Sahiblənmə duyğusu

Tüğyan edən “Böhran” fırtınası şirkətləri əl-ayağa salıb. Kimi işçi çıxardır, kimi maaşları azaldır, kimi istehsalatı dayandırır. Fakt budur ki, mənasız bir təşviş insanları stres topuna çevirib. Bizim şirkətdə adətən stres edəcək mövzu və şəxslər tapılır. Amma bu dəfəkini haqsız da görmürəm. Müştərilər hazırda “böyükdür, mənim 3-5 qəpiyimə qalmayıb” anlayışı ilə borclarını ödəməyi gecikdirməyə çalışır. Ümumi olaraq çalışdığımız maksimum efektiv və riskə əlyeri qoymadan işləməkdir.

Bizdə daşımaçılıq böyük problemdir. Nəticədə ortasında böyük boşluqlar olan müxtəlif ölçülü yumru predmet – boru daşıyırıq. Bu isə TIR içində hava daşımaq deməkdir. Bugün həmişəki müzakirə gedirdi. Bizim departamenti müdiri maraqlı bir ifadə işlətdi: “Boruları boş-boşuna göndərməyin, hava daşımaq nəyə lazımdır axı?”. Bura qədəri normaldır. Maraqlısı isə bu ifadə idi: “Fərqi nədir o israfın xərcini kim ödəyir? Zərbə ölkə iqtisadiyatına dəyir”. Əvvəlcə biraz düşündüm. Nə var ki burda? Uzağı nəqliyat şirkəti biraz artıq qazanır. Amma sonra “dınk” elədi. Axı insan, texnika, yanacaq və zaman məsrəfi var bu işin. Eyni partiyada yarım qat artıq effektivliklə mal göndərmək olar...

Sonra düşündüm ki, departamentimizin müdürü səviyəli insan Türkiyədə özəl sektorda minlərlədir. Əlindəki imkanlar böyük də olsa nəticədə Fıratda onunla eyni ranqda 10dan çox işçi var. Demək istədiyim onun belə cəhdlərlə ölkə iqtisadiyatına qatqısı heç də hissədilən bir şey olmayacaq. Amma vətəndaşlığının fərqində olmaq ayrı şeydir.

Növbəti “nə olacaq bu millətin halı” yazımda demişdim – xalqımızda “sahiblənmə duyğusu” əksikdir. Həm də dəhşətli dərəcədə. İşlədiyimiz şirkətin məsuliyətini boynumuza götürə bilmirik. Həvəslə çalışana dəli deyirik. Dövlətin qeydinə qalmaq, xalqının malını qorumaq filandan heç danışmıram. Eqomuzdan başqa heç nə önəmli deyil. Azərbaycanda yuxarıda bəhs etdiyim səviyəli bir sektor işçisinin eyni dərdi çəkdiyini görməyi çox istərdim.

Bizdə “pul qazanmaq lazımdır” deyən hamını ağlına ilk gələn şey hansısa markanın distribyutorluğunu almaqdır. Pulları dartaq aparaq xaricə özümüzə də onda biraz götürək, uşaqlarımızın gələcəyini xilas edək, özümüzün də indisini. Millət necə tarac olur olsun nə işim var?!

Sahiblənmə duyğusu Azərbaycanlılar üçün böyük əksiklikdir. İstər işlədikləri qurumu sahiblənmək, istər yaşadığı torpağı, istər vətəndaşı olduğu məmləkəti. Sadəcə rayonunu sahiblənir bir də yan-yörəsini.

P.S. Desəz ki, ölkənin iqtisadiyatını və xalqın rifahını diri saxlayan istehsalatı bizdə reallaşdırmaq problematikdir o an susma haqqımı istifadə edəcəm. Axı bunu səbəbkarları da sahiblənmir vətəni. “Sahib olmaq” ilə “sahib çıxmaq” arasındakı incə amma, dərin fərqin fərqində deyillər, ya da fərqindədilər amma onlarçün fərqi yoxdur.

P.P.S. Orta statistik Azərbaycanlı ya qorxusu üçün çalışır, ya eqosu üçün. Üçüncü ehtimal yoxdur.

5 yorum:

maNIKA dedi ki...

bu gün radioda daha 1 əsgərin vəfat etdiyini eşitdim (erməni gülləsi nəticəsində), içimdən 1 soyuqluq keçərkən, yanımızdakı maşında dəhşətli dərəcədə yüksək səslə ərəb mahnısını dinləyən 1 maşın sürücüsünə fikrim getdi...kimsə-kimisə düşünmür, ancaq mənə yaxşı olsun...Kim-kimə sahib duracaq??? :(
mövzunu oxuyarkən eyni hallarla rastlaşdığımın şahidi olduğum yadıma düşdü.
“Mənə nə şirkətindir də məndən getmir ki, sözləri yadıma düşdü”
Uzağa getməyək evdə hər kəs işığa, suya necə qənaət edir. İşığa qənaet edirik ki, pulumuz gedir, suyu isə açıq qoyub gedirik, dövlətindir mənə nə deyirik...və yaxud “özgə malı can dərmanı” ifadələri və s.
Laqeydsizlik baş alıb gedir......

Adsız dedi ki...

Manika, bu gun kakraz bu movzuda danishmisdiq:)
He, Vusal, hec neye sahib cixmiriq, ne kecmish medeniyyetimize, ne insanlarin hisslerine, ne etraf muhite.. Oturub dushunende ki 15 ilden sonra nolacaq, pis-pis fikirler gelir aglima, indi neft var yashirig, ne istehsalat, ne senaye, ne kend-teserrufati qurulub... ele adice ictimai neqliyyati qura bilmirler. Neise, umid edirem novbeti yazi bir az optimistik olacaq:)

Vüsal Qəmbərov dedi ki...

Ruxsara xanım, növbeti yazı tamam ferqli mövzudadır. Bunlar birden geldi yazdım. Üzrlü hesab edin

Manika, keçen yazıdakı xoş dileklerinize burada teşekkürümü edim.

Sahiblenme duyğusunu emele getirmeyin bir yolu olmalıdır bizim milletde. Teklifiniz var?

maNIKA dedi ki...

Etiraz etmirsizsə, bölüşəcəklərim var ......
milli dəyərlərimiz....
Mən böyüyə-böyüyə eşitdiklərimdən nəticə çıxarardım. Azəri türkü olduğumuzu və s.. Artıq insanlara onların türk olduğunu söyləməkdən, Osmanlı türklərinin-türkiyəlilərin bizə düşmən yox, hər zaman dayaq olduğunu faktlarla (1918-ci il hadisələri) anlatmaqdan bezmişəm. Sizcə özünün kim olduğunu, kökünün hara çıxdığını danan insanlar bir-birinə sahib çıxa bilərmi? Məncə hər şey burdan başlayır, kim olduğumuzu, hardan gəldiyimizi və hara gedəcəyimizi bilmirik....

İndiki uşaqlar sevgi görmədən
aqressiya görərək böyüyürlər...təklifim ancaq uşaqlara düzgün tərbiyə verilməsindən ibarət ola bilər...bu 1 az longterm cızma-qara olsa da, bu kömək edə bilər....

Adsız dedi ki...

warmonger