Birinə iş gördürmək

Dünya və həyat haqqında analizləri edənlər üçün əhəmiyyətli bir sual var: “Dünya və cəmiyət hansı faktorlarla tarazlanır”. “Dünya düzəni” adlandırılan mövhum üçün tarazlıq ünsürləri nələrdir?

Məncə olduqca maraqlı bir sualdır. Məsələyə hansı tərəfdən yaxınlaşılmasına əsasən fərqli nəticələr əldə oluna bilər. Kiminə görə bu barter – alış-veriş olar, kiminə görə cinsi münasibətlər, kiminə görə ierarxiyalar, kiminə görə qidalanma vs. Məsələyə ictimaiyət nöqteyi-nəzərdən yaxınlaşdıqda ən vacib ünsürün türklərin “iletişim” və “etkileşim”, ingilislərin “communication” və “interaction” dediyi – “ünsiyyət” və “qarşılıqlı əlaqə” ünsürlərinin olduğunu demək olar.

Bir ünsür də var ki, biri çıxıb tarazlıq ünsürü olan faktor kimi onu irəli sürsə heç də haqsız olmaz. Amma təbii ki, məsələyə müasir iş və ictimai həyat prizmasından baxarsa.

Belə ki...

Gündəlik həyatımızı 3ə ayıra bilərik – iş, şəxsi həyat və ailə (qohum əqraba, dostlar). Hər bir sahədə öhdəlik və vəzifələrimiz var. Onları müxtəlif şəkillərdə həyata keçiririk. İşdə bir çox kimsənin bəzi şablon işləri gördürdüyü katib(ə) və/vəya kökəmkçiləri vardır. Axşam evə yorğun gələn kişi üçün yoldaşı yeməyi hazırlar və ona isti çay təqdim edər, həftəsonu dincəlmək istərsiz və gedib alışveriş edərsiz. Burada da bir satış personalı sizinçün əşyaları aparıb-gətirər vs.

Yəni gündəlik həyatımızın hər anında bir şeylər etməli oluruq və bu işləri mümkün qədər ətrafdakılara paylayıb yükümüzü azaltmaq istərik. Müasir dünya düzənində bu məqam çox böyük vaciblik qazanıb. Səbəb isə vaxtımızın azlığı, görüləcək işlərin çoxluğu və trexnoloji inkişafla bərabər hər işi rahat həll etmə istəyi – yəni TƏMBƏLLİK!

Amma gəl ki, hamının can atdığı “başqasına iş gördürmək” məharət sayılmağa başlayıb.

Burada önəmli məqam isə işi gördürən ilə işi görən arasında münasibətdir. Məsələn iş yerində köməkçilərinizin tapşırdığınız işi görməsi vəzifəsi daxilindədir. Amma siz işinizin çox olduğu həngamədə, onun vəzifələrindən artığını edib şəhərdən sizə kitab alıb gətirməsini istəyə bilərsiz. Bax burada məsələ dəyişilir. Yaxşı idarəçi bunu etdirəndir. Amm belə olanda işgörəni buna stimullaşdıranın nə olduğunu və ən əsası bu işin arxasınca hansı motivasiya ilə getdiyi çox vacibdir. Stimullar “iş itirmə qorxusu”, “ofisdən bir müüdətliyə uzaqlaşmaq”, “kitab qiymətindən “qırpmaq” kimi hallardırsa bu heç də düzgün idarəçiliyə oxşamır.

Azərbaycanda (və elə gördüyüm qədər Türkiyədə) despot idarəçilik daha aktualdır. Səbəb isə məncə sadədir: kompleks və zəiflik. Təbii ki, milli mentalitetin də məsələyə çox dəxli var. Əsgərlik rejimi ən rahat idarəçilik sistemidir. Hamı standart şəkil və davranış göstərir və ierarxik düzən ən vacib faktordur. Bu anlayış daxilində pillələri yüksəlmək üçün əvvəlcə maymaq, orta səviyəyə keçdikdən sonra “tülkü”, əmrverən mövqeyində isə diktator olmaq lazımdır. Bu tipli təşkilatda fərqli olan hər şey və fərqlənməyə çalışan hərkəs pisdir, bürokratik rejim qanundur.

