satış personalının liderləri var. Onlarçün əsas məhsulu bir mühəndis səviyəsində bilmək, insanları psixoloq kimi tanımaq və bir iletişim mütəxəssisi olmaqdır. Və bonus olaraq da lider. Əsasən mühəndislik oxuyublar. Bizim müdür də Dəmirin yolunu getdi. Amma yenə ona da çox lazım deyildi. Çünkü marka yaradılması, IMC vs. kimi mövzular çox da işinə yaramır. MBA onunçün faydalı ola bilərdi.
MArketinq personalı var ki, işləri finansla qəti əlaqəli deyil. Satış onları maraqlandırmır. Əsas məsələ Fıratın bir möqeləndirməsi var - Milli ruhu daşıyan güvənilən marka - onu bəsləməkdir. Bu insalar üçün araşdırma və digər nəzəri marketinq mövzuları dəyərlidir. PHDlikdirlər. Amma o səviyəyə çıxmasalar da olar.
Həəə.. Gəldik əsas məsələyə.
Fırat kriz dönəmində maraqlı mərhələlər keçib. UZun uzadı danışmayacam. Amma bax o dönəmdə çox strateji qərarlar alınıb. O qərarların hamısının fikri Dəmirin baş məsləhətçiləri olan 2-3 professordan çıxıb. Şirkəti öyrəndikcə gördüm ki, o mövqeləndirmənin müəyyən olunması da, bəzi marketinq tryukları da hamısı məsləhətçilərin bilgisi və analiz gücü ilə olub.
Məsələn, nə Dəmir özü, nə satış personalı, nə o biri nə bu biri Fıratın 2000dən sonra profildə aşağı seqment (Gedizpen) və qərb heyranları üçün (VVinhouse) ayrı ayrı markalar çıxarması lazım gəldiyini düşünə bilməzdi.
Hərənin öz işi var. Və hər işin öz təhsil gərəksinimi. Kim nə deyir desin marketin təhsilinin zirvəsi PHDdir. Menecmenntdə isə MBA! Amma menecment sadəcə marketinqdən ibarət olmadığı kimi, marketinq də sadəcə menecmentindən ibarət deyil.
Miri, Kotler marketinqin qurucusu deyil əvvəla. Amma sən dyən Acker də, Kotler də, Levitt də, hələ onlar tələbəykən dərs aldıqları insanlar marketinq doktorları olub. Yəni marketinq PHD etmədən marketinq PRofessoru olmurlar qardaş.
Bəlkə bakalavr və magistr diplomları fərqli ola bilər. Burada qeyri adi bir şey yoxdur. Hətta müasir marketinqdə bu yüksələn bir trenddir. Ən super universitetlərdə dərs deyən 10 profla Ankarada görüşdük və heç biri MBA vəya MArketinq yox, Riyaziyatdan tut PSixologiya və mühəndisliyə qədər fərqli ixtisaslardan məzun olub sonra marketinq PHDyə gəlmişdilər.
Shared Ross-da dərslərinizi MArketinq PHD müəllimi Proflar vermir qardaş? :) Harvarddan Sunil Gupta, Stanforddan Baba Shiv MBAdə dərs keçirlər və marketinq PHDdirlər :)
MBAın müəllimidir e PHD ;)
Marketinq PhD demişkən bizdə Christie Nordheim dərs deyir. Özü də marketinqə tamamilə yeni yanaşma gətirib. "The Big Picture Marketing". Kotlerdən sonra marketinqdə ən böyük yenilik olaraq qəbul edilir.
1. Əgər akademik kariyer istəryirsənsə, PhD lazımdır sözüm yoxdur. Əlbəttə marketinq PhD məzunu MBA məzunundan marketinqi daha yaxşı BİLİR. Ancaq özəl sektorda PhD-yə vaxt sərf etməyə ehtiyac yoxdur.
2. Şirkətlərdə marketinq artıq funksional (satış+PR+marketinq) daha çox məhsul əsasına dayanan marketinqə keçir. Demək olar ki, böyük şirkətlərin %90 product based marketing structure ilə işləyirlər. Sizin şirkətdə isə hələ də funskionala əsaslanan quruluş olduğundan olduğundan satışçıya marketinqi vəya finansı bilmək lazım olmur. Ancaq bu o qədər də effektiv deyil. Product manager olduğu zaman konkret gəlirə cavabdehliyi olur və artıq bütün sahələri bilməsi lazım gəlir. Bu zaman da MBA lazım olur.
1. Shared, sənin dediyin ideal şərtlərdə keçərlidir. Məzun olursan 3-4 il səviyyəli şirkətlərdə işləyib karyerada yüksəlirsən, sonra yaxşı bir MBA qazanıb oradan uğurla məzun olursan, nəhayət bakalavrdan məzun olandan 6-7 il sonra olursan yaxşı menecer.
Amma ki, hamı sistemli və planlı şəkildə getmir bu yolu. Ona görə də vaxtı boşa sərf etmədən, hələ gənc yaşda ikən lazımi təhsili də əldə etmək, təcrübəni də yığmaq lazımdır. PHD bu mənada statusdan əlavə biliklər də verməyə qadir olur. Amma menecmentə yönələcək birisi üçün PHDdə verilən qədər detallı marketinq bilgisi artıq ola bilər.
2. Etiraz etmirəm. Bu sistem daha yaxşı ola bilər. Amma nəticə etibarilə dediyim o satış müdürü 200 milyon dolları idarə edir və hər bir qəpiyindən məsuldur. Bu işi görmək üçünsə finansdan başı çıxmalıdır.
Bir məsələ var ki, həqiqi PHD ilə sektoru bir araya sığışdırmaq az qala mümkünsüzdür. PHD tələbəsi diqqətini hərhansı bir işə yönəltdikdən sonra təhsil 2. plana düşür. Bunun tarazlığını saxlamaq həqiqətən çətindir.
Amma Azərbaycanda isən, doktoranturanı da edərsən, sektorda da işləyərsən, yeri gəlsə hələ bir ev də təmir eliyərsən :))
Türkiyədə bunlardan gərək təmir məsələsini çıxasan amma ki :))
1. OK. Tutaq ki, mən məzun olduqdan sonra MSc, sonra PhD oxudum. Ən idealda yaş 21+2+4=27. Bu yaşda iş həyatına atılmaq nə qədər düzgündür? Nəzərə alsaq ki, mənimlə məzun olanların artıq 6 il iş təcrübəsi olacaq, bu da artıq marketinq meneceri səviyyəsində işləmək üçün kifayətdir. PhD məzunu olandan sonra məni birbaşa marketinq menecer olaraq kim işə götürəcək? Götürsə belə, mən nə qədər effekti olabiləcəm?
Azərbaycanda doktorada oxuyub, həm də də işləyənlər olduğu üçündür ki, heç biri yaxşı alınmır.
Sənə kim deyir ki MS oxuduğun müddətdə işləmə? Ya da PHD? MArmaranın sistemi olmasa da doktoranturası ağırdır. Mənlə bərabər oxuyanlar arasında Pfizerdə 5 milyon dolları, Fıratda 200 milyon dolları idarə edənlər, öz şirkəti olan 2 nəfər vardı. Tam qüvvəylə oxumasalar da türklər demiş idare edirdilər.
Amma onlar Türkiyə şərtlərində işləyərək alacaqları təhsilin ən yaxşısını alırdılar. TƏbii ki, Koç və Sabancıda PHDni çıxıram. Elə onların MBAi də yaxşıdır.
Nəticədə 31 yaşında PHD olacaq qrup yoldaşım yaxşı da karyeraya sahibdir. Heç bir il itirmədən və daha 50sindən sonra yox, PHDni alaraq.
Amma Amerikan anlayışı nəyi edirsənsə ancaq ona fokuslan və ən yaxşısını et dediyi üçün işində lazım olacaqdan artıq marketinqi öyrənmək qəribə görünə bilər.
Yenə deyirəm. Hər şey nisbidir. Mən indinin özündə karyeraya yönəlmək istəyənləri sən deyən sistemdə inkişafa yönləndirirəm.
Amma bir şeyi dəqiq deyə bilərəm. Azərbaycanlı mentalitetində olan birisi gərək təhsilini başa vurmamış işləməsin. Bakalavar-təcrübə-top MBA-top menecment ortastatistik Azərbaycanlının xarakteriylə uyuşmayan bir yoldur.
Yorum Gönder