Belə olan təşkilatda sizdən altda olan hərkəsə iş gördürmək rahatdır. Amma sizinlə eyni səviyədə olan işçilərə iş gördürə bilməssiz. Bax bunu etməyin tək yolu yaxşı münasibətlər qurmaqdır. Hazırda etməyə çalışdığım məhz budur. Bizdə yarım saatlıq işi olan adicə vərəqin yerinə təslim edilməsi günyarım çəkə bilir. Bilir çünkü, buna əngəl olmaq mümkündür. Bax yuxarıda dediyimlə. Yəqin ki, Türkiyədəki və Azərbaycandakı bir çox böyük korporativləşməmiş şirkət və dövlət qurumlarında da vəziyət fərqli deyil.

Burada önəmli bir məqam var. Birinə iş gördürərkən işgörənin bayaqdan bəhs etdiyim kimi sadəcə maddi qorxu üzündən bunu etməsi ancaq iş mühitində keçərlidir. Bir də təbii ki, siz müştəri mövqeyində ikən. Amma həyat sadəcə al-sat və işdən ibarət deyil.

İndi burada bir vacib misal gətirərdim. Amma aktiv olmasa da oxucularımdan (dostlarımdan) birinə söz atmış olmuyum:). Bax o dostum kimi həyatın hər bir nöqtəsində işlərini asanlaşdırmaq üçün başqalarına “yükləyə bilmək” liderlik xüsusiyətidir və insanlara özünü qəbul etdirmiş olmağı tələb edir. Bir yaxşı söz var ki, “birindən bir şey tələb edə bilmək üçün onda kredit haqqın olmalıdır”. Güvən və hörmət qazanmaq həqiqətən çətin işdir.

Şirkətlərin sosial aktiv və dost çevrəsində lider ola bilən insanları iş həyatında tərcih etməsi və bu insanların özlərinin də iş həyatında uğurlu olması bununla sıx əlaqədardır.

Evlilikdə qadınların yoldaşları üçün çay-paltar mövzularında iş görməsi və ən əsası qadınların kişilərə hər istədikləri işi gördürə bilmələrini isə bu yazıya daxil etməyim yaxşısı budur:).

3 yorum:

maNIKA dedi ki...

Əslində indi insanlar elədirlər ki, əllərinə vəzifə gəlincə ( hətta kiçik vəzifə) kimise exploitation etməyi qənimət bilirlər (təbii ki, işdən kənar işlərlə).
Bu motivasyonu düşürür və insanı işində heç bir şeyə yaramayan kimi hiss etməyə vadar edir. Əslində bizdə lider sözünün səhv başa düşürlər. Lider o demək deyil ki, əmr et, əlivi cibivə sal, qıraqdan bax. Lazım olsa kiçik işləri belə etməyə qadir olan insan olmalıdır. Xanım lider öz xanımlığını, kişi isə kişi olduğunu unutmamalı.

Hökm edən və eyni zamanda tələbkar olmalı, eyni zamanda sadəliyini və insan sevgisini unutmamalı. İşçi, müdürü tərəfindən seviləndə özünü lazımlı, dəyərli hesab edir. O zaman hörmətə və sevgiyə bağlı olaraq, işçi kitab dalınca gedər, eləcə də ailədə xanım, öz yoldaşı üçün ev işlərini görər və ya əksinə.

Adsız dedi ki...

Maraqlı yazıdır, təşəkkür edirəm Vüsal! Mənim də belə bir "lider" dostum var idi.)))) Əvəz əvəz dünyasıdır))) sən mənə mən də sənə)) qulluq əvəzinə qulluq. Sən nə qədər yaxşı lider olsan da bu prinsipdən istifadə etməsən liderlik uzun sürməz.

Vüsal Qəmbərov dedi ki...

Liderlik üçün ən vacib faktor fədakarlıqdır. Sən qarşıdakına nəsə təqdim etmədən ondan nəsə ala bilməzsən. Birisi pul təqdim edib alır, birisi onun qürurunu oxşayaraq, birisi ümid vəd edərək vs.

Amma əsas məsələ vədini davamlı yerinə yetirmək və qarşındakının məmnun olacağı minimumu təqdim etməyi bacarmaqdır.

Sən də sağ ol Ramin